Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1178/2025 01.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: aliment tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1374/2025 nömrəli 01 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlarında uşaqları doğulmuşdur;
2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-476/2022 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan rəsmi nikah qeydi pozulmaqla yanaşı, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında qalması müəyyən edilməsi qət edilmişdir;
3. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir;
4. Gəlir məlumatlarından görünür ki, Cavabdeh X6 Fondunda mühəndis vəzifəsində işləyir. Əmək haqqısı 1014 manatdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, 14 dekabr 2022-ci il tarixdən başayaraq xx.xx.2014-cü il təvəllüdlü Əsmər və xx.xx.2017-ci il təvəllüdlü Əhməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulması və 50 manat mediasiya xərcinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehlə faktiki evlənməklə nikahlarını 14 yanvar 2014-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı iki uşaqları olmuşdur. Cavabdehlə aiə münasibətləri əvvəl normal olsa da sonrada cavabdehin təqsiri ucabatından aralarında narazılıqlar yaranmış və cavbdehlə birgə ailə şəraitində yaşamaqları mümkün olmadığından faktki olaraq ayrılmışlar. Cavabdeh evdə dava salaraq azyaşlı uşaqları onun himayəsində qoyaraq çıxıb getmişdir. Bundan sonra o Şəmkir rayon Məhkəməsində nikahın pozulması və uşaqların onun himayəsinə verilməsi tələbinə dair iddia qaldırmışdır.Şəmkir rayon Məhkəməsinin 2(076)-476/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqların onun yanında qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsi çıxarılarkən o alimentlə bağlı müraciət etməmişdir. Hazırda yetkinlik yaşına çatmamış uşaqları böyüyür, böyüdükcə onların saxlanılması üçün xərclər çoxaldıqca uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Ona görə də mhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona qörə də hazırki iddia ilə məhkəməyə müraciət edib cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqlar üçün aliment tutulmasını istəmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1374/2025 nömrəli 01 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddia qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 100.2-ci maddələrinə, həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(076)- 1374/2025 nömrəli qətnaməsinin ləgv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ona xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi göndərilərək İddiaçı oglunun ona qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə xx.xx.2025-ci il tarixində, saat 11:40, Şəmkir Rayon Məhkəməsinin inzibati binasında şifahi icraat qaydasında hakim Nazlı Heydərova sədrliyi ilə baxılacagı bildirilmiş və həmin məhkəmə baxış iclasında onun cavabdeh qismində iştirakı tələb edilmişdir. Belə çıxmışdır ki, məhkəmə hazırlıq iclası keçirilmiş, lakin həmin vaxtadək ona heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Digər tərəfdən o, bu bildirişi aldıqdan dərhal sonra həmin gün elektron məhkəmə informasiya sisteminə daxil olmuş və sistemdən iddiaçı tərəfindən ona qarşı qaldırılan iddia ərizəsini əldə etmək iştəmişdir. Lakin sistemdə nə iddia ərizəsi, nə də ona əlavə edilmiş sənədlər olmamışdır. Bu azmış kimi ona göndərilən bildirişdə də hüquqlar izah edilsə də nə iddia ərizəsi, nə də digər sənədlər ona göndərilməmişdir. Bu isə o deməkdir ki, məhkəmə onun mülki prosessual hüquqlarımın həyata keçməsinə və iddia ərizəsinə dair etiraz etməyi üçün lazımi şərait yaratmamış, ona münasibətdə ayrı-seçkilik edərək onu iddiaçıya nisbətən əlverişsiz vəziyyətə salmışdır. Ona görə də o, məhkəmədə öz hüquqlarını qorumaq üçün 2(076)- 1374/2025 №-li iş üzrə xx.xx.2025-ci ilə təyin edilmiş məhkəmə baxış iclasının təxirə salınmasını və eyni zamanda iddia ərizəsini və iş materiallarında olan digər zəruri sənədlərin təsdiq edilmiş surətini ona göndərilməsinə dair göstəriş verilməsini məhkəmədən rəsmi qaydada ərizə göndərməklə (bu ərizə məhkəmə elektron kabinetdə yerləşdirmişdir) xahiş etmişdir. Lakin məhkəmə onun xahişini nəzərə almadan məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi möhkəmləndirilərək, məhkəmənin üzərinə həqiqətə nail olmaq üçün bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsini yerinə yetirməyərək elə həmin gün məhkəmə qətnaməsi çıxartmaqla onun ədalətli məhkəmə araşdırması hüquqlarını, məhkəmənin çəkişmə prinsiplərini pozmuş, məhkəmə onun mülki prosessual hüquqları həyata keçməsinə və iddia ərizəsinə dair etiraz etməyim üçün lazımi şərait yaratmamış, ona münasibətdə ayrı-seçkilik edərək onu iddiaçıya nisbətən əlverişsiz vəziyyətə salmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, X6 Fondunda mina axtaran vəzifəsində işləyir. 1014 manat əmək haqqı alır. Aliment ödəməklə bağlı etirazı yoxdur. Sadəcə məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin dəlilləri əsassız olduğunu bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
15. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
17. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
18. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
29. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Əsmər və xx.xx.2017-ci il təvəllüdlü Əhməd adlı uşaqları doğulmuşdur. Ailə münasibətəri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onların nikahı pozulmuş, azyaşlı uşaqlar iddiaçı (ata) İddiaçı yanında saxlanılmışdır. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü Əsmər və xx.xx.2017-ci il təvəllüdlü Əhməd adlı uşaqların saxlanılması üçün cavabdeh tərəfindən köməklik göstərilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
32. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
33. Ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi, valideyn uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.
34. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir.
35. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
36. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğdə müəyyən edilmişdir; 2025-ci il üçün minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi və əmək haqqı minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit məbləğdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşaqların mənafeləri baxımından qənaətbəxşdir.
38. Məhkəmə kollegiyası izah edir ki, yoxlanılan hissədə alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(076)-1374/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.