Məhkəmə qərarları › İş №2(104)-119/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-119/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-119/2023 24.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı7, İddiaçı13, onların və İddiaçı10 vəkili X11, Cavabdeh2 və vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X1, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 cavabdehlər Göygöl rayon Notariat Ofisinə və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(066)-207/202 saylı qətnaməsindən iddiaçılar İddiaçı10 Mdris oğlu və İddiaçı7 tərəfindən verilmiş apelyasiya şikayətinə, Gəncə Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X6, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 cavabdehlər Göygöl rayon Notariat Kontoruna, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Kadastrı və Ünvan Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə qarşı "mülkiyyət hüququna dair reyestrdən çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı7 və ailə üzvlərinin JN-270 saylı dövlət aktı lə olan 0,46 ha torpaq sahəsinin, İddiaçı10 və ailə üzvlərinin JN-271 saylı ləvlət aktı ilə olan 0,40 ha torpaq sahəsinin, İddiaçı5 və ailə üzvünə məxsus JN-269 saylı dövlət aktı ilə olan 0,05 ha torpaq sahəsinin və İddiaçı1 və ailə üzvlərinə məxsus JN-256 saylı dövlət aktı ilə olan 0,37 hektar torpaq sahələrinin üzərinə qanunsuz olaraq mülkiyyətt hüququna dair cavabdeh Sadıqov Elturan Çingiz oğlunun Göygöl rayonu, Üçtəpə kəndində yerləşən və adına verilmiş 0,07 ha torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli **********, 0.1435 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 150703840, 0.090836 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 150703837, 0.29 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli ********** və digər onlara olmayan çıxarışların müəyyənləşdirilməsi və həmin çıxarışların onların torpaq sahələrinin üzərinə düşən hissədə etibarsız hesab edilməsi və həmin çıxarışlar əsasında onların hər birinin torpaq sahələrnin digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinin müəyyən edilməsi və həmin alqı-satqı müqavilələrinin torpaqlarında düşən hissədə tam, hissəvi düşən hissədə isə hissəvi etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı Sadıqov Elturan Çingiz oğlu onların mülkiyyətində olan, yəni İddiaçı7 və ailə üzvlərinin JN-270 saylı dövlət aktı ilə olan 0,46 ha torpaq sahəsini, İddiaçı10 və ailə izvlərinin JN-271 saylı dövlət aktı ilə olan 0,40 ha torpaq sahəsini, İddiaçı5 və ailə üzvünə məxsus JN-269 saylı dövlət aktı ilə olan 05 ha torpaq sahəsini və Hüseynova (Quliyeva) Vəfa Kazım qızının və ailə izvlərinə məxsus JN-256 saylı dövlət aktı ilə olan 0,37 hektar torpaq sahəsini qanunsuz olaraq qətnamə yolu ilə öz adına DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən çıxarış almış və həmin çıxarışa əsasən onların torpaqlarını ayrı-ayrı vətəndaşlara satmışdır. Lakin, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2015-ci il tarixli, 2 (104)- 870/2015 saylı qətnaməsi ilə torpaq sahələrində istifadə və mülkiyyət hüququnun iddiaçı Sadıqov Elturan Çingiz oğluna verilməsi hissəsində ləğv edilmiş və iddia tələbləri rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Sadıqov Elturan Çingiz oğlu kassasiya sikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 Aprel 2016-ci il tarixli, 2(102)-1494/2016 saylı qətnaməsi ilə kassasiya sikayəti təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(104)-870/2015 saylı qətnaməsi ləğv edilib və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 09 sentyabr 2016-ci il tarixli, 2(104)-1649/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, torpaq sahələrindən istifadə və mülkiyyət hüququnun iddiaçı Sadıqov Elturan Çingiz oğluna verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2017-ci il tarixli, 2(102)- 977/2017 saylı qərarı ilə iddiaçı Sadıqov Elturan Çingiz oğlu və 3-cü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2016-cı il tarixli 2(104)-1649/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində iddiaçılar iddialarının predmetini dəyişərək, cavabdeh Sadıqov Çingiz oğlundan və Göygöl rayon Notariat Kontorundan İddiaçı5 və ailə üzvlərinə məxsus 0,05 hektar torpaq sahəsinə görə 10.000 manat pulun və 5000 əldən çıxmış faydanın, İddiaçı10 və ailə üzvlərinə məxsus 0,40 hektar torpaq sahəsinə görə 80.000 pulun və 40.000 manat əldən çıxmış faydanın, İddiaçı7 və ailə üzvlərinə məxsus 0, 46 hektar sahəsinə görə 92.000 manat pulun və 46.000 manat əldən çıxmış faydanın Hüseynova (Quliyeva) Vəfa Kazım qızına və ailə üzvlərinə məxsus 0,37 hektar sahəsinə görə 74.000 manat pulun və 37.000 manat əldən çıxmış faydanın və hər birinə dəymiş 5000 manat mənəzi ziyanın alınaraq, onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərinin predmetini dəyişmələrini belə əsaslandırmışlar ki, onlara məxsus torpaq sahələri müxtəlif şəxslərə satılmışddır ki, belə olduğu halda həmin alıcıları vicdanlı əldə edən hesab edirlər. Cavabdeh Sadıqov Çingiz oğlundan və Göygöl rayon Notariat Kontorundan iddia ərizələrində göstərdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə görə cavabdeh Sadıqov Elturan oğlu torpaqlarını satıb pul qazandığına görə və cavabdeh Göygöl rayon Notariat Ofisi isə hər alqı-satqıda rüsum hesabına qazanc əldə etdiyinə görə onların torpaqlarının dəyərini onlara ödəməlidirlər. Göygöl Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(066)-207/202 saylı qətnaməsi (hakim Əyyub Kərimov) ilə iddia təmin edilməmişdir. İşdə olan sübutlar: Qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 09 sentyabr 2016-ci il tarixli, 2(104)-1649/2016 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı10, X15, İddiaçı5, Hüseynova (Quliyeva) Vəfa Kazım qızı, İddiaçı7, maraqlı şəxslər İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı8 və İddiaçı9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Xanlar Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Xanlar rayonu, Üçtəpə kəndində yerləşən İddiaçı10 və onun ailə üzvləri İddiaçı11, İddiaçı12, İddiaçı13 məxsus olan 0,40 hektar, X12 və onun ailə üzvləri X7, X8, X13, X9, İddiaçı2 Mobil oğluna məxsus olan 0,57 hektar, İddiaçı5 və onun ailə üzvü İddiaçı6 məxsus olan 0,05 hektar, Hüseynova (Quliyeva) Vəfa Kazım qızına və onun ailə üzvləri İddiaçı2, İddiaçı3 məxsus olan 0,37 hektar torpaq sahələrinin iddiaçı Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi; Xanlar rayonu, Üçtəpə kəndində yerləşən İddiaçı10 və onun ailə üzvləri İddiaçı11, İddiaçı12, İddiaçı13 məxsus olan 0,40 hektar, X12 və onun ailə üzvləri X7, X8, X13, X9, İddiaçı2 Mobil oğluna məxsus olan 0,57 hektar, İddiaçı5 və onun ailə üzvü İddiaçı6 məxsus olan 0,05 hektar, Hüseynova (Quliyeva) Vəfa Kazım qızına və onun ailə üzvləri İddiaçı2, İddiaçı3 məxsus olan 0,37 hektar torpaq sahələrindən istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh2 verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin X16, İddiaçı5, İddiaçı7 və İddiaçı10 ünvanladığı 22 iyul 2017-ci il tarixli, **********58 saylı məktubundan görünür ki, araşdırma aparılarkən Xanlar Rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli, 2-50-2007 saylı qətnaməsi ilə müraciətdə qeyd olunan torpaq sahələri (JN-256, JN-269, JN-270, JN-271 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları) üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, xx.xx.2007-ci il tarixli, **********25 reyestr nömrəii, xx.xx.2007-ci ii tarixli, **********41 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli, **********42 reyestr nömrəli çıxarışlar verilmişdir. Sonradan Cavabdeh2 torpaq sahələrini hissələrlə ayrı-ayrı şəxslərə satmış və həmin şxslərin hüquqları dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışlarla rəsmiləşdirilmişdir. Qeyd olunan çıxarışlar ləğv edilmədiyindən yuxarıda göstərilən dövlət aktları ilə ayrılmış torpaq sahələrinin naturada sərhədlərinin müəyyən edilərək sizə təhvil verilməsi barədə qaldırdığınız məsələyə məhkəmə qaydasında baxıla bilər. Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 20222-ci il tarixli, 4/1089 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2005-ci il tarixli aktın aşağı hissəsində “İddiaçı10İ” yazılarının qarşısındakı imza İddiaçı10 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN- 0271 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən İddiaçı10 məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,40 ha torpaq sahəsinin bazar dəyəri 40000 manat, JN-0270 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən İddiaçı7 Yaşaq oğluna məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,46ha torpaq sahəsinin bazar dəyəri isə 46000 manat təşkil edir. Göygpl rayon Notariat ofisindən əldə edilmiş 29 fevral 2020-ci il tarixli, 04 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli, 24 noyabr 2021-ci il tarixli və 20 oktyabr 2022ci il tarixli alqı-satqı müqavilələrinin surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,017 ha torpaq sahəsi 5000 manata, 0,08 ha 4360 manata, 0,08 ha 3000 manata, 0,02 ha 2400 manata və 0,25 ha 1000 manata satılmışdır. Apellyasiya şikayətinin dəlilləri. Göygöl Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(066)-207/202 saylı qətnaməsindən iddiaçılar İddiaçı10 və İddiaçı7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar apellyyasiya şikayətlərini onunla əsaslandırmışır ki, Göygöl Rayon Məhkəməsi qanunsuz və əsassız şəkildə iddialarının təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, subutlar və sənədlər olduğu halda və iddiaları heç bir əsas gətirilmədən təmin edilməmiş, birinci instansiya məhkəməsi qanunsuzluğa yol vermişdir. Mülkiyyət hüqüquna dair dövlət aktlarından görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahələri Ali Məhkəməinin qətnaməsi ilə onlara qaytarılmış və onların mülkiyyət hüquqları tanınmışdır. Sadəcə vicdanlı alıcılar olduğuna görə məcburiyyət qarşısında qalaraq iddia tələbini dəyişərək pul və əldən çıxmış faydanı tələb etməli olmuşlar. Cvabdeh tərəfindən onlara külli miqdarda maddi ziyan vurulmuş və həmin zərər birmənalı şəkildə tam həcmdə cavabdeh tərəfindən onlara ödənilməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı7, İddiaçı13 və İddiaçı10 vəkili X18 apellyasiya şikayətini müdafiə etdiyini bildirib şikayətin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq biblirmişdir ki, Cavabdeh2 iddiaçıların adından alqı-satqı barədə aktlar tərtib edərək, həmin aktlar vasitəsi ilə torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsinə dair qətnamə əldə etməsinə nail olmuş və həmin qətnamə əsasında torpaq sahələrini mülkiyyətinə keçirərək müxtəlif şəxslərə satmışdır. Torpaq sahələri iddiaçılar tərəfindən Cavabdeh2 satılmamış və onlara hər hansı bir məbləğdə də pul verilməmişdir. Alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsinə dair qətnamə ləğv edilmiş, lakin torpaq sahələri başqa şəxslərə satıldığından iddiaçıların mülkiyyətinə geri qaytarılması mümkün olmamış və iddiaçılar mülkiyyət hüquqlarından məhrum olmuşlar. Bununla da cavadebhlər iddiaçılara ziyan vurmuşdur. Fame Pro” MMCnin 19 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi mötəbər hesab edilməlidir. Hətta hesab edir ki, həmin rəydə torpaq sahələrinin dəyəri aşağı göstərilmişdir. İddiaçıların torpaq sahələri Gəncə şəhəri ilə sərhəddə yerləşdiyindən həmin ərazidə 0,01 ha torpağın dəyəri 2000 manatdan aşağı deyildir. Birinci instansiya məhkəməs isə heç bir əsaslandırma aparmadan iddianı rədd etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı7 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə razıdır, buna görə də 0,46 ha torpaq sahəsinə görə 46000 manat zərər dəyməsini real hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı13 atası İddiaçı10 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə razıdır, buna görə də onlara 0,40 ha torpaq sahəsinə görə 40000 manat zərər dəyməsini real hesab edir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı10 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, ona heç bir məbləğdə pul verilməmişdir. Torpaq sahəsinin satılmasına dair tərtib edilmiş xx.xx.2005-ci il tarixli aktdakı imza isə onun tərəfindən icra edilməmişdir. Cavabdeh qanunsuz yollarla torpaqlarını onların mülkiyyətindən çıxarmış və müxtəlif şəxslərə satmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirmişdir ki, qeyd olunan torpaq sahələrinin hamısının pulunu iddiaçılar almışlar. Bundan başqa hesab edir ki, iddiaçılar ilk əvvəl torpaq sahələrini almış şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalı, iddia üzrə əgər həmin şəxslər vicdanlı əldə edən hesab olunduğu halda iddiaçılar hazırkı iddianı qaldıra bilərdilər. Bundan başqa iddiaçıların torpaqlarının yerşəşdiyi yerdə torpağın 0,01 ha-nın dəyəri hazırda 100-200 manat təşkil edir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X10 bildirmişdir ki, işə ərazi aidiyyət qaydalarının pozulması ilə baxılmışdır. Belə ki, Cavabdeh2 yaşayış yeri üzrə Göygöl rayonunda deyil, Gəncə şəhərində qeydiyyatdadır. Həmçinin hesab edir ki, iddiaçılar ilk əvvəl torpaq sahələrini almış şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalı, iddia üzrə əgər həmin şəxslər vicdanlı əldə edən hesab olunduğu halda iddiaçılar hazırkı iddianı qaldıra bilərdilər. Bundan başqa analoji iş üzrə məhkəmə işi olmuşdur ki, həmin işdə mübahisəli torpaq sahələrinin 0,01 ha-nın dəyəri ekspert və mütəxəssis rəyi ilə müvafiq olaraq, 165 və 200 manat məbləğində müəyyən edilmişdir. Həmin sənədlərin surətini də məhkəməyə təqdim etmişdir. Buna görə də "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə də razı deyillər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılardan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı8, X6, İddiaçı10, İddiaçı11, İddiaçı12, cavadbehərdən isə Göygöl rayon Notariat Ofsisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(066)-207/202 saylı qətnaməsindən bölünən tələblər üzrə iddiaçılardan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 tərəfindən apellyasiya şikayəti vermədiyindən qətnamənin qanunuliyi və əsaslılığı onlara aid hissədə yoxlanılmamışdır. Qətnamədən İddiaçı10 və İddiaçı7 tərəfindən apellyasiya şikayəti verilmişdir ki, birgə mülkiyyətçi olmaqla bölünməz tələb üzrə qətnamənin qanunuliyi və əsaslılığı iddiaçılar İddiaçı10, İddiaçı12, X5, İddiaçı13 və İddiaçı7, İddiaçı8 və X2 aid hissədə yoxlanlmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası prosess iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Göygöl Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(066)-207/202 saylı qətnaməsindən iddiaçılar İddiaçı10 və İddiaçı7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(066)-207/202 saylı qətnaməsi iddiaçılar İddiaçı7, İddiaçı8, X1, İddiaçı10, İddiaçı12 və İddiaçı13 və X5 aid iddianının təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 09 sentyabr 2016-ci il tarixli, 2(104)-1649/2016 saylı qətnaməsi ilə, cavabdehlər İddiaçı10, X15, İddiaçı5, Hüseynova (Quliyeva) Vəfa Kazım qızı, İddiaçı7, maraqlı şəxslər İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı8 və İddiaçı9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Xanlar Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Xanlar rayonu, Üçtəpə kəndində yerləşən İddiaçı10 və onun ailə üzvləri İddiaçı11, İddiaçı12, İddiaçı13 məxsus olan 0,40 hektar, X12 və onun ailə üzvləri X7, X8, X13, X9, İddiaçı2 Mobil oğluna məxsus olan 0,57 hektar, İddiaçı5 və onun ailə üzvü İddiaçı6 məxsus olan 0,05 hektar, Hüseynova (Quliyeva) Vəfa Kazım qızına və onun ailə üzvləri İddiaçı2, İddiaçı3 məxsus olan 0,37 hektar torpaq sahələrinin iddiaçı Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi; Xanlar rayonu, Üçtəpə kəndində yerləşən İddiaçı10 və onun ailə üzvləri İddiaçı11, İddiaçı12, İddiaçı13 məxsus olan 0,40 hektar, X12 və onun ailə üzvləri X7, X8, X13, X9, İddiaçı2 Mobil oğluna məxsus olan 0,57 hektar, İddiaçı5 və onun ailə üzvü İddiaçı6 məxsus olan 0,05 hektar, Hüseynova (Quliyeva) Vəfa Kazım qızına və onun ailə üzvləri İddiaçı2, İddiaçı3 məxsus olan 0,37 hektar torpaq sahələrindən istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh2 verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Həmin işdən görünür ki, xx.xx.2005-ci il tarixdə tərtib edilmiş aktda Xanlar rayonu, Üçtəpə kəndində İddiaçı7 özünə və ailə üzvlərinə məxsus 4600 m2 torpaq sahəsini Cavabdeh2 1.200.000 (bir milyon iki yüz min) manata aktda adları göstərilən şəxslərin yanında satması, 1.200.000 (bir milyon iki yüz min) manatı şahidlərin yanında alması, gələcəkdə heç bir narazılıq olmayacağı qeyd olunmuş, lakin həmin aktda İddiaçı7 adının qarşısındakı imza yeri boş olmaqla, həmin məbləğdə pulun İddiaçı7 verilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 20222-ci il tarixli, 4/1089 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2005-ci il tarixli aktın aşağı hissəsində “İddiaçı10İ” yazılarının qarşısındakı imza İddiaçı10 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir ki, bununla da iddiaçılar İddiaçı10 və İddiaçı7 mülkiyyətindəki torpaq sahələrinin onların mülkiyyətindən qanunsuz çıxması öz təsdiqini tapmışdır. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin X16, İddiaçı5, İddiaçı7 və İddiaçı10 ünvanladığı 22 iyul 2017-ci il tarixli, **********58 saylı məktubundan görünür ki, araşdırma aparılarkən Xanlar Rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli, 2-50-2007 saylı qətnaməsi ilə müraciətdə qeyd olunan torpaq sahələri (JN-270 və JN-271 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları) üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, xx.xx.2007-ci il tarixli, **********25 reyestr nömrəii, xx.xx.2007-ci ii tarixli, **********41 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli, **********42 reyestr nömrəli çıxarışlar verilmişdir. Sonradan Cavabdeh2 torpaq sahələrini hissələrlə ayrı-ayrı şəxslərə satmış və həmin şxslərin hüquqları dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışlarla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaçıların ilk əvvəl torpaq sahələrini almış şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalı olması, iddia üzrə əgər həmin şəxslər vicdanlı əldə edən hesab olunduğu halda iddiaçıların hazırkı iddianı qaldıra bilməsi ilə bağlı etirazının dəlilini əsassız hesab etmişdir. Belə ki, işdə olan sübutlardan görünür ki, torpaq sahələri hissələrə bölünərək müxtəlif şəxslərə satılmışdır ki, həmin şəxslərin vicdanlı əldə edən olmamasını iddia etməsi hüququ hazırkı iş üzrə iddiaçılara məxsus olmuşdur. İddiaçıların torpaq sahələrini alan şəxsləri vicdanlə əldə edən şəxs hesab etməsi halı, iddiaçıların həmin şəxslər tərəfindən onların hüquqlarının pozulmamasını qəbul etməsi anlamına gəlməklə, əldə edənlərlə iddiaçılar arasında hər hansı mübahisənin olmamasını təsdiq edir. Buna görə də həmin şəxslərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmadan da iddiaçıların cavadbehdən onlara vurulmuş zərərin əvəzini tələb etmək üçün subyektiv hüququ mövcud olmuş olur. Məhkəmə kollegiyası iddiaçılara dəymiş zərərin məbləği ilə əlaqədar olaraq isə qeyd edir ki, məhkəmə kolegiyası tərəfindən əldə edilmiş "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə JN-0271 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən İddiaçı10 və onun ailə üzvlərinə məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,40 ha torpaq sahəsinin bazar dəyəri 40000 manat, JN-0270 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən İddiaçı7 Yaşaq oğluna və onun ailə üzvlərinə məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,46ha torpaq sahəsinin bazar dəyəri isə 46000 manat müəyyən edilmişdir. Lakin, məhkəmənin sorğusu əsasında Göygöl rayon Notariat ofisindən əldə edilmiş 29 fevral 2020-ci il tarixli, 04 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli, 24 noyabr 2021-ci il tarixli və 20 oktyabr 2022-ci il tarixli alqı-satqı müqavilələrinin surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,017 ha torpaq sahəsi 5000 manata, 0,08 ha 4360 manata, 0,08 ha 3000 manata, 0,02 ha 2400 manata və 0,25 ha 1000 manata satılmışdır ki, həmin ərazidə əsasən torpaq sahəsinin 0,01 ha-nın dəyərinin 400 manat ətrafında olması müəyyən edilməkdədir. Buna görə də məhkəmə kollegiyası iddiaçılara vurulmuş zərər məbləğinin torpaq sahəsinin 0,01 ha-nın dəyərinin 400 manat götürülməklə müəyyən edilməsi əsaslı, ədalətli və ağlabatan hesab edir ki, bunula da birgə mülkiyyətçilər İddiaçı10, İddiaçı12, İddiaçı13 və X5 16000 manat məbləğində, digər birgə mülkiyyətçilər isə İddiaçı7, İddiaçı8 və X2 18400 manat məbləğində zərərin dəyməsi müəyyən olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yoxlanılan hissə üzrə iddiaçılar İddiaçı10, İddiaçı7 və digər birgə mülkiyyətçi qismində iddiaçılar müvafiq olaraq 40.000 manat və 46.000 manat əldən çıxmış faydan tələb etsələr də həmin tələblərini ümumiyyətlə əsaslandırmamış və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Buna görə də məhkəmə kollegiyası iddiaçıların qeyd olunan tələblərini əsassız hesab etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların hazırkı tələbi həmçinin, Göygöl rayon Notariat Ofisinə qarşı yönəlmişdir ki, iddiaçılar bu tələblərini Göygöl rayon Notariat Ofisinin hər alqı-satqıda rüsum hesabına qazanc əldə etməsi ilə əsaslandırmışlar ki, onların bu tələbi əsassız olmuşdur. Belə ki, alqı-satqı müqavilələri bağlandığı zaman əsassız olsa da torpaq sahələr üzərində mülkiyyət hüququ cavadbeh Cavabdeh2 məxsus olmaqla, notarius tərəfindən də alqı-satqı müqavilələri hüqumüəyyənedici sənədlər əsasında aparılmaqla, notarius tərəfindən iddiaçılara ziyan vurula biləcək hər hansı bir hərəkətin olması müəyyən edilməmişdir. Buna görə də iddia tələbi Göygöl rayon Notariat Ofisinə qarşı əsassız olmuşdur. Məhkəmə kollegiyası cavadbehin məhkəmə ərazi aidiyyətinin pozulması ilə bağlı etirazına münasibətdə isə qeyd edir ki, ərazi aidiyyəti üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığı hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 4102/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərardadı ilə həll edilməklə, mülki işin baxılması üçün Göygöl Rayon Məhkəməsinə verilməsi qərar alınmışdır. Həmin qərardadda digər əsaslandırma ilə yanaşı həmçinin qeyd olunmuşdur ki, iddia tələbi cavabdehlər Cavabdeh2, o cümlədən Göygöl rayon Notariat Ofisinə qarşı qaldırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 iddia ərizəsi icraata qəbul edilən vaxt yaşayış yeri üzrə Göygöl rayonu ərazisində və ya Gəncə şəhəri ərazisində qeydiyyatda olub-olmamasından, iddianın predmetinin dəyişdirilib-dəyişdirilməməsindən, həmçinin cavabdehlərdən birinə münasibətdə iddia tələbindən imtina edilməsi və ya iddia ərizəsinin geri götürülübgötürülməməsindən asılı olmayaraq, Göygöl rayon Notariat Ofisinin hüquqi ünvanın Göygöl rayonu ərazisində olması, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddianın cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilməsi və birinci instansiya məhkəməsinin həmin cavabdehə münasibətdə də iddia tələbini icraata qəbul etməsi nəzərə alındıqda, iddia ərizəsi düzgün olaraq icraata qəbul edilmiş hesab olunur. Buna görə də məhkəmə kollegiyası ərazi aidiyyət qaydalarının pozulması ilə mülki işə baxılmasına dair cavadbeh tərəfin etirazını əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkməyə təqdim edilmiş ekspert rəyləri və alqı-satqı müqavilələrinin surətlərinə münasibətdə isə qeyd edir ki, həmin ekspert rəyləri başqa iş üzrə əldə edilmiş sübutlar olmaqla, həmin rəylərin hazırkı işə hər hansı bir aidiyyəti olmamışdır. Alıq-satqı müqavilələrində isə müvafiq düzəlişlər aparılmaqla, həmin müqavilələr 9 il əvvələ aid olmaqla, zərərin müəyyən edilməsi üçün mötəbər hesab edilə bilməz. Buna görə də cavadbeh tərəfindən təqdim edilmiş həmin sənədlər sübut kimi qəbul edilməyərək, qiymətləndirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Göygöl Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(066)-207/202 saylı qətnaməsindən iddiaçılar İddiaçı10 və İddiaçı7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(066)-207/202 saylı qətnaməsi iddiaçılar İddiaçı7, İddiaçı8, X6, İddiaçı10, İddiaçı12, İddiaçı13 və X3 iddialarının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia cavabdeh Göygöl rayon Notariat Ofisinə münasibətdə təmin edilməsin. İddia cavadbeh Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Cavabdeh2 vurulmuş zərər qismində 16000 (ona altı min) manat alınaraq, İddiaçı10, İddiaçı12, İddiaçı13 və X5 verilsin. Cavabdeh2 vurulmuş zərər qismində 18400 (on səkkzi min dörd yüz) manat alınaraq, İddiaçı7, İddiaçı8 və X2 verilsin. İddia tələbi Cavabdeh2 münasibətdə qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat Cavabdeh2 alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar