Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1227/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(058)-239/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında 10 mart 2012-ci il tarixli AZ-İİ seriyalı 838075 nömrəli şəhadətnamənin surətində görünür ki, X6 03 mart 2012-ci il tarixdə Samux şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r.
2. Doğum haqqında 02 iyul 2014-cü il tarixli AZ-İİİ seriyalı 245060 nömrəli şəhadətnamənin surətində görünür ki, X9 12 mart 2014-cü il tarixdə Samux şəhərində anadan olmuş, atası İddiaçı, anası X2r.
3. Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 13 noyabr 2010-cu il tarixdə Samux rayon Əhmədbəyli kənd icra nümayəndəliyində 06 sayla qeydə alınmış nikahın pozulması, 03 mart 2012-ci il tarixdə anadan olmuş X3 və 12 mart 2014-cü il tarixdə anadan olmuş X5 cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması, iddia tələbinin 03 mart 2012-ci il tarixdə anadan olmuş X3 və 12 mart 2014-cü il tarixdə anadan olmuş X5 iddiaçının himayəsinə verilməsi, onların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq, iddiaçının xeyrinə verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsi 03 mart 2012-ci il tarixdə anadan olmuş X6 və 12 mart 2014-cü il tarixdə anadan olmuş X5 cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması və iddia tələbinin 03 mart 2012-ci il tarixdə anadan olmuş X3 və 12 mart 2014-cü il tarixdə anadan olmuş X5 iddiaçının himayəsinə verilməsi, onların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq, iddiaçının xeyrinə verilməsinin təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh iddiasının uşaq tələbinə dair hissədə tam, aliment tələbinə dair hissədə qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş 03 mart 2012-ci il təvəllüdlü X3 və 12 mart 2014-cü il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində saxlanılması və İddiaçı alınaraq, Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşaqların cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli 2(102)-5845/2022 nömrəli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə - uşaqların iddiaçının himayəsinə verilməsi və aliment tələbinin təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Samux rayon İcra Hakimiyyətinin Başçısının X8 Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindəbn verilmiş arayışdan görünür ki, xx xxxx 1989-cu il təvəllüdlü İddiaçı hal-hazırda Samux rayonu, Əhmədbəyli kəndində yaşayır, ailə tərkibi – oğlu X6, X9 və anası X4 ibarətdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 03 mart 2012-ci ildə doğulmuş X6 və 12 mart 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa sabit pul məbləğində 200 manat, cəmi 400 manat manat alınaraq, ona ödənilməsi, eləcədə alimentin alınmasının 3 (üç) il əvvəldən, yəni cavabdehin uşaqları atıb getdiyi 2021-ci ilin fevral ayının 1-dən başlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 noyabr 2010-cu ildə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 03 mart 2012-ci il tarixdə Mənsur, 12 mart 2014-cü il tarixdə Rəvan adlı uşaqları olmuşdur. 20 yanvar 2021-ci il tarixdən cavabdehlə münasibətləri pozulmuş və sonuncu 31 yanvar 2021-ci il tarixdən evdən getmişdir. Həmin vaxtdan uşaqlar onun himayəsindədir. Samux Rayon məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, aralarında olan nikah pozulmuş, 03 mart 2012-ci il tarixdə anadan olmuş X6 və 12 mart 2014-cü il tarixdə anadan olmuş X9 onun yanında və himayəsində saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək uşaqların iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilsədə, lakin uşaqlar anasına getməmişdir. Ona görə də Gülnarə Quliyevanın ərizəsinə əsasən 07 dekabr 2023-cü il tarixli qərarla icraata xitam verilmiş və icra sənədi məhkəməyə qaytarılmışdır. Artıq 3 ildir ki, uşaqlara tək baxır. Günəmuzd işləyir, hər günə 15-20 manat qazancı olur. Uşaqlar məktəblidir, onların məktəb ləvazimatı, geyim və normal qidalanma xərcləri üçün hər ay minimum 700-800 manat tələb olunur. Cavabdeh uşaqlarına maddi yardım etməyə borcludur.
9. Samux Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(058)-239/2024 nömrəli qətnaməsi ilə (hakim G.Şirinov) İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 80.1, 80.2 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparılmamışdır. Artıq 3 ildir uşaqlara tək baxır, günəmuzd işləməklə hər günə 15-20 manat qazanc əldə edir. Halbu ki, uşaqlarının tələbatını ödəmək üçün hər ay minimum 700-800 manata ehtiyac var. Cavabdeh isə uşaqları ilə maraqlanmır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1874/2022 nömrəli qətnaməsi ilə uşaqların hər ikisi Cavabdeh himayəsinə verilsə də, uzunmüddətli icra prosesindən sonra uşaqlar onun yanına getmədiklərinə görə iş üzrə icraata xitam verilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
18. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
20. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər
32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər 13 noyabr 2010-cu ildə nikahlarını qeydə aldıraraq ailə qurmuş və onların birgə nikahlarından 03 mart 2012-ci il tarixdə Mənsur, 12 mart 2014-cü il tarixdə isə Rəvan adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan 31 yanvar 2021-ci il tarixdən faktiki olaraq ayrılmışlar. Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah akt qeydi pozulmuş, 03 mart 2012-ci il tarixdə anadan olmuş X6 və 12 mart 2014-cü il tarixdə anadan olmuş X9 ataları İddiaçı yanında saxlanılmış, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsi 03 mart 2012-ci il tarixdə anadan olmuş X7 və 12 mart 2014-cü il tarixdə anadan olmuş X5 cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması və iddia tələbinin 03 mart 2012-ci il tarixdə anadan olmuş X7 və 12 mart 2014-cü il tarixdə anadan olmuş X5 iddiaçının himayəsinə verilməsi, onların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq iddiaçının xeyrinə verilməsinin təmin edilməməsi həssələrdə ləğv edilmiş, tərəflərin birgə nikahından doğulmuş 03 mart 2012-ci il təvəllüdlü X7 və 12 mart 2014-cü il təvəllüdlü X9 anaları Cavabdeh himayəsində saxlanılmış və İddiaçı alınaraq Cavabdeh verilməsi, eləcədə həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasının başlanğıc tarixi uşaqların cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması qət olunmuşdur. Gəncə Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin icrası mümkün olmadığından icra sənədi üzrə icraata xitam verilməsini, 2021-ci ildən hal-hazıra kimi uşaqların onun himayəsində olmasını və sonuncuların saxlanılması üçün hər ay 700-800 manat tələb olunduğunu əsas gətirərək İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir. Kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
33. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 03 mart 2012-ci il təvəllüdlü X7 və 12 mart 2014-cü il təvəllüdlü X9 anaları Cavabdeh himayəsində saxlanılmış və İddiaçı alınaraq Cavabdeh verilməsi, eləcədə həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşaqların cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması qət olunmuşdur.
34. İddiaçı iddia ərizəsində, eləcədə apellyasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli 2(104)- 1874/2022 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsini qeyd etsədə, lakin apellyasiya şikayətinə əlavə olunmuş Samux rayon İcra və probasiya şöbəsinin rəisi Asiman Quliyevin 07 dekabr 2023-cü il tarixli İcra sənədinin qaytarılması haqqında qərardan müəyyən olunur ki, icra sənədi tələbkarın ərizəsi əsasında “İcra haqqında” Qanunun 23.1.1. maddəsinə əsasən geri qaytarılmışdır.
35. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1. maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında;
36. Həmin Qanunun 23.3. maddəsində isə göstərilmişdir ki, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir.
37. Qanunun mənasına görə, əgər icra sənədi üzrə icrata xitam verilməmişdirsə və icra sənədi tələbkarın özünün ərizəsi əsasında geri qaytarılmışdırsa və nəzərdə tutulan əsaslar aradan qalxmışdırsa tələbkarın müraciəti əsasında icra sənəd yenidən icraya yönəldilir.
38. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır.
39. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququ, iddia ərizəsi verilməklə mülki işin başlanmasından məhkəmə aktının icrasınadək olan bütün dövrü əhatə edir. Mövcud olan ənənəvi hüquqi mövqeyə görə, ədalətli məhkəmə araşdırması həm də məhkəmə aktının icrasının səmərəliliyini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər.
40. Hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(058)-239/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.