Məhkəmə qərarları › İş №2(104)-1228/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1228/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1228/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-107/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qarşı himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X3 və X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin alınıb ona verilıməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-107/2024 nömrəli qətnaməsi (hakim Kamil Rzayev) ilə, iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X3 və X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulması 02 noyabr 2023-cü il tarixdən hesablanması və dərhal icra edilməsi, Cavabdeh dövlət rüsumu 70 (yetmiş) manat 40 (qırx) qəpik alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat dövlət rüsumunun yarı hissəsi olan 25 (iyirmi) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, səkkiz ay ayrı yaşadıqdan sonra, uşaqlarına görə, cavabdehlə barışıb bir yerdə yaşamışlar. Cavabdehlə barışdıqdan sonra, özü qətnamənin icrasını dayandırmaqla qətnaməni və icra sənədini məhkəməyə qaytarması barədə Tərtər rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmişdir. İcra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. Cavabdehlə bir yerdə yaşasaqda yenidən nikahları qeyd edilməmişdir. O 15-ilə yaxın AR MN-nin “N” saylı hərbi hissəsində MAHHXQ-su olaraq xidmət etmişdir. Hazırda isə ordudan tərxis olunmuşdur. Bundan əlavə iddiaçı ona xəyanət etmiş və psixoloji problemləri vardır. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-107/2024 nömrəli qətnaməsi ləğv edilməli, işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsində təsbit edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia tələbindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(061)- 1142/2021 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 08 fevral 2014-cü il tarixdə Tərtər Rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndəlikdə bağlanmış 04 saylı nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X3 və X3 adlı uşaqlar anaları İddiaçı yanında saxlanılmış, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X3 və X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay ½ hissəsi miqdarında aliment məhkəmənin 18 avqust 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla tutulub onun hesabına ödənilməsi qət edilmişdir. Bir müddət keçdikdən sonra uşaqları nəzərə alıb cavabdehlə ailəni bərpa etmiş, lakin ailə münasibətləri yenidən pozulmuşdur. Artıq uzun müddətdir ki, onlar cavabdehlə ayrı yaşayır, ümumi təsərrüfat idarə etmirlər. Uşaqların gündəlik tələbatlarının artdığını, onları saxlamaqda çətinlik çəkdiyini bildirmişdir. Cavabdeh övladları ilə maraqlanmış, heç bir maddi köməklik etmir. Hazırki tələblə bağlı Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh X2 ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin onlar razılığa gələ bilməmişlər. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(061)-1142/2921 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 08 fevral 2014-cü il tarixdə Tərtər Rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndəlikdə bağlanmış 04 saylı nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X3 və X3 adlı uşaqlar anaları İddiaçı yanında saxlanılmış, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X3 və X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay ½ hissəsi miqdarında aliment məhkəmənin 18 avqust tarixli qərardadı nəzərə alınmaqla tutulub İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iki halda məhkəmədə mülki işə başlamaq mümkündür – bunlardan birincisi pozulmuş hüququn bərpası, ikincisi qanunla qorunan mənafenin təsdiqi üçün. Hazırki iş üzrə isə iddiaçının tələbi xarakter etibarı ilə qanunla qorunan mənafenin təsdiqinə dair mübahisədir. Belə ki, iddiaçı cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X3 və X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. Lakin, yuxarıda qeyd olunduğu kimi tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması barədə aliment təyin edilmiş, iddiaçı isə alimentin artırılması barədə iddia ilə müraciət etməmişdir. Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsində göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək alimentin təyin edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olmasını nəzərə alınmamış, həmin sənədlər iş materiallarında mövcud olsa da iddia tələbi təmin edilmişdir. Bununla da məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yaşayış yerinin dəyişdirilməsi barədə iddiaçı müstəqil qaydada iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə icraata işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə Kollegiyası hesab edir ki, baxılan iş üzrə Tərtər Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(061)- 1142/2021 saylı qətnaməsi ilə - Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X3 və X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay ½ hissəsi miqdarında aliment məhkəmənin 18 avqust 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla tutulub onun hesabına ödənilməsi - qət edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması barədə yuxarıda qeyd olunan qətnamə ilə aliment təyin edilməsini nəzərə almamış, yenidən aliment tələbinə dair işə baxaraq iddianı qismən təmin etmişdir. Ona görə də, Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, qətnamə tamamilə ləğv olunmalı və iş üzrə icraata işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 10-1, 263, 264, 384, 385, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-107/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə icraata, işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar