Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1229/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X6 və Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(023)-436/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikahın pozulması haqqında 22 iyun 2022-ci il tarixli AZ-İ seriyalı 418765 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 30 noyabr 2020-ci il tarixdə pozulmuşdur.
2. Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli arayışdan görünür ki, X13 07 yanvar 2006-cı ildə Qazax şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r.
3. Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli arayışdan görünür ki, X12 06 iyul 2006-cı ildə Qazax şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r.
4. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 30 iyul 2022-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Nəsibova DilşadAfəddin qızıdır.
5. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X5 Filialının verdiyi 28 fevral 2024-cü il tarixli, 3-17-2/2-N-15167/2024 nömrəli arayışdan görünür ki, ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Cavabdeh işsiz və işaxtaran kimi qeydiyyata, eləcədə hazırda qüvvədə olan əmək müqaviləsi aşkar olunmamışdır
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X6 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından anadan olmuş 06 iyul 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. X6 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci ildə faktiki olaraq ailə qurmuş, 12 dekabr 2006-cı il traixdə isə nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından 07 yanvar 2006-cı il tarixdə Aqşin, 06 iyul 2009-cu il tarixdə isə Aliyə adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan ayrılmışlar və Qazax Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qətanaməsi ilə nikahları pozulmuşdur. 06 iyul 2009-cu il təvəllüdlü Aliyə adlı uşaq onun himayəsindədir. İşsiz olduğundan uşağın tələbatlarını qarşılaya bilmir. Cavabdehin kifayət qədər qazancı olsada uşağın saxlanılmasında maddi köməklik göstərmir.
8. Qazax Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(023)-436/2024 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia tələbi qismən təmin edilərək, 06 iyul 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 31 yanvar 2024-cü il tarixdən başlayaraq, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Qocayeva (Nəsibova) Gülarə Bəziryan qızına ödənilməsi; Cavabdeh 40,40 (qırx manat 40 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi; Qətnamənin dərhal icra edilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75-ci 78.1, 78.2, 100.2 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 112.1.3, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək alimentin miqdarının dəyişdirilərək hər 90 manat müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, maddi və ailə vəziyyətini, eləcədə himayəsində azyaşlı uşağının olmasını nəzrə almamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, birgə nikahlarından anadan olmuş Aqşin yetkinlik yaşına çatmış və hazırda hərbi xitmətdədir. Aliyə adlı uşaqları isə anasının yanında qalır. Nikahları pozulduqdan sonra başqa qadınla ailə qurmuş və həmin nikahdan da bir uşağı olmuşdur. İşsiz olduğundan ailəsinin maddi təminatını güclə ödəyir. Ona görə də qızı Aliyənin saxlanılması üçün hər ay 90 manat aliment ödəyə bilər. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, qızı Aliyə ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Maddi imkanı aşağı olduğundan uşağın təlabatını ödəməkdə çətinlik çəkir. Belə ki, “Şaurma” da firiçi (kartof bişirən) işləyir, aldığı 500 manat əmək haqqının da 250 manatını kirayə haqqı verir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
18. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi xahiş olunsada, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər
32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından 07 yanvar 2006-cı il tarixdə Aqşin, 06 iyul 2009-cu il tarixdə isə Aliyə adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan Qazax Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qətanaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Aqşin adlı uşaq atasının yanında qalsada, artıq yetkinılik yaşına çatmışdır. Aliya adlı uşaq isə hazırda anasının himayəsindədir. Sonuncu uşağı saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin edərək 06 iyul 2009-cu il təvəllüdlü Aliyə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 170 manat alimentin iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
33. Apellyasiya şikayətinin “məhkəmə onun maddi və ailə vəziyyətini, eləcədə himayəsində azyaşlı uşağının olmasını nəzrə almamışdır” dəlilinı müəyyən olunmuş alimentin dəyişdirilərək 90 manat müəyyən olunması üçün əsas saymır. Çünki, cavabdehin ödəmək niyyətində olduğu 90 manat adı qeyd olunan uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi, eləcədə əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli sayıla bilməz.
34. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən olunmuşdur.
35. Eləcədə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(023)-436/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.