Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1272/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, «müəyyən dövr üzrə aliment borcunun silinməsi» tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(040)-175/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərtər Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(061)-996/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh 20 sentyabr 2010-cu ildə anadan olmuş X3 atasının xx xxxxxx 1981-ci ildə Tərtər rayonu Düyərli kəndində anadan olmuş İddiaçı olması müəyyən edilməsi, bu barədə atalığı müəyyən etmə haqqında və doğum haqqında akt qeydlərində və şəhadətnamədə uşağın təvəllüdü, adı, atasının adı olduğu kimi, soyadı müvafiq olaraq Əliyev, doğulduqları yer Tərtər rayonu Düyərli kəndi, ata qrafasında atasının adı İddiaçı, ana qrafasında anasının adı Cavabdeh və valideynlərinin azərbaycanlı olmaları nınqeyd edilməsi, cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh birgə nikahlarından olmuş uşaqlarxx.xx.2003-cü il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X6 analarının yanında qalması və onların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin ataları İddiaçı alınıb anaları Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-996/2018 saylı 25 may 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə cavabdehin yanında saxlanılmış 20 sentyabr 2003-cü il təvəllüdlü X14 və 18 may 2010-cu il təvəllüdlü X9 görə icra sənədi üzrə təyin edilmiş olan aliment miqdarının 01 mart 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan müddət üzrə hesablanmış 1800 (min səkkiz yüz) manat aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə olan nikahı Tərtər Rayon Məhkəməsinin 27 iyun 2007-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Daha sonra Tərtər Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan övladı 18 may 2010-cu il təvəllüdlü X4 onun atalığı müəyyən edilmiş və birgə nikahdan olan övladları- 20 sentyabr 2003-cü il təvəllüdlü X14 və 18 may 2010-cu il təvəllüdlü X1 üçün ondan hər uşaq üçün hər ay 100 (yüz) manat olmaqla iki uşağa görə cəmi 200 (iki yüz) manat aliment miqdarı müəyyən edilmiş və icraya yönəldilmişdir. Hazırda icra sənədi onun faktiki yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsində icra məmuru Elvin Fərzəliyevin icraatındadır. İcra məmuru bu iş üzrə hesablamanı düzgün aparmamışdır. Belə ki, birgə nikahdan olan qızı- 20 sentyabr 2003-cü il təvəllüdlü X14 01 mart 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək, 18 may 2010-cu il təvəllüdlü X11 isə 01 oktyabr 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək onun yanında yaşamışlar. Bununla bağlı Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1418 nömrəli 01 sentyabr 2022-ci il tarixli arayışı təqdim edilmişdir və Suraxanı Rayon Məhkəməsinin qərarında da bu özünü göstərir. Bu səbəbdən də hesab edir ki, müəyyən müddət ərzində, yəni 9 (doqquz) ay uşaqlardan biri (Nübar), daha sonra 2 (iki) ay digəri (İsmayıl) onun yanında qaldığından digər tərəfə aliment ödəmək öhdəliyi yaranmamışdır və həmin müddətə (01 mart 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək) hesablanmış 1800 manat (9 ay x 200 manat=1800 manat) aliment borcu silinməlidir. Kəlbəcər Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(040)-175/2023 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu etməmiş, məhkəməyə mötəbər sübut təqdim etməmiş, məhkəməyə təqdim etdiyi sənədlər-ödəniş qəbzlərin fotosurətləri isə təsdiqlənməmiş fotosurətlər olmaqla Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Məhkəmə iddiaçının məhkəməyə ödəniş qəbzləri kimi təqdim etdiyi təsdiqlənməmiş fotosurətləri sübut kimi qəbul etmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarılmışdır. Cavabdeh ilə olan nikahları Tərtər Rayon Məhkəməsinin 27 iyun 2007-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərtər Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan 18 may 2010-cü il təvəllüdlü X7 atalığı müəyyən edilmiş və birgə nikahdan olan 20 sentyabr 2003-cü il təvəllüdlü X14 və 10 may 2010-cü il təvəllüdlü X2 üçün ondan hər uşaq üçün hər ay 100 manat olmaqla cəmi 200 manat məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. X5 01 mart 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək, oğlu X11 isə 01 oktyabr 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək analarının razılığı ilə onun yanında yaşamışlar və bu müddət ərzində uşaqların maddi təminatlarını o, təmin etmişdir. Ona görə də müəyyən müddət ərzində, yəni 09 (doqquz) ay uşaqlardan biri (Nübar), daha sonra 02 (iki) ay digəri (İsmayıl) onun yanında qaldığından digər tərəfə aliment ödəmək öhdəliyi yaranmamışdır və həmin müddətə (01 mart 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək) hesablanmış 1800 (9 ay x 200 manat=1800 manat) aliment borcu silinməlidir. Hazırda alimentin tutulmasına dair icra vərəqi Bakı şəhər Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 icraatındadır və uşaqların 9 ay onun himayəsində qalmalarını təsdiq edən Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1418 nömrəli 01 sentyabr 2022-ci il tarixli arayışını Kəlbəcər Rayon Məhkəməsinə iddia ərizəsi ilə birlikdə təqdim etmişdir. Məhkəməyə təqdim etdiyi bəzi mötəbər sübutlar qətnamənin təsviri hissəsində qeyd edilməmişdir. Belə ki, Bakı şəhər Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 2022-ci ildə İXM-nin 528.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyinə dair inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Xəzərə Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2022ci il tarixli qərarından apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-2262/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin barəsində olan 07 sentyabr 2022-ci il tarixli, 3(003)-1271/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata İXMnin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla, yəni inzibati xəta tərkibinin olmaması əsası ilə xitam edilmiş və ona münasibətdə tətbiq edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsini qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, icra sənədi üzrə İddiaçı tərəfindən 2020-2022-ci illərdə davamlı ödənişlər edilmiş, 25 iyun 2019-cu ildə 100 manat, 27 yanvar 2020-ci il tarixdə 250 manat, 10 avqust 2020-ci il tarixdə 200 manat, 10 dekabr 2020-ci ildə 100 manat, 14 dekabr 2020-ci il tarixdə 100 manat, 17 yanvar 2021-ci il tarixdə 150 manat, 02 fevral 2021-ci il tarixdə 100 manat, 25 fevral 2022-ci il tarixdə 100 manat, 01 mart 2021-ci il tarixdə 150 manat, 13 aprel 2021-ci il tarixdə 400 manat, 16 aprel 2021-ci il tarixdə 400 manat, 24 may 2021-ci il tarixdə 180 manat, 31 may 2021-ci il tarixdə 320 manat, 30 iyun 2021-ci il tarixdə 200 manat, 04 avqust 2021-ci il tarixdə 250 manat, 08 sentyabr 2021-ci il tarixdə 250 manat, 22 oktyabr 2021-ci il tarixdə 200 manat, 24 noyabr 2021-ci il tarixdə 200 manat, 30 dekabr 2021-ci il tarixdə 200 manat, 31 yanvar 2022-ci il tarixdə 200 manat, 28 fevral 2022-ci il tarixdə 150 manat 31 mart 2022-ci il tarixdə 150 manat, 29 aprel 2022-ci il tarixdə 150 manat, 10 iyun 2022-ci il tarixdə 200 manat, 22 avqust 2022-ci il tarixdə 300 manat, 02 sentyabr 2022-ci il tarixdə 200 manat, 05 sentyabr 2022-ci il tarixdə 200 manat olmaqla tələbkara 5400 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, 2020-ci ildən hazırkı tarixədək borclunun ödəməli olduğu aliment borcu 5400 manat olmuş, 2020-ci ildən hazırkı tarixədək borclu tərəfindən 5300 manat ödəniş edilmişdir.xx.xx.2020-ci il tarixdə keçmiş həyat yoldaşı və hazırkı iş üzrə Cavabdeh Tərtər rayon İcra və Probasiya Şöbəsinin rəisinə öz xətti ilə ərizə yazıb müraciət edərək X5 xx.xx.2020-ci il tarixdən atasının himayəsində olduğunu bildirmiş və onun yazdığı ərizənin surətini də Kəlbəcər Rayon Məhkəməsinə təqdim etdiyi halda məhkəmə öz qətnaməsində bu barədə heç bir qeyd aparmamışdır. Bundan əlavə Buzovna qəsəbəsində yaşayan qonşuları X15 və X10 notariat qaydada təsdiq olunmuş ərizə ilə bildirmişlər ki, xx.xx.2003-cü il təvəllüdlü X14, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2010-cü il təvəllüdlü X11 xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək qeydiyyatsız yaşayıblar. Lakin, Kəlbəcər Rayon Məhkəməsi heç bir əsas olmadan məhkəməyə təqdim etdiyi yazılı sübutları nəzərə almamış və nəticədə də qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin və iddia tələbinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının 2018-ci ildən aliment borcu vardır. O, 4600 manat aliment borcundan yalnız 2022-ci ilin sentyabr ayında 400 manat ödəniş etmişdir. İddia tələbi əsassızdır. Uşaqlar yalnız 2020-ci ilin oktyabr ayının 15-dən həmin ilin dekabr ayının 1-dək, yaşamağa yerləri olmadığından, atalarının yanında olmuşlar. X27 mart ayında atasının yanına getsə də sonradan onun yanına qayıtmış və təhsilini davam etdirmişdir. Etiraf edir ki, uşaqlar yalnız «İkinci Qarabağ» müharibəsi zamanı cəmi iki ay Tərtər rayonunda vəziyyət yaxşı olmadığından atasının yanında qalmışlar. Digər tərəfdən uşaqların saxlanılması valideynlərin borcudur və alimentin silinməsinə etiraz edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqların haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələri inzibati və ya qanunvericilik orqanları tərəfindən.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Maddə 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. İşin hallarından görünür ki, İddiaçı cavabdeh X13 ilə 2001-ci ildə qeyri-rəsmi nikahla ailə qurmuş, rəsmi nikahları 02 oktyabr 2003-cü il tarixdə qeydə alınmışdır. Bu nikahdan 20 sentybr 2003-cü il tarixdə övladı X17 doğulmuşdur. Tərəflərin aralarındakı nikah Tərtər Rayon Məhkəməsinin 27 iyun 2007-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehlə barışıb bir müddət qeyri-rəsmi nikahla birlikdə yaşamış və həmin qeyri-rəsmi nikahdan da bir övladları-İsmayıl doğulmuşdur. Daha sonra Tərtər Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh ilə birgə nikahdan olan övladı- 18 may 2010-cu il təvəllüdlü X4 atalıq müəyyən edilmiş və birgə nikahdan olan övladları 20 sentyabr 2003-cü il təvəllüdlü X14 və 18 may 2010-cu il təvəllüdlü X1 üçün ondan üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarda aylıq alimentin Cavabdeh xeyrinə tutulması qət edilmiş və qətnamə icraya yönəlmişdir. Hazırki iddia tələbinin predmeti birgə nikahdan olan uşaqların saxlanması üçün təyin olunan alimentin 20 sentyabr 2003-cü il təvəllüdlü övladı X14 01 mart 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək, 18 may 2010-cu il təvəllüdlü oğlu X11 isə 01 oktyabr 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək faktiki olaraq iddiaçı ilə birlikdə yaşamaları səbəbindən iki uşaq üçün təqribi 9 ay ərzində ödənilmiş 1800 manat aliment borcunun silinməsi olmuşdur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bununla bağlı qeyd olunur ki, hazırki tələb üzrə iddiaçı cavabdehlə birgə nikahdan olan iki azyaşlı övladının saxlanması üçün məhkəmə qərarı ilə təyin edilmiş hər uşağa 100 manat olmaqla 200 manat aylıq aliment ödənişi etməklə mükəlləf olmuşdur. İşin hallarından müəyyən edilir ki, azyaşlılar 2020-ci ilin oktyabr-noyabr ayları aralığında faktiki olaraq Cavabdeh yanında olmamışlar, İddiaçı ilə birlikdə yaşamışlar. Azyaşlılara münasibətdə onların saxlanması və digər zəruri tələbatlarını qeyd edilən zaman kəsiyində iddiaçı yerinə yetirmişdir. Belə ki, apellyasiya icraatı zamanı Cavabdeh da öz izahatında azyaşlıların 2020-ci ilin oktyabr-noyabr ayları aralığında faktiki olaraq iddiaçının yanına qaldıqlarını etiraf etmişdir. Bu isə iddia tələbinin qismən etirafı kimi qiymətləndirilməlidir. Digər tərəfdən iddiaçı apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi sübutlar sırasında Buzovna qəsəbəsində yaşayan qonşuları X15 və X10 notariat qaydada təsdiq olunmuş ərizələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şahid ifadəsi mütləq sübut səciyyəsi daşımır və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Qeyd edilənlərə əsaslanaraq müəyyən olunur ki, azyaşlıların faktiki olaraq 2020-ci ilin oktyabr-noyabr ayları aralığında cavabdehin himayəsində olmaması səbəbindən iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(040)-175/2023 nömrəli qətnaməsi qismən- xx.xx.2020-xx.xx.2020-ci il üzrə hesablanmış aliment borcunun silinməsinə dair iddia tələbinin rədd edilməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-996/2018 nömrəli, 25 may 2018-ci il tarixli icra sənədi üzrə Cavabdeh himayəsində olan xx.xx.2003-cü il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X9 xx.xx.2020-xx.xx.2020-ci il tarix üzrə hesablanmış 400 (dörd yüz) manat aliment borcu İddiaçı xeyrinə silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov