Məhkəmə qərarları › İş №2(104)-1286/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1286/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1286/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6572/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-390/2018 nömrəli qətnaməsi əsasında xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hesablanmış 3.944 manat, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2211/2020 nömrəli qətnaməsi əsasında xx.xx.2019-cu təvəllüdlü X2 üçün hesablanmış 3.770 manat, cəmi 7.714 manat aliment borcunun silinməsi və ödənilmiş 98 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6572/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6572/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6572/2023 saylı qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6572/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6572/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən təkrarən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6572/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Belə ki, o, məhkəməyə verdiyi ünvanda yaşamadığı üçün sözügedən qətnaməni xx.xx.2024-cü il tarixdə almışdır. Ancaq poçt həmin qətnaməni ünvana xx.xx.2024-cü il tarixdə xalası oğlu X3 təqdim etmişdir. Həmin ərəfələrdə xalası oğlu Orxan Gəncəzadənin atası vəfat etdiyindən, Orxan sözügedən qətnaməni ona xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Sözügedən qətnamənin ona xx.xx.2024-cü il tarixdə çatdırılmasından məlumatsız olmuşdur. Bundanda əlavə, xx.xx.2024-cü il tarixdə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə daxil olmuş ərizəsində İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü tarixli, 2(125)-6572/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab edib, buraxılmış müddəti bərpa edərək apellyasiya şikayətinə baxılması üçün şikayətlə birlikdə iş materiallarının Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6572/2023 saylı qərardadı ilə (hakim Camal Quliyev) Gəncə Şəhər Məhkəməsinin 2(125)-6572/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı ərizəsi təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6572/2023 saylı qərardadının ləğv edilməsini və qətnamədən verilmiş olan apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6572/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti müddətini 1-2 gün ötürmüş, məhkəmə həmin müddətin üzürlü ötürülməsini nəzərə almadan, əsassız olaraq həmin müddəti bərpa etməmişdir. Hesab edir ki, onun tərəfindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6288/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin buraxılmış müddətli bərpa ərizəsi bərpa edilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6572/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6572/2023 saylı nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı qətnaməni aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, qanunun həmin tələblərinə əməl etməyərək, qanunla müəyyən olunmuş apellyasiya şikayətini vermə müddətini üzürlü səbəb olmadan 4 gün ötürmüş və müddətin bərpasına dair ərizəsinə müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı bir mötəbər sübüt əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6572/2023 saylı, xx.xx.2023-cü il il tarixli qətnaməsinin surəti İddiaçı yaşadıqı ünvana çatdırılmış və sözügedən qətnaməyə xx.xx.2024-cü il tarixində iddiaçının xalası oğlu “Orxan” adlı şəxs tərəfindən imza edilərək, rəsmi şəkildə qətnaməni qəbul edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qətnamədən bir ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək apellyasiya şikayəti verməli olduğu halda, apellyasiya şikayətini sonradan iddiaçının nümayəndəsi tərəfindən “Elektron Sistemi” vasitəsi ilə xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti yerləşdirilmiş, bununla da, qanunla müəyyən olunmuş müddəti 4 gün ötürmüşdür. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6572/2023 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6572/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6572/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən hazırkı apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi isə, xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6572/2023 saylı, xx.xx.2023-cü il il tarixli qətnaməsinin surəti İddiaçı qohumları tərəfindən xəbərnaməyə imza etdirilməklə xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə qəbul edilmiş, onun həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 6572/2023 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-6572/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmış, bundan sonra, onun vəkili və nümayəndəsi Nümayəndə Gəncə Şəhər Məhkəməsinin 2(125)-6572/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən hazırkı apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi isə, xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-6572/2023 saylı qərardadı saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-6572/2023 saylı qərardadı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar