Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1301/2025 30.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2123/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 aprel 2018-ci il təvəllüdlü Dilək, 20 aprel 2019-cu il təvəllüdlü Duyğu, 27 iyun 2020-ci il təvəllüdlü Səriyyə və 21 iyul 2022-ci il təvəllüdlü Hakim adlı uşaqların cavabdehdən alınıb ona verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin(bunda sonra- Rayon Məhkəməsi) e-2(076)- 2123/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025–ci il tarixli 2(076)-1203/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların onun himayəsində qalmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia qaldırmış, onun iddiası qismən təmin edilərək, 07 aprel 2018-ci il təvəllüdlü Dilək, 20 aprel 2019-cu il təvəllüdlü Duyğu, 27 iyun 2020-ci il təvəllüdlü Səriyyə və 21 iyul 2022-ci il təvəllüdlü Hakim adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Eləcə də, işdə olan Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025–ci il tarixli 2(076)-1203/2025 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Göründüyü kimi Cavabdeh əvvəllər İddiaçı qarşı “uşaqların onun himayəsində qalmasının müəyyən edilməsi və aliment” tələbinə dair məhkəmədə iddia qaldırmış və onun iddiası qismən təmin edilmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə artıq məhkəmə qaydasında baxılaraq, yekun məhkəmə aktı qəbul edilmiş və qeyd edilən tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Əvvəlki işə baxılarkən İddiaçı Cavabdeh xeyrinə aliment tutulması qət edilmiş, qətnamənin nəticə hissəsində uşaqların kimin yanında qalması konkret olaraq göstərilməsə də, aliment tutulması ona dəlalət edir ki, əvvəllər işə baxmış məhkəmə uşaqların atanın yanında qalması ilə razılaşmışdır ki, sonuncunun xeyrinə aliment təyin edilmişdir. Başqa sözlə, əvvəllər işə baxılan zaman faktiki nikahdan doğulmuş uşaqların artıq atanın yanında olması müəyyən edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025–ci il tarixli 2(076)-1203/2025 saylı qətnaməsinin 3-cü vərəqinin sonuncu abzastında da göstərilmişdir ki, “07 aprel 2018-ci il təvəllüdlü Dilək, 20 aprel 2019-cu il təvəllüdlü Duyğu, 27 iyun 2020-ci il təvəllüdlü Səriyyə və 21 iyul 2022-ci il təvəllüdlü Hakim adlı uşaqların hal-hazırda iddiaçının (Cavabdeh) yanında olması müəyyən edilmişdir.” Əvvəlki işə baxılarkən İddiaçı uşaqlarını tələb etmiş, hazırda isə yenidən uşaqlarla bağlı mübahisə qaldırmışdır. İddiaçı əvvəlki işə baxılarkən izahatında uşaqlarını tələb etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Lakin İddiaçı xx.xx.2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, istər məhkəmə qətnaməsindən, istərsə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan şikayət verməmiş, 19 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə heç bir dəyişən əsas olmadan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi əvvəlki iddia tələbinə baxılarkən İddiaçı Cavabdeh xeyrinə aliment tutulması qət edilmiş, bununla da tərəflərin faktiki nikahından doğulmuş uşaqların kimin yanında qalması məsələsinə hüquqi qiymət verilmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, mülki işin icraatının təzələnməsini və iddia tələbinin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-cı ildə faktiki evlənməklə ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü Dilək, xx.xx.2018-ci il təvəllüdlü Duyğu, xx.xx.2019-cu il təvəllüdlü Səriyyə və xx.xx.2022-ci il təvəllüdlü Hakim adlı uşaqları doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olmuşdur. Lakin sonradan münasibətləri pozulduğundan faktiki olaraq ayrı yaşayırlar. Uşaqlar onunla ata evində yaşayırdılar. Uşaqları Səriyyə və Hakim xəstədirlər. Cavabdeh uşaqları həm müalicəyə aparmaq üçün, həm də onlarla görüşmək üçün ondan götürmüşdür. Lakin sonra cavabdeh uşaqlarını ona geri qaytarmamışdır. Dəfələrlə cavabdehə müraciət edib uşaqlarının geri qaytarmasını istəsə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin sözügedən qərardadı ilə iddia tələbi üzrə mülki işə xitam verilmişdir. Qərardadda qeyd olunmuşdur ki, eyni predmet üzrə, eyni əsas üzrə, eyni tərəflər üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsində isə alimentlə bağlı mübahisəyə münasibət bildirilmişdir. Əvvəllər cavabdehlə aralarında uşaq mübahisəsi olmamışdır. Belə ki, cavabdeh uşaqlarını görüşmək adı ilə aparıb geri qaytarmadıqda o, uşaqları ilə görüşmək üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(076)- 43/2025 saylı qərardadı ilə onun uşaqları ilə görüşü təmin olunmuşdur. Uşaqları ilə görüşərkən Səriyyə adlı uşağının bədənində xəsarət izləri aşkar etmişdir. Qızından bunun səbəbini soruşduqda isə o, Fatma adlı ögey anası tərəfindən döyüldüyünü bildirmişdir. O, uşağının ögey anası tərəfindən döyülməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün Şəmkir Rayon Polis Şöbəsinə ərizə təqdim etmişdir. Şəmkir rayon Polis Şöbəsi tərəfindən ekspertiza təyin olunmuşdur. Hazırda müraciəti ilə bağlı araşdırma aparılır. Uşaqları cavabdehin yanında işgəncələrə məruz qalırlar. Uşaqları pis vərdişlərə qurşanıb. Cavabdeh oğlunun damağında siqarətlə birlikdə çəkmiş olduğu foto şəkili sosial şəbəkələrdə paylaşmışdır. Bir ana olaraq bunlara göz yuma bilməz. Bu səbəbdən də uşaqlarının cavabdehdən alınması üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadını qanunsuz və əsassız hesab edir. Qərardad həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilib. Sözügedən qərardadın ləğv olunmasını, iddia tələbi üzrə mülki işin icraatının təzələnməsini və iddiasına mahiyyəti üzrə baxılıb nəticə verilməsini istəyir. Məhkəmə iddiaya baxanda Səriyyə adlı uşaq onun himayəsində yaşayırdı. Səriyyə hazırda da onun himayəsindədir. İşə baxan məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Məhkəmədə Cavabdeh ondan uşaqların saxlanması üçün aliment tələb edib. O da Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia qaldırmışdır. Qarşılıqlı iddiası məhkəmə tərəfindən icraata qəbul olunmayıb və məhkəmə qərardaddından şikayət verməyinə şərait yaradılmayıb. Belə ki, qarşılıqlı iddia tələbi icraata qəbul olunmayanda ona həmin qərardaddan şikayət verilməsi üçün 10 gün vaxt verilməli idi. Lakin qətnamə ilə qərardad eyni gündə qəbul olunmuş, ona belə bir imkan verilməmişdir. Ailə mübahisələri davam edən münasibətlərdir. Qeyd etdiyi əsaslara görə hesab edir ki, məhkəmə qərardadı işin hallarına uyğun deyildir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, hazırki iş üzrə tərəflərin faktiki nikah münasibətlərindən 4- Dilək, Duyğu, Səriyyə və Hakim adlı uşaqları doğulmuşdur. Həmin uşaqların saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulması barədə Şəmkir Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 2(076)-1203/2025 nömrəli qətnamə qəbul edilmişdir. Hazırki iş üzrə iddiaçının tələbi uşaqların ataları olan cavabdehdən alınaraq ona verilməsi və həmin uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulması barədədir. Birinci instansiya məhkəməsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1203/2025 nömrəli qətnaməsinə(bundan sonra- əvvəlki qətnamə) istinad edərək və həmin qətnamə ilə İddiaçı Cavabdeh xeyrinə aliment tutulmasını, bununla da tərəflərin faktiki nikahından doğulmuş uşaqların kimin yanında qalması məsələsinə hüquqi qiymət verildiyini əsas gətirərək mülki işin icraatına xitam vermişdir. Məhkəmə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, hazırki iş üzrə irəli sürülmüş tələb əvvəlki qətnamə ilə eyni hüquqi münasibətə aid deyildir və həmin qətnamə hazırki iş üzrə hüquqi maneə təşkil etmir. Belə ki, əvvəlki qətnamə uşaqların faktiki atalarının yanında yaşadığı dövrə və vəziyyətə əsaslanaraq çıxarılmış və həmin şərait üçün alimentin məhz ataya ödənilməsini müəyyən etmişdir. Hazırki iddiada isə uşaqların ananın himayəsinə verilməsi və həmin vəziyyətdə uşaqların saxlanılması üçün atanın aliment ödəməsi tələbi irəli sürülmüşdür. Belə olan halda hazırki tələb yalnız alimentlə deyil, uşaqların yaşayış yerinin müəyyən olunması və saxlanma məsuliyyətinin dəyişməsi ilə bağlı hüququ münasibətləri də əhatə edir. Bu isə əvvəlki qətnamədə nəzərdən keçirilən hüquqi və faktiki hallardan fərqlidir. Uşaqların saxlanılması üçün aliment onları faktiki saxlayan valideynə ödənilməlidir. Uşağın yaşayış yeri dəyişdikdə həmin məsuliyyət və aliment öhdəliyi də dəyişə bilər. Hazırki halda iddianın hüquqi əsası və faktiki tərkibi əvvəlki işdən fərqləndiyinə görə bu tələbin artıq baxlmış məsələ hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir. Buna görə də Məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə baxılması və uşaqların yaşayış şəraiti, saxlanması ilə bağlı cari vəziyyətin araşdırılması zəruridir. Belə olan halda Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2123/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1301/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1301/2025
30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver