Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1309/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Sabit pul formasında aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul formasında aliment tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1382/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 09.12.2021-ci il tarixli 5695 nömrəli X8 tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı və X3 nikahı Şəmkir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2021-ci ildə 238 nömrəli akt qeydi ilə Şəmkir rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra ərə “Dəmirov”, arvada “İsmayılova” soyadı verilmişdir.
2. AZ-İİ 571053 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir.
3. xx.xx.2021-ci il tarixli 4253 nömrəli X8 tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2010-cu ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir.
4. xx.xx.2021-ci il tarixli 4253 nömrəli X8 tərəfindən verilmiş arayışdan görünür ki, X7 xx.xx.2012-ci ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir.
5. xx.xx.2021-ci il tarixli 4253 nömrəli X8 tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.2013-cü ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir.
6. 2(076)-2628/2021 saylı 19 oktyabr 2021-ci il tarixli Şəmkir rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə X6 arasında 24 noyabr 2009-cü il tarixdə Şəmkir rayonu Düyərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə bağlanmış və 48 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş Gülmirə adlı uşağın iddiaçı X3, xx.xx.2012-ci il tarixdə doğulmuş Gülay və xx.xx.2013-cü il tarixdə doğulmuş İsmixan adlı uşaqların cavabdeh İddiaçı yanında qalması müəyyən edilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışlardan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 53 faiz əmək qabiliyyətinin itirilməsi ilə sağlamlıq imkanları məhdud kimi qeyd edilmişdir.
8. Şəmkir şəhər Psixiatriya xəstəxanasının 288/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu verilmişdir.
9. xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00101 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixə saat 14:00-da keçirilmiş mediasiya sessiyasında iştirak etmişlər, Cavabdeh mediasiya sessiyasının davam etdirməyə razılıq verilməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfinə 08 mart 2012-ci il təvəllüdlü Gülay, 25 iyul 2013-cü il təvəllüdlü İsmixan adlı uşaqların saxlanması üçün hər ay, hər bir uşağa 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulmasına, 50 manat mediasiya xərcinin, 500 manat vəkil xidmət haqqın cavabdehdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə faktiki ailə qurmuşlar. Nikahları xx.xx.2009-cu ildə rəsmi qeydə alınıb. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur. Münasibətləri əvvəllər normal olmuş və sonradan pozulmuşdur. Bu səbəbdən 2019-cu ilin əvvəllərindən cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Aralarında olan nikah 2021-ci ildə rəsmi qaydada pozulmuşdur. Nikah pozulanda birgə nikahdan doğulmuş uşaqları Gülay və İsmixan onun, Gülmirə isə cavabdehin himayəsində saxlanılmışdır. Uşaqlar onun himayəsində yaşadığı müddətdə cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. Halbu ki, o, fərdi əməklə məşğuldur. Maddi imkanları çox yaxşıdır. Eyni zamanda oğlu İsmixan anadagəlmə xəstədir. Mütəmadi olaraq müalicə alır və fizio-terapiya qəbul edir. İstəyir ki, cavabdeh hər ay hər bir uşağın saxlanması üçün 250 (iki yüz əlli) manat sabit pul formasında aliment ödəsin. O, cavabdehə mediasiya təklifi göndərmiş, uşağa maddi yardım göstərməsini xahiş etmişdir. Lakin cavabdeh könüllü olaraq uşağa maddi yardım göstərməkdən imtina etmişdir.
12. Mülki işə mahiyyəti üzrə baxılmağa başlanana kimi ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü Gülmirə adlı qızı yetkinlik yaşına çatanadək hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçıla 06 sentyabr 2009-cu il tarixdə faktiki ailə qurmaqla nikahı 24 noyabr 2009-cu il tarixdə Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəlikdə rəsmi qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Gülmirə, xx.xx.2012-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü İsmixan adlı uşaqlar doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(076)- 2628/2021 saylı qətnaməsinə əsasən nikah pozulmuş, Gülmirə adlı uşaq onun yanında, Gülay və İsmixan adlı uşaqların cavabdehin yanında qalması müəyyən edilmişdir. Ayrıldığı vaxtdan qızı Gülmirə onun himayəsində yaşayır, məktəblidir, onun hazırlıq kurslarına çoxlu maddi vəsait tələb olunur, o, maddi cəhətdən çətinlik çəkir, heç bir yerdə işləmir, cavabdeh onun maddi vəziyyətini bildiyi halda, ona qarşı aliment tələbi irəli sürdüyünə görə, cavabdehində ona aliment ödəməsini istəyir. Cavabdeh Rusiya Federasiyasında yaşayır və işləyir, alverlə məşğuldur, maddi vəziyyəti çox yaxşıdır. Həmçinin oğlu İsmixan İİİ qrup əlilliyə görə DSMF-dan 250 (iki yüz əlli) pensiya alır, cavabdeh isə ona görə 100 manat baxım haqqı alır. Belə olan halda hesab edir ki, cavabdehlə birgə yaşadığı dövrdə anadan olmuş qızı Gülmirə yetkinlik yaşına çatanadək cavabdeh ona köməklik göstərməlidir. Cavabdehin işi rəsmi olmadığına görə alimentin sabit pul məbləğində tutulmasını istəyir.
14. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1382/2025 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi), ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2, 78.3 və 112.1-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1382/2025 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının himayəsində iki azyaşlı uşaq var. Eyni zamanda İsmixan adlı uşaq mütəmadi olaraq müalicə alır. Uşaqların maddi və müalicə xərclərini ödəməkdə çətinlik çəkir. Cavabdeh könüllü olaraq heç bir köməklik göstərmir. İddiaçı diabet xəstəsidir, ürəyində stent var, gözləri yaxşı görmür. Cavabdeh fərdi əməklə məşğuldur, maddi imkanı yaxşıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, onun himayəsində bir azyaşlı uşağı var. Ağır maddi ehtiyac içində yaşayır. Heç bir yerdə işləmir. Cavabdeh isə Rusiyada yaşayır və işləyir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, onlar, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
22. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
23. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
24. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
25. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
26. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
27. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
28. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
32. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı qətnamənin ləğvini xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, qətnamənin ilk iddianın təmin edilməməsi hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslıığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
44. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1382/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Daha sonra ailədaxili münaqişələrə görə ayrılmışlar və aralarında olan nikah 2021-ci ildə pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X4 ilk iddia üzrə cavabdeh X3, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 isə ilk iddia üzrə İddiaçı himayəsində saxlanılmışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Lakin, ilk iddia üzrə İddiaçı cavabdehin maddi vəziyyəti, işləyibişləməməsi, onun maddi durumunun hansı vəziyyətdə olması ilə bağlı hər hansı sübutlarını şikayətə əlavə etməmişdir.
48. Uşağa qayğı göstərilməsinin valideynlərin həm hüququ həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını və uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikasının MPM-in 385-ci maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud olmadığından apellyasiya şikayəti təmin edilməməlidir.
49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
52. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
53. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci intansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1382/2025 nömrəli qətnaməsi mübahisələndirilən - ilk iddianın təmin edilməməsi - hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.