Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1348/2025 08.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli 2(076)-3758/2017 nömrəli qərardadından Borclu3 Rafiq oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli 2(076)-3758/2017 nömrəli məhkəmə əmri ilə xx.xx.1982-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş, Şəmkir rayonu Seyfəli kəndində qeydiyyatda olan Borclu1, xx.xx.1978-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş, Şəmkir rayonu Seyfəli kəndində qeydiyyatda olan Borclu2 və xx.xx.1992-ci ildə Şəmkir rayonunun Yeni-Həyat kəndində anadan olmuş, Şəmkir rayonu Yeni-Həyat kəndində qeydiyyatda olan Borclu3 Rafiq oğlundan müştərək qaydada 3099.89 ABŞ dolları əsas borc, 572.04 ABŞ dolları faiz borcu və 310 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3981.93 (üç min doqquz yüz səksən bir dollar doxsan üç sent) ABŞ dolları (əmr icra olunan günə olan Azərbaycan Respublikası manatına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 20 manat dövlət rüsumu alınaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti-125 ünvanında yerləşən kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnin xeyrinə ödənilməsi əmr edilmişdir. Həmin əmr tərəflərə göndərilmiş, qanunla müəyyən edilmiş müddətdə etiraz daxil olmadığından məhkəmə əmri icraya yönəldilmişdir. Borclu3 Rafiq oğlu xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını хаhiş еtmişdir. Şəmkir Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli 2(076)-3758/2017 nömrəli qərardadı ilə (hakim Nazlı Heydərova) Borclu3 Rafiq oğlunun nümayəndəsi (vəkili) Nümayəndə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-3758/2017 saylı məhkəmə əmrinin ləğv edilməsi barədə etirazının geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu3 Rafiq oğlu şikayət verərək, qərardadın ləğv olunmasını və etirazın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əmri onun iştirakı olmadan qəbul olunmuş və məlumat üçün ona göndərilməmişdir. Bu səbəbdən də məhkəmə əmrinə etiraz edə bilməmişdir. Sözügedən məhkəmə əmrini bir neçə gün bundan qabaq, yəni xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Belə ki, hazırda işləyir və əmək haqqından tutma həyata keçirilib. Bundan sonra ona məlum olub ki, belə bir məhkəmə əmri vardır. İş materiallarında məhkəmə əmrinin ona təqdim olunması və həmin məhkəmə əmrini əldə etməyi barədə məlumat yoxdur. Lakin buna baxmayaraq məhkəmə ərizəni geri qaytarmışdır. Bununla da, onun hüquq və qanuni mənafeləri pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli 2(076)-3758/2017 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 282-ci maddəsinə görə, borclu məhkəmə əmrini aldığı gündən 10 gün verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəmkir Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli 2(076)-3758/2017 nömrəli məhkəmə əmrinin surəti poçt vasitəsilə müşayiətedici məktubla Borclu3 Rafiq oğlunun yaşadığı ünvana (Şəmkir, Yenihəyat kəndi) göndərilmişdir. Borclu3 7 ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə əmrdən etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən etirazın geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Cavabdeh Borclu3 məhkəmə əmri qəbul edilməsindən 7 ildən artıq vaxt keçdikdən sonra etiraz verməsinə səbəb kimi məhkəmə əmrinin surətinin ona rəsmi qaydada verilmədiyini göstərmişdir. Halbuki, yuxarıda da göstərildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmrinin surəti poçt vasitəsilə müşayiətedici məktubla Borclu3 yaşadığı ünvana göndərilmişdir. Bununla belə, məhkəmə əmrinin surətinin Borclu3 rəsmi qaydada verilmədiyi öz təsdiqini tapdığı təqdirdə belə, bu hal özlüyündə əmrə etirazın qəbulu üçün əsas sayıla bilməz. Kollegiya diqqəti «Akif Həsənov Azərbaycana qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi qərarına çəkir. Həmin qərarda Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, «hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir». Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, əmrin ləğv edilməsi dair etirazın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu3 Rafiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli 2(076)-3758/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1348/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1348/2025
08.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver