Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1373/2025 22.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı mülki iş üzrə Açar sözlər: aliment tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı sabit məbləğdə aliment tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(030)-155/2025 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə X11, xx.xx.2016-cı il tarixdə isə X9 adlı uşaqları doğulmuşdur;
2. Daşkəsən Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(030)- 238/2019 saylı qətnaməsinin surətindən görünür ki, 31 yanvar 2015-ci ildə anadan olmuş X11 və 30 avqust 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 11 iyun 2019-cu il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarda aliment tutulub İddiaçı ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X12 ödənilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir;
3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 dekabr 2024-cü il tarixli MŞG/1-02375 nömrəli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2015-ci il təvəllüdlü X8 və 30 avqust 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh X2 hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment və ödənilmiş 50 manat mediasiya xərcinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 31 yanvar 2015-ci il tarixdə Tağı və 30 avqust 2016-cı il tarixdə Əsmət adlı iki uşaqları doğulmuşdur. Aralarındakı nikahı 22 yanvar 2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 166 saylı akt qeydi ilə qeydə aldırmışlar. Ailə qurandan sonra xeyli müddət bir yerdə yaşamışlar. Sonradan cavabdeh onu iki azyaşlı uşaqları ilə birlikdə atıb getmişdir. Cavabdeh uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmədiyi üçün Daşkəsən Rayon Məhkəməsinə aliment tələbi ilə müraciət etmiş, məhkəmənin 09 iyul 2019-cu il tarixli 2(030)-238/2019 saylı qətnaməsi ilə uşaqların maddi təminatı üçün cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarda aliment tutulub ona ödənilməsi qət edilmişdir. Hazırda günün tələblərinə uyğun olaraq uşağın maddi tələbatını təkbaşına ödəyə bilmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh pensiya alsa da, onun şəxsi təsərrüfatı vardır, həmçinin arıçılıqla məşğul olur
6. Daşkəsən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(030)-155/2025 saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia qismən təmin edilərək, tərəflərin birgə nikahından 31 yanvar 2015-ci ildə doğulmuş X11 və 30 avqust 2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh X2 hər uşağa 17 yanvar 2025-ci ildən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,40 misli həddində aliment tutulub İddiaçı ödənilməsi; X2 58,40 ( əlli səkkiz manat qırx qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X12 ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 60.1, 75, 78.1 və 78.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
8. Cavabdeh X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit məbləğdə aliment müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ilə rəsmi nikаhdа оlmuş, оnlаr məhkəmə qаydаsındа bоşаnmışlar. xx.xx.2015-ci il təvəllüdlü Tаğı və xx.xx.2016-cı il təvəllüdlü Əsmət adlı uşаqlаrın yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаlаrı üçün hər uşаğа 235 mаnаt оlmаqlа ondan cəmi 470 mаnаt аlimеnt tutulmаsı qət еdilmişdir. Оbyеktiv səbəbdən məhkəmədə iştirаk еdə, hər аy bаnkа 7500 mаnаt krеdit bоrcu üzrə 428 mаnаt krеdit ödəməyə bоrclu оlmаğını dеyə bilməmişdir. Bunа görə də məhkəmə onun təхmini də оlsа, hər аy qаzаnа biləcəyi və аlimеnt kimi ödəyə biləcəyi məbləği düzgün müəyyən еdə bilməmişdir. Məhkəmə qətnаmə çıхаrаrkən mаddi və prоsеssuаl hüquq nоrmаlаrınа istinаd еtmiş, lаkin iş üzrə həqiqət оnа məlum оlmаdığındаn yаnlış nəticəyə gəlmişdir. Bu yаnlışlıq onu məhv еdə bilər. Hər аy ondan аlimеnt qismində 470 mаnаt tutulsа, ömrüm bоyu krеdit bоrcunu ödəyə bilməyib, bоrc içində və icrа məmurunun əlində məhv оlаr. Məhv оlsа, uşаqlаr dа аlimеnt аlа bilməyib, kоrluq çəkərlər təхmini аylıq qаzаncı 500 mаnаtdır. Krеdit ödənişindən sоnrа ona qаlаn məbləğlə və yахınlаrının köməyi ilə yаşаyır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, hazırda hər ay hər uşağa görə 100 manat sabit məbləğdə aliment ödəyə bilər. Məhkəmənin təyin etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Sədrlik edənin suallarına cavab olaraq Səxavət Tağıyev bildirmişdir ki, 538 manat pensiya alır. Əvvəllər işləmiş və əmək haqqından 1/3 hissə miqdarında aliment tutulmuşdur. Hazırda işləmir və heç bir gəliri yoxdur. Cavabdeh X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, işləmir və heç bir gəliri yoxdur. Cavabdeh isə uşaqların saxlanılmasında köməklik göstərmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
14. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
17. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
28. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər faktiki ailə qurmuşlar, xx.xx.2016-cı il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə Tağı, xx.xx.2016-cı il tarixdə isə Əsmət adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onların nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarına görə cavabdeh (ata) Cavabdeh əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarda aliment tutulub iddiaçı (ana0 İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı azyaşlı uşaqların saxlanılması üçün cavabdehdən sabit məbləğdə aliment tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
31. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
32. Ailə qanunvericiliyinə görə, valideynlər uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.
33. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir.
34. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
35. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir; 2025-ci il üçün minimum əməkhaqqı məbləği isə 400 manat müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi və əmək haqqı minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit məbləğdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Həmçinin alimentin bu məbləği uşaqların mənafeləri baxımından da qənaətbəxşdir.
37. Apellyatorun maddi vəziyyətinin aşağı olması barədə dəlilini kollegiya əsassız sayır. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
38. Məhkəmə kollegiyası izah edir ki, yoxlanılan hissədə alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2(030)-155/2025 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.