Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1384/2024 04.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına dair məsələyə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən birgə yaşayışlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Səma və xx.xx.2018-ci il təvəllüdlü Aysu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin, habelə, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 55 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(018)-483/2024 nömrəli qərardadı ilə mülki iş materialları ərazi aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş üzrə iddiaçının qeydiyyat ünvanı ünvan 1afiq olaraq mülki işin ərazi aidiyyəti qaydasında baxılması Tovuz Rayon Məhkəməsinə aiddir. Tovuz Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(062)-1676/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatlar üzrə müəyyən edilmişdir ki, İddiaçı qeydiyyat ünvanı Tovuz rayonu Qədirli kəndi, Cavabdeh qeydiyyat ünvanı isə ünvan 3ra Rayon Məhkəməsinin mübahisəyə yanaşdığı prizmadan yanaşılsa, yəni, iddianın cavabdehin rəsmi qeydiyyatda olduğu yerə görə verilməsi aspektindən işin halları dəyərləndirilsə ümumiyyətlə mülki işin Tovuz Rayon Məhkəməsinə göndərilməsi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə zidd olmuş olar. İş materiallarının 8-ci vərəqəsində olan Astara rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 942 saylı arayışdan görünür ki, İddiaçı hazırda Astara rayonu Şahağac kəndində yaşayır. «rəsmi qeydə alınan yer» və «şəxsin yaşadığı yer» anlayışları müxtəlif anlayışlardır. Doğrudur ki, şəxsin rəsmi qeydə alındığı yer dedikdə onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu ünvan başa düşülür. Şəxsin yaşayış yeri dedikdə isə onun faktik yaşadığı yer başa düşülür. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Bu halda iddiaçının yaşayış yeri Astara rayonu Şahağac kəndi hesab edilir və onun aliment tələbinə dair iddiası Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsinin tələbləri baxımından Astara Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olmuş olur. Qanunun özündə yaratdığı bu prizma şəxsin məhkəməyə əlçatanlıq prinsipindən qaynaqlanır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflər arasındakı mübahisənin predmetini və onların yaşayış yerlərini nəzərə alıb aşağıdakılara əsasən hesab edir ki, hazırkı mübahisəyə Tovuz Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. İş materiallarından görünür ki, iddiaçı Mülki Prosessual Məcəllənin 36.3-cu maddəsində təsbit olunmuş hüquqdan istifadə etmişdir və iddia ərizəsini Astara rayon məhkəməsinə vermişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçının qeydiyyat ünvanı Tovuz rayonu Qədirli kəndidir. Belə olan halda Astara Rayon Məhkəməsi düzgün olaraq işi baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərmişdir. İlk növbədə qeyd edilməlidir ki, «Yaşayış yeri» məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Göründüyü kimi, qanunvericilik vətəndaşın yaşayış yerinin yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməli olduğunu təsbit etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş tərəflərin şəxsiyyət vəsiqəsi barədə məlumatlardan müəyyən olunur ki, İddiaçı yaşayış yeri Tovuz rayonu Qədirli kəndi, Cavabdeh yaşayış yeri isə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Günəşli küçəsi ev 7 ünvanıdır. Məhkəmə kollegiyası qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tələblərinə əsasən iş üzrə tərəflərin yaşayış yerləri də məhz göstərilən ünvandır. Diqqət yetirilməli haldır ki, hazırkı iş üzrə iddianın predmeti uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasındən ibarətdir. MPM-nin iddiaçının seçməsinə görə aidiyyət qaydalarından bəhs edən 36.3-cü maddəsinə görə, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə görə, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə kollegiyası hazırkı iddianın predmetini və İddiaçı yaşayış yerinin Tovuz rayonu Qədirli kəndi olmasını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 33-34, 36, 45.4, 263-264 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1384/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1384/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver