Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-139/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment ödəməkdən azad olunma” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1048/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2011-ci il tarixində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdeh oğludur.
2. Doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2014-cü il tarixində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdeh oğludur.
3. Doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2017-ci ildə anadan olmuşdur, atası İddiaçı, anası Cavabdeh oğludur.
4. Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 728 saylı arayışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X9 hal-hazırda atası İddiaçı himmayəsində yaşayırlar.
5. Kür qəsəbə İ.S.Aznaurov adına tam orta məktəbi tərəfindən verilmiş arayışlardan görünür ki, X10 İ.S.Aznaurov adına tam orta məktəbin 6-cı sinifində, X9 isə İ.S.Aznaurov adına tam orta məktəbin 4-cü sinifində oxuyur.
6. Azərbaycan Respubliaksı Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5850/2022 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1864/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(104)- 1864/2022 nömrəli iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər -Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 235/2022 nömrəli qətnaməsinin tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 -ci il təvəllüdlü Səmayə, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2017-ci il təvəllüdlü Fərid adlı uşaqların nikah pozulduqdan sonra ataları İddiaçı yanında saxlanılmaları və Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissələrində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 -ci il təvəllüdlü X10, xx.xx.2014- cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları Cavabdeh himayəsində saxlanılması və İddiaçı alınaraq Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşaqların cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması qət edilmişdir.
7. Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X9 və X2 iddiaçının himayəsində olması faktı təsdiqlənmiş və bununla bağlı akt tərtib edilmişdir.
8. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 11/553 nömrəli, xx.xx.2024-cü il tarixli Ekspert rəyinin “tədqiqatın nəticə hissəsi”ndən görünür ki; 1-ci və 2-ci suallar üzrə - xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 hazırda ataları İddiaçı bağlılıqları üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. xx.xx.2017-ci il təvəllüdlü X11 psixoloji müayinəyə təqdim olunmadığından onun barəsində ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. 3-cü və 4-cü suallar üzrə - valideynləri və yaxın qohumları arasında qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 emosional-iradi sferasına və anaları Cavabdeh qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 əqli və psixi inkişaflarına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.
9. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2028-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla iddia tələbinin xx.xx.2023-cü il tarixindən iddiaçının himayəsində yaşadığı nəzərə alınmaqla, Cavabdeh hesabına, xx.xx.2011 -ci il tarixdə anadan olmuş Səmayə, xx.xx.2014-cü il tarixdə anadan olmuş Gülər və xx.xx.2017-ci il tarixdə anadan olmuş Fərid adlı uşağın saxlanması üçün iddiaçının aliment ödəməkdən azad olunması hissəsində iş üzrə icraata xitam verilnmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahından xx.xx.2014-cü ildə doğulmuş Gülər, xx.xx.2011-ci ildə doğulmuş Səmayə adlı uşağın xx.xx.2023-cü il tarixindən iddiaçının himayəsində yaşadığı nəzərə alınmaqla, Cavabdeh hesabına, xx.xx.2011-ci il tarixdə anadan olmuş Səmayə, xx.xx.2014cü il tarixdə anadan olmuş Gülər və xx.xx.2017-ci il tarixdə anadan olmuş Fərid adlı uşağın saxlanması üçün iddiaçının aliment ödəməkdən azad olunmağına, 55 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilmısinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdərərək, İddiaçı Cavabdeh ilə onun birgə nikahından xx.xx.2014-cü ildə doğulmuş Gülər, xx.xx.2011-ci ildə doğulmuş Səmayə adlı uşağın iddiaçının himayəsinə verilməsi və xx.xx.2023-cü il tarixindən iddiaçının himayəsində yaşadığı nəzərə alınmaqla, Cavabdeh hesabına, xx.xx.2011 -ci il tarixdə anadan olmuş Səmayə, xx.xx.2014-cü il tarixdə anadan olmuş Gülər və xx.xx.2017-ci il tarixdə anadan olmuş Fərid adlı uşağın saxlanması üçün iddiaçının aliment ödəməkdən azad olunmağına, 55 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilmısinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Şəmkir rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(076)- 235/2022 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2 ( 104)-1864/2022 saylı qətnaməsi ilə Şəmkir rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qismən ləğv olunmuş, birgə nikahlarından doğulmuş uşaqların Cavabdeh himayəsində saxlanmasına, həmin uşaqların iddiaçıdan alınıb cavabdehə verilməsinə, həmin uşaqların saxlanması üçün hər ay hər bir uşağa uşaqlar alınıb verildiyi vaxtdan 130 manat, cəmi 390 manat sabit pul formasında aliment müəyyən olunub. Həmin qətnamədən vermiş olduğu kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(T02)-5850/2022 saylı qərarı ilə təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin bu iş üzrə qəbul etmiş olduğu məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi xx.xx.2023-cü ildə icra olunmuş, uşaqlar iddiaçıdan alınaraq Cavabdeh verilmişdir. Məhkəmə qətnaməsinin icrasından 10 gün sonra uşaqlardan ikisi xx.xx.2011-ci il tarixdə anadan olmuş Səmayə və xx.xx.2014-cü il tarixdə anadan olmuş Gülər adlı uşaqlar öz istəkləri ilə iddiaçının himayəsinə qayıtmışlar. Hazırda hər iki uşaq iddiaçının himayəsində, xx.xx.2017ci il tarixdə anadan olmuş Fərid adlı uşaq isə cavabdehin himayəsində yaşayır. İddiaçı himayəsində yaşayan iki uşağın bütün maddi ehtiyaclarını ödədiyi üçün hesab edir ki, o, aliment ödəməkdən azad olunmalıdır.
13. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1048/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia qismən təmin edilərək, xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 anası Cavabdeh Tofiq qızının himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Tofiq qızının xeyrinə hər ay hər iki uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat aliment ödənilməsi barədə İddiaçı öhdəliyinə xitam verilməsi, İddiaçı xx.xx.2023cü tarixindən hesablanmış aliment borcunun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X9 və X10 məhkəmə qətnaməsi ilə cavabdehin himayəsinə verilsə də, 2023-cü ilin iyul ayının 27-dən faktiki olaraq iddiaçının himayəsindədirlər. Cavabdeh də Gülər və Səmayənin atasının himayəsinə verilməsinə razıdır, həmçinin X3 və X2 atasının himayəsinə verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X12 hazırda iddiaçının yanında qalır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə aliment ödəmək öhdəliyi aradan qalxmışdır. Çünki, aliment yetkinlik yaşına çatmayan uşağın saxlanması məqsədilə uşaq yanında saxlanılan valideynə verilən vəsaitdir. Hazırkı mübahisədən isə görünür ki, yetkinlik yaşına çatmayan X9 və X10 iddiaçı ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan X9 və X10 hazırda iddiaçının yanında yaşadığından, onun saxlanması üçün cavabdehin iddiaçıdan aliment almaq zərurəti də aradan qalxmışdır.
15. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci, 61 və 60.4-cü maddələrinə, Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1048/2024 saylı xx.xx.2024-cü il tarixli tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Şəmkir Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(076)- 235/2022 saylı qətnaməsininin dəyişdirilərək, onun qarşılıqlı iddiasının təmin edilməsini yəni üç azyaşlı uşaqlarının alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il tarixdə anadan olmuş Gülər, xx.xx.2011-ci il tarixdə anadan olmuş Səmayə və xx.xx.2017-ci il tarixdə anadan olmuş Fərid adlı uşaqları onun himayəsinə verilmişdir. Cavabdeh kassasiya şikayəti versə də Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Qətnamə icraya yönəlmiş uşaqları ona verilmiş və hər uşağa 130 manat aliment tutulması qət edilmişdir. İddiaçı təkidi ilə qızları Gülər və Səmayə ilə görüşmək məqsədi ilə aparmış və zorla özündə saxlamışdır. Daha sonra isə uşağın ondan alınması və alimentdən azad olma barədə Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(076)-1048/2024 saylı ədalətsiz qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. O həmin qətnamə ilə razı deyil və ləğv edilməsini istəyir. Belə ki, məhkəmə iclasında hakim Şəfəq Məmmədova qətnaməni elan edərkən İddiaçı iddiasının “rədd edilməsini” elan etsə də, məhkəmə qətnaməsi ona poçt vasitəsi ilə gəldikdən sonra ona məlum olmayan səbəblərdən əksini görmüşdür. Qətnaməni götürüb hakimə yaxınlaşan zaman hakim ona “sənin iddia ilə razılaşdığını eşitdim” kimi ifadə işlətmişdir. O, 1 ilə yaxın uşaqlarına görə məhkəmələrdə qalmışdır. Uşaqları qız uşaqlarıdır. Ondan ayrı qalmaları onların təlim tərbiyəsinə təhsilinə mənfi təsir göstərər. Heç bir qəyyumluq, psixoloji rəy olmadan məhkəmə iddianı əsassız olaraq təmin etmişdir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. İş materiallarına əlavə edilmiş sənətlərdən də görünür ki, işdə heç bir rəy olmadan ekspertiza baxış və s. keçirilmədən uşaqlar dindirilmədən məhkəmə ədalətsiz qərar qəbul etmişdir. Üç azyaşlı uşaqları onla qalmaq istədikləri halda təzyiq edərək ifadələri alınmış məhkəməyə gəlməmişlər. Bu hallar iş üçün vacib amillər olduğundan həmin qətnamənin əsassızlığına dəlalət edir.
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, ekspertiza aparılan zaman iştirak edə bilməmişəmdir. İddiaçı uşaqları doğum gününə aparmaq adı ilə aparmış sonra isə qaytarmamışdır. O, şikayət edəndən sonra oğlunu ona qaytarmışlar. Ancaq qızlar atasının yanında qalmışdır.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, uşaqlar həmişə onunla yaşayıblar. Sonra Ali Məhkəmənin qərarı ilə anaya verilmişlər. Cavabdeh evdən gedəndən sonra qızlar onunla yaşayıb. Sadəcə 20 gün anası ilə qalıblar. Doğumgünü münasibəti ilə uşaqları aparmış sonra isə geri qaytarmamışdır. Çünki uşaqlar ona zəng edib, anaları ilə qalmaq istəmədiklərini bildirmişlər. Əgər uşaqlar anası ilə getmək istəsələr o, etiraz etməz.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi:
21. 49.2-49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
22. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
23. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
24. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
25. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
26. Həmin Məcəllənin 60.2-ci maddəsinə görə, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.
27. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
28. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
29. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
30. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
31. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
32. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarı:
33. 7.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
34. Həmin qərarın 7.3-cü bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. BMT Baş Assabbleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsi:
35. 6-cı prinsipə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir-azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
42. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Hazırkı apellyasiya şikayətində qətnamə bütünlüklə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1048/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
47. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah münasibətləri Şəmkir Rayon Məhkəməsinin 2(076)-235/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1864/2022 nömrəli iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-235/2022 nömrəli qətnaməsinin tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 -ci il təvəllüdlü Səmayə, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2017-ci il təvəllüdlü Fərid adlı uşaqların nikah pozulduqdan sonra ataları İddiaçı yanında saxlanılmaları və Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissələrində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 -ci il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları Cavabdeh himayəsində saxlanılması və İddiaçı alınaraq Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşaqların cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respubliaksı Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5850/2022 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1864/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
48. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, X9 və X10 məhkəmə qətnaməsi ilə cavabdehin himayəsinə verilsə də, 2023-cü ilin iyul ayının 27-dən faktiki olaraq iddiaçının himayəsindədirlər. İddiaçı doğumgünü bəhanəsi ilə uşaqları aparmış sonra isə geri qaytarmamışdır. Səbəb kimi isə uşaqların ona zəng edib, anaları ilə qalmaq istəmədiklərini göstərmişdir. Mübahisə üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il tarixdə anadan olmuş X1, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə X6 fikirləri dinlənilərkən təsir altında olub-olmaması aydınlaşdırmaq məqsədi ilə iş üzrə məhkəmə psixoloji ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 11/553 nömrəli, xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 hazırda ataları İddiaçı bağlılıqları üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. xx.xx.2017-ci il təvəllüdlü X11 psixoloji müayinəyə təqdim olunmadığından onun barəsində ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Valideynləri və yaxın qohumları arasında qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 emosional-iradi sferasına və anaları Cavabdeh qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 əqli və psixi inkişaflarına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.
49. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, hazırda qüvvədə olan məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 -ci il tarixdə anadan olmuş X10, xx.xx.2014-cü il tarixdə anadan olmuş X9 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 anaları Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Cavabdeh uşaqlarını qaytarmasını tələb etmişdir. Uşaqlar qız uşaqlarıdır. Anadan ayrı qalmaları onların təlim-tərbiyəsinə, təhsilinə mənfi təsir göstərə bilər.
50. Kollegiya qeyd edir ki, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) Ailə Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunvericilik valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduğunu qeyd etmişdir.
51. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Buna görə də, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1048/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
52. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-1048/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1048/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.