Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1403/2025 07.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra - cavabdeh) qarşı “aliment ödəməkdən azad olunma” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh arasında 03 mart 2021-ci il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahlarından xx.xx.2021-cü il təvəllüdlü Əliəkbər adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-294/2024 nömrəli 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 03 mart 2021-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 11 mart 2021-ci il təvəllüdlü X2 anası Cavabdeh himayəsində saxlanılması, 19 oktyabr 2023-cü il tarixdən başlayaraq 11 mart 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 üçün məhkəmə qaydasında müəyyən olunmuş alimentin ödənilməsindən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək həbsdə olduğu müddətdə azad olunmağına, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun, 330 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında olan nikah Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-294/2024 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 cavabdehin himayəsində saxlanılmış və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat sabit pul fməbləğində aliment təyin olunmuşdur. Alimentin xx.xx.2023-cü il tarixindən hesablanmasına dair qərar verilmişdir. Məhkəmə işə baxarkən o, məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Çünki məhkəmə işə baxanda o, həbsdə idi və Gəncə 2 saylı Təcridxanada saxlanılırdı. Eyni zamanda Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-60/2024 saylı hökmü ilə 1 (bir) il azadlıqdan məhrum olunmuşdur. Cəzanın başlanğıcı xx.xx.2023-cü il tarixindən hesablanmışdır. Çünki barəsində olan cinayət işi ilə bağlı olaraq xx.xx.2023-cü ildən həsbdə idi. O, cəzaçəkmə müəssəsində işləmədiyindən heç cür aliment məbləğini ödəyə bilməzdi. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixindən onun cəzasının bitdiyi tarixədək, yəni xx.xx.2024-cü ilədək aliment hesablanmışdır. Ümumilikdə həmin müddət üçün müəyyən olunmuş alimentin məbləği 2400 (iki min dörd yüz) manat olmuşdur. O, həbsdə olduğu üçün həmin məbləğ ona borc hesablanmış və həmin məbləği ödəmək imkanın olmadığından barəsində icra məmuru tərəfindən tədbirlər görülmüşdür. Cavabdehə məhkəmə qaydasında müəyyən olunmuş alimentin ödənilməsindən həbsdə olduğu müddətdə azad olunmağına dair mediasiya təklifi göndərsə də, cavabdeh bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(076)- 1403/2025 nömrəli iş üzrə qəbul etdiyi 02 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının iddia tələblərinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, aliment borcunun məhz iddiaçının xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəlməsi, habelə onun ailə və maddi vəziyyətinin bu borcu ödəməyə imkan verməməsi mülki iş materialları ilə təsdiq olunmur. Rayon Məhkəməsi mövqeyini “Uşaq hüquqları haqqında” Qanunun 5, 19-cu, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 9, 18.1, 27.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 107.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, iddiaçı iddia tələbinin əsaslı olması ilə bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim etməyinə baxmayaraq, məhkəmə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Bununla da cavabdehin mövqeyindən çıxış etdiyini açıq şəkildə nümayiş etdirmişdir. İddiaçı 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməyi ilə bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-60/2024 nömrəli hökmünü və cəzaçəkmə müəssisəsində cəza çəkməyi ilə bağlı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 5 saylı cəzaçəkmə müəssisəsindən arayışı məhkəməyə təqdim etmişdir. Bununla da məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğini üzrlü səbəbdən ödəyə bilməməsini iddiaçı sübuta yetirmişdir. İddiaçı cəzaçəkmə müəssəsində işləmədiyinə görə heç cür aliment məbləğini ödəyə bilməzdi. Məhkəmə niyə bu halı nəzərə almadı? İddiaçı cəzaçəkmə müəssisəsində necə işləyə bilərdi? Cəzaçəkmə müəssəsində cəza çəkən birindən aliment ödənişini tələb etmək nə dərəcədə doğrudur? b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahatında bildirmişdir ki, aliment borcunun silinməsi uşağın mənafeyinə uyğun deyil. İddiaçı həbsxanadan çıxdıqdan sonra da aliment öhdəliyini yerinə yetirmir, uşağı ilə və onun ehtiyacları ilə maraqlanmır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində qətnamə tam mübahisələndirdiyindən, Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17, İİ hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Rspublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh arasında 03 mart 2021-ci il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahlarından xx.xx.2021-cü il təvəllüdlü Əliəkbər adlı uşaqları doğulmuşdur. Məhkəmə qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, 11 mart 2021-ci il təvəllüdlü Əliəkbərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-60/2024 nömrəli hökmü ilə cavabdeh 1 (bir) il azadlıqdan məhrum olunmuşdur. Cəzanın başlanğıcı xx.xx.2023-cü il tarixindən hesablanmışdır. İddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək cəzaçəkmə müəssisəsində olduğundan, eyni zamanda həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmadığı üçün, eyni zamanda qazancı və gəliri olmadığı üçün sözügedən dövrdə aliment öhdəliyindən azad edilməlidir. Bununla bağlı Məhkəmə bildirir ki, valideynlər uşaqlar yetkinlik yaşına çatana qədər onları saxlamağa borcludurlar. Aliment uşağın hüququ, valideynin isə mütləq və davamlı öhdəliyidir. Bu öhdəlik valideynin maddi vəziyyətindən və ya azadlıqdan məhrum edilməsindən asılı olmayaraq davam edir. Valideynin cəzaçəkmə müəssisəsində olması uşağın bu hüquqdan məhrum edilməsi üçün qanuni əsas deyil. Bu prinsip Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində də təsbit olunub. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamdən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1403/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1403/2025
07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver