Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1407/2024 02.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh mülki iş üzrə Açar sözlər: Aliment tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(125)-2298/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X6 və xx.xx.2010-cu il tarixdə X5 adlı uşaqları anadan olmuşdur;
2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli 2(043)- 1261/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-1199/2011 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 80 manat cəmi 160 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir;
3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 fevral 2016-cı il tarixli qərardadının surətindən görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1261/2014 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra sənədi üzrə icraata xitam verilmişdir;
4. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, tərəflər arasındakı hazırkı mübahisə ilə bağlı mediasiya prosesi baş tutmamışdır.
5. «Elektron Məhkəmə» İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Cavabdeh «Gəncə-Daşkəsən Regional» Təhsil İdarəsində direktor müavini işləyir və 1041 manat əməkhaqqı alır. İddiaçı isə Gəncə Dövlət Universitetində bölmə rəhbəri işləyir və 413 manat əməkhaqqı alır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008ci il tarixdə anadan olmuş X6 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin mediasiyaya müraciət etdiyi vaxtdan və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah xx.xx.2015-ci il tarixdə pozulmuş və birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 onun himayəsində qalmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli 2(043)-1261/2014 nömrəli qətnaməsi əsasında xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilsə də, daha sonra alimentdən könüllü surətdə imtina etmişdir. Keçən dövr ərzində cavabdeh uşaqların saxlanmasında hər hansı köməklik göstərməmişdir. Bundan başqa, alimentin tutulması mediasiya təşkilatına müraciət etdiyi vaxtdan hesablanmalıdır.
8. Gəncə Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(125)-2298/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh 02 sentyabr 2008-ci il tarixdə anadan olmuş X3 və 12 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması; Alimentin tutulmasının 12 mart 2024-cü il tarixdən X6 və X5 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi; Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması; İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilməmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 10 (on) manat 80 (səksən) qəpik məbləğində pul vəsaitinin Cavabdeh dövlət nəfinə tutulması; İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi; Qətnamənin aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1 və 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında” 05 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa, həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin aylıq qazancına uyğun olaraq yaşayış minimumu haqqında qanunda nəzərdə tutulandan da az miqdarda, yəni hər uşağa 200 manat aliment tələb etsə də, məhkəmə əsassız olaraq iddianı tam təmin etməyərək alimentin miqdarını hər uşağa 170 manat həddində müəyyən etmişdir. Halbuki, aldığı 413 manat əməkhaqqı uşaqlarla birlikdə yaşadığı evin aylıq kommunal xərclərinə çatmır. Bundan əlavə, uşaqlar artıq böyümüş və 14-16 yaşdadırlar. Onların geyim və təhsil xərcləri də artmışdır. Ailədə isə tək işləyən olmaqla aldığı 413 manat əməkhaqqından başqa qazancı yoxdur. Uşaqların normal inkişafı və təhsili üçün yuxarıda göstərilən xərclər çıxıldıqdan sonra nəyinki onun, hətta uşaqların aylıq normal qidalanması üçün vəsait çatmır. Məhkəmə cavabdehin aldığı yüksək əməkhaqqına (1041 manat) rəğmən iddianı tam deyil, qismən təmin etməklə uşaqların mənafeyinə uyğun olmayan qətnamə qəbul etmişdir. Cavabdeh tək yaşamaqla aylıq qazancı 1041 manatdır. O isə 2 nəfər uşaqla aylıq qazancı 413 manatdır. Yəni cavabdehin aylıq qazancı onun aylıq qazancından 3 (üç) dəfə çoxdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, iddiaçı onun 830 manat əməkhaqqıdan başqa gəliri olmadığını bilir. Həmçinin iddiaçı bilir ki, şəkərli diabet xəstəsi olan ikincu qrup əlil atası da onun himayəsində yaşayır. Məhkəmə tərəfindən müəyyən edilmiş 340 manat alimenti çətinliklə ödəyəcəkdir. Əgər iddiaçı uşaqları saxlaya bilmirsə, versin uşaqları və onlara özü baxsın. Bundan başqa, onunla bərabər iddiaçı da uşaqları saxlamağa borcludur. Uşaqlar üçün qanunla müəyyən edilmiş 235 manat yaşayış minimumunu ödəmək həm ona, həm də iddiaçıya aiddir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh orta məktəbdə direktor müavini vəzifəsində işləyir və o, 1041 manat əməkhaqqı alır. Qızı İddiaçı da Gəncə Dövlət Universitetində işləyir və 413 manat əməkhaqqı alır. Qızı İddiaçı uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X8 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, oğlu Cavabdeh 830 manat əməkhaqqı alır və bundan başqa gəliri yoxdur. İddiaçı da işləyir və uşaqlara baxmaq iddiaçının da borcudur. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, oğlu Cavabdeh əməkhaqqı məbləği 1041 manat olsa da, lakin vergilər tutulmaqla ələçatan məbləğ 830 manatdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Onlar məhkəmə iclasında nümayəndələri vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
17. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
24. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
25. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir.
26. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
31. Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
35. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğdə aliment Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
42. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış, məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuş və onların birgə nikahlarından anadan olmuş uşaqlar İddiaçı himayəsində qalmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, Cavabdeh «Gəncə-Daşkəsən Regional» Təhsil İdarəsində direktor müavini işləyir və 1041 manat əməkhaqqı alır, İddiaçı isə Gəncə Dövlət Universitetində bölmə rəhbəri işləyir və 413 manat əməkhaqqı alır. İddiaçı cavabdehin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılmasına köməklik göstərmədiyini və uşaqların saxlanılmasında maddi çətinlik çəkdiyini əsas göstərməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit məbləğdə alimentin cavabdeh (ata) Cavabdeh alınıb iddiaçı (ana) İddiaçı verilməsi müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
44. Ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi, valideyn uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.
45. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir.
46. “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.
47. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi uşaqların saxlanılması üçün cavabdehdən tutulmalı olan sabit pul məbləğində alimentin məbləğini müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyəti ilə bağlı qanunvericiliyin müəyyənləşdirdiyi prinsipləri nəzərə almamışdır; çünkü iş materiallarından cavabdehin «Gəncə-Daşkəsən Regional» Təhsil İdarəsində direktor müavini vəzifəsində işləməklə 1041 manat məbləğində əməkhaqqı aldığı müəyyən olur. Kifayət qədər cavabdehin gəlirinin olmasını və hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşaqların maraqlarını rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki, adı qeyd olunan uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün aliment hər ay hər uşağa görə 200 manat məbləğdə müəyyən edilməlidir. Bu məbləğ uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşaqların mənafeləri baxımından qənaətbəxşdir.
48. Nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 413 manat əməkhaqqı aldığı müəyyən olunmuşdur.
49. İşə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət vermədən iddia tələbini qismən təmin etmiş və tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 170 manat sabit məbləğdə aliment müəyyən etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 200 manat məbləğində aliment müəyyən edilməlidir.
50. Hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Ona görə də alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Alimentin tutulmasının mediasiya təşkilatına müraciət edildiyi vaxtdan hesablanması hissədə isə iddia tələbi təmin edilməməlidir. Çünki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (Ailə Məcəlləsi maddə 100.2)
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi 68 (altmış səkkiz) manat vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
52. Məhkəmə kollegiyası izah edir ki, hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 4800 (400 manat * 12 ay) manat təşkil edir. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(125)-2298/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat vəsait tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi 68 (altmış səkkiz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.