Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1457/2023 28.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı nümayənədəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərər əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)-658/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş mənəvi zərərə görə 8000 manat məbləğində pulun və 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi tələbləri haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o xx.xx.2003-cü ildə doğulmuşdur. 2015ci ildən gözündə zəifləmə olduğundan zəif görmədən əziyyət çəkməyə başlamışdır. Tədricən zəif görməsi artmışdır. Bundan sonra həkimə müraciət etmiş və müayinə olunaraq eynəkdən istifadə etməyə başlamışdır. 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası SHXÇDX-nin Gədəbəy rayon şöbəsi tərəfindən çağırışçı kimi hərbi xidmətə çağırılmışdır. Həmin vaxt gözünün zəif olmasını bildirdi. SHXÇDX-nin Gədəbəy rayon şöbəsində təşkil olunmuş həkim komissiyası tərəfindən yoxlanılarkən komissiyasının üzvü olan göz həkimi TƏBİB Gədəbəy rayon Mərkəzi Xəstəxanasının həkimi X5 gözünün zəif olduğu üçün ona Azərbaycan Respublikası Səhiyvə Nazirliyi Akademik Z.Əliveva adına Milli Oftalmologiya Mərkəzinin Həkim komissiyası tərəfindən yoxlandmağı barədə göndəriş vermişdir. Bundan sonra, o xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Z.Əİiyeva adına Milli Oftalmologiya Mərkəzinin Həkim komissiyası tərəfındən şəhadətləndirilmiş və ona sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında akt verilmişdir. Həmin müayinə aktında ona gözünün zəif görməsinə görə "OD - qarışıq astiqmatizm. OD - 2 OD (iki) və 2 OD (iki). OS - 2 OD (iki) və 3 OD (üç)" diaqnozu qoyulmuşdur. Qoyulmuş diaqnoza əsasən o Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Xəstəliklər cədvəli"nin 1) 34 "b".
35. 2) 61 maddələrinin İİ qrafasına və ƏTC-yə əsasəm sülh dövründə hərbi xidmətə yararsız olmağına baxmayaraq Gədəbəy rayon Mərkəzi Xəstəxanasının həkimi X5 qanunsuz olaraq onun hərbi xidmətə yaralı olmağı barədə rəy vermişdir. Bundan sonra, o 2022-ci ilin yanvar ayında hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətinin ilk günlərindən zəif görməsi xidmətə çətinlik törətmişdir. Sol qasıq nahiyyəsində ağrı olduğuna görə xx.xx.2022-ci il tarixdə cərrahın baxışı üçün DSX Hərbi Hospitalına göndərilmiş, xx.xx.2022-ci il tarixdə "Herniotomiya, yırtığın ləğvi, sintetik torla Lixtenşteyn üsulu ilə hernioplastika" cərrahi əməliyyatı olunmuşdur. Eyni zamanda oftalmoloqun planlı müayinəsi zamanı zəif görməsi aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı verilmişdir. Həmin müayinə aktında da ona qoyulan diaqnoz əvvəlki diaqnozla ("OD qarışıq astiqmatizm. OD 2 OD (iki) və 2 OD (iki). OS 2 OD (iki) və 3 OD (iiçf) üst-üstə düşmüşdür. Aparılan müayinə və müalicədən sonra DSX MHHK-a təqdim edilmişdir. Bundan sonra Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən ona 11 aprel 2022-ci il tarixdə 487 nömrəli xəstəlik şəhadətnaməsi verilmişdir. Həmin Şəhadətnamənin 16-cı bəndinə əsasən, zəif görməsinə görə qoyulmuş diaqnoz "OD-Dərəcəsi 4,0 D, miopik göstəricisi 2,0 D olan qarışıq astiqmatizm (M52.2). Görmə itiliyinin 0,2 korreksiya ilə 0.8 olması. OS-Dərəcəsi 5.0 D. 0.7 olması" oldu. Qeyd etdiklərinə əsasən hesab edir ki, o Azərbaycan Respublikası SHXÇDX-nin " Gədəbəy rayon şöbəsi tərəfindən hərbi xidmətə göndərilərkən, gözündə zəif görmə olmasına, zəif görmənin dərəcəsinə görə sülh dövründə hərbi xidmətə yararsız olmağına baxmayaraq, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının göz həkimi X3 verdiyi qanunsuz tibbi rəy əsasında hərbi xidmətə göndərilmişdir. Məhz Cavabdeh qanunsuz hərəkətləri nəticəsində o mənəvi sarsıntı və iztirab keçirmiş, bununla da mənəvi zərər çəkmişdir. Hansı ki, Cavabdeh onun zəif görmədən əziyyət çəkdiyinə və bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Həkim komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında aktına əsasən sülh dövründə hərbi xidmətə yararsız olmağı barədə rəy verməli olduğu halda, qanunsuzluq və saxtakarlıq edərək barəsində hərbi xidmətə yararlı olmağına dair rəy vermişdir. Odur ki, X3 bu qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini ondan tələb etməkdə haqlıdır. Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)-658/2022 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia təmin edilməmişdir.
İşdə olan sübutlar:
Hərbi Biletin xx.xx.2022-ci il tarixli tibbi müayinələr haqqında məlumatlar bölməsindən görünür ki, İddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə yararlı olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş X1 əslindən görünür ki, Kartanın “B” Bölməsinin Oftalmoloq qrafasında hansısa yazı yazılmış, daha sonra həmin yazının üstü ağ rəngli boya qələmlə örtülmüş, karandaşla çağırışçının müayinəyə ehtiyacı olması barədə qeyd aparılmışdır. Həmin kartanın sonunda İddiaçı sağlamlığı ilə bağlı heç bir problem olmadığını, məhkumluğunun olmadığını, təhsil almadığını və hərbi xidmətə getməyə hazır olduğunu qeyd etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)-658/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)- 658/2022 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası SHXÇDX-nin Gədəbəy şöbəsi tərəfindən çağrışçı kimi hərbi xidmətə çağrılmışdır. Həmin vaxt gözünün zəif görəməyi barədə SHXÇDX-nin Gədəbəy şöbəsinin həkmi komissiyasın üzvlərinə bildirmişdir. Komissiyanın üzvü olan Cavabdeh ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Z.Əliyeva adına Milli Oftomologiya Mərkəznin həkim komissiyası tərəfindən yoxlanılmağı üçün göndəriş verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixədək Akademik Z.Əliyeva adına Milli Oftomologiya Mərəkəzinin həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və sağlamlıq vəziyyətinin müayinə edilməyi barədə akt verilmişdir. Həmin müayinə akına əsasən gözlərinin zəif görməsi ilə əlaqədar sülh dövründə hərbi xidmətə yararsız olmağı müəyyən edilməyinə baxmayaraq, cavabdeh qanunsuz olaraq onun hərbi xidmətə yararlı olmağı barədə rəy vermişdir. Bundan sonra 2022-ci ilin yanvar ayında hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətinin ilk günlərində qasıq yırtığı olduğu üçün xidmət etməyinə çətinlik törətdiyindən onu DSX-nin hərbi Hospitalına göndərmişilər. xx.xx.2022-ci ildə herniotomiya, yırtığın ləğvi, sintetik torla Lixtenşteyn üsulu ilə hernioplastika cərrahiyyə əməliyyatı olunmuşdur. Eyni zamanda oftomoloqun planlı müayinəsi zamanı zəif görməyi aşkar olunmuşdur. DSX-nin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən ona xx.xx.2022ci il tarixdə 487 nömrəli xəstəlik şəhadətnaməsi verilmiş, zəif görməyilə əlaqədar olaraq sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı olmağı əsası ilə hərbi xidmətdən təxris olunmuşdur. Yəni ,cavabdehin verdiyi qanunsuz tibbi rəyə əsasən hərbi xidmətə göndərilmişdir. Lakin cavabdehin etdiyi qanunsuzluğa görə heç bir cəza tədbiri görülməmişdir. Gədəbəy Rayon Məhkəməsində cavabdehin qanunsuz rəyi əsasında onun hərbi xidmətə göndərilməyi təsdiq olunsa da məhkəmə nəticədə qanusuz və əsasız qətnamə qəbul etmişdir. Hesab edir ki, cavabdehin qanunsuz rəyinə görə mənəvi sarsıntı və iztirab keçirmişdir. Buna görə də cavabdehdən qeyd olunan məbləğ tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası SHXÇDX-nin Gədəbəy şöbəsi və cavabdeh tərəfindən edilmiş qanunsuzluqla bağlı heç bir hüquqi hərəkət edilməmişdir. Hesab edir ki, qeyd olunan hallar nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi hakim işə ədalətli baxmamışdır. Hesab edir ki, işin faktiki hallarında qeyd olunan hallar və iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Apellyasiya şikayətinə qarşı cavadbehin yazılı etirazı:
Cavabdeh apellyasiya şikayəini onunla əsaslandırmışdır ki, o ali təhsilli oftolmoloq göz həkimi olmaqla, həkim kimi uzun müddətli təcrübəyə malikdir və hazırda TƏBİB Gədəbəy rayon Mərkəzi Xəstəxanasının həkimi kimi fəaliyyət göstərirəm. Eyni zamanda, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində təşkil olunmuş həkim komissiyasının üzvüyəm. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində hərbi həkim ekspertizasi komissiyasının yaradılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun qaydada həyata keçirilir. Bu əsasnamənin tələblərindən göründüyü kimi komissiya müvafiq tibii sənədlərə və göstəricilərə uyğun olaraq, kollegial qaydada qərarlar qəbul edir və bu da o deməkdir ki, hər-hansı hərbi çağırışçının müqəddəs və şərəfli vəzifə olan hərbi qulluğa yararlı hesab edilməsi komissiyanın bir üzvünün rəyi əsasında deyil, komissiyanın kollegial orqan olaraq qəbul etdiyi qərar əsasında baş verir. İddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi onun görmə qabiliyyətinin zəif olması müayinələr zamanı tərəfindən aşkar edilmiş, onun əlavə müayinədək keçirilməsi komissiyaya təklif edilmiş və komissiyanın qərarı ilə o, Bakı şəhərində yerləşən, Azərbaycan Respublikasının Səhiyyə X6 Əliyeva adma Milli Oftalmologiya Mərkəzinə əlavə müayinə üçün göndərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə X6 Əliyeva adına Milli Oftalmologiya Mərkəzin həkim komissiyasının müvafiq müayinələr əsasında verdi tibbi arayışlar üzvü olduğun komissiya tərəfindən kompleks və Nazirlər Kabinetinin 59 nömrəli, 29 fevral 2008-ci il tarixli qərarının tələblərinə uyğun kompleks qiymətləndirilmiş və iddiaçı dinc dövrdə hərbi xidməyə yararlı hesab edilmiş, buna uyğun olaraq idiaçı hər bir Azərbaycan oğlunun, Azərbaycan kişinin arzusunda olduğu hərbi xidmət keçməyə buraxılmış, 2022-ci ilin yanvar ayından aprel ayınadək silahlı qüvvələrdə əsgər kimi xidmət keçmişdir. Özünün də iddia ərizəsində qeyd etdiyi kimi iddiaçı 2022-ci ilin aprel ayında başqa xəstəliyi ilə əlaqədair müayinə edilmiş, bu zaman onun görmə qabiliyyətinin daha da pisləşdiyi müəyyən edilərək hərbi xidmətdən tərxis edilmişdir. İddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində hərbi həkim ekspertizasi komissiyası tərəfindən qiymətləndirilərkən kollegial qərar qəbul edilməklə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il taixli, 59 nömrəli Qərarının müddəaları nəzərə alınmışdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı məhz onun təklifilə əlavə olaraq X11 adəna Milli Oftalmologiya Mərkəzinə əlavə müayinə üçün göndərilmiş, onun tibbi sənədləri komissiya üzvləri tərəfindən kollegial şəkildə fərdi qiymətləndirilmişdir. Bu isə o deməkdir ki, onun qərəzli olmağıyla bağlı və ya rəyin yalnız ona aid olmağı ilə bağlı iddiaları tamamilə əsassızdır. Digər tərəfdən iddiaçının bütün Azərbaycanlıların qürür mənbəyi olan, hər bir qeyrətli Azərbaycan kişisinin sıralarına qatılmağı arzu etdiyi ordu sıralarında 4 ay xidmət keçməsinə görə mənəvi zərərə məruz qalmağı və buna görə ondan 8000 manat tutulmağı ilə bağlı iddiası da əsaslı hesab edilə bilməz. Azərbaycan ordusunda xidmət keçmək hər bir qeyrətli Azərbaycan kişisi üçün qürur və şərəf mənbəyi olmaqla, ordu sıralarında xidmət keçmək iddiaçı üçün hər-hansı mənəvi iztiraba səbəb ola bilməzdi. İddiaçı ilə bağlı şəhadətləndirmə vərəqəsinin tərəfindən sonradan (aprel ayında) imzalanmasına gəlincə, həmin vaxt iddiaçı artıq xidmətdə idi və Hərbi həkim komissiyasnın bununla bağlı ümumi qərarı vardı. O da komissiya üzvlərindən biri kimi yalnız iddiaçının şəhadətləndirilməsi ilə bağlı sənəddə sırf Zərifə Əliyeva adına xəstəxanının nəticələrini gözlədiyimə görə imzalamadığı hissədə, qovluqda olan sənədlərə uyğun olaraq imza etmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları:
Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayənədəsi X10 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, 2002-ci ilin aprel ayında oğlunun hərbi xidmətə yararsız olması ilə bağlı hərbi xidmtədən tərxis olunması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə şikayətə getmiş, lakin orada ona oğlu olan iddiaçıya məxsus X4 göstərərək, cavabdehin yararlı rəyinə əsasən oğlunu hərbi xidmətə aparıldığı bildirilmişdir. Hedab edir ki, sonradan X2 pozuntu işləri aparılaraq, cavabdeh tərəfindən müayinə sözləri əlavə edilmişdir. İddiaçı gözünün zəif görməsinə baxmayaraq, hərbi xidmətə getməkdə israrlı olmuşdur. Hətta 2022-ci ilin aprel ayında yenidən müayinə zamanı hərbi xidmətə yararsızlığı müəyyən olunduqda da hərbi xidmətini davam etdirmək niyyətində olmuş, lakin onun istəyinə baxmayaraq hərbi xidmətdən tərxis etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında göstərilənləri müdafiə etdiyini bildirib, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, onun tərəfindən iddiaçı barədə hərbi xidmətə yararlı və ya yararsız olması barədə rəy verilməmişdir. İddiaçının görmə qabiliyyətinin zəif olması müayinələr zamanı tərəfindən aşkar edildiyindən onun əlavə müayinədək keçirilməsi komissiyaya təklif edilmiş və komissiyanın qərarı ilə o, Bakı şəhərində yerləşən, Azərbaycan Respublikasının Səhiyyə X6 Əliyeva adma Milli Oftalmologiya Mərkəzinə əlavə müayinə üçün göndərilmiş və X2 da müayinə qeydi aparılmışdır. Onun tərəfindən X2 hər hansı pozuntu işi aparmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 76. İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. İİ. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunu:
2.0.2. Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)-658/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)-658/2022 saylı qətnaməsi ləğv edilməli və iddia digər əsasla rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin X7 iddiaçının müayinəyə ehtiyacı olması barədə müvafiq qeydiyyat aparması nəticəsinə gəlməklə, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya mənəvi zərərin vurulmasının sübut edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş X1 əslinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Kartanın “B” Bölməsinin Oftalmoloq qrafasında hansısa yazı yazılmış, daha sonra həmin yazının üstü ağ rəngli boya qələmlə örtülmüş, karandaşla çağırışçının müayinəyə ehtiyacı olması barədə qeyd aparılmışdır. Kartanın “B” Bölməsinin Oftalmoloq qrafasında ağ rəngli boya qələmlə örtülmüş yazının nədən ibarət olması, müayinə sözünün isə iddiaçının hərbi xidmətə aparılmasından əvvəl və ya sonra yazılması, pozuntu işlərinin kim tərəfindən və hansı məqsədlə aparılması müəyyən olunmadan birinci instansiya məhkəməsinin bu nəticəyə gəlməsi əsaslı olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əsasla iddianı rədd etməsi işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunduğu kimi mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiasının əsasını cavadbehin qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq hərbi xidmətə aparılması ilə bağlı mənəvi sarsıntı və iztirab keçirilməsi və nəticədə mənəvi zərərə məruz qalması ilə bağlı olmuşdur. Halbuki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı göz xəstəliyinin olmasını bilməklə yanaşı, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olmaması halında belə hərbi xidmət keçməkdə israrlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş X1 sonunda İddiaçı sağlamlığı ilə bağlı heç bir problem olmadığını və hərbi xidmətə getməyə hazır olduğunu qeyd etmişdir. İddiaçının nümayəndəsi də iddiaçının hərbi gözünün zəif görməsinə baxmayaraq, hərbi xidmətə getməkdə israrlı olduğunu qeyd etməklə yanaşı, hətta 2022-ci ilin aprel ayında yenidən müayinə zamanı hərbi xidmətə yararsızlığı müəyyən olunudqda da hərbi xidmətini davam etdirmək istəmədinə dair izahat vermişdir ki, belə olduğu təqdirdə iddiaçının hərbi xidmətə görə sarsıntı və iztirab keçirilməsi mümkün deyildir. Şəxsin arzuladığı vəziyyətdə olmasına qanunsuz yolla şərait yaradılması halı həmin şəxsin mənəvi zərərə məruz qalmasına əsas ola bilməz. Belə ki, şəxsin özü məhz həmin vəziyyəti arzu etməkdədir. Hazırkı işin hallarına görə isə iddiaçının hərbi xidmətini davam etdirə bilməməsi onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyasına səbəb ola bilərdi ki, iddiaçının hərbi xidmətini davam etdirə bilməməsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunu 3.2-ci maddəsinin tələbindən irəli gəldiyindən hər hansı bir məsuliyyət yaratmamaqdadır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)-658/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)-658/2022 saylı qətnaməsi ləğv edilməli və iddianın göstərilən əsasa görə rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş X1 əslinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Kartanın “B” Bölməsinin Oftalmoloq qrafasında hansısa yazı yazılmış, daha sonra həmin yazının üstü ağ rəngli boya qələmlə örtülmüş, karandaşla çağırışçının müayinəyə ehtiyacı olması barədə qeyd aparılmışdır. Kartanın “B” Bölməsinin Oftalmoloq qrafasında ağ rəngli boya qələmlə örtülmüş yazının nədən ibarət olması, müayinə sözünün isə iddiaçının hərbi xidmətə aparılmasından əvvəl və ya sonra yazılması, pozuntu işlərinin kim tərəfindən və hansı məqsədlə aparılması ilə bağlı müvafiq araşdırma aparmalı, araşdırmanın nətcəsinə müvafiq olaraq hüquq pozuntusuna yol verilmiş şəxslər müəyyən edilməklə əməllərinə hüquqi qiymət verilməlidir. Buna görə də qeyd edilən fakt üzrə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna gödərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)-658/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edislin. Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(042)-658/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.