Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1471/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-233/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “uşağın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılmasına, 14 noyabr 2013-cü il təvəllüdlü X5 və 19 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumun onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-233/2024 saylı qətnaməsi ilə (sədrlik edən Qamət Əbilov) iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş 19 dekabr 2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 14 noyabr 2013-cü il təvəllüdlü X5 və 19 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iş üzrə dənilmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, məhkəmə-psixoloji Ekspertiza tədqiqatının dəyəri 80 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməsi və aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-233/2024 saylı qətnaməsinin 19 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat aliment tutulması hissədə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərar qəbul edilməmişdir. Belə ki, birgə nikahlarından olmuş 19 dekabr 2014-cü il təvəllüdlü X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə elə həmin tarixdən və Bərdə rayon Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən və qonşuların iştirakı ilə tərtib edilmiş aktdan göründüyü kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək onun yanında yaşamışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan birgə nikahlarından olmuş 19 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində alimentin tutulmasını qət etmişdir. Hesab edir ki, məhkəmə uşağın onun himayəsində qalıb yaşamasını nəzərə almadan, həmin uşağa münasibətdə alimentin başlanğıcını düzgün müəyyən etməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun oxşar məzmunlu izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-233/2024 saylı qətnaməsinin 19 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat aliment tutulması hissədə ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini etiraz edərək edərək, göstərdi ki, o, Bakı şəhərinfdə kirayədə yaşamaqla, uşaqlar da onun himayəsindədirlər. 19 dekabr 2014-cü il təvəllüdlü X6 məhkəmə qətnaməsi ilə cavabdehin yanında saxlanılsa da, sonradan onun yanına gəlmiş və atası ilə qalmaq istəmədiyi bildirmişdir. Məhkəmədə iddia qaldırmazdan xeyli əvvəldən həmin uşaq onun himayəsində idi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-383/2024 saylı qətnaməsinin aliment tələbinə dair hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-233/2024 saylı qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apelyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-383/2024 saylı qətnaməsinin 19 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat aliment tutulması hissədə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətinin dəlillərində həmin uşağa müansibətdə alimentin başlanğıcı hissəsini mübahisələndirmiş, qətnamənin digər hissələri isə mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissədə və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: AZ-İİİ № 429557 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 qızı 19 dekabr 2014-cü ildə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. AZ-İİİ № 228290 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 14 noyabr 2013-cü ildə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)298\2023 saylı xx.xx.2023-cü il tarixli qərnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29 yanvar 2013-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 19 dekabr 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh yanında saxlanılması və 14 noyabr 2013-cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 11\609 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 halhazırda anası İddiaçı və atası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası İddiaçı bağlılığı daha çoxdur. xx.xx.2014-cü il təvəllüdlü X2 psixikasında və davranışlarında anasının himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. (Aparılmış tədqiqatın dəyəri 80 manat) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)298\2023 saylı xx.xx.2023-cü il tarixli qərnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında 29 yanvar 2013-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 19 dekabr 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh yanında saxlanılması və 14 noyabr 2013-cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması qət olunmuşdur. Həmin qətnamə ilə tərəflərin birgə nikahlarından anadan olmuş 19 dekabr 2014-cü il təvəllüdlü X6 atası Cavabdeh yanında saxlanılsa da, həmi uşaq sonradan atasaı ilə yaşamayaq, anasının yanına getmiş və anası ilə yaşayır. Cavabdeh isə, birgə nikahlarından olmuş 19 dekabr 2014-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixədək onun yanında yaşamasını və bu baxımdan həmin uşağa münasibətdə alimentin başlanğıcının düzgün müəyyən edilmədiyini mübahisələndirmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuş, həmin mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixli mediasiya arayışı işə əlavə edilmiş, Cavabdeh xx.xx.2023-cü ildə keçirilən məhkəmə idclası protokolunda öz əksini tapmış izahatında uşaqların hazırda anasının yanında olmasını bildirmişdir. Göründüyü kimi, cavabdehin birgə nikahlarından olmuş 19 dekabr 2014-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixədək onun yanında yaşamasına dair dəlili öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-233/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-233/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1471/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1471/2024
22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver