Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1476/2023 13.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Çərkəz oğlunun iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-415/2023 saylı qətnaməsindən İddiaçı Çərkəz oğlunun verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Çərkəz oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin müalicəsi məqsədi ilə hər ay ondan alınan 150 manat pulun məbləğinin 20 manata qədər azaldılmasını və həmin məbləğin iddia ərizəsi verildiyi gündən etibarən hesablanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)415/2023 saylı qətnaməsi ilə (sədrlik edən Rafiq Məmmədov) iddia təmin edilməmiş, İddiaçı Çərkəz oğlunun Cavabdeh qarşı cavabdehin müalicəsi məqsədi ilə hər ay ondan alınan 150 (bir yüz əlli) manat pulun məbləğinin 20 (iyirmi) manata qədər azaldılmasını və həmin məbləğin iddia ərizəsi verildiyi gündən etibarən hesablanması tələbinə dair iddia ərizəsi təmin edilməmiş və iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı Çərkəz oğluna aid edilməsi qət edilmişdir. İddiaçı Çərkəz oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-415/2023 saylı, qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İİİ qrup gözdən əlil və astma bronxit xəstəsidir, iş qabliyyətini itirdiyi üçün heç bir yerdə işləmir və əlilliyi ilə bağlı 120 manat sosial müavinət alır. Birinci nikahdan olan Emin və Elmir adlı uşaqları isə onun himayəsindədir. xx.xx.2016-cı il tarixdən bu günə qədər hər ay 150 manat məbləğində pulun cavabdehin müalicəsi üçün, bundan başqa 173 manat məbləğində pulun cavabdehə baxdığı üçün ondan tutularaq X1 ödəmişdir. Eyni zamanda Cavabdeh İ qrup əlilliyə görə dövlət tərəfindən 220 manat sosial müavinət, 150 manat isə Prezident təqaüdü alır. İddiaçı Çərkəz oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, X2 ilə 02 avqust 1996-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 3 övladı olmuş, cavabdehlə aralarında olan nikah aktı qeydi Ağdam rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan olan xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh adlı uşağı anasının himayəsində, Emin və Elmir adlı oğlanları isə onun himayəsində saxlanmış, hazırda isə İİİ qrup gözdən əlil və astma bronxit xəstəsi olmaqla, iş qabliyyətini itirdiyi üçün heç bir yerdə işləmir. xx.xx.2016cı il tarixdən bu günə qədər hər ay 150 manat məbləğində pul cavabdehin müalicəsi üçün, bundan başqa 173 manat məbləğində pul cavabdehə baxdığı üçün ondan tutularaq X1 ödənilir. Cavabdeh İ qrup əlilliyə görə dövlət tərəfindən 270 manat sosial müavinət, 200 manat isə Prezident təqaüdü ödənilir.Məhkəmə isə həmin halları nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-415/2023 saylı, qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdi. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-415/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli, 2(104)-1310/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh müalicəsi məqsədi ilə hər ay 150 manat miqdarında pul İddiaçı Çərkəz oğlundan tutularaq X1 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2017-ci il tarixli, 2(102)-6334/17 saylı qərarının surətindən görünür ki, İddiaçı Çərkəz oğlunun kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli, 2(104)-1310/2017 nömrəli qətnaməsi ilə, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh müalicəsi məqsədi ilə hər ay 150 manat miqdarında pul İddiaçı Çərkəz oğlundan tutularaq X1 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ağır xəstə olması və daima müalicə ehtiyacının olması iş materialları ilə təsdiq olunur. Hazırki məhkəmə iclasına da, Cavabdeh həqiqətən iflic vəziyyətində olduğu müəyyən edilmiş və o, əl arabası ilə məhkəməyə gətirilmişdir. Belə ki, Cavabdeh “Köndələn mielit” xəsətəliyindən əziyyət çəkir və müalicə alır. O, iflic vəziyyətinə düşmüş, onun qayğısına anası Aynuit Abdunova qalır. Cavabdeh yataq xəstəsi olduğundan və anası daim onun yanında olmalı oılduğundan, anasının işləməsi də mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. İddiaçı Çərkəz oğlundan Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin azaldılmasına hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-cı addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Çərkəz apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-415/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1476/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1476/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver