Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1479/2025 12.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X5 və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat Ofisi) “Daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-35/2025 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı, **********06- 05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış əsasında mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.4 kv/m olan 3 otaqlı mənzili hədiyyə alan Cavabdeh mülkiyyətinə vermişdir. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 xx.xx.1970ci il tarixdə nikaha daxil olmuşlar. Bundan sonra X1 “Vəliyeva” soyadı verilmişdir. X4 tərəfindən verilmiş notarial ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə etiraz etmədiyini bildirmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə doğulub və onun ata qrafasında “X12”, ana qrafasında “Vəliyeva Hicran Ənvər qızı” qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli elektron sistemdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.4 kv/m olan 3 otaqlı mənzildə Vəliyeva Hicran Ənvər qızı, X8, X6, X9 və Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdadırlar. X9, X8, Vəliyeva Hicran Ənvər qızı, X6, tərəfindən notarial formada verilmiş ərizələrdən görünür ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə etiraz etmirlər. **********06-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı, **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış əsasında mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 198.9 kv/m olan 6 otaqlı fərdi yaşayış evi hədiyyə alan Cavabdeh mülkiyyətinə vermişdir. X4 tərəfindən verilmiş notarial ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə (ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 198.9 kv/m olan 6 otaqlı fərdi yaşayış evi) etiraz etmədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixli elektron sistemdən çıxarışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı və X7 yaşayış yeri üzrə qeydiyyatdadırlar. X7 tərəfindən verilmiş notarial ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə (ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 198.9 kv/m olan 6 otaqlı fərdi yaşayış evi) etiraz etmədiyini bildirmişdir. Vəliyeva Hicran Ənvər qızı tərəfindən verilmiş notarial ərizədən görünür ki, daşınmaz əmlakın Cavabdeh adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 198.9 kv/m olan 6 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yaşayan X2 xx.xx.2023-cü il tarixdə saat 14 radələrində onun atasına məxsus evdə qardaşı arvadı Vəliyeva Hicran Ənvər qızı və Cavabdeh ilə atası Qafara məxsus evin nəvəsi Cavabdeh bağışlanma ilə adına keçirilməsindən imtina edildiyi səbəbindən aralarında yaranmış münaqişə zamanı döyülməsi faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mülki mübahisənin həlli ilə əlaqədar məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat Ofisi) “Daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 3 otaqlı mənzilini Cavabdeh bağışlamağına dair 28 sentyabr 2021-ci il tarixli, 4Ə-1600 reyestr nömrəli bağışlama müqaviləsinin və ünvan 7 xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən ona məxsus olan evini Cavabdeh bağışlamağına dair 28 sentyabr 2021-ci il tarixli, 4Ə-1601 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvan 4 mənzil ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış və ünvan 7 ev xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış əsasında onun mülkiyyətində olmuşdur. Onun oğlu X12 2004-cü ildə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra onun bir oğul övladı dünyaya gəldi. Oğlunun vəfatından sonra onun arvadı Hicran Vəliyeva və övladları onunla və arvadı X4 ilə birlikdə yaşayıblar. Onlar birlikdə oğlu Fuadın övladlarını da böyütmüşlər. O, artıq qocaldığından arvadı Fazilə Məhərrəmova ilə məsləhətləşib mülkiyyətində olan evləri oğlu Fuadın övladı Cavabdeh bağışlamaq qərarına gəlmişdir. Fikirləşmişdir ki, oğlunun yadigarıdır, onların övladı sayılır, onlar qocalmışlar onlara qayğı göstərəcək. O, 28 sentyabr 2021-ci il tarixli bağışlama müqavilələri əsasında mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 3 otaqlı mənzilini və ünvan 7 evini nəvəsi Cavabdeh bağışlamışdır. O, evini nəvəsinə bağışladıqdan sonra onun və anasının onlara münasibəti tamamilə dəyişmişdir. Nəvəsi Qafar daim onu və arvadı Faziləni təhqir edir, hətta o, evdə olmayanda arvadını evdən qovacağı ilə hədələmişdir. O, onların bu hərəkətlərindən hətta əsəbləşərək infarkt da keçirmişdir. Uzun müddət müalicədə qalmalı olmuşdur. Lakin, onlar bundan sonra da nəticə çıxarmayıb onunla mübahisə etməyə, evdə onları incitməyə davam etdilər. Nəvəsi Qafar evin artıq onun olduğunu, barəsində nə istəyirsə edə biləcəyi ilə onu hədələyir. Onun yaşlı olmağını nəzərə almadan ona qarşı ailə dəyərlərinə sığmayan hərəkətlər edir, onları təhqir edir. O və arvadı artıq onların kobud hərəkətlərinə dözə bilmirlər. Ona görə də, iddiaçı evini ona bağışlamaqdan imtina edir. Bağışladığı mənzillər hazırda onun mülkiyyətindədir. İddiaçı hətta bağışlamanın ləğvi barədə cavabdehə təklif göndərdikdə də onun üstünə gələrək nalayiq söyüşlərlə söyüb təhqir etdiyinə görə DİN-in 102 xidmətinə müraciət etmişlər. Bununla bağlı hətta Polis Şöbəsində araşdırma aparılsa da, sonradan şikayət və tələbi olmadığından cinayət işinin başlanması rədd edildi. Nəvəsi Qafar onun etibarından sui-istifadə etmişdir. O, evi cavabdehə bağışladıqdan sonra ona qarşı kobud münasibətlər göstərmişdir. Cavabdeh olan Qafar və onun anası birlikdə onlara qarşı ailədə kobud münasibət göstərirlər. Ona görə də onun mülkiyyətində olan evlərini nəvəsi Qafara bağışlamaqdan imtina edir. Mülkiyyətində olan ünvan 4 mənzilini və ünvan 6şən evini nəvəsi Cavabdeh bağışlamağına dair bağlanmış 28 sentyabr 2021-ci il 4Ə-1600 reyestr nömrəli və 28 sentyabr 2021-ci il tarixli, 4Ə-1601 reyestr nömrəli bağışlama müqavilələrinin ləğv edilməsini tələb edir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-35/2025 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində və nümayəndəsinin məhkəmə iclasında gətirdiyi əsaslarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş cinayət şinin başlanmasının rədd edilməsi qərarından görünür ki, iddiaçının qızı ilə cavabdeh arasında sözlə mübahisə baş vermiş, qeyd edilən mübahisə bağışlama müqaviləsindən imtina barədə müraciət edildikdən sonra cavabdehin imtinanın səbəbini babasından soruşmasından sonra baş vermişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi bağışlamadan imtina barədə müraciət edilməsinə qədər tərəflərin arasında ailə hüququ münasibətlərinə uyğun olaraq onların üzərinə qoyulmuş vəzifələrin iddiaçı və ya onun yaxın qohumu barəsində Cavabdeh tərəfindən kobudcasına pozulması halına dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş şəkillərdən də göründüyü kimi İddiaçı baxımsızlıq, ağır ailə şəraiti səbəbindən səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdir. Təqdim edilmiş şəkillərdən də göründüyü kimi xəstəxanada onun yanında olan qızı Səadətdir. Qızı Səadətin sahəsində ciddi müalicələrə cəlb edilmiş və bununla da onun həyatı xilas olmuşdur. Bundan sonra da İddiaçı ailə münaqişələri davam etmiş və ağır ailə vəziyyəti səbəbindən onun ağır formada təhqir edilməsi və digər qeyri-insani rəftara məruz qaldığı, həmçinin digər ağır iztirablardan sonra məcburi qaydada yaşadığı mənzili tərk etmək məcburiyyətinə buraxılmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, videoda qeyd edilən mübahisə iddiaçının cavabdehə bağışlama müqaviləsinin ləğv edilməsinə dair bildiriş göndərməsindən sonra baş vermişdir. Bu o deməkdir ki, məhkəmə bu əsasla təqdim edilmiş sübutu qəbul etməmişdir. Məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, cavabdeh şəxs bildirişi alandan sonra iddiaçını istənilən formada söyə bilər, onu təhqir edə bilər, döyə bilər, onunla bağlı digər kobud davranışlara yol verə bilər. Bundan başqa qeyd edir ki, cavabdeh iddiaçını deyil, onun qızına qarşı bu qeyd edilən hərəkətləri etmişdir. Əslində videoda qeyd edilmiş hərəkətlər, həmçinin iddiaçıya laqeyd münasibət nəticəsində xəstəxanaya yerləşdirilərək ölüm vəziyyətinə gəlib çıxması, dəfələrlə onun təhqir edilməsi, söyülməsi məhz iddiaçının özünə qarşı edilmiş kobud pozuntulardır. Məhkəmə burada da kobud pozuntuya yol vermişdir. Belə ki, Plenum qərarında və mülki qanunvericilikdə də qeyd edilir ki, kobud pozuntular təkcə bağışlayan şəxsə qarşı deyil, həmçinin onun yaxın qohumlarına qarşı edildikdə də bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Səadət isə İddiaçı qızı olmaqla onun yaxın qohumu hesab edilir. Hazırki vəziyyətdə İddiaçı mülkiyyətində iki ev olmuş olmasına baxmayaraq həmin evlərdə yaşaması mümkün deyildir, qeyd edilən səbəblərdən məcburi qaydada bu yaşında Bakı şəhərində qızı ilə birlikdə kirayədə yaşayır. Hesab edir ki, elə artıq bunun özü vəziyyətin hansı dərəcə olmasının bir sübutudur. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, mülki işlə bağlı mövqelərini bildirdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və səbəbini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh babasıdır (atası Fuad Qafarovun atası). ünvan 4 mənzil və ünvan 7 ev onun mülkiyyətində olmuşdur. İddiaçının oğlu X12 2004-cü ildə vəfat etmiş, oğlu vəfat etdikdən sonra onun bir oğlu, Cavabdeh doğulmuşdur. Fuad Qafarovun vəfatından sonra onun ailə üzvləri iddiaçı ilə birlikdə yaşamışlar. O, 28 sentyabr 2021-ci il tarixli bağışlama müqavilələri əsasında mülkiyyətində olan ünvan 4 mənzilini və ünvan 7 evini nəvəsi Cavabdeh bağışlamışdır. Hazırda nəvəsi Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri iddiaçının və onun yaxın qohumları barəsində kobudcasına pozduğunu qeyd edərək bağışlama müqaviləsindən imtina edərək ləğv edilməsini məhkəmədən xahiş edir. Bağışlama müqaviləsinə MM-nin 666.1-ci maddəsində verilmiş anlayışdan göründüyü kimi, bağışlama müqaviləsi əvəzsiz müqavilədir və hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. MM-nin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hazırkı halda tərəflər arasında daşınmaz əmlaklarla bağlı bağlanmış bağışlama müqaviləsinin məzmununda hər hansı şərt və öhdəlik nəzərdə tutulmamışdır. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Qanuna əsasən, hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Hazırda iddiaçı Mülki Məcəllənin 673.1.2-ci maddəsinə istinad edərək (hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda) 28 sentyabr 2021-ci il tarixli bağışlama müqavilələrindən imtina edərək ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında qeyd edilir ki: Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Gösstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Kollegiya bildirir ki, bağışlamaqdan imtinaya əsas olan halları sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Hazırda isə iddiaçı tərəfin təqdim etdiyi dəlillərlə bağışlama müqaviləsindən imtina üçün əsaslar aşkarlanmamışdır. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi audio-video yazı tədqiq edilərək aydın olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında hər hansı münaqişə mövcud olmamış, cavabdeh tərəfindən iddiaçıya qarşı ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin pozulmasına, o cümlədən hörmətsiz davranışa yol verilməmişdir. Əksinə, iddiaçı özü video yazıda cavabdeh tərəfindən ona qarşı hər hansı hörmətsizliyin edilmədiyini açıq şəkildə ifadə etmiş, həmçinin mübahisə predmeti olan daşınmaz əmlakların cavabdehə məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən, bağışlama müqaviləsindən imtina yalnız hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması halında mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında da qeyd edildiyi kimi, bu hal qiymətləndirmə tələb edən hal olmaqla, hər bir konkret iş üzrə pozuntunun mövcudluğu və kobudluğu məhkəmə tərəfindən işin faktiki halları əsasında müəyyən edilməlidir. İş materialları ilə cavabdehin iddiaçıya qarşı ailə hüquq münasibətlərindən irəli gələn hər hansı vəzifəni, xüsusilə kobud şəkildə pozmasına dair faktlar müəyyən edilməmişdir. Əksinə, təqdim edilmiş sübut iddiaçının mövqeyini təkzib edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları işin faktiki hallarına uyğun olmaqla düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-35/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1479/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1479/2025
12.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver