Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1495/2023 20.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı Tofiq qızı və Cavabdeh nümayəndəsi (atası) X1 iştirakları ilə, Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Tofiq qızı Cavabdeh qarşı “cehiz, qızıl-zinət, iribuynuzlu və xirdabuynuzlu heyvan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1 ədəd qorka – 500 manat, 1 ədəd güzgü triliyaj - 250 manat, 6 nəfərlik stol-stul - 600 manat, divan (divan örtüyü ilə birlikdə) 2 ədəd kreslo - 400 manat, pərdə - 250 manat, xalça-150 manat, qoşa yataq çarpayısı və 2 örtük - 450 manat, 1 ədəd şifoner - 450 manat, 2 ədəd tumbucka - 180 manat, 1 ədəd güzgü - 20 manat, 2 nəfərlik döşək-yorğan - 200 manat, 4 dəst yorğan-döşək - 700 manat, 6 ədəd yastıq - 180 manat, 6 ədəd döşəkcə - 40 manat, 1 ədəd xalça ( yataq otağı üçün) - 80 manat, 2 ədəd tək nəfərlik yataq çarpayısı - 200 manat, 2 ədəd pərdə, odeyal - 350 manat, çörək bişirən soba - 50 manat, paltar yuyan maşın - 750 manat, tozsoran - 100 manat, 2 ədəd şirəli vedrə - 20 manat, şirəli qazan dəsti - 40 manat, qazan dəsti (aliminum) - 50 manat, qazan-dəsti samovar - 150 manat, ət çəkən maşın (Evroluks) - 100 manat, 24 ədəd çay stəkanı - 25 manat, süfrə dəsti - 25 manat dəyərində cehiz əşyalarını və onlar olmadıqda 6310 (altı min üç yüz on) manat pul məbləğində dəyərlərini, cehiz əşyalarına əlavə olaraq 1 baş inək balası ilə birlikdə qiyməti - 1000 manat, 2 baş dana (hər birinin qiyməti 300 manat) 600 manat, 1 baş düyə qiyməti - 150 manat olmaqla, iri buynuzlu heyvanları və ya onlar olmadıqda 1750 manat pul məbləğində dəyərlərini, 20 (iyirmi) baş ana qoyun hər birinin qiyməti - 100 manat olmaqla, xırda-buynuzlu heyvanları və ya onlar olmadıqda 2000 (iki min) manat pul məbləğində dəyərlərini və 583 əyyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot birlliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü- 350 (üç yüz əlli) manat, 583 əyyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan bir cüt sırğa və 1 ədəd üzükdən ibarət dəst - 600 (altı yüz) manat, 583 əyyarlı qızıldan hazırlanmış 12 qram çəkidə olan “tros” sep - 750 (yeddi yüz əlli) manat və 583 əyyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan üzəri sirkon qaşlı üzük - 240 (iki yüz qırx) manat dəyərində qızıl-zinnət əşyalarını və ya onlar olmadıqda 1940 manat pul məbləğində dəyərlərini və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 noyabr 2010-cu il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar, nikahlarını isə 16 fevral 2012-ci il tarixdə rəsimləşdirmişlər. Onların birgər nikahlarından 13 fevral 2012-ci il tarixdə X5 və 18 dekabr 2013-cü il tarixdə X6 (xx.xx.2021-ci il tarixdə doğum haqqında şəhadətnamə alınarkən Ləman adı dəyişdirilərək Lalə adı verilmiş) 2 uşaqları anadan olmuşdur. O, Cavabdeh ilə 09 noyabr 2016-cı il tarixədək bir ailədə yaşamışlar. Cavabdeh ona ailəsi kimi hörmət qoymamış, onu döyüb, söyüb təhqir etmişdir. 09 noyabr 2016-cı il tarixdə Cavabdeh onu döyüb, söyüb təhqir etdiyi üçün atası onu özü ilə aparmışdır. O, ata evinə gedərkən uşaqlardan 18 dekabr 2013-cü il tarixdə anadan olmuş X2 özü ilə aparmışdı. O, yenidən ər evinə qaydacağını düşünüb, 13 fevral 2012-ci il tarixdə anadan olmuş X4 atası olan Cavabdeh yanında qoymuş, lakin bu baş tutmamış və barışmamışlar. O, Cavabdeh ilə 09 noyabr 2016-cı il tarixədək bir ailədə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Cavabdeh ona ailəsi kimi hörmət qoymamış, onu döyüb, söyüb təhqir etmişdir. 09 noyabr 2016-cı il tarixdə Cavabdeh onu döyüb, söyüb təhqir etdiyi üçün atası gəlib onu özü ilə aparmış və həmin vaxtdan valideyinlərinin ona verdiyi cehiz əşyaları, nişan toy ərəfəsində hədiyyə verilən qızıl-zinət əşyaları və ona atası tərəfindən verilən 5 baş iri-buynuzlu, 20 baş xırda-buynuzlu (qoyun) heyvanlar cavabdeh də, qalmışdır. İddiaçı Namazova (Qarayeva) Elnarə Tofiq qızı cavabdehdən cehiz əşyalarını, ona nişan toy ərəfəsində hədiyyə verilən qızıl-zinət əşyalarını və atası tərəfindən verilən 5 baş iri-buynuzlu, 20 baş xırda-buynuzlu (qoyun) heyvanları tələb etsə də onlar bundan imtina etmişlər. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmiş. Belə ki, cavabdehdən tələb etdiyi cehiz əşyaları 1 ədəd qorka - 500 manat, 1 ədəd güzgü triliyaj - 250 manat, 6 nəfərlik stol-stul - 600 manat, divan (divan örtüyü ilə birlikdə) 2 ədəd kreslo - 400 manat, pərdə - 250 manat, xalça-150 manat, qoşa yataq çarpayısı və 2 örtük - 450 manat, 1 ədəd şifoner - 450 manat, 2 ədəd tumbucka - 180 manat, 1 ədəd güzgü - 20 manat, 2 nəfərlik döşək-yorğan - 200 manat, 4 dəst yorğan-döşək - 700 manat, 6 ədəd yastıq - 180 manat, 6 ədəd döşəkcə - 40 manat, 1 ədəd xalça (yataq otağı üçün) - 80 manat, 2 ədəd tək nəfərlik yataq çarpayısı - 200 manat, 2 ədəd pərdə, odeyal - 350 manat, çörək bişirən soba - 50 manat, paltar yuyan maşın - 750 manat, tozsoran - 100 manat, 2 ədəd şirəli vedrə - 20 manat, şirəli qazan dəsti - 40 manat, qazan dəsti (aliminyum) - 50 manat, qazan-dəsti samovar - 150 manat, ət çəkən maşın (Evroluks) - 100 manat, 24 ədəd çay stəkanı - 25 manat, süfrə dəsti - 25 manat, cəmi 6310 manat, 1 baş inək balası ilə birlikdə qiyməti - 1000 manat, 2 baş dana (hər birinin qiyməti 300 manat) 600 manat, 1 baş düyə qiyməti - 150 manat olmaqla, cəmi 1750 manat dəyərində iri buynuzlu heyvanları və 20 (iyirmi) baş ana qoyun hər birinin qiyməti - 100 (bir yüz) manat olmaqla 2000 (iki min) manat dəyərində xırda-buynuzlu heyvanları vermişdir. İri buynuzlu və xırda buynuzlu, heyvanların cəmi 3750 manat dəyərində olmuşdur. Qızıl əşyaları 583 əyyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot birlliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü- 350 (üç yüz əlli) manat, 583 əyyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan bir cüt sırğa və 1 ədəd üzükdən ibarət dəst - 600 (altı yüz) manat, 583 əyyarlı qızıldan hazırlanmış 12 qram çəkidə olan “tros” sep - 750 (yeddi yüz əlli) manat və 583 əyyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan üzəri sirkon qaşlı üzük - 240 ( iki yüz qırx) manat, cəmi 1940 manat. Onu da qeyd etmək istəyir ki, cavabdehdən yuxarıda qeyd etdiyi, cehiz əşyaları və cehiz əşyalarınan əlavə valideyinləri tərəfindən verilmiş 5 baş iri buynuzlu, 20 baş xırda buynuzlu heyvanlar və qızıl əşyalarını tələb etsədə onlar bundan imtina etmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Gündüz Şirinov) iddia qismən təmin edilmiş, Cavabdeh 1 ədəd qorka – 500 manat, 1 ədəd güzgü triliyaj, 6 nəfərlik stol-stul, divan (divan örtüyü ilə birlikdə) 2 ədəd kreslo, pərdə, xalça, qoşa yataq çarpayısı və 2 örtük, 1 ədəd şifoner, 2 ədəd tumbucka, 1 ədəd güzgü, 2 nəfərlik döşək-yorğan, 4 dəst yorğandöşək, 6 ədəd yastıq - 6 ədəd döşəkcə, 1 ədəd xalça ( yataq otağı üçün), 2 ədəd tək nəfərlik yataq çarpayısı, 2 ədəd pərdə odeyal, 1 ədəd çörək bişirən soba, 1 ədəd paltar yuyan maşın, 1 ədəd tozsoran, 2 ədəd şirəli vedrə, şirəli qazan dəsti, qazan dəsti (aliminyum), qazan-dəsti samovar, 1 ədəd ət çəkən maşın (Evroluks), 24 ədəd çay stəkanı, süfrə dəsti, 583 əyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot brilliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü – 400 manat, 583 əyyarlı 10 qram çəkidə bir cüt sırğa və üzük dəsti – 800 manat, 583 əyyarlı 4 qram çəkidə olan üzəri sirkon üzük - 320 manat, 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 80 manat pul Cavabdeh alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddianı təmin edən məhkəmə mülki Məcəllənin 157.2, 181.1,181.2, 225.2-ci maddəsinə istinad etmişdir.Halbuki işdə bu əşyaların onda olmasını sübut edən heç bir sübut növü yoxdur. Cavabdeh nümayəndəsi və (atası) X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində qətnamə ilə təmin edilən əşyların əksəriyyəti onun evindədir və qaytarılmasına etiraz yoxdur. O, Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilmiş 24 ədəd çay stəkanı, süfrə dəsti, 583 əyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot brilliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü – 400 manat, 583 əyyarlı 10 qram çəkidə bir cüt sırğa və üzük dəsti – 800 manat, 583 əyyarlı 4 qram çəkidə olan üzəri sirkon üzük - 320 manat və 1 ədəd paltar yuyan maşın hissəsindən narazıdır və qətnaməni həmin hissədə mübahisələndirir. Belə ki, cavabdeh 2015-ci ilin noyabar ayında mübahisə zəminində evdən gedərkən iddia etdiyi qızıl əşyalarını aparmış, paltar yuyan maşın isə cavabdehə aid olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli qətnaməsinin ləğv edilnəsini və iddia tələbinin həmin hissəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Tofiq qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 2015-ci ildə cavabdeh ilə mübahisə zəminində atası evinə getmişdir. Cavabdeh onu döyərək evdən çıxarmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli qətnaməsi mübahisiləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən və məhkəmə kolegiyasında verdiyi izahatı ilə müəyyən edilir ki, o, Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində qətnamə ilə iddianın qismən təmin edilmiş 24 ədəd çay stəkanı, süfrə dəsti, 583 əyarlı qızıldan hazırlanmış üzəri 0,25 sot brilliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü – 400 manat, 583 əyyarlı 10 qram çəkidə bir cüt sırğa və üzük dəsti – 800 manat, 583 əyyarlı 4 qram çəkidə olan üzəri sirkon üzük - 320 manat və 1 ədəd paltar yuyan maşın hissəsindən narazıdır və qətnaməni həmin hissədə mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı Tofiq qızının nikahları 16 fevral 2012-ci il tarixdə 16 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Tofiq qızının nikahları xx.xx.2020-ci il tarixdə 50 nömrəli akt qeydi ilə ləğv edilmişdir. xx.xx.2018-ci il tarxidə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Tofiq qızının nikahlarından xx.xx.2012-ci il tarixdə X5 anadan olmuşdur. xx.xx.2021-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Tofiq qızının nikahlarından xx.xx.2013-cü il tarixdə X8 anadan olmuşdur. xx.xx.2021-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı, yeri barədə məlumat verilmiş və iştirak etməmişdir. İddiaçı Tofiq qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixdə Məhkəmə Ekspertizası tərəfindən verilmiş 9/985 nömrəli ekspert rəyindən görünür ki, 583 əyarlı qızıldan hazırlanmış, üzəri 0,25 sot brilliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü – 400 manat, 583 əyyarlı 10 qram çəkidə bir cüt sırğa və üzük dəsti – 800 manat, 583 əyyarlı 4 qram çəkidə olan üzəri sirkon üzük - 320 manat, qızıl-zinət əşyalarının nəzəri qaydada hazır ki, orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1520,0 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Məhkəmə Ekspertizası tərəfindən verilmiş 9/985 nömrəli ekspert rəyi ilə, 583 əyarlı qızıldan hazırlanmış, üzəri 0,25 sot brilliant qaşlarla bəzədilmiş, 5,0 qram çəkidə olan nişan üzüyü – 400 manat, 583 əyyarlı 10 qram çəkidə bir cüt sırğa və üzük dəsti – 800 manat, 583 əyyarlı 4 qram çəkidə olan üzəri sirkon üzük - 320 manat, qızıl-zinət əşyalarının nəzəri qaydada hazır ki, orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1520,0 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi şikayəti qismən təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıya məxsus cehiz əşyalarının onların yaşadıqları evdə olduğunu bildirməklə iddianı həmin hissədə etiraf etdiyindən iddia həmin hissədə təmin olunmalıdır. Cehiz əşyalarının dəyəri və “iribuynuzlu və xirdabuynuzlu heyvan” hissəsində isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cehiz əşyalarının hazırki dəyəri və “iribuynuzlu və xirdabuynuzlu heyvan” tələbinə dair hissəsi barədə məhkəməyə sübut təqdim edilmədiyindən, iddia tələbinin həmin hissələrdə təmin olunması istisnadır. İddiaçı özünə məxsus olan cehiz və qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh iddiaçıya məxsus qızıl-zinət və cehiz əşyalarını könüllü olaraq iddiaçıya qaytarmamış, bununla da iddiaçıya hədiyyə verilmiş qızıllar üzərində əldə etdiyi mülkiyyətdən onu məhrum etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Tofiq qızı ilə Cavabdeh 20 noyabr 2010cu il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuş, nikahlarını isə 16 fevral 2012-ci il tarixdə rəsimləşdirmişlər. Onların birgər nikahlarından 13 fevral 2012-ci il tarixdə X5 və 18 dekabr 2013-cü il tarixdə X6 (xx.xx.2021-ci il tarixdə doğum haqqında şəhadətnamə alınarkən Ləman adı dəyişdirilərək Lalə adı verilmiş) adlı 2 uşaqları anadan olmuşdur. O, Cavabdeh ilə 2015-ci ilin noyabr ayınadək bir yerdə yaşamış və sonra mübahisə zəminində evdən getmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda iddia edilən qızıl əşyalarının mövcudluğu, cavabdeh tərəfindən iddiaçıya hədiyyə edilməsi, iddiaçının həmin qızıl-zinət əşyalarından məhrum olması işin mübahisələndirilməyən hallarıdır. Belə ki, iddiaçının 2015-ci ilin noyabr ayında mübahisə zəminində evdən gedərkən, qızıl zinyət əşyalarını aparması inandırıcı görünmür. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və (atası) X1 iddiaçının 2015-ci ilin noyabar ayında mübahisə zəminində evdən gedərkən iddia etdiyi qızıl əşyalarını aparması, paltar yuyan maşının isə cavabdehə aid olmaması barədə dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli nömrəli qətnaməsi mübahisiləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(058)-24/2023 nömrəli nömrəli qətnaməsi mübahisiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1495/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1495/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver