Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1511/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1450/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurmuş olduğu mənəvi ziyan kimi 5000 manat pulun alınması və cavabdehin onun barəsində yaymış olduğu yalan məlumata görə üzr istəməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1450/2024 saylı qətnaməsi ilə (sədrlik edən Fuad Fərhadov) iddia ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1450/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun iddiasını rədd edərkən belə bir dəlilə istinad etmişdir ki, guya o, cavabdehin onun şərəf və ləyaqətini ləkələyən məlumatın təsdiq edilməsi ilə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki məhkəmənin bu cür əsassız dəlillə onun iddiasının rədd etməsinin hüquqi əsası yoxdur. Belə ki, onun iddia ərizəsinə əlavə etdiyi cinayət işinin başlanılmasını rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, cavabdehin onun ərini öldürməklə hədələməyi sübuta yetməmişdir. Belə olan halda qətnamədə göstərilənlərin əksinə olaraq bu sübutdur. Cavabdeh onun barəsində böhtan xarakterli məlumatı hüquq mühafizə orqanlarına ünvanlamışdır. Yəni burada cavabdehin onun barəsində, keçmiş polis işçisi barəsində yazdığı böhtan təkzib edilməzdir. Onun doğru olub olmamasını cavabdeh sübut etməlidir. Mənəvi ziyanla bağlı hissəyə gəldikdə isə məhkəmə bu hissədə iddianı rədd edərkən düzgün nəticəyə gəlməmişdir. O, keçmiş polis işçisi və müharibə veteranıdır. O, barəsində yazılanlardan sonra özünə gələ bilmir. Onun keçirdiyi mənəvi sarsıntıya görə mənəvi ziyanı isə 5000 manat dəyərində qiymətləndirir. İş üzrə Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, o, 2021-ci ildə polisdən təqaüdə çıxmışdır. Cavabdehin həyat yoldaşı onun 4 maşınını saxta sənədlərlə satıb, mənimsəmişdir. Cavabdehlə qonşudurlar, cavabdeh ondan polisə şikayət vermiş və bununla da ona mənəvi zərər yetirmişdir. Ona görə də apellyasıya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1450/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-1450/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin hazırki iş üzrə iddiaçının müraciəti əsasında toplanmış HK-1/1121 nömrəli rədd materialına əlavə edilmiş təhqiqatçı X1 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin iş üzrə araşdırma zamanı izahatı alınan Cavabdeh izahatında xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 3-cü PB-yə ərizə ilə özü müraciət etdiyini, ərizədə qeyd olunan imzanın özünə məxsus olmasını, Vaqif və Şahin adlı şəxsləri tanıdığını, Vaqifin onunla qonşu binada yaşadığını, Vaqif və Şahin adlı şəxslərin onu nalayiq ifadələrlə təhqir etdiklərini, Vaqifin onu sözlə öldürməklə hədələdiyini, Vaqifin yaşadıqları ünvanda uşağını nəlayiq ifadələrlə təhqir etdiyini, həmçinin zəng edərək ona şər böhtan atdığını, ailəsinə qarşı təhqiredici sözlər dediyini, Vaqif və Şahin adlı şəxsləinr onu sadəcə sözlə öldürməklə hədələdiklərini, həmin zaman onların əlində silah, silah qismində hər hansı bir əşya, soyuq silah, soyuq silah qismində hər hansı bir əşya olmadığını, əsas tələbinin təhlükəsizliyinin qorunması olmasını bildirmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında Cavabdeh onun barəsində etmiş olduğu müraciətlə tanış olduğunu, Cavabdeh tanıdığını, Cavabdeh onunla qonşu binada yaşadığını, Cavabdeh ilə əvvəllər düşmənçiliyi olmasa da, Aygünün əri Həsən adlı şəxsin 2022-ci il tarixdə onu aldadaraq 4 ədəd avtomobilini dələduzluq yolu ilə ələ keçirməklə ona 61000 manat maddi ziyan vurmasını, bununla bağlı 2022-ci ilin dekabr ayında Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etdiyini, hazırda onun müraciəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırmanın davam etdirildiyini, Həsən adlı şəxsdən onu aldatması üçün şikayət etdiyinə görə və ona dəymiş ziyanı ödəməsin deyə Həsənin arvadının qəsdlə onun barəsində şər böhtan xarakterli şikayətlər etdiyini, heç vaxt Cavabdeh öldürməklə hədələmədiyini, Aygünün onun barəsində yalan olaraq qərəzli şəkildə şikayət etdiyini, Aygünün dəfələrlə onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinə və bölmələrə şikayətlər etdiyini, həmçinin əri Həsənin adından da onun barəsində Baş Polis İdarəsinə ərizələr yazdığını, Cavabdeh nalayiq ifadələrlə təhqir etmədiyini bildirmişdir. Həmçinin, sözügedən qərarda Cavabdeh qonşusu İddiaçı arasında gələcəkdə baş verə biləcək cinayət və inzibati xətaların qarşısının alınması və profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədilə “münaqişəli qonşu” kimi qeydiyyata alınaraq nəzarət edilməsi məqsədə müvafiq olduğundan qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin aidiyyəti sahə rəisinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin 3cü Polis Bölməsinin hazırki iş üzrə iddiaçının müraciəti əsasında toplanmış HK-1/14 nömrəli rədd materialına əlavə edilmiş baş təhqiqatçı X2 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin iş üzrə araşdırma zamanı izahatı alınan Cavabdeh göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. X11 onun əridir. Kia K5 minik markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil baş etibarnamə əsasında Həsən Həsənova məxsudur. X6 tanıyır. Belə ki, Həsənin Rəşada borcu olmuşdur. Buna görə də Həsən xx.xx.2023-cü il tarixdə Kia K5 markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Rəşada olan borcunun əvəzinə onun adına keçirmişdir. Lakin avtomobili Rəşada verməmişdir. Həmin avtomobili o, idarə etmişdir. 2022-ci ilin dekabr ayında keçmiş polis işçisi Vaqif adlı şəxs aralarında olan ədavətə görə gəlib özbaşına onun işlədiyi salondan ondan xəbərsiz Kia K5 markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili götürüb aparmışdır. Rəşad buna görə həmin avtomobili axtarışa vermişdir. Lakin sonradan onlar Rəşada olan borcu verdikdən sonra həmin avtomobili notarial qaydada yenidən öz adlarına çevirmişlər. Lakin hazırda həmin avtomobil Vaqif adlı şəxsdədir, Vaqif avtomobili qaytarmır. Vaqifin adına həmin avtomobilə dair heç bir sənəd yoxdur, Vaqif həmin avtomobili qanunsuz olaraq aparmışdır. Həmin avtomobil Rəşad Əhmədovun adınadır, lakin baş etibarnamə ilə ona məxsusdur. Araşdırma zamanı izahatı alınmış X9 göstərmişdir ki, Cavabdeh və X8 tanıyır. Həsən Həsənovun ona 10600 manat borcu var idi. Buna görə də həmin pulun əvəzinə Həsən xx.xx.2022-ci il tarixdə Kia K5 markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun adına keçirmişdir. Lakin avtomobili ona verməmişdir. Sonradan Həsən onun pulunu qaytardığı üçün o, həmin avtomobili baş etibarnamə ilə Həsənin özünə qaytarmışdır. Hazırda həmin avtomobilə dair bütün səlahiyyətləri o, baş etibarnamə ilə Cavabdeh vermişdir. O, həmin avtomobili idarə etməmişdir. O, Vaqif adlı şəxsi tanımır. Araşdırma zamanı izahatı alınmış X11 izahatında Cavabdeh göstərdiyi xüsusatları təsdiqləmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 2022-ci ilin əvvəllərində onunla qonşuluqda yaşayan və əvvəllər tanıdığı Həsən Həsənov onunla söhbət əsasında bildirmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən qaz doldurma məntəqəsini icarəyə götürüb maşın salonu işlədir. Həmin vaxt ona bildirmişdir ki, əgər imkanın olarsa maşın alıb salonda satıb birgə qazanc əldə edə bilər. Bu işlə əlaqədar tanışlarına və dostlarına maddi vəziyyətlə bağlı köməklik göstərilməsini bildirmişdir. X12 birlikdə 61000 manat dəyərində avtomobillər almışlar. Həmin pulların hamısı ona məxsus olmuşdur. 20500 manat dəyərində 2008-ci il istehsalı olan “Santafe” markalı avtomobili Tahir adlı şəxsdən alıb Həsənin salonuna aparmışdır. Bundan başqa Kia Optima markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobili, “Chevrolet Cruze” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili və Opel Astra markalı avtomobili tanımadığı şəxsdən alıb Həsənin salonuna aparmışdır. Həsən Həsənov 2022-ci ilin dekabr ayında ona bildirmişdir ki, Ceyhun adlı şəxs Kia Optima markalı avtomobili Moskva şəhərində yaşayan oğluna almaq istəmişdir. Ceyhun adlı şəxs onunla telefonda danışaraq Kia markalı avtomobili oğluna almaq istədiyini ona bildirərək Həsən həmin avtomobili satmaq üçün 17500 manat pul istəmişdir, lakin imkanının olmadığından 17000 manat pul düzəltdiyini bildirmişdir. Bir neçə saatdan sonra Ceyhun adlı şəxsin tanışı Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən dost qapısı restoranında 500 manat pul vermişdir. Digər 500 manat pulu isə bir gün sonra Ceyhun adlı şəxs beh kimi vermişdir. Daha sonra Həsən Həsənov ona beh alındığı üçün maşının sürülməməsini bildirmişdir. Bu barədə o, Həsən tərəfindən aldadıldığını bildikdə xx.xx.2022-ci il tarixdə bu barədə Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etmişdir. X10 və Ceyhun adlı şəxsin barəsində cinayət işi açılmışdır. Kia optima markalı ** DN *** d.q.n-lı avtomobil onda deyil və harada olması barədə heç bir məlumatı yoxdur. Araşdırma zamanı izahatı alınmış X7 göstərmişdir ki, 2023-cü ilin yaz aylarında əvvəllər tanıdığı Cavabdeh ona bildirmişdir ki, ədikləri maşın salonunda Kia Optima markalı avtomobil var. O da, həmin avtomobilli Moskva şəhərində yaşayan oğluna almaq istəmişdir. Həmin avtomobilin kreditlə satılmasını Aygün ona bildirmişdir. Həmin vaxt Gəncə şəhəri, Univermağın yaxınlığında yerləşən lakin, adını xatırlamadığı Banka gedib avtomobili öz adına etibarnamə alıb idarə etmək istəmişdir. Daha sonra Kia Optima markalı avtomobili Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən avtomobil salonuna aparmışlar. İki gündən sonra həmin avtomobili salondan götürmək üçün getsə də avtomobili salonda görməmişdir. Bununla bağlı daha sonra maraqlandıqda avtomobilin İddiaçı tərəfindən aparıldığını öyrənmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının onu hədələməsi və s. barədə polis orqanlarına müraciət etməsi onun vətəndaş kimi pozulmuş hər hansı hüququnun pozulması ilə bağlı dövlət orqanlarına sərbəst surətdə müraciət etmək hüququ ilə bağlıdır. Hər bir Azərbaycan Respublikası vətəndaşının öz pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı dövlət orqanlarına, eləcə də digər təşkilatlara müraciət etmək hüququ vardır və bu hüquq məhdudlaşdırılmamalıdır. Lakin belə müraciətlərdə və ya şikayətlərdə məlumatlar haqqında müraciət edilən şəxsin şərəf və ləyaqəti ləkələyən və yalan (təhqir, böhtan və.s kimi) məlumatlar olmamalıdır. Cavabdehin müraciətində iddiaçının şərəf və ləyaqətini ləkələyən və yalan (təhqir, böhtan və.s kimi) məlumatların olmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi şahid də bu barədə hər hansı dəlilə istinad etməmiş, cavabdehin iddiaçının şərəf və ləyaqətini ləkələyən konkret hansı ifadə işlətdiyini bildirməmiş, yalnız ümumi sözlərlə cavabdehin ona zəng edərək özünü nalayiq sözlərlə təhqir etdiyini bildirmişdir. Hüququnun pozulmasını zənn edən cavabdehin polis orqanlarına müraciəti iddiaçının şərəf və ləyaqətinə xələl gətirməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda iddia tələbi cavabdehin üzərinə müraciətdə göstərilənlərin təkzib edilməsi və üzr istənilməsi barədə vəzifə qoyulması hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin... 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur... Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə ... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s.) rəsmi sənədlərdə olan məlumatların təkzib ediməsinə AR Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə və “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının iddia ərizəsindən və iş materiallarından cavabdehin onun barəsində Polis orqanına yazdığı hansı ərizəsində və hansı məlumatında şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması müəyyən edilmir, belə bir ərizə iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı şərəf və ləyaqətini alçaldan məlumatları yayması onun tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin polis orqanlarına müraciəti iddiaçının şərəf və ləyaqətinə xələl gətirməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda iddia tələbi cavabdehin üzərinə müraciətdə göstərilənlərin təkzib edilməsi və üzr istənilməsi barədə vəzifə qoyulması hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı iddia ərizəsində cavabdehin hərəkətləri ucbatından onlara 5.000 manat mənəvi ziyan vurulduğunu göstərsə də, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinin alçaldılması halı müəyyən edilmədiyinə görə, mənəvi zərər tələbi də təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1450/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1450/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1511/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1511/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver