Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1529/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-1827/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə rəsmi nikah qeydindən keçərək ailə həyatı qurmuşdur. Bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Onlar cavabdehlə 2018-ci ilin oktyabr ayında faktiki olaraq ayrılmışlar. xx.xx.2019-cu il tarixdə isə cavabdehlə aralarında olan nikaha məhkəmə qaydasında xitam verilmiş və Musazadə Zəhra və Musazadə Hüseyn adlı uşaqları Cavabdeh himayəsində saxlanılmışdır. xx.xx.2021-ci il saat 22:00-da qızı Zəhra ona ağlaya-ağlaya zəng vuraraq anası və ana nənəsi tərəfindən evdən qovulduğunu və onu götürməyini bildirmişdir. Təbii ki, o, dərhal Zəhranı yaşadığı evə gətirmişdir. Həmin vaxtdan bu günədək Zəhra onunla yaşayır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-312/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X4 onun yanında saxlanılmışdır. Qızı Zəhra cavabdehin yanında yaşadığı vaxtlarda cavabdeh tərəfindən Zəhraya ağır şiddətlər göstərmişdir ki, onun nəticəsində Zəhra şəkərli diabet İİ tip, diabetik ketoasidozla E 11.1-lə yanaşı Piylənmə, ekzogen-konstitusional E 66.0, D vitamininin çatışmazlığı E 55 xəstəliyi tapmışdır. Məhz qızı Zəhranın şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyinə və xəstəlik üçün çəkdiyi xərclərə görə məcburiyyətdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh Zəhraya baxmır, onun saxlanılması müalicə və müayinə olunması üçün heç bir maddi mənəvi köməklik etmir. O, qanunvericiliyin tələbinə uyğun olaraq aliment tələbinə dair Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Uşağının normal yaşaması, böyüməsi üçün daimi maddi və mənəvi qayğı zəruridir. O, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində yük avtomobili sürücüsü vəzifəsində işləməklə, 360 manat əmək haqqı alır. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq uşağının saxlanılması vaxt keçdikcə mürəkkəbləşir. Uşağı normal böyütmək, müalicə və müayinə olunması üçün hər ay aliment puluna çox ehtiyacı vardır. Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-1827/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddiasının rədd edilməsi; İş üzrə ödənilmiş mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktik hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqlardan biri onun himayəsinə verilmişdir. Qanunvericiliyin tələbərinə uyğun olaraq himayəsində qalan uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etmişdir. Lakin, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2021-ci ilin oktyabr ayında xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağı faktiki öz himayəsinə götürmüşdür. Sonradan məhkəmə qətnaməsinə əsasən də adı qeyd olunan uşaq onun himayəsinə verilmişdir. xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağın şəkərli diabet xəstəliyi var və xəstəxanada müalicə edilir, onun müalicəsinə görə hər ay mütəmadi olaraq xərc çəkir. Özü də işləmir, lakin cavabdehin himayəsində olan uşağın saxlanılmasına görə aliment ödəyir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, yenidən nikaha daxil olaraq ailə qurmuşdur və həmin nikahdan iki uşağı dünyaya gəlmişdir. 2021-ci ilin aprel ayından pensiya verilməsi dayandırılmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qızı Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağın saxlanılması üçün iddiaçıya aliment ödəməyə imkanı yoxdur. Bundan başqa, adı qeyd olunan qızı Cavabdeh himayəsində olan zaman şəkər xəstəliyinə tutulmamışdır. Şəkər xəstələrinin müalicə və müayinə ehtiyaclarını dövlət təmin edir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Sonuncu məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 may 2019- cu il tarixli 2(043)-390/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 dekabr 2008-ci il tarixində Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanaraq, 1024 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X3 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılması, uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı 10 dekabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment alınaraq Cavabdeh verilməsi və İddiaçı övladlar xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin cümə günü saat 18:00-dan gecə yanında qalmaqla bazar günü (bayram günləri də daxil olmaqla) 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir; Gəncə Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(125)-312/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X4 iddiaçı (atası) İddiaçı yanında saxlanılması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı 16 fevral 2010-cu il təvəllüdlü Zəhra adlı uşağa görə Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsində müəyyən olunan alimenti ödəmək vəzifəsindən 16 oktyabr 2021-ci il tarixdən etibarən azad olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməsi, iddia tələbi “şəkərli diabet xəstəsi olan 16 fevral 2010-cu il təvəllüdlü X2 müalicəsində xərclərin yarı hissəsinin tələbi, gələcəkdə çəkiləcək xərclərdə Cavabdeh cəlb edilməsi” hissəsində təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumu (mediasiya xərci) iddiaçıya aid edilməsi qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2023-cü il tarixli 2(104)- 1989/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 saylı qətnaməsi qismən xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiasının təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və tərəflər arasında eyni əsaslarla və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilməlidir. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Zəhra və xx.xx.2011-ci il təvəllüdlü Hüseyn adlı uşaqları anadan olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(043)-390/2019 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və birgə nikahdan anadan olmuş uşaqlar ana Cavabdeh yanında saxlanılmış, həmçinin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ata İddiaçı hər ay hər uşaq üçün 120 manat aliment tutularaq ana Cavabdeh verilməsi müəyyən edilmişdir. Bundan sonra İddiaçı uşaq tələbinə dair məhkəmədə iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)- 312/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X2 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Daha sonra isə İddiaçı ödənilən alimentin dayandırılması, aliment tələbi, şəkərli diabet xəstəsi olan uşağın müalicəsində xərclərin yarı hissəsinin və gələcəkdə çəkiləcək xərclərdə ananın iştirakının təmin edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1352/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 16 fevral 2010-cu il təvəllüdlü Zəhra adlı uşağa görə Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 390/2019 saylı qətnaməsində müəyyən olunan alimenti ödəmək vəzifəsindən 16 oktyabr 2021-ci il tarixdən etibarən azad olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməsi, iddia tələbi “şəkərli diabet xəstəsi olan 16 fevral 2010-cu il təvəllüdlü X2 müalicəsində xərclərin yarı hissəsinin tələbi, gələcəkdə çəkiləcək xərclərdə Cavabdeh cəlb edilməsi” hissəsində təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumu (mediasiya xərci) iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1989/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 saylı qətnaməsi qismən - xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiasının təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağın saxlanılması üçün ana Cavabdeh aliment tutulması tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qanunvericilik tərəflərdən hər birisinin yanında uşaq qaldıqda bir valideyndən az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir. Əks halda alimentin tutulması mənasız olacaqdır, yəni bir tərəf aldığını eyni ilə digər tərəfə qaytarır. Göründüyü kimi, tərəflərin birgə nikahlarından anadan olmuş 16 fevral 2010-cu il təvəllüdlü X1 üçün ana Cavabdeh ata İddiaçı xeyrinə aliment tutulması məsələsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll edilərək iddia tələbi təmin edilməmişdir. Hazırkı işdən isə müəyyən olunur ki, iddia tələbi məhz tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağın saxlanılması üçün ana Cavabdeh aliment tutulmasından ibarətdir. Nəzərə alınmalıdır ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür. Məhkəmə kollegiyası yuxarıda aparılan təhlilin yekunu olaraq bu nəticəyə gəlir ki, iddiaçının hazırkı iddia tələbi məzmun və mahiyyət baxımından Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1989/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə (uşağın saxlanılması üçün aliment tutulması hissədə) eynidir. Başqa sözlə, hazırkı iddianın predmeti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 1989/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilən məsələ barədə məhkəməyə təkrar müraciətdir. Belə ki, hazırkı xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağın saxlanılması üçün ana Cavabdeh aliment tutulması məsələsinə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1989/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmiş və məsələ öz həllini tapmışdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, uşaqların saxlanılması üçün aliment tələbi davam edən hüquq münasibətidir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi dinamik inkişaf edir və dövri olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı, həmçinin hüquq və vəzifələrə təsir edən hüquqi faktların meydana çıxması mümkündür. Lakin, tərəflər arasındakı hazırkı mübahisə sistemli şəkildə tədqiq olunduqda iddia qaldırılması üçün hər hansı yeni əsas yaranmış olması müəyyən edilmir, həmçinin iddiaçı da iddia ərizəsində belə bir fakta istinad etməmişdir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırkı tələbə məhkəmədə baxılması yolverilməzdir. Göründüyü kimi, İddiaçı iddia qaldırılması üçün hər hansı yeni yaranmış əsasa istinad etmədən iddia qaldırmışdır ki, bu zaman birinci instansiya məhkəməsi iddianı yolverilməzliyinə görə icraata qəbul etməməli olduğu halda, iddiaya mahiyyəti üzrə baxaraq prosessual səhvə yol vermişdir və bu hal da birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. MPM-nin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 261, 263-264, 372, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(125)-1827/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1529/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1529/2024
27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver