Məhkəmə qərarları › İş №2(104)-1545/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1545/2024

01.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1545/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2018-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh3 xeyrinə X1 və İddiaçı müddət üçün vaxtında ödənilməmiş 44300 manat put tutulması və borcludan tələbkar tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 44310 manat məbləğində pul tutulması qeyd edilmişdir.

2. xx.xx.2022-ci il tarixli icraata başlamaq barədə qərardadan görünür ki, Cavabdeh1 icra məmuru Dəyanət Məmmədov tərəfindən qeyd edilən icra qeydi (icra sənədi) üzrə icraata başlanılmışdır.

3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-3305/2019 saylı qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsi ləğv edilmiş, tərəflər rasında olan pul tələbi ilə bağlı Şəmkir rayonu 1 saylı Notariusu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra qeydi olduğundan Cavabdeh3 İddiaçı və X5 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qətnamədən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(076)- 516/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X1 müştərək qaydada 44300 manat alınıb Cavabdeh3 verilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 4174/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-3305/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Şəmkir İcra və Probasiya Şöbəsinin 5026/24 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayon 1 saylı Notariat ofisinin 8i-3294 nömrəli xx.xx.2018-cı il tarixli icra qeydinə əsasən iş üzrə borclu İddiaçı və X2 cəmi 44310 manat məbləğində pul alınıb iş üzrə tələbkar Cavabdeh3 ödənilməlidir. Sözügedən icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Şəmkir rayon İcra və probasıya şöbəsinin icraatına daxıl olmuşdur. Görülmüş zəruri icra hərəkətləri nəticəsində borclu X4 vəfat etməsi müəyyən olunmuş, ona görə də, sonuncudan miras qalmış daşınar və daşınmaz əmlakların olub-olmamasına, mövcud olmuşsa nədən ibarət olmaqla harada yerləşməsinə. eləcədə həmin əmlakların miras qoyanın qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən qəbul edilib-edilməməsinə dair rəsmi məlumat verilməsi barədə Şəmkir rayon 1 saylı Notariat ofisinə rəsmi qaydada müraciət edilmiş və notariat ofisinin xx.xx.2022-cı il tarixli 816 saylı məktubunda mərhum X1 miras qalmış əmlaklara dair hər-hansı vərəsəlik işinin açılmaması bildirilmişdir. Eləcə də, icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu İddiaçı Şəmkir rayonu Əliyaqublu kəndində fərdi yaşayış evinin və torpaq sahəsinin olması aşkar edilsə də, həmin daşınmaz əmlakların "Para Bokt” ASC-də yüklü olması müəyyən edilmişdir. İcra sənədində göstərilən tələbi yerinə yetirməməklə icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gondərilsə də, məhkəmə iclasında tərəflər arasında razılıq əldə olunduğu üçün məhkəmənin 3(076)-946/2022 nomrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə icraata xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə borclu İddiaçı barəsində AR-nın İXM-nin 528.1-ci maddəsinə əsasən mzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndlərilmiş və məhkəmənin 3(076)-568/2023 saylı xx.xx.2029-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə sonuncu 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da, icra sənədində göstərilən tələbi yerinə yetirməməklə icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə AR-nın İXM-nin 528.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmənin 3(076)-1040/2023 saylı xx.xx.2023-cü il tarixli inzİbati xəta haqqında iş üzrə qərari İlə sonuncu 15 gün müddətinə inzibali qaydada həbs edilmişdir. İş üzrə borclu İddiaçı oglu Şəmkir rayon 1 saylı Nofariat ofisinin 8İ-3294 nömrəli xx.xx.2018-ci il tarixli icra qeydinin ləğv olunmasına dair məhkəməyə iddia ərizəsi iə müraciət etdiyi və həmin iddianın məhkəmənin icraatına qəbul olunduğu üçün xx.xx.2023cü il tarixli qərarla iş üzrə icraat "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən dayandırılmışdır.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi verərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh1nə qarşı – Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 8İ-3294 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddiaçının həmkəndlisidir, 2007-ci ildə iddiaçının böyük qardaşı Füzuli Quliyev və mərhum X6 Cavabdeh3 borc pul almışlar. Ramin Həsənov 2014-cü ildən 2019-cu ilədək Şəmkir rayon Əliyaqublu kənd bələdiyyəsinin sədri işləmişdir. 2017-ci ildə Ramin Həsənov onu öz iş yerinə dəvət edərək onun və qardaşı Füzulinin Cavabdeh3 borcları olduğunu, Cavabdeh3 həmin borcun ödənilməsinə görə möhlət alınması üçün onunla birlikdə borc müqaviləsinin bağlanmasında iştirak etməyini xahiş etmiş və həmin borc müqaviləsinə görə iddiaçıya heç bir zərər dəyməyəcəyini, sadəcə olaraq həmin müqavilənin qardaşı Füzuliyə və ona Fərhad tərəfindən möhlət verilməsi üçün lazım olduğunu, Fərhadın borcunun yola görə veriləcək kompensasiyadan ödəyəcəyini, bunun qarşılığında isə "xxxx" ASC tərəfindən həyata keçirilən “Gəncə-QazaxGürcüstan Dövlət sərhəd avtomobil yolunun tikintisi” lahiyyəsi çərçivəsində iddiaçının torpaq sahəsinin həmin yola düşməsinə köməklik edəcəyinə və hesablanacaq kompensasiyanın yuxarı hesablanmasında köməklik edəcəyini demişdir. İddiaçı da, onun bu təklifi ilə razılaşmışdır. Bu barədə Şəmkir rayon 1 saylı notariat ofisindən Cavabdeh3, X6 və iddiaçı xx.xx.2018-ci il tarixli borc müqaviləsi bağlamışlar. Lakin həmin müqavilədən də, göründüyü kimi Cavabdeh3 onlara müqavilədə qeyd olunan 43000 manat məbləğində pul verməmişdir. Həmin müqavilənin imzalanmasından bir müddət keçsə də, Ramin Həsənov verdiyi sözə əməl etməmişdir. Belə ki, X9 Mehdiyevə pulu qaytarmamışdır. Bundan sonra Fərhad Həsənov iddiaçıya və Ramin Həsənova qarşı Şəmkir Rayon Məhkəməsinə pul tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Ramin Həsənovdan bu barədə soruşduqda o, iddiaçıya narahat olmamağını və iddiaçıya heç bir zərər toxunmayacağını bildirmişdir. İddiaçı yenə onun bu yalanlarına inanmış və nəticədə Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsi çıxarılmışdır. Lakin, iddiaçının qətnamənin mahiyyəti barədə məlumatı olmamışdır. O, yenə də, işin məsuliyyətini anlamamışdır. X7 hər dəfə öz yalanlarına inandırmışdır, taki onun barəsində xx.xx.2019-cu ildə Şəmkir Rayon Məhkəməsində 10 gün inzibati həbs seçilənədək. İddiaçı həmin gün başa düşmüşdür ki, Ramin Həsənov onu aldadaraq öz borcuna şərik etmişdir. İddiaçı həbsdən çıxdıqdan sonra 31 may 2019-cu ildə qeyd olunan qətnaməni Şəmkir Rayon Məhkəməsindən götürmüşdür. Həmin tarixədək qətnamə və qətnamədə qeyd olunanlardan məlumatı olmamışdır. Qətnaməni oxuduqda ona məlum olmuşdur ki, Ramin Həsənov onun savadsızlığından istifadə edərək onu aldadaraq iddiaçını çıxılmaz bir vəziyyətə salmışdır. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsi ləğv edilmişdir. İddiaçı həmin vaxt Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsi ləğv edilərkən işin qurtardığını və həmin borcun üzrə heç bir öhdəliyinin qalmadığını başa düşmüşdür. Lakin bir neçə ay bundan əvvəl onun barəsində yenidən eyni iş üzrə inzibati həbs seçilmiş və iddiaçıya həmin borc müqaviləsi üzrə icra qeydinin verildiyi bildirilmişdir. Qeyd etmək istəyir ki, iddiaçı Cavabdeh3 borca pul almamışdır. Sadəcə olaraq Ramin Həsənovun yalanlarına inanmışdır və Ramin Həsənov onun savadsızlığından istifadə edərək onu pis vəziyyətə salmışdır. Ramin Həsənovun başqa şəxsləridə aldadaraq onların pulunu mənimsəmişdir. Cavabdeh3 qeyd olunan məbləğdə pulu iddiaçıya verməmişdir. Notriat işindədə pulun verilməsi barədə heç bir qəbz və ya ödəniş barədə məlumat yoxdur. Həmçinin Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş 22 iyul 2017-ci il tarixli 3M-206 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və hazırda mülki iş məhkəmənin icraatındadır. Hesab edir ki həmin icra qeyd ləğv edilməlidir.

9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv olunması” barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, icra qeydinin verilməsinə əsas xx.xx.2017-ci il tarixli kredit müqaviləsi olmuşdur və həmin kredit müqavilə üzrə 44300 manat məbləğində pul verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, yəni 44300 manat məbləğində pulun verilməməsi nə iş materialları, nə də iddiaçı tərəfin təqdim etdiyi sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də, iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı isə kredit müqaviləsini imzaladığını etiraf etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, müqavilə bağlandığından bir il sonra yəni, kreditorun tələb hüququ yarandığı gündən iki ay sonra icra qeydi verildmişdir. Buna görə də, icra qeydinin ləğv edilməsi üçün hüquqi əsas olmamışdır.

11. Məhkəmə öz hüquqi mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 76, 79-cu maddələrinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsibarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161, 170.1-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsininin ləğv edilməsini və iddianın təmin olunmasıı barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddiaçının həmkəndlisidir, 2007-ci ildə iddiaçının böyük qardaşı Füzuli Quliyev və mərhum X6 Cavabdeh3 borc pul almışlar. Ramin Həsənov 2014-cü ildən 2019-cu ilədək Şəmkir rayon Əliyaqublu kənd bələdiyyəsinin sədri işləmişdir. 2017-ci ildə Ramin Həsənov onu öz iş yerinə dəvət edərək onun və qardaşı Füzulinin Cavabdeh3 borcları olduğunu, Cavabdeh3 həmin borcun ödənilməsinə görə möhlət alınması üçün onunla birlikdə borc müqaviləsinin bağlanmasında iştirak etməyini xahiş etmiş və həmin borc müqaviləsinə görə iddiaçıya heç bir zərər dəyməyəcəyini, sadəcə olaraq həmin müqavilənin qardaşı Füzuliyə və ona Fərhad tərəfindən möhlət verilməsi üçün lazım olduğunu, Fərhadın borcunun yola görə veriləcək kompensasiyadan ödəyəcəyini, bunun qarşılığında isə "xxxx" ASC tərəfindən həyata keçirilən “Gəncə-QazaxGürcüstan Dövlət sərhəd avtomobil yolunun tikintisi” lahiyyəsi çərçivəsində iddiaçının torpaq sahəsinin həmin yola düşməsinə köməklik edəcəyinə və hesablanacaq kompensasiyanın yuxarı hesablanmasında köməklik edəcəyini demişdir. İddiaçı da, onun bu təklifi ilə razılaşmişdir. Bu barədə Şəmkir rayon 1 saylı notariat ofisindən Cavabdeh3, X6 və iddiaçı xx.xx.2018-ci il tarixli borc müqaviləsi bağlamışlar. Lakin həmin müqavilədən də, göründüyü kimi Cavabdeh3 onlara müqavilədə qeyd olunan 43000 manat məbləğində pul verməmişdir. Həmin müqavilənin imzalanmasından bir müddət keçsə də, Ramin Həsənov verdiyi sözə əməl etməmişdir. Belə ki, X9 Mehdiyevə pulu qaytarmamışdır. Bundan sonra Fərhad Həsənov iddiaçıya və Ramin Həsənova qarşı Şəmkir Rayon Məhkəməsinə pul tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Ramin Həsənovdan bu barədə soruşduqda o, iddiaçıya narahat olmamağını və iddiaçıya heç bir zərər toxunmayacağını bildirmişdir. İddiaçı yenə onun bu yalanlarına inanmış və nəticədə Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsi çıxarılmışdır. Lakin iddiaçının qətnamənin mahiyyəti barədə məlumatı olmamışdır. O, yenə də, işin məsuliyyətini anlamamışdır. X7 hər dəfə öz yalanlarına inandırmışdır, taki onun barəsində xx.xx.2019-cu ildə Şəmkir Rayon Məhkəməsində 10 gün inzibati həbs seçilənədək. İddiaçı həmin gün başa düşmüşdür ki, Ramin Həsənov onu aldadaraq öz borcuna şərik etmişdir. İddiaçı həbsdən çıxdıqdan sonra 31 may 2019-cu ildə qeyd olunan qətnaməni Şəmkir Rayon Məhkəməsindən götürmüşdür. Həmin tarixədək qətnamə və qətnamədə qeyd olunanlardan məlumatı olmamışdır. Qətnaməni oxuduqda ona məlum olmuşdur ki, Ramin Həsənov onun savadsızlığından istifadə edərək onu aldadaraq iddiaçını çıxılmaz bir vəziyyətə salmışdır. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsi ləğv edildi. İddiaçı həmin vaxt Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)- 516/2019 saylı qətnaməsi ləğv edilərkən işin qurtardığını və həmin borcun üzrə heç bir öhdəliyinin qalmadığını başa düşmüşdür. Lakin bir neçə ay bundan əvvəl onun barəsində yenidən eyni iş üzrə inzibati həbs seçilmiş və iddiaçıya həmin borc müqaviləsi üzrə icra qeydinin verildiyi bildirilmişdir. İddiaçı Cavabdeh3 borca pul almamışdır. Sadəcə olaraq Ramin Həsənovun yalanlarına inanmışdır və Ramin Həsənov onun savadsızlığından istifadə edərək onu pis vəziyyətə salmışdır. Ramin Həsənovun başqa şəxsləri də, aldadaraq onların pulunu mənimsəmişdir. Cavabdeh3 qeyd olunan məbləğdə pulu iddiaçıya verməmişdir. Notriat işində də, pulun verilməsi barədə heç bir qəbz və ya ödəniş barədə məlumat yoxdur. Həmçinin Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş 22 iyul 2017-ci il tarixli 3M-206 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və hazırda mülki iş məhkəmənin icraatındadır. Hesab edir ki həmin icra qeyd ləğv edilməlidir. Göründüyü ki, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 28 sentyabr 2018-ci il tarixli 8İ-3294 reyestr nömrəli icra qeydi olduğu üçün Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş 22 iyul 2017-ci il tarixli 3M-206 reyestr nömrəli kredit müqaviləsini mübahisələndirə bilməmişdir. Belə olan halda, onun hüquqları pozulur və almadığı pula görə üzərinə öhdəlik yaranmışdır. Ona görə də, qeyd olunan icra qeydi ləğv edilməlidi. Lakin məhkəmə yuxarda qeyd olnan halları düzgün araşdırmamış və nəticədə ədalətsiz qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh3 apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən Şəmkir rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır. Hər hansı bir mötəbər sübuta əsaslanmır, şıkayətin dəlilləri bir-birini təkzib edən dəlillərdən ibarətdir. Apellyasiya şikayəti formal əsaslara verilmişdir, məqsəd bilərəkdən işin uzadılaraq, icra vərəqəsinin icra olunmasına maneə yaratmaqla prosesin uzadılmasıdır. Belə ki, iddiaçı hələ birinci instansiya məhkəməsində iddia qaldırarkən, öz iddia ərizəsində etiraf etdiyi kimi artıq bu tələblə bağlı mülki işə Şəmkir rayon məhkəməsi tərəfindən baxılmış və 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnamə qəbul edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı təfərindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı iddıaçının apellyasiya şikayəti qismən təmin edilmişdir. İddiaçı öz apellyasiya şikayətində qeyd edir ki, həmin qətnamənin mahyyətindən məlumatım olmamışdır. O, yenə də, işin məsuliyyətini anlamamlş, təkı barəsində xx.xx.2019-cu ildə Şəmkir rayon Məhkəməsi tərəfindən 10 günlük inzibati həbs seçilənədək. Həbsdən çıxdıqdan sonra 31 may 2019-cu ildə qeyd edilən qətnaməni Şəmkir rayon Məhkəməsindən götürmüşdür. Həmin tarixədək qətnamə və qətnamədə qeyd olunamlardan məlumatı olmamışdır. Göründüyü kimi iddiaçı hazırda mübahisələndirdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş Şəmkir rayon Məhkəməsinin 2(076)-516/2019 saylı 14 fevral 2019-cu il tarıxlı qətnaməsi barədə məlumatı olmuş və bu qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verməmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-516/2019 saylı 14 fevral 2019-cu il tarixli iş üzrə icra işi 4 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən qəraəzli olaraq icra edilmir. İddiaçı icra hərəkətlərinin icrasından dəfələrlə yayındığı üçün barəsində bir neçə dəfə inzibati qaydada həbs tənbeh tədbiri seçilmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirməklə məhkəmə aktının icra edilməsindən boyun qaçırır. Artıq eyni əsaslar üzrə mübahisəyə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iddianın yolverilməzliyinə görə apellyasiya şikayəti rədd edilməlidir. Göründüyü kimi iddiaçının məqsədi icra sənədinin icrasından yayınmaq olmuşdur. O, əsasız və vicdansız tələblə məhkəməyə müraciət etməklə məhkəmənin iş yükünü artırımış və icra vərəqinin icrasını ləngitmişdir. İddiaçının ona qarşı tələbi əsasız olduğu üçün apellyasiya şikayəti rədd edilməli və birinci instansıya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh1nə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

17. Bununla yanaşı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu:

18. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

26. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apelyasya şikayətində qətnamə İddiaçı tərəfindən yalnız ona aid hissədə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı İddiaçı aid hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı mülki iş üzrə 22 dekabr 2023-cü il qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən, Cavabdeh3 xeyrinə X1 və İddiaçı müddət üçün vaxtında ödənilməmiş 44300 manat pul0 tutulması və borcludan tələbkar tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 44310 manat məbləğində pul tutulması qeyd edilmişdir. Həmin icra qeydi əsasında xx.xx.2022-ci il tarixli icraata başlamaq barədə qərarla Cavabdeh1 icra məmuru Dəyanət Məmmədov tərəfindən qeyd edilən icra qeydi (icra sənədi) üzrə icraata başlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-3305/2019 saylı qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsi ləğv edilmiş və Cavabdeh3 İddiaçı və X5 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qətnamədən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(076)- 516/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X1 müştərək qaydada 44300 manat alınıb Cavabdeh3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 4174/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-3305/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin icra qeydi barədə iddiaçının məlumatının olmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-3305/2019 saylı qərardadına əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsi ləğv edilmiş və Cavabdeh3 İddiaçı və X5 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş üzrə izrə icraata xitam verərkəb apellyasiya Məhkəməsi Məhz tərəflər arasında Şəmkir rayonu 1 saylı Notariusu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra qeydi olduğuna istinad etmiş və ən azı həmin tarixdən də, iddiaçı belə bir qeydin mövcudlundan məlumatlı olmuşdur.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallrı ilə icra qeydi verilərkən Notariat haqqında Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olması ilə bağlı müddəasının tələblərinin pozulduğu müəyyən edilsə də, həmin tələbin məhz icra qeydi ilə müraciət ediləcəyi bağlı borclunun məlumatlandırmaq və öhdəliyin icrası üçün imkan tanınması ilə bağlı olduğunu nəzərə alsaq, iddiaçının icra qeydindən 2019-cu il tarixdən məlumatlı olmasına baxmayaraq xx.xx.2023-cü il tarixədək keçən zaman kəsiyində icra qeydini mübahisələndirməməsi həmin pozuntunu əhəmiyyətsiz edir.

34. Məhkəmə kollegiyası iddiaçının cavabdehin ona pul verməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı özü də, iddia ərizəsində qeyd edir ki, qohumu Ramin Həsənov onu öz iş yerinə dəvət edərək onun və qardaşı Füzulinin Cavabdeh3 borcları olduğunu, Cavabdeh3 həmin borcun ödənilməsinə görə möhlət alınması üçün onunla birlikdə borc müqaviləsinin bağlanmasında iştirak etməyini xahiş etmiş, o, razılaşmış və Şəmkir rayon 1 saylı notariat ofisindən Cavabdeh3, X6 və iddiaçı xx.xx.2018-ci il tarixli borc müqaviləsi bağlamışlar. Göründüyü kimi, iddiaçı özü də, cavabdehlə aralarında 43000 manat borc almasına dair notariat orqanında müqavilə imzalamalırını etiraf etmişdir.

35. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı mülki iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı mülki iş üzrə 22 dekabr 2023cü il qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı mülki iş üzrə 22 dekabr 2023cü il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar