Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-158/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra Lpo "xxxx" ASCnin LƏSF), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Notariat Kontoru) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh lpo "xxxx" ASC-nin LƏSF-nun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh lpo "xxxx" ASC-nin LƏSF-na, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Notariat Kontoru) qarşı ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********50 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Kirovabad şəhər Sovetinin Tikinti və memarlıq işləri şöbəsinin xx.xx.1956-ci il tarixli layihəsi və Kirovabad şəhər Yerli Təsərrüfat şöhəsi ilə notariat kontorunda bağlanmış xx.xx.1056-ci il tarixli xx-xx-2016 saylı müqaviləyə əsasən İddiaçı Musa oğluna fərdi yaşayış evinin tikintisi üçün 400.0 kim topaq sahəsi ayrılmışdır. İnşa edilmiş yaşayış evi xx.xx.1962-ci il tarixli fərdi yaşayış evinin istismara qəbulu aktına əsasən istismara qəbul edilmişdir. Kirovabad şəhər Baş memarı tərəfindən İddiaçı Musa oğluna ünvanı Nİizami küçəsi, 152 olan bu fərdi yaşayış evində mövcud olan 26.4 kv.m yaşayış otağı, 11.1 kv.m köməkçi sahəsi, 12.1 kv.m açıq eyvanı olan yaşayış evində əlavə 22.5 kv.m yaşayiş otağağının, 22.5 kv.m örtülü eyvanın tikintisi üçün xx.xx.1979-cu il tarixli layihə verilmişdir. X3 bu mülkə xx.xx.1989-cu il tarixli 3184 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 3- 1-726 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak X1 və Rüstəmov Rizvan Səttar oğlunun adlarına keçmişdir. Vərəsələrin adlarına xx.xx.1990-ci il tarixli 3184 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2007ci il tarixli 2V-1-159 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X1 bu əmlakda olan payı İddiaçı adına keçmişdir. İddiaçı 1/2 hissə və Rüstəmov Rizvan Səttar oğlunun 1/2 hissə adlarına bu mülkə xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-1-378 saylı bəxşeyiş müqavləsinə əsasən Rüstəmov Rizvan Səttar oğlu bu əmlakda olan payını İddiaçı bağışlamışdır. İddiaçı bu mülkə xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. DəmirBank ASC-nin xx.xx.2011-ci il tarixli 06-MS-11/366 saylı məktubunda və “4 şaylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 238 saylı məktubunda Cavabdeh1 ASC Gəncə filialı ilə Əliyeva Mənsurə İsa qızı arasında bağlanmış 310/7-USD saylı kredit müqaviləsi və İP1-310/7-USD saylı ipoteka müqaviləsinə əsasən ünvan 2 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi bildirilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)-62/2013 taylı qətnamə və icra vərəqəsinə əsasən Əliyeva Mənsurə İsa qızından Cavabdeh1 ASCin xeyrinə kredit müqaviləsi üzrə 118.414,57 ABŞ dolları, 855,27 dolları faiz, 65,79 dolları cərimə, cəmi 119.335,63 ABŞ dolları manat ekvivalentintə tutulması, tutmanı İddiaçı məxsus ünvan 2 saylı evinə və X9 məxsus Gəncə şəhəri, Yeni ünvan 1 ünvanlarda yaşayan şəxslərin çıxarılması, satıldıqdan sonra 1 ay müddətinə boşaldılması və hər iki əmlakların hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, evlər satıldıqdan sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı və X8 qaytarılması barədə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(104)-767/2013 saylı qətnaməsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-62/2013 saylı qətnaməsi qismən ləğv edilmişdir. ünvan 2 saylı evin ilkin satış qiyməti 135 000 (yüz otuz beş min) manat, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 1/2, 76 saylı mənzilin ikin satış qiyməti 35 000 (otuz beş min) manat müəyyən edilmişdir. Qətnamə ilk iddianı X8 məxsus Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 1/2, 76 saylı mənzilə yönəldilməsinə təmin edilmiş hissəsində ləğv edilmişdir. Əliyeva Mənsurə İsa qızından 119.335,63 ABŞ dolları kredit borcu tutulması, tutmanın ünvan 2 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satılaraq borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı və X8 qaytarılması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(104)990/2014 saylı qətnaməsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)62/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-1998/2015 saylı qərarına əsasən X5 və İddiaçı kassasiya şikayətləri təmin edilməmişdir. X7 saxlayana X10 X13 yekunları barədə xx.xx.2016-cı il tarixli 27/03 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən ünvan 2 saylı fərdi yaşayış evi (0.0396 ha torpaq sahəsində yerləşən tikili “A”-da 41.0 kvm iki yaşayış otaqları, 78.2 kvm köməkçi sahə, 47.7 kvm y/zirzəmi) Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmışdır və bankın adına xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3637/2018 saylı bildirişinə əsasən bu əmlak müvəqqəti nəzarətə götürülmüşdür. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-800/2016 saylı qətnaməsinə əsasən ünvan 2 ünvana dair "xxxx" MMC-nin xx.xx.2016-c il tarixli hərracın yekunları barədə 27/03 saylı protokolu etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarix 2(102)-2472/2020 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (xx.xx.2019-cu il tarixli qətnamənin nüsxəsi 3 saylı Gəncə Ərazi İdarəsin təhvil verilməmişdir).
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/700 saylı rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 2 otaqlı 41 kv.m yaşayış sahəsi, 78.2 kv.m olan yardımçı sahə, ümümi sahəsi 119,2 kv.m sahədən İbarət tikililər və həmin tikililərin altında yerləşən torpaq sahəsindən, ipoteka predmetindən kənar digər torpaq sahəsinin naturada ayrılaraq bölünməsi mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin qarşısında yerləşən torpaq sahəsindən 4,20 m enində 12,5m uzunluğunda gedişgəliş üçün torpaq sahəsi ayrılmalıdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 119.2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Dəmirbank ASC-nin adına xx.xx.2016-cı il tarixdə **********29*10301 reyestr npmrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh lpo "xxxx" ASC-nin LƏSF-na, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Notariat Kontoru) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Əliyeva Mənsurə İsa qızının kredit öhdəliyinin təminatı kimi özünə məxsus olan ünvan 3 ünvanda yerləşən 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 41 kv.m yaşayış sahəsi, 78.2 kv.m olan yardımçı sahəni, ümumilikdə ümumi sahəsi 119.2 kv.m sahədən ibarət tikililəri və həmin tikililərin altında yerləşən və tikiliyə aid olan fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. Bundan sonra Mənsurə Əliyeva öz öhdəliyini təmin etmədiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarına əsasən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi kimi həmin evin fəaliyyətini təmin etdiyi torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onun Cavabdeh1 ASC ilə heç bir razılaşma və əlavə ipoteka müqaviləsi bağlanmamışdır. Fərdi yaşayış evinin və onun, yəni tikililərin altında yerləşən torpaq sahəsi ilə fərdi yaşayış evinin həyatyanı sahəsinin bir çıxışışla hüququn dövlət qeydiyyatına alınması həyatyanı torpaq sahəsinin, həmin torpaqda inşa edilmiş əlavə tikililərin və əlavə olaraq inşa eilmiş tikililər ipoteka predmetinin tərkibini və ünsürünü təşkil edə bilməz. İddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi müqavilə tərəfləri arasında bağlanmış ipoteka müqaviləsinin tərkibini, predmetini təşkil etmişdir. Həmin evin üzərində sahiblik və istifadə hüququ isə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsinə eyni həcmli hüquq əsasında Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetini ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi təşkil etmiş, onun fəaliyyətini təmin edən torpaq sahəsi ilə tikinti altında yerləşən torpaq sahəsinin ipoteka müqaviləsi üzrə hüquqi təsiri nəzərə alınmaqla 0.0396 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən əlavə tikililər Cavabdeh1 ASC-nin heç bir hüquqi ilə yüklənməmiş və yaxud məhdudlaşdırılmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ünvan 3 ünvanda yerləşən sahələri müəyyən edilmiş tikililərdən ibarət olan əlavə tikili üzərində onun gözlənilən mülkiyyət hüququdur. Qeyd olunduğu kimi həyətyanı torpaq sahəsi, orada inşa edilmiş əlavə tikilinin və 0.0396 ha torpaq sahəsi iddiaçılar tərəfindən Cavabdeh1 ASC-nin Gəncə filialına ipotekaya qoyulmamış və iddiaçı ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən əlavə tikililəri və torpaq sahəsini ipotekaya qoymaqla iddiaçının iradəsi olmamışdır. İşin bu halı tərəflər arasında bağlanmış ipoteka müqaviləsi və iddia ərizəsinə əlavə edilmiş xx.xx.2004-cü il tarixli məktubu ilə ipoteka predmetinin dövlət qeydiyyatı ilə təsdiq olunur.
6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsi (hakim Mustafa Mustafayev) ilə, iddia təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunın İddiaçı aid edilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2 və 220.3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88, 216-220, 233 və 341-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiа ərizəsinə əlаvə еdilмiş krеdit müqаviləsinin təminаtı kimi bаğlаnmış yuхаrdа göstərilən ipоtеkа müqаviləsinin 3.1-ci bəndinə əsаsən, Gəncə şəhəri, Nizаmi rаyоnu, Nizаmi küçəsi 152 nömrəli fərdi yаşаyış еvi müqаvilə tərəfləri аrаsındа bаğlаnmış ipоtеkа müqаviləsinin tərkibini, prеdmеtini təşkil еtmişdir. Həmin еvin üzərində sаhiblik və istifаdə hüququ isə Gəncə şəhəri, Nizаmi küçəsi 152 nömrəli fərdi yаşаyış еvinin və оnunun аltındа yеrləşən tоrpаq sаhəsinə еyni həcmli hüquq əsаsındа 3-cü şəхs Dəmir Bаnk АSC-i tərəfindən əldə еdilmişdir. Nə qədər ki, tərəflər аrаsındа bаğlаnmış 16 аvqust 2011-ci il tаriхli, ipоtеkа müqаviləsi üzrə ipоtеkа prеdmеtini Gəncə şəhəri, Nizаmi küçəsi 152 sаylı fərdi yаşаyış еvi təşkil еtmiş, оnun fəаliyyətini təmin еdən tоrpаq sаhəsi ilə tikinti аltındа yеrləşən tоrpаq sаhəsinin ipоtеkа müqаviləsi üzrə hüquqi təsiri nəzərə аlınmаqlа 0.0396 hа tоrpаq sаhəsi və bu tоrpаq sаhəsində yеrləşən əlаvə tikililər cаvаbdеh “Dəmir Bаnk” АSC-nin hеç bir hüququ ilə yüklənməmiş və yахud məhdudlаşdırılmаmışdır. Qеyd еtmək istəyir ki, ipоtеkа ilə yüklü еdilmişfərdi yаşаyış еvi kimi həmin еvin fəаliyyətini təmin еtdiyi tоrpаq sаhəsi və ipоtеkа ilə yüklü еdilməyən tikililər ipоtеkа prеdmеtini təşkil еtmir və bununlа bаğlı onun 3-cü şəхs аrаsındа “Dəmir Bаnk” АSC-i ilə hеç bir rаzılаşmа və əlаvə ipоtеkа müqаviləsi bаğlаnmаmışdır. Fərdi yаşаyış еvinin və оnun yəni tikililərin аltındа yеrləşən tоrpаq sаhəsi ilə fərdi yаşаyış еvinin həyət yаni sаhəsinin bir çıхаrışlа hüququn dövlət qеydiyyаtınа аlınmаsı həyаtyаnı tоrpаq sаhəsinin, həmin tоrpаqdа inşа еdilmiş əlаvə tikililərin və əlаvə оlаrаq inşа еdilmiş tikililər ipоtеkа prеdmеtinin tərkibini və ünsürünü təşkil еdə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh lpo "xxxx" ASC-nin LƏSF-nun nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir
13. İş üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
17. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
20. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
21. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
“İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolu
22. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Beləliklə, işin halları ondan ibarətdir ki, İP2-310/7-USD xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 310/7-USD saylı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 3-də mülkiyyətində olan 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 41 kv.m yaşayış sahəsi, 78.2 kv.m olan yardımçı sahəni, ümumilikdə ümumi sahəsi 119.2 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)-62/2013 taylı qətnamə və icra vərəqəsinə əsasən Əliyeva Mənsurə İsa qızından Cavabdeh1 ASCin xeyrinə kredit müqaviləsi üzrə 118.414,57 ABŞ dolları, 855,27 dolları faiz, 65,79 dolları cərimə, cəmi 119.335,63 ABŞ dolları manat ekvivalentintə tutulması, tutmanı İddiaçı məxsus ünvan 2 saylı evinə və X9 məxsus Gəncə şəhəri, Yeni ünvan 1 ünvanlarda yaşayan şəxslərin çıxarılması, satıldıqdan sonra 1 ay müddətinə boşaldılması və hər iki əmlakların hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, evlər satıldıqdan sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı və X8 qaytarılması barədə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(104)- 767/2013 saylı qətnaməsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 62/2013 saylı qətnaməsi qismən ləğv edilmişdir. ünvan 2 saylı evin ilkin satış qiyməti 135 000 (yüz otuz beş min) manat, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 1/2, 76 saylı mənzilin ikin satış qiyməti 35 000 (otuz beş min) manat müəyyən edilmişdir. Qətnamə ilk iddianı X8 məxsus Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 1/2, 76 saylı mənzilə yönəldilməsinə təmin edilmiş hissəsində ləğv edilmişdir. Əliyeva Mənsurə İsa qızından 119.335,63 ABŞ dolları kredit borcu tutulması, tutmanın ünvan 2 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satılaraq borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı və X8 qaytarılması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(104)990/2014 saylı qətnaməsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-62/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-1998/2015 saylı qərarına əsasən X5 və İddiaçı kassasiya şikayətləri təmin edilməmişdir. X7 saxlayana X10 X13 yekunları barədə xx.xx.2016-cı il tarixli 27/03 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən ünvan 2 saylı fərdi yaşayış evi (0.0396 ha torpaq sahəsində yerləşən tikili “A”-da 41.0 kvm iki yaşayış otaqları, 78.2 kvm köməkçi sahə, 47.7 kvm y/zirzəmi) Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmışdır və bankın adına xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evi ipoteka qoyularkən evin yerləşdiyi torpaq sahəsinin ipoteka qoyulmadığını qeyd edərək Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
42. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
43. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
45. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.
46. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir.
47. Kollegiya göstərir ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın ayrılması hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir.
48. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
49. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri).
50. Qeyd olunmalıdır ki, mübahisəli əşya ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçisi olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır.
51. Bu hal, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqinə imkan vermir və iddianın əsassızlığına dəlalət edir.
52. Belə ki, ünvan 3 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 119.2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1 ASC-nin adına qeydə alınmışdır. İddiaçı cavabdehlə çıxarışda qeyd edilmiş əmlakdan başqa paylı mülkiyyətinin olmasını, həmçinin onunla qonşuluda başqa bir daşınma əmlakının olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı ipoteka müqaviləsi ilə ünvan 3 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsinin ipoteka qoyulmadığını qeyd etsə də, iş materillarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 ASC-nin adına qeydə alınmışdır.
53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
54. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı əmlakı əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur.
55. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
56. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarış əsasında aparılmış reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyib, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
57. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
58. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
61. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
62. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Belə ki, məhkəmə Kollegiyasının apaşdırılması ilə bir daha müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 119.2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1 ASC-nin adına qeydə alınmışdır. İddiaçı cavabdehlə çıxarışda qeyd edilmiş əmlakdan başqa paylı mülkiyyətinin olmasını, həmçinin onunla qonşuluda başqa bir daşınma əmlakının olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı ipoteka müqaviləsi ilə ünvan 3 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsinin ipoteka qoyulmadığını qeyd etsə də, iş materillarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsi hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh1 ASC-nin adına qeydə alınmışdır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır.
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.