Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1598/2025 15.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı əmlak tələbinə dair iş üzrə QƏTNAMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “əmlak tələbi”nə dair mülki işə üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-82/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 066681 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 İddiaçı ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan övladları doğulmamışdır.
2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü i tarixli 61 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki: - Kvadrat formalı qızıl üzük- 583 əyarlı 4 qram çəkidə - 320 manat, yumru qaşlı üzük- 583 əyar, 4.5 qram çəkidə - 360 manat, pandora üzük, 750 əyar 6 qram çəkidə -660 manat, sadə üzük - 583 əyar, 4 qram çəkidə - 320 manat, uzunsov fomalı üzük- əyarı 583, çəkisi 5.5 qram – 440 manat, paxlava formalı üzük -əyarı 583, çəkisi 6 qram - 480 manat, bir cüt sallama formalı sırğa - 583 əyar, 4 qram çəkidə - 320 manat, sadə nazik sep və gül formalı klon 583 əyar, 6.5 qram çəkidə 520 manat, gül formalı qolbağ əyar 583, 4.5 qram çəkidə - 360 manat olmaqla cəmi 3780 manat məbləğində qiymətləndirilmişdir. - Cehiz əşyaları qismində yataq dəsti 3000 manat, künc divan 800 manat, divan üstü 200 manat, 1 ədəd stol, 8 ədəd stul 800 manat, mətbəx stol və stulu 200 manat, 2 nəfərlik yun döşək- 200 manat, 4 ədəd yastıq- 60 manat, iki nəfərlik yun və dəvə yunu qarışıq yorğan 160 manat, 3 ədəd bir nəfərlik yataq dəsti - 150 manat, 11 ədəd əl-üz dəsmalı- 110 manat, 6 ədəd iki nəfərlik yataq dəsti - 360 manat, 5 ədəd süfrə- 150 manat, 8 ədəd çay dəsmalı- 40 manat, 3 ədəd vaz- 60 manat, 24 ədəd nəlbəki 30 manat, 24 ədəd büllur stəkan- 100 manat, 2 dəst pərdə - 800 manat, 4 ədəd pakroval- 600 manat, gül qabı- 60 manat, 2 ədəd (çomadan) qaşıq-bıçaq dəsti-240 manat, 5 ədəd xalça- 900 manat, boz rəngli, şüşəli tozsoran-300 manat, 5 ədəd qranit qazan dəsti - 240 manat, 2 ədəd Tefal qazan dəsti- 120 manat, 3 ədəd aliminium qazan- 50 manat, 4 ədəd tuj qazan - 80 manat, 2 ədəd çaydan - 40 manat, boz rəngli soyuducu 1000 manat, duxovka-160 manat, mikrovalnovka-150 manat, paltaryuyan-6 kq.lıq- 600 manat, “Samsunc” markalı Plazma televizor 122 ekran 1000 manat, sokçəkən - 45 manat, somavar- 50 manat, ətçəkən-160 manat, ütü və ütüaltı- 170 manat, 12 ədəd 4 predmet boşqab dəsti- cəmi 48 ədəd 120 manat, 2 ədəd çaynik- 20 manat, boşqab servis dəsti 400 manat, 2 ədəd padnos- 70 manat, 5 şamlı lüstur 120 manat, 2 ədəd naçnik- 60 manat, kukla ayı- 30 manat, plasmas böyük vanna -10 manat, qulplu qab- 5 manat, xəkəndaz- 5 manat, paltar səbəti - 20 manat, jurnal stolu - 50 manat, 2 ədəd salfet qabı - 10 manat, su qabı və 6 ədəd bakal 70 manat, bagema bakallar- 8 dəst cəmi 48 ədəd - 480 manat, çəngəl, bıçaq, qaşıq naboru - 65 manat, xrustal ayaqlı meyvə qabı böyük- 35 manat, 2 ədəd xrustal qapaqlı qənd qabı- 50 manat, 2 ədəd xrustal uzun qənd qabı- 50 manat, 2 ədəd kül qabı- 20 manat, 6 ədəd şirniyyat qabı- 25 manat, 12 ədəd razetka- 30 manat, mətbəx naboru (qaşıq, çömçə, kəfkir) 20 manat, soyuducu içi 10 manat, çörək ləyəni 10 manat, saat- 80 manat, 4 ədəd ev çəkələyi- 32 manat, 3 ədəd qara kofta 45 manat, 6 ədəd müxtəlif cins şalvar 150 manat, uzun jaket 20 manat, ağ rəngli jaket 25 manat, boz rəngli jaket 15 manat, kosmetka naboru 30 manat, ördək suvineri 10 manat, 2 ədəd şəkil çərçivə 10 manat, şabalıdı uzun palto-1 ədəd 120 manat, qırmızı gödəkcə-1 ədəd 70 manat, süd rəngli gödəkcə 70 manat, qara dəri gödəkcə- 50 manat, mavi uzun don- 40 manat, ağ don- 30 manat, qara xallı don- 40 manat, yaşıl pencək-1 ədəd 30 manat, qarışıq rəngli şifon yaz donu 40 manat, qarışıq rəngli uzun jaket 25 manat, mavi cins şalvar 30 manat, qalın qara köynək 40 manat, ağqara idman şalvar-köynək 50 manat, 2 ədəd qalın qara kalqotka- 10 manat, qara uzun topuqlu boğazlı çəkmə- 80 manat, qara qısa çəkmə- 60 manat, şabalıdı krasofka- 40 manat, ağ krasofka- 30 manat, qara hündür sandal- 50 manat, süd rəngli hündür sandal- 50 manat, qara ayaqqabı - 30 manat, qırmızı topuqlu ayaqqabı- 30 manat, qırmızı çanta- 25 manat, qara çanta- 30 manat, böyük valiz - 60 manat, ütü feni- 40 manat, buruq fen- 20 manat, 2 ədəd ağ mayka- 10 manat, 2 ədəd qara mayka- 10 manat, 3 cüt qalın corab- 6 manat, çəhrayı çiçəkli gecəlik - 30 manat olmaqla cəmi 13043 manat dəyərində qiymətləndirilmişdir.
3. Ağdam Rayon Məhkəməsinin MTT(013)-14/2024 nömrəli 14 aprel 2024-cü il tarixli qərardadı ilə ünvan 1 ünvanında cehiz əşyaları olan yataq dəsti (1 ədəd qoşa taxt, dolab, 2 tumba, 1 termo), divan və divan üstü Stol-stul (1 ədəd stol, 8 ədəd stul), mətbəx stolu, taxt döşəyi -1 ədəd, yastıq- 4 ədəd, qoşanəfərlik yorğan-2 ədəd (yun, dəvə yunu), təknəfərlik yataq dəsti -3 ədəd, əl-üz dəsmalı-11 ədəd, cüt nəfərlik yataq dəsti -6 ədəd, süfrə-5 ədəd, çay dəsmalı- - 8 ədəd işlənməyən, vaz-3 ədəd, nəlbəki -24 ədəd, büllur stəkan -24 ədəd, pərdə-2 dəs, pakrıval-4 ədəd, gül qabı- 1 ədəd, qaşıq bıçaq dəstlər- 2 ədəst (çamodan) xalça-5 ədəd, tozsoran-1 ədəd (işlənməmiş, boz rəngli, şüşəli ), qazan dəsti- 5 ədəd (qranit), tefal qazan dəsti- 2 ədəd, alminium qazan -3 ədəd, tuj qazan4 ədəd, çaydan-2 ədəd, soyuducu –bozrəngli, duxovka-1 ədəd, mikrovalnovka-1 ədəd, Paltaryuyan-1 ədəd, Televizor- 122 ekran, Sokçəkən-1 ədəd, Samovar-1 ədəd, Ətçəkən-1 ədəd, Ütü və ütüaltı-1 ədəd, 12 ədəd 4 predmet boşqab - cəmi 48 ədəd, Çaynik-2 ədəd, Boşqab servis dəsti- (6 nəfərlik olmaq, boşqab,aş boşqabı, bulud, kassa olmaqla), Padnos-2 ədəd(dəmr, işləməli), Lüstur-5 şamlı-1 ədəd,Naçnik-2 ədəd, Kukla (ayı) -1 ədəd,Vanna böyük-1 ədəd (plastmass), Qulplu qab- 1ədəd, Xəkandaz-1 ədəd, Paltar səbəti-1 ədəd, Jurnal stolu -1 ədəd, Salfet qabı-2 ədəd, ədəd bakal, 1 su qabı-1 dəst,bagema,cürbəcür ölçüdə bakallar 8 dəst 48 ədəd, Qaşıq naboru-hərəsindən 6 ədəd(qaşıq, çəngəl, bıçaq, çay qaşığı), Ayaqlı meyvə qabı böyük-1 ədəd (xrustal), Qapaqlı qənd qabı-2 ədəd (xrustal), Uzun qənd qabı-2 ədəd (xrustal), Kül qabı-2 ədəd, Şirniyyat qabı- 6 ədəd, Razetka-12 ədəd, Mətbəx naboru (qaşıq, çömçə, kəfkir və s, Ördək suveneri-1 ədəd, Şəkil çərçivə-2 ədəd, Şabalıdı uzun palto-1 ədəd, Qırmızı yaz gödəkçə-1 ədəd, Malako rəngli yaz gödəkçəsi, Qara dəri gödəkçə-1 ədəd, Mavi uzun don-1 ədəd, Ağ don-1 ədəd, Qara xallı don-1 ədəd, Yaşıl pencək-1 ədəd, Şifon yaz donu (qarışıq rəngli) -1 ədəd, Jaket uzun (qarışıq rəngli) -1 ədəd, Cins şalvar (mavi) -1 ədəd, Qara köynək (qalın) -1 ədəd, İdman şalvar köynək (ağ qara) -1 ədəd, Qalın qara kalkotka (2 ədəd), Qara uzun topuqlu uzun boğaz çəkmə-1 ədəd, Qara qısa çəkmə (bot) -1 ədəd, Şabalıdı krasovka-1 ədəd, Ağ krasovka-1 ədəd, Qara hündür sandal-1 ədəd,Maloçnu sandal hündür-1 ədəd, Qara ayaqqabı-1 ədəd, Qırmızı topuqlu ayaqqabı-1 ədəd, Qırmızı çanta-1 ədəd, Qara çanta-1 ədəd Valiz böyük-1 ədəd ,Ütü feni-1 ədəd, Buruq feni-1 ədəd, Ağ mayka- 2 ədəd, Qara mayka-2 ədəd, 3 cüt qalın corab, Gecəlik çəhrayı çiçəkli- 1 ədəd, nişan üzüyübrilyant qaşlı, 750 əyar, 8 qram çəkidə, Sırğa-üzük dəsti, brilyant qaşlı, 750 əyar, 14.6 qram çəkidə, boyunbağı, klonla birlikdə (gül formalı qaşlı) - 583 əyar, klonla birlikdə 10 qram çəkidə, Qolbağ (gül formalı qaşlı ) 583 əyar, 8 qram çəkidə, qızıl üzük kvadrat formalı, 583 əyar, 4 qram çəkidə, yumru qaşlı üzük- 583 əyar, 4.5 qram çəkidə, Pandora üzük, 750 əyar 6 qram çəkidə, Qızıl üzük sadə formalı- 583 əyar, 4 qram çəkidə, qaşlı üzük uzunsov fomada əyarı 583, çəkisi 5.5 qram, Paxlava formalı üzük əyarı 583, çəkisi 6 qram, bir cüt sırğa sallama formalı - 583 əyar, 3 qram çəkidə, sadə nazik sep və gül formalı klon 583 əyar, 6.5 qram çəkidə, gül formalı qolbağ əyar 583, 4.5 qram çəkidə dəyərində qızıl-zinət əşyalarının üzərinə həbs qoyulmuş və həmin əşayaların istifadəsi qadağan edilmişdir.
4. xx.xx.2024-cü il tarixl Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ilə müəyyən olunur ki, İddiaçı şikayəti əsasında Cavabdeh3 və Şirinov X1 ŞPŞ-nə dəvət edilmiş, onların izahatı alınmış, bundan sonra evdə qalan qızıl-zinət əşyalarının bir qismini, yəni 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl sep, bir cüt qızıl sırğa və 2 ədəd qızıl (sarı, ağ) üzüyü qəbzlə polis şöbəsinə təhvil vermiş, verilmiş qızıllar eyni qaydada qəbzlə İddiaçı təqdim edilmiş, sonuncu qızılların natamam olduğunu bildirmiş, lakin təhvil verilən yuxarıda qeyd edilmiş qızıl-zinət əşyalarının ona məxsus olduğunu bildirmişdir.
5. xx.xx.2024-cü il tarixli qəbzə əsasən, Mingəçevir ŞPŞ-nin təhqiqatçısı polis baş leytenantı Qoşqar Əhmədli Cavabdeh3 gəlini İddiaçı onun evində qalmış, könüllü olaraq təhvil verdiyi qızıllarını (1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl (ağ) üzük) İddiaçı təhvil vermiş, bu barədə tərtib edilmiş qəbz Qoşqar Əhmədli, İddiaçı və anası Sahilə Axundova tərəfindən imzalanmışdır. Həmçinin İddiaçı həmin qəbzin üzərində 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd sırğa və 1 ədəd sepin Cavabdeh3 tərəfindən qaytarılmadığına görə ona təhvil verilmədiyini qeyd etmişdir.
6. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ağdam Rayon Məhkəməsinin MTT(013)- 14/2024 nömrəli 14 aprel 2024-cü il tarixli icra sənədinə əsasən həmin icra sənədində qeyd edilən əmlakın üzərinə həbs qoylmuş, həmçinin qeyd edilmişdir ki, icra sənədində 4 ədəd tunc qazan göstərildiyi halda 5 ədəd olduğu müəyyən edilmiş, 1 ədəd çaydan, 1 ədəd çaynik, 1 ədəd padnos su qabı dəsti, bakal dəsti, 1 ədəd şəkil çərçivəsi, 2 ədəd külqabı, mavi don, ağ don, xallı don, 1 ədəd qara rəngli qalın köynək, 1 ədəd qalın kalqotka, 1 ədəd uzunboğaz çəkmə, 1 ədəd qara hündür sandal, 1 ədəd qırmızı kofta, 1 ədəd ütü feni, 1 ədəd buruq fen, həmçinin klonla birlikdə sep, qolbağ (gül formalı qaşlı) 583 əyar, 8 qram çəkidə, qızıl üzük kvadrat formalı, 583 əyar, 4 qram çəkidə, yumru qaşlı üzük- 583 əyar, 4.5 qram çəkidə, Pandora üzük, 750 əyar 6 qram çəkidə, Qızıl üzük sadə formalı- 583 əyar, 4 qram çəkidə, qaşlı üzük uzunsov fomada əyarı 583, çəkisi 5.5 qram, Paxlava formalı üzük əyarı 583, çəkisi 6 qram, bir cüt sırğa sallama formalı - 583 əyar, 3 qram çəkidə, sadə nazik sep və gül formalı klon 583 əyar, 6.5 qram çəkidə, gül formalı qolbağ əyar 583, 4.5 qram çəkidə dəyərində qızıl-zinət əşyaları aşkar olunmamışdır. Həmin akta Cavabdeh2 tərəfindən (digər cavabdehlər həmin vaxt mənzildə olmamışlar) qeyd olaraq yazılmışdır ki, qeyd olunan əşyaların bir qismi İddiaçı tərəfindən aparılmış və ya ümumiyyətlə gətirilməmişdir.
7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1263 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi, məişət əşyaları ilə bağlı, əşyaların texniki göstəriciləri (istehsal ili, istismar müddəti və s.) barədə zəruri məlumatlar təqdim edilmədiyi üçün onlar barədə təhqiqat aparılmamış, qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti belə göstərilmişdir: - qızıl üzük kvadrat formalı 583 əyarlı, 4 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 460 manat, yunuru qaşlı üzük 583 əyarlı, 4,5 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 517 manat, pandora üzük 750 əyarlı, 6 qram çəkidə (1 qramın qiyməti 140,0 manat olmaqla) 840 manat, qızıl üzük sadə formalı 583 əyarlı, 4 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 460 manat, qızıl üzük uzunsov formada 583 əyarlı, 5,5 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 632 manat, paxlava formalı üzük 583 əyarlı, 6 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 690 manat, bir cüt sırğa sallama formalı 583 əyarlı, 4 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 460 manat, sadə nazik sep və gül formalı klon 583 əyarlı, 6,5 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 747 manat, gül formalı qolbağ 583 əyarlı, 4,5 qram çəkidə (1 qramın qiyməti 115,0 manat olmaqla) 517 manat olmaqla, ümumilikdə 5323 manat dəyərində müəyyən edilmişdir.
8. Fotoşəkillərdən görünür ki, İddiaçı üzərində sırğa-üzük dəsti, boyunbağı və qolbağı, nişan üzüyü, ağ qızıl üzük əks olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ünvan 2 ünvanda olan ona məxsus 102 adda, 13043 manat dəyərində cehiz və geyim, 9 adda 3780 manat dəyərində qızıl-zinət əşyalarının özü və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2023-cü rəsmi nikaha daxil olmuş, xx.xx.2023-cü ildə toy mərasimləri olmuş, bundan sonra cavabdehlərə məxsus ünvan 2 ünvanına gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparmışdır. O, cavabdehlər Cavabdeh1, qayınanası Cavabdeh2 və qayınatası Cavabdeh3 ilə birlikdə yaşamış, toy zamanı ona həm cavabdehlər həm də qohumları tərəfindən müxtəlif qızıl-zinət əşyaları hədiyyə edilmiş, lakin toydan sonra bütün qızıl-zinət əşyalarını qayınanası Cavabdeh2 əlindən almış, hətta taxmaq üçün belə verməmişdir. Yeni ailə olduqları üçün ailəsində münaqişə olmasın deyə heç bir söz deməmişdir. xx.xx.2024-cü il tarixdə evdə münaqişə olmuş, hamilə olmasına baxmayaraq qayınatası tərəfindən döyülərək və söyüşlərlə təhqir edilərək ata evinə gətirilmişdir. Keçirdiyi stres və əsəbdən xx.xx.2024-cü ildə 4 aylıq hamiləliyi pozulmuş, səhhəti bərpa olunduqdan sonra cavabdehlərdən özünə məxsus cehiz və qızıl-zinət əşyalarını tələb etmiş, cavabdehlər həmin əşyaları götürməyə icazə vermədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun cavabdehlərə məxsus evdə qızıl-zinət, geyim və cehiz əşyaları qalmışdır.
11. İddiaçının vəkili (nümayəndəsi) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanda olan 102 adda, 13043 manat dəyərində cehiz və geyim, 9 adda – 1. qızıl üzük kvadrat formalı, 583 əyar, 4 qram çəkidə (bayramda hədiyyə etmişdilər) -460 manat 2. yumru qaşlı üzük- 583 əyar, 4.5 qram çəkidə (nənəsi Şərqiyə hədiyə etmişdi)- 517 manat 3. Pandora üzük, 750 əyar 6 qram çəkidə (Cavabdeh1 bibisi Ətrabə hədiyə etmişdi)-840 manat 4. Qızıl üzük sadə formalı- 583 əyar, 4 qram çəkidə ( anam Sahilə Axundova toydan sonra hədiyyə etmişlir)- 460 manat 5. Qaşlı üzük uzunsov fomada əyarı 583, çəkisi 5.5 qram (Cavabdeh1 2023-cü ildə 8 martda hədiyy etmişdir)- 632 manat 6. Paxlava formalı üzük əyarı 583, çəkisi 6 qram Cavabdeh2 2023-cü ildə Novruz bayramında hədiyyə etmişdir- 690 manat 7. Bir cüt sırğa sallama formalı - 583 əyar, 4 qram çəkidə (Cavabdeh1 qardaşı Vüsal Şirinov 13 noyabrda ad günüm münasibətilə hədiyyə etmişdir) - 460 manat 8. Sadə nazik sep və gül formalı klon 583 əyar, 6.5 qram çəkidə (Cavabdeh1 bacısı Elmina toyun səhəri günü hədiyyə etmişdir) 747 manat 9. Gül formalı qolbağ əyar 583, 4.5 qram çəkidə (Cavabdeh1 bibisi Ətrabə oğlan toyu günü hədiyyə etmişdir) - 517 manat olmaqla, cəmi 5323 manat dəyərində qızıl – zinət əşyalarının özü və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun, mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdehin vəkili (nümayəndəsi) tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etirazda qeyd edilir ki, iddia ərizəsinə nəzər yetirdikdə iddaçı tərəfindən əsassız formada mövcud olmayan cehiz əşyalarının qeyd olunduğunu görə bilərik. Onun tərəfindən cavabdehin ünvan 2 ünvanında olan və cavabdehə məxsus cehiz əşyalarına baxış keçirilmiş və həmin cehiz əşyalarının video görüntüləri və şəkilləri ərizəyə əlavə olaraq məhkəməyə təqdim olunur. Onun tərəfindən həmin əşyalar siyahıya alınmış və tərtib olunmuş siyahı aşağıdakılardan ibarətdir: 1. Yataq dəsti 2. Künc divan 3. Divan üstü 4. 1 ədəd stol və 6 ədəd stul (iddia ərizəsində 8 ədəd stul qeyd olunub) 5. Mətbəx stolu və stul
6. 2 nəfərlik yun taxt döşəyi 7. Yastıq 8. Qoşanəfərlik yorğan 9. Təknəfərlik yataq dəsti 10. Əl-üz dəsmalı 11. Qoşanəfərlik yataq dəsti – 5 ədəd (iddia ərizəsində 6 ədəd qeyd olunub)
12. Süfrə 13. Çay dəsmalı 14. Vaz – 2 ədəd (iddia ərizəsində 3 ədəd qeyd olunub) 15. Nəlbəki 16. Büllur stəkan 17. Pərdə 18. Pakrıval – 3 ədəd (iddia ərizəsində 4 ədəd qeyd olunub) 19. Gül qabı 20. Qaşıq və bıçaq dəstlər 21. Xalça 22. Tozsoran 23. Qazan dəsti 4 ədəd (iddia ərizəsində 5 ədəd qeyd olunub) 24. Tefal qazan dəsti 25. Alminium qazan 2 ədəd (iddia ərizəsində 3 ədəd qeyd olunub) 26. Tuj qazan 27. Çaydan - 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 28. Soyuducu 29. Duxovka 30. Mikro dalğalı soba 31. Paltaryuyan 32. Televizor – 107 ekran – 43 düym (iddia ərizəsində 122 ekran qeyd olunub)
33. Şirəçəkən 34. Samovar 35. Ətçəkən 36. Ütü 37. Boşqab dəsti 38. Çaynik – 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 39. Boşqab servis dəsti 40. Padnos – 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 41. Lüstur 3 şamlı (iddia ərizəsində 5 şamlı qeyd olunub)
42. Naçnik – 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 43. Kukla 44. Qulplu qab 45. Xəkəndaz 46. Jurnal stolu 47. Salfet qabı - 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub)
48. Sadə bakal - 36 ədəd (iddia ərizəsində 48 ədəd qeyd olunub) 49. Qaşıq naboru 50. Şirniyyat qabı – 4 ədəd (iddia ərizəsində 6 ədəd qeyd olunub) 51. Razetka 52. Mətbəx naboru 53. Soyuducu içliyi 54. Saat 55. Cins şalvar – 6 ədəd 56. At suvenir 57. Şəkil çərçivə - 1 ədəd (iddia ərizəsində 2 ədəd qeyd olunub) 58. Qara dəri gödəkçə 59. Yaşıl uzun don 60. Qara köynək 61. İdman şalvar və köynək 62. Şabalıdı krasovka 63. Bəzəkli krosovka 64. Maloçnu hündür sandal 65. Qara çanta 66. Buruq feni 67. Ağ mayka 68. Qara mayka 69. Qara rəngli gecəlik. Qızıl zinət əşyalarına münasibətdə isə onu qeyd etmək lazımdır ki, iddiaçıya hədiyyə kimi verilmiş 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, 1 cüt sırğa, 1 ədəd qızıl üzük və 1 ədəd ağ qızıl üzük Mingəçevir şəhər X2 bölməsinin təhqiqatçısı Qoşqar Əhmədliyə təhvil verilmiş və həmin təhvil-təslim aktı məhkəməyə təqdim olunur. İddia ərizəsində qeyd olunan digər qızıl zinət əşyaları isə iddiaçı tərəfindən həqiqətə uyğun olmayan formada əsassız şəkildə qeyd olunmuşdur. Eyni zamanda bildirmişdir ki, qeyd olunan cehiz əşyaları Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən iddiaçının iştirakı ilə siyahıya alınmış və həmin əşyaların götürülməsi təklif olunmuşdur. Lakin iddiaçı heç bir əsas gətirmədən qeyd olunan əşyaların götürülməsindən bu günə qədər imtina etməkdədir. Həmçinin iddaçı öz iddia tələbini əsaslandırmaq üçün, yəni hər hansısa formada hüquqi don geyindirmək üçün "xxxx" MMC-dən müvafiq qiymətləndirmə rəyi almışdır və maraqlısı da odur ki, adıçəkilən qiymətləndirmə müəssisəsi iddiaçının “istəyinə” uyğun formada rəyini təqdim etmişdir. Belə ki, qeyd olunan qiymətləndirmə rəyinə nəzər salsaq görərik ki, orada qeyd olunan qiymətlər hazırki bazar qiymətinə tərs mütənasibdir. Eyni zamanda qeyd olunur ki, mütəxəssis öz qiymətləndirmə rəyini verərkən iddiaçının hal-hazırda cavabdehin ünvanında yerləşən cehiz əşyalarına baxış keçirmədən (cavabdeh tərəf olaraq iddiaçıya istənilən zaman həmin əmlaklara baxmağa və aparılmasına etiraz etmirlər) məhz iddiaçının mülahizəsinə uyğun tərzdə yazılmış əşyaları və qiymətləri qeyd etmişdir. Yəni bu hallar iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyinin reallığa uyğun tərtib olunmadığını və mötəbər sübut kimi əsas götürülməsini şübhə altına alır. İddia ərizəsinə nəzər yetirdikdə cavabdehlər qismində Cavabdeh1 valideynləri Cavabdeh3 və Cavabdeh2 qeyd olunması əslində iddiaçının həmin şəxslərə qarşı olan qərəzli münasibətinin təzahürdür. Yəni bu hal onu deməyə əsas verir ki, iddiaçı sırf qisas almaq naminə mövcud olmayan qızıl-zinət və cehiş əşyalarını, mövcud olanları isə absurd qiymətlərlə qiymətləndirərək cavabdehlərdən almaq niyyətindədir.
13. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-82/2025 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
15. Cavabdeh1 apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(013)-82/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin 18 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd olunan cehiz əşyalarının cavabdeh tərəfindən götürülməsi hissəsində təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə, həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmiş və nəticə etibarı ilə hüquqlarının ciddi şəkildə zərərə uğramasına səbəb olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən iddianın dəqiqləşdirilməsi barədə yeni ərizə təqdim edilmiş və iddia tələbi mühüm şəkildə artırılmışdır. Etiraz etməklərinə baxmayaraq, məhkəmə bu etirazlara heç bir hüquqi cavab vermədən həmin tələbi birbaşa icraata qəbul etmişdir. Bu isə MPM-in 53-cü maddəsinin və müdafiə hüququnun açıq-aşkar pozulmasıdır. Bundan əlavə təqdim olunmuş iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə tanış olaraq müvafiq müdafiə işini qurmağı üçün ona hər hansı vaxt verilməmişdir. Bundan əlavə məhkəmə baxışında iddiaçının anası Sahilə Axundova və nənəsi Həsənova Şərqiyə şahid qismində dindirilmişdir. Bu şəxslərin həm iddiaçı ilə yaxın qohumluq əlaqələri, həm də Sahilə Axundovanın əvvəlki məhkəmə iclasında iştirakı onun şahidlik obyektivliyini qəti şəkildə istisna edirdi. İddiaçı tərəf iddia tələbinin əsaslı olmasını sübuta yetirmək məqsədilə Mingəçevir şəhərində fəaliyyət göstərən "xxxx" MMC-dən mütəxəssis rəyi əldə edərək, iddia ərizəsinə cehiz əşyaları və qızıl-zinət əşyalarının dəyərini əks etdirən qiymət cədvəlini əlavə etmişdir. Lakin həmin mütəxəssis rəyi məhkəmə iclasında onun tərəfindən ciddi şəkildə mübahisələndirilmişdir. İclas zamanı diqqətə çatdırılmışdır ki, mütəxəssis iddia edilən əşyalara faktiki olaraq baxış keçirmədən, onların real xarici görünüşü, keyfiyyəti, çəkisi və mövcudluğu barədə heç bir məlumat əldə etmədən, necə əsaslı və obyektiv qiymət təyin edə bilər? Yerində baxış zamanı əşyaların mövcudluğu, xarakteri və real vəziyyəti fotoşəkillərlə sənədləşdirilmiş və həmin materiallar bilavasitə məhkəməyə təqdim edilmişdir. Nəticədə faktiki baxılmış əşyaların qiyməti ilə iddiaçının təqdim etdiyi ilkin qiymət rəyindəki məbləğlər arasında əhəmiyyətli və nəzərə çarpacaq dərəcədə fərqin olduğu aşkar edilmişdir. Qeyd edilən hallardan belə qənaətə gəlmək olar ki, iddiaçının təqdim etdiyi mütəxəssis rəyi obyektiv, qərəzsiz və dolğun tədqiqata əsaslanmamış, hətta müəyyən mənada əsassız və şübhəli xarakter daşıyır. Bununla əlaqədar mübahisəli rəylər arasında mövcud ziddiyyətin aradan qaldırılması, məsələnin tam və hərtərəfli araşdırılması üçün məhkəmə tərəfindən ən azından həmin mütəxəssisin məhkəmə iclasına dəvət edilməsi zəruri idi. Bu tədbir məhkəməyə iddiaçının təqdim etdiyi rəylə faktiki baxış nəticəsində tərtib olunmuş qiymətləndirmə sənədi arasında hansı rəyin daha etibarlı və inandırıcı olduğunu müəyyənləşdirmək imkanı verə bilərdi. Onun tərəfindən həyata keçirilmiş hərəkətlər – müstəqil qiymətləndirmə rəyinin alınması və sübutların toplanması yalnız obyektiv həqiqətin müəyyən olunmasına və iddianın əsassızlığının sübutuna xidmət etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi faktiki olaraq obyektiv sübut sayıla bilməz. Belə ki, ekspert əşyalara yerində baxmadan, onların texniki göstəricilərini bilmədən sadəcə subyektiv qiymətləndirmə aparmışdır. Hətta ekspert özü də qeyd edir ki, "əşyalar barədə məlumatlar tam deyil". Bu şəraitdə qızıl-zinətlə bağlı verilmiş 5323 manatlıq qiymətləndirmənin hüquqi qüvvəsi yoxdur. Həmçinin, xx.xx.2025-ci il tarixdə təqdim etdiyi vəsatətdə qeyd olunmuşdur ki, əşyalara yerində baxış keçirilsin. Bu, həqiqətin üzə çıxması üçün mütləq yoldur. Lakin hakim heç bir səbəb göstərmədən bu vəsatətə ümumiyyətlə münasibət bildirməmişdir. xx.xx.2025-ci il tarixdə qarşı tərəflə razılaşdırılmış şəkildə cehiz əşyalarının təhvili üçün tədbir keçirilmiş, lakin iddiaçı və onunla gəlmiş şəxslər təxribat törədərək dava salmış və əşyaları qəbul etmədən evi tərk etmişdir. Bu prosesin video sübutları məhkəməyə təqdim edilsə də, hakim bu sübutlara sanki bilərəkdən göz yumdu. Sonuncu məhkəmə iclasında iddiaçı özü bəzi qızılların özündə olduğunu etiraf etmiş, bir hissəsinin isə polis orqanlarına təhvil verildiyini təsdiq etmişdir. Bütün bunlara baxmayaraq, hakim bütün qızılların cavabdehlər tərəfindən verilməsi barədə qətnamə çıxarmışdır. İddiaçının təqdim etdiyi uzun əşyalar siyahısının (102 adda cehiz, 9 adda qızıl) nə fiziki mövcudluğu, nə də gətirilmə faktı etibarlı sübutlarla sübut olunmamışdır. İşə əlavə olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıya məxsus olan və cavabdehin mənzilində olan əşyaların üzərinə həbs qoyulmuş və onların faktiki istifadəsi qadağan edilmişdir. Həmin qərardad əsasında Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru Sənan Hacıməmmədov, iddiaçı, onun vəkili (nümayəndəsi) və tərəfindən əşyalara faktiki baxış keçirilmiş, xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. Həmin akta Cavabdeh2 tərəfindən (digər cavabdehlər həmin vaxt mənzildə olmamışlar) qeyd olaraq yazılmışdır ki, qeyd olunan əşyaların bir qismi iddiaçı tərəfindən aparılmış və ya ümumiyyətlə gətirilməmişdir. Maraqlı hal ondan ibarətdir ki, iddiaçı və onun nümayəndəsi bu akta hər hansı etiraz etməmiş və qeydlərini yazmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
17. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətini müdafiə etdi, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən onların etiraz və vəsatətlərinə məhəl qoyulmamış, ekspert tərəfindən mübahisəli əşyalara əyani baxış keçirilmədən rəy verilmiş, məhkəmə qərarında həmin rəyə istinad edilmişdir. Bundan başqa iş materiallarında olan eyni qiymətləndirilmə şirkəti tərəfindən verilmiş iki fərqli rəyə münasibət bildirilməmişdir.
19. Cavabdeh3 vəkil ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, icra məmuru tərəfindən tərtib olunan akt digər cavabdeh olan həyat yoldaşı Cavabdeh2 tərəfindən imzalanmış, lakin o həmin aktda qeyd edilən əşyaları tam dəqiqləşdirməmişdir. Hazırda tələb olunan qızıl əşyalar cavabdehə polis şöbəsində təhvil verilmiş, qalan əşyalar məhkəməyə verilmiş etirazda qeyd olunmuşdur. İddiaçı ilə oğlu cəmi 3 ay ailə münasibətində olmuş, aralarında narazılıq və mübahisə yarandığından o, iddiaçını atası evinə aparmışdır. İddiaçı evdən gedən zaman özünə məxsus əşyaları da özü ilə aparmışdır.
20. Məhkəmə kollegiyasının «digər qızıllar iddiaçının özün olmuşdursa bəs nə üçün aparmamışdır» sualına cavab olaraq tərəf bildirmişdir ki, qızıl əşyaların bir qismi onlarda olmuş, həmin əşyalarıda polis şöbəsində iddiaçıya təhvil vermişdir. Hazırda tələb olunan qızıl əşyalarını isə iddiaçı özü ilə evdən gedən zaman aparmışdır.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) ayrı-ayrılıqda izahat verərək, apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər. İddiaçı əlavə olaraq bildirdi ki, ona digər qızıllar polis şöbəsində təhvil verilsə də, hazırda iddia ərizəsinə qeyd olunan əşyalar verilməmiş, buna dair polis şöbəsində dərhal qeyd yazmışdır. Həmin qəbzdə 4 üzük qeyd olunsa da, 2 üzük – pandora və paxlava formalı üzükləri sonradan özü qələmlə əlavə edərək üzüklərin sayını 6 olaraq göstərmişdir. Tələb olunan cehiz əşyalarının hamısı cavabdehlərdədir və bu barədə icra məmuru tərəfindən akt tərtib edilmişdir. O, evdən çıxan zaman hamilə olmuş, aralarında mübahisə olduğundan qayınatası onu atası evinə aparmış, onun hər hansı bir əşyanı özü ilə aparmıq imkanı olmamışdır.
22. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. İşin halları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh1 ilə nikahlarını xx.xx.2023-cü il tarixdə Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində qeydə aldırmaqla ailə qurmuş və birgə nikahlarından övladları olmamışdır. Ailədaxili münaqişələr səbəbindən onlar xx.xx.2024-cü il tarixdən ayrılmışlar və həmin vaxtdan iddiaçı öz ata evində yaşayır. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, tələbi təmin olunmuşdur. Hazırda qətnamə cavabdeh tərəfindən mübahisələndirilmişdir.
29. Göründüyü kimi iddia tələbi cehiz və qızıl-zinət əşyaları olmaqla iki hissədən ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və qeyd edir ki, qızıl-zinət əşyalarının olması və iddiaçıya hədiyə olaraq verilməsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, lakin sonuncu qeyd olunan əşyaların iddiaçı tərəfindən aparılmasını, bir hissəsinin isə polis şöbəsində təhvil verildiyini bildirmişdir.
30. Belə ki, xx.xx.2024-cü il tarixl Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ilə müəyyən olunur ki, İddiaçı şikayəti əsasında Cavabdeh3 və Şirinov X1 ŞPŞ-nə dəvət edilmiş, onların izahatı alınmış, bundan sonra evdə qalan qızıl-zinət əşyalarının bir qismini, yəni 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl sep, bir cüt qızıl sırğa və 2 ədəd qızıl (sarı, ağ) üzüyü qəbzlə polis şöbəsinə təhvil vermiş, verilmiş qızıllar eyni qaydada qəbzlə İddiaçı təqdim edilmiş, sonuncu qızılların natamam olduğunu bildirmiş, lakin təhvil verilən yuxarıda qeyd edilmiş qızıl-zinət əşyalarının ona məxsus olduğunu bildirmişdir.
31. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbz ilə müəyyən edilir ki, Mingəçevir ŞPŞ-nin təhqiqatçısı polis baş leytenantı Qoşqar Əhmədli Cavabdeh3 gəlini İddiaçı onun evində qalmış, könüllü olaraq təhvil verdiyi qızıllarını (1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl (ağ) üzük) İddiaçı təhvil vermiş, bu barədə tərtib edilmiş qəbz Qoşqar Əhmədli, İddiaçı və anası Sahilə Axundova tərəfindən imzalanmışdır. Həmçinin İddiaçı həmin qəbzin üzərində 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd sırğa və 1 ədəd sepin Cavabdeh3 tərəfindən qaytarılmadığına görə ona təhvil verilmədiyini qeyd etmişdir.
32. İddiaçı qızıl-zinət əşyalarına münasibətdə 6 ədəd üzük – qızıl üzük kvadrat formalı (583 əyar, 4 qram çəkidə), yumru qaşlı üzük (583 əyar, 4.5 qram çəkidə), qızıl üzük sadə formalı (583 əyar, 4 qram çəkidə), qaşlı üzük uzunsov fomada (583 əyar, çəkisi 5.5 qram), pandora üzük (750 əyar 6 qram çəkidə) və paxlava formalı üzük (583 əyarı, çəkisi 6 qram) tələb etsə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzə əsasən 4 ədəd üzüyün ona təhvil verilmədiyini qeyd etmiş, eyni zamanda bu halı məhkəmə kollegiyasının iclasında etiraf edərək pandora (750 əyar 6 qram çəkidə) və paxlava formalı üzüyün (583 əyarı, çəkisi 6 qram) qəbzə sonradan özü tərəfindən əlavə olunduğunu bildirmişdir. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi pandora (750 əyar 6 qram çəkidə) və paxlava formalı üzüyün (583 əyarı, çəkisi 6 qram) cavabdehlərdən alınıb iddiaçıya verilməsi hissəsində əsassızdır.
33. Cavabdehin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılması dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, iddiaçının evdən çıxma şəraiti, tərəflər arasında olan münasibət, həmçinin qızıl əşyalarının bir hissəsinin cavabdehlərdə olmaqla iddiaçıya polis şöbəsində qaytarılması onu deməyə əsas verir ki, tələbdə qeyd olunan qızıl əşyalarına (pandora üzük (750 əyar 6 qram çəkidə) və paxlava formalı üzük (583 əyarı, çəkisi 6 qram) istisna olmaqla) dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında da Cavabdeh1 iddiaçı ilə oğlu arasında mübahisə olduğundan onu (iddiaçını) ata evinə apardığını, sonradan evinə qayıtmadığını bildirmişdir.
34. Məhkəmə kollegiyası iddia tələbinin digər – cehiz əşyaları hissəsinə münasibətdə qeyd edir ki, cehiz əşyalarının olması və el adəti ilə cehizin gətirilməsi, həmçinin bu cür əşyaların hamısının evdən gedən zaman iddiaçı tərəfindən aparılmasının mümkünsüzlüyü işin mübahisəsiz halıdır.
35. Məhkəmə kollegiyası tələb olunan cehiz əşyaların qiymətlərinə dair iş materiallarında olan 2 müxtəlif rəylə bağlı qeyd edir ki, həm iddiaçı, həm də cavabdeh tərəf həmin əşyaların dəyərinə dair "xxxx" MMC-dən müvafiq olaraq xx.xx.2024-cü il tarixli, 64 nömrəli (cild İ, səh. 55-58) və xx.xx.2025-ci il tarixli, 03 nömrəli (cild İ, səh. 70-72) rəyləri məhkəmə araşdırmasına təqdim etmişlər. Belə ki, birinci rəydə (iddiaçı tərəfindən təqdim edilmiş) qızıl-zinət əşyalarının cəmi dəyəri 3780 manat, cehiz əşyaların dəyəri isə 13043 manat olmaqla, cəmi ümumi məbləğ 16823 manat olaraq göstərilmiş, ikinci rəydə isə (cavabdeh tərəfindən təqdim edilmiş) yalnız cehiz əşyaların dəyərinin 9252 manat məbləğində olması qeyd edilmişdir. Belə ki, birinci rəydə cehiz olaraq 102 adda əmlak göstərilsə də, ikinci rəydə yalnız 68 adda əmlak qeyd edilmişdir.
36. İddiaçı məhkəmə kollegiyasının iclasında ikinci – xx.xx.2025-ci il tarixli, 03 nömrəli rəydə qeyd olunan cehiz əmlakların dəyəri ilə razılaşmış, lakin onların sayının rəydə düzgün qeyd olunmadığını bildirmişdir.
37. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 14 aprel 2024-cü il tarixli, MTT(013)-14/2024 nömrəli qərardadı ilə mübahisəli cehiz və qızıl-zinət əşyaların üzərinə həbs qoyulmuş və qərardadın icrası mərhələsində xx.xx.2025-ci il tarixli akt tərtib olunaraq qeyd edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin MTT(013)-14/2024 nömrəli 14 aprel 2024-cü il tarixli icra sənədinə əsasən həmin icra sənədində qeyd edilən əmlakın üzərinə həbs qoyulmuş, həmçinin qeyd edilmişdir ki, icra sənədində 4 ədəd tunc qazan göstərildiyi halda 5 ədəd olduğu müəyyən edilmiş, 1 ədəd çaydan, 1 ədəd çaynik, 1 ədəd padnos su qabı dəsti, bakal dəsti, 1 ədəd şəkil çərçivəsi, 2 ədəd külqabı, mavi don, ağ don, xallı don, 1 ədəd qara rəngli qalın köynək, 1 ədəd qalın kalqotka, 1 ədəd uzunboğaz çəkmə, 1 ədəd qara hündür sandal, 1 ədəd qırmızı kofta, 1 ədəd ütü feni, 1 ədəd buruq fen, həmçinin klonla birlikdə sep, qolbağ (gül formalı qaşlı) 583 əyar, 8 qram çəkidə, qızıl üzük kvadrat formalı, 583 əyar, 4 qram çəkidə, yumru qaşlı üzük- 583 əyar, 4.5 qram çəkidə, Pandora üzük, 750 əyar 6 qram çəkidə, Qızıl üzük sadə formalı- 583 əyar, 4 qram çəkidə, qaşlı üzük uzunsov fomada əyarı 583, çəkisi 5.5 qram, Paxlava formalı üzük əyarı 583, çəkisi 6 qram, bir cüt sırğa sallama formalı - 583 əyar, 3 qram çəkidə, sadə nazik sep və gül formalı klon 583 əyar, 6.5 qram çəkidə, gül formalı qolbağ əyar 583, 4.5 qram çəkidə dəyərində qızıl-zinət əşyaları aşkar olunmamışdır. Həmin akta Cavabdeh2 tərəfindən (digər cavabdehlər həmin vaxt mənzildə olmamışlar) qeyd olaraq yazılmışdır ki, qeyd olunan əşyaların bir qismi İddiaçı tərəfindən aparılmış və ya ümumiyyətlə gətirilməmişdir.
38. Göründüyü kimi aktda qeyd olunan əmlaklar istisna olmaqla, digər mübahisəli əmlakın cavabdehlərdə olması Cavabdeh2 tərəfindən akta imza edilməklə tərəfindən qəbul edilmiş, qərardadda qeyd olunan əşyaların mövcud olmamasına dair heç bir qeyd aparılmamışdır. Belə olan halda yuxarıda qeyd olunanlar nəzərə alınmaqla cavabdeh tərəfindən onda olması qəbul edilən əmlak cavabdehlərdən alınaraq iddiaçıya verilməli, dəyərləri "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 03 nömrəli rəyində qeyd olunan qiymətlərlə hesablanmalı (belə ki, həmin qiymətlər iddiaçı tərəfindən qəbul edilmişdir), həmin rəydə qeyd olunmayan əmlakların dəyəri isə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 64 nömrəli rəyində qeyd olunan qiymətlərlə hesablanmalıdır (belə ki, həmin əşyaların əvvəlcədən cavabdehlərin yaşadığı evdə olması iş üzrə materiallarla təsdiq olunur).
39. Ağdam Rayon Məhkəməsinin 14 aprel 2024-cü il tarixli, MTT(013)-14/2024 nömrəli qərardadı ilə üzərinə həbs qoyulması və istifadəsi qadağan edilmiş bütün əmlaklardan məlumatlı olsalar da, qərardadın icrası mərhələsində həmin əmlaklardan yalnız 1 ədəd çaydan, 1 ədəd çaynik, 1 ədəd padnos su qabı dəsti, bakal dəsti, 1 ədəd şəkil çərçivəsi, 2 ədəd külqabı, mavi don, ağ don, xallı don, 1 ədəd qara rəngli qalın köynək, 1 ədəd qalın kalqotka, 1 ədəd uzunboğaz çəkmə, 1 ədəd qara hündür sandal, 1 ədəd qırmızı kofta, 1 ədəd ütü feni, 1 ədəd buruq fen, həmçinin klonla birlikdə sep, qolbağ (gül formalı qaşlı) 583 əyar, 8 qram çəkidə, qızıl üzük kvadrat formalı, 583 əyar, 4 qram çəkidə, yumru qaşlı üzük- 583 əyar, 4.5 qram çəkidə, Pandora üzük, 750 əyar 6 qram çəkidə, Qızıl üzük sadə formalı- 583 əyar, 4 qram çəkidə, qaşlı üzük uzunsov fomada əyarı 583, çəkisi 5.5 qram, Paxlava formalı üzük əyarı 583, çəkisi 6 qram, bir cüt sırğa sallama formalı - 583 əyar, 3 qram çəkidə, sadə nazik sep və gül formalı klon 583 əyar, 6.5 qram çəkidə, gül formalı qolbağ əyar 583, 4.5 qram çəkidə dəyərində qızıl-zinət əşyalarının evdə olmamasına dair qeyd verilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi cehiz əmlaklara münasibətdə yalnız həmin hissələrdə ləğv edilməli, rəylərdə qeyd olunan əmlakların qiymətlərinə münasibətdə isə dəyişdirilməlidir.
40. Məhkəmə kollegiyası yekunda qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
41. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-82/2025 nömrəli qətnaməsi qismən – “tuc qazan -4 ədəd (təzə) 80 manat, çaydan - 2 ədəd (təzə) 40 manat, çaynik-2 ədəd 20 manat, padnos-2 ədəd (dəmir işləməli) 70 manat, vanna böyük-1 ədəd (plasmas) 10 manat, 6 ədəd bakal + 1 su qabı-1 dəst 70 manat, 2 ədəd şəkil çərçivə 10 manat, kül qabı- 2 ədəd 20 manat, mavi uzun don-1 ədəd 40 manat, ağ don-1 ədəd 30 manat, qara xallı don-1 ədəd 40 manat, qara köynək (qalın)- 1 ədəd 40 manat, qalın qara kalqotka-2 ədəd 10 manat, qara topuqlu uzunboğaz çəkmə-1 ədəd 80 manat, qara hündür sandal-1 ədəd 50 manat, qırmızı çanta-1 ədəd 25 manat, ütü fen-1 ədəd 40 manat, buruq fen 1 ədəd 20 manat, pandora üzük 750 əyarlı, 6 qram çəkidə 840 manat, paxlava formalı üzük 583 əyarlı, 6 qram çəkidə 690 manat naturada, onlar olmadığı halda dəyəri müştərək qaydada alınaraq İddiaçı verilsin” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-82/2025 nömrəli qətnaməsi qismən – “yataq dəsti (1 ədəd qoşa taxt, dolab, 2 tumba, 1 termo) 3000 manat, divan üstü 200 manat, mətbəx stol və stulu 4 ədəd 200 manat, yastıq- 4 ədəd 60 manat, qoşanəfərlik yun və dəvə yunu qarışıq yorğan 160 manat, pərdə -2 dəst 800 manat, pokrıval- 4 ədəd 600 manat, gül qabı-1 ədəd 60 manat, qaşıq-bıçaq dəsti-2 ədəd (çomadan) 240 manat, tozsoran-1 ədəd (işlənməmiş, boz rəngli, şüşəli) 300 manat, qazan dəsti -5 ədəd (qranit) təzə 240 manat, tefal qazan dəsti- 2 ədəd (təzə) 120 manat, aliminium qazan-3 ədəd 50 manat, soyuducu boz rəngli 1000 manat, duxovka-1 ədəd (təzə) 160 manat, mikrovalnovka-1 ədəd (təzə) 150 manat, paltaryuyan-1 ədəd 600 manat, televizor 122 ekran 1000 manat, sokçəkən - 1 ədəd 45 manat, ətçəkən-1 ədəd (təzə) 160 manat, ütü və ütüaltı-1 ədəd 170 manat, boşqab servis dəsti (6 nəfərlik boşqab, aş boşqabı, bulud, kasa olmaqla) 400 manat, lüstur 5 şamlı-1 ədəd 120 manat, naçnik 2 ədəd 60 manat, jurnal stolu - 1 ədəd 50 manat, qaşıq naboru hərəsindən- 6 ədəd (qaşıq, bıçaq, çəngəl, çay qaşığı) 65 manat, saat-1 ədəd 80 manat, qara dəri gödəkcə-1 ədəd 50 manat, idman şalvar-köynək (ağ-qara)-1 ədəd 50 manat, şabalıdı krasofka-1 ədəd 40 manat, maloçnu hündür sandal-1 ədəd 50 manat, qara çanta-1 ədəd 30 manat” hissəsində dəyişdirilsin. Yataq dəsti (1 ədəd qoşa taxt, dolab, 2 tumba, 1 termo) 2500 manat, divan üstü 150 manat, mətbəx stol və stulu 4 ədəd 150 manat, yastıq- 4 ədəd 20 manat, qoşanəfərlik yun və dəvə yunu qarışıq yorğan 100 manat, pərdə -2 dəst 300 manat, pokrıval- 3 ədəd 80 manat, gül qabı-1 ədəd 30 manat, qaşıq-bıçaq dəsti-2 ədəd (çomadan) 200 manat, tozsoran-1 ədəd (işlənməmiş, boz rəngli, şüşəli) 70 manat, qazan dəsti -4 ədəd (qranit) təzə 120 manat, tefal qazan dəsti- 2 ədəd (təzə) 100 manat, aliminium qazan-2 ədəd 35 manat, soyuducu boz rəngli 800 manat, duxovka-1 ədəd (təzə) 50 manat, mikrovalnovka-1 ədəd (təzə) 80 manat, paltaryuyan-1 ədəd 500 manat, televizor 122 ekran 800 manat, sokçəkən - 1 ədəd 40 manat, ətçəkən-1 ədəd (təzə) 70 manat, ütü və ütüaltı-1 ədəd 50 manat, boşqab servis dəsti (6 nəfərlik boşqab, aş boşqabı, bulud, kasa olmaqla) 80 manat, lüstur 5 şamlı-1 ədəd 70 manat, naçnik 2 ədəd 30 manat, jurnal stolu - 1 ədəd 30 manat, qaşıq naboru hərəsindən- 6 ədəd (qaşıq, bıçaq, çəngəl, çay qaşığı) 30 manat, saat-1 ədəd 30 manat, qara dəri gödəkcə-1 ədəd 40 manat, idman şalvar-köynək (ağqara)-1 ədəd 35 manat, şabalıdı krasofka-1 ədəd 20 manat, maloçnu hündür sandal-1 ədəd 25 manat, qara çanta-1 ədəd 15 manat” cəmi 6650 (altı min altı yüz əlli) manat dəyərində cehiz və geyim əşyaları naturada, onlar olmadığı halda dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-82/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov