Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1605/2024 04.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Süleymanov Loğman Srac oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1069/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tutulan alimentin miqdarı dəyişdirilmiş və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başalayaraq tərəflərin birgə yaşayışlarından xx.xx.2020-ci il tarixdə doğulmuş Aytən adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı qazancın və digər başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
2. Tovuz Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə anadan olmuş Rəsul və xx.xx.2023-cü il tarixdə anadan olmuş Fəxri adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı aylıq qazanc və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınıb X3 verilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin verdiyi xəstəlik tarixindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş Aytən adlı uşaqda böyrəküstü vəzinin xoşxassəli yenitörəməsi xəstəliyi vardır.
4. Azərbaycan Elmi Tədqiqat Travmatologiya və X4 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş Rəsul adlı uşaqda sol aşağı ətrafın anomaliyası vardır. Belə ki, ondan sol aşağı ətrafın 11 sm qısalığı müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunmuş dörddə bir hissədə tutulan alimentin azaldılması və aliment məbləğinin hər üç uşaq arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ilə birgə yaşayışlarından doğulan xx.xx.2020-ci il təvəllüdlü Aytən adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aylıq qazancının dörddə bir hissəsinin alınaraq cavabdehə verilməsi qət edilmişdir. Bundan başqa ikinci dəfə Gülnar adlı şəxs ilə ailə qurmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü Rəsul və xx.xx.2023-cü il təvəllüdlü Fəxri adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq qazancının üçdə bir hissəsi miqdarında alimentin alınaraq X3 verilməsi qət edilmişdir. Alimentləri ödədikdən sonra özünə hər hansı vəsait qalmır. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1069/2024 saylı qətnaməsi ilə (X15) İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı uşaq üçün aliment müəyyən olunan tarixdən sonra başqa qadınla ailə qurmuş, onların həmin birgə yaşayışlarından xx.xx.2022-ci il təvəllüdlü Rəsul və xx.xx.2023-cü il təvəllüdlü Fəxri adlı uşaqları doğulmuşdur. Həmin uşaqlar hazırda iddiaçı ilə yaşayır. Bununla belə həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması barədə qətnamə də, vardır. Həmin hal müəyyən olunmuş alimentin miqdarına təsir edən, alimentin azaldılmasına əsas olan bilən haldır. Çünki iddiaçı ikinci evliliyindən olan uşaqların maddi təminatı üzrə də öhdəlik daşıyır. Hazırki iş üzrə iddiaçıdan tutulan alimentin miqdarı aylıq qazancının ¼ hissəsi miqdarı ilə müəyyən edilmişdir. İddiaçının maddi vəziyyətində dəyişiklik yoxdur. Dəyişiklik onun ailə vəziyyəti ilə bağlıdır. Belə ki, ikinci dəfə ailə qurmuş və həmin nikahdan onun iki uşağı dünyaya gəlmişdir. Həmçinin həmin uşaqların saxlanılması üçün iddiaçının aylıq gəlirinin 1/3 hissəsi miqdarında alimentin alınaraq X3 verilməsi barədə qətnamə vardır. Məhz iddiaçı həmin qətnaməni əsas tutaraq alimentin azaldılmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hal alimentin azaldılması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, xx.xx.2023-cü il tarixli qətnamə ilə alimentin tutulması formal xarakter daşıyır. Çünki, işin hallarından, habelə, iddiaçının atasının verdiyi izahatdan məlum olur ki, onlar bir ailə kimi bir yerdə yaşayırlar. Hətta həmin uşağın tibbi xərcləri də, iddiaçı və valideynləri tərəfindən qarşılanır. Bu kimi hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ikinci ailəsindən olan uşaqların saxlanılması üçün aliment tutulmasını məhz hazırki alimentin azaldılması üçün etmişdir. Bir yerdə ailə kimi yaşayan, ailənin xərcini çəkən və bütün öhdəlikləri üzərinə götürən atadan məhkəmə qətnaməsi qaydasında aliment tələb edilməsi ağlabatan və real görünmür. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının birinci evliliyindən doğulmuş və hazırda alimentin azaldılmasını tələb etdiyi uşaq da, onkoloji xəstədir. Onun bütün xərcləri isə anası və onun valideynləri tərəfindən qarşılanır. İddiaçı və ailəsi həmin uşağa tibbi xərclər üzrə maddi dəstək göstərmir. Bu aspektdən də, alimentin azaldılması yolverilən deyil. Bundan başqa o da, qeyd olunmalıdır ki, iddiaçının ikinci nikahından doğulmuş uşaqları onunla birlikdə yaşamaqla həm ata, həm də ana qayğısı ilə əhatə edilmişdir. Alimentin azaldılması xahiş olunan uşaq isə ata sevgisindən məhrumdur. Yəni ikinci ailədən olan uşağa atanın alimentdən başqa maddi yardım etməsi onunla birgə yaşadığı üçün real görünəndir. Yalnız ana himayəsində olan uşaq isə bundan məhrumdur. Onun atadan valideyn olaraq aldığı aliment yeganə əhatə olunduğu ata qayğısıdır. Bu kimi hallar da, aliment məbləğinin aşağı salınmasına əsas vermir. Nəzərə alınmalıdır ki, uşaqlar böyüməklə onların tələbatları durmadan artırır. Valideyn (yeni ailə qurduqda və həmin nikahdan uşağı doğulduqda belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətə layiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən əhəmiyyətli dərəcədə aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Odur ki, iddia tələbi təmin edilmələlidir.
9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1, 78.2, 99. 112.1-ci maddələrinə, Azərbaycan Respublikası «Uşaq Hüquqları haqqında» Qanunun 5, 8, 13, 19-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1069/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(062)-1069/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Tovuz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən 28 sentyabr 2020-ci il təvəllüdlü Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan aylıq qazancının ¼ hissəsi miqdarında alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bundan əlavə Tovuz Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən 12 may 2022-ci il təvəllüdlü Rəsul və 17 may 2023-cü il təvəllüdlü Gülnar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin alınaraq X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə 3 uşaq və daha uşağın saxlanması üçün qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulması müəyyən olunmuşdur. Hazırkı iş üzrə ondan 3 uşaq üçün tutulan alimentin miqdarı gəlirinin 65 faizindən artıqdır. Bu da Ailə Məcəlləsinin tələbinə ziddir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə onun ikinci ailəsilə birlikdə yaşamağını əsas götürərək, guya ikinci ailəsindən olan uşaqlar üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məhz hazırkı alimentin azaldılması üçün edildiyini, bunun da iddianın rəddi üçün əsas olduğu nəticəsinə gəlmişdir. Halbuki, onun etibarnamə üzrə nümayəndəsi olan atası məhkəmədə onun ikinci nikahdan olan Rəsul adlı uşağının sol aşağı ətrafının 11 sm qısa olmasına görə əməliyyat olunmasını bildirmişdir. Məhkəmə atasının həmin uşağın müalicəsinə yardım etməklərini ikinci nikahdan olan ailəsilə birlikdə yaşamağını kimi qəbul edərək iddiasının rədd etməsi tam əsassızdır. Bundan əlavə məhkəmənin qəbul etdiyi və əsaslandığı cavabdeh tərəfindən Aytən adlı uşağın onkoloji xəstə olması barədə təqdim etdikləri sübutda uşaqda böyrəküstü vəzinin xoşxassəli yenitörəməsi xəstəliyinin olması qeyd edilmişdir. Həmin arayışın 28 sentyabr 2020-ci il tarixdə verilməsi və məhkəmənin 4 il əvvəl verilmiş bir sənədi sübut kimi qəbul edərək, öz qətnaməsini həmin sübutla əsaslandırılması da tam qanunsuzdur. Eyni məzmunlu iddia tələbi ilə 2 ay öncə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyevin sədrliyi ilə baxılmışfır. Məhkəmədə onun etibarnamə üzrə nümayəndəsi olan X14 təmsil edirdi. Məhkəmə iclasında tərəfləri dinləyən hakim Qafil Baxşıyev qətnamə elan etmək üçün məhkəmə iclas zalından çıxmışdır və sonra məhkəmədə işləyən Habil adlı işçi məhkəmə keçirilən zala gəlmiş, atası X6 öz iş otağına dəvət etdiyini bildirmişdir. X14 Qafil müəllimin otağına getmiş və təxminən 30 dəqiqə ərzində Qafil müəllim atasını iddiadan imtina etməsinə inandırmağa çalışmışdır. X14 bununla razılaşmamış və Qafil Baxşıyevə “Qafil müəllim siz qarşı tərəfin nəyisiniz?” sualı vermiş və iddia ərizəsinə baxılmamış saxlaması barədə məhkəməyə ərizə verərək, məhkəmədən çıxmışdır. Həmin vaxtdan təxminən 15 gün sonra hazırkı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə iddia ərizəsi Fərid Əliyevin icraatına verilmişdir. Məhkəmə baxışı zamanı X15 tərəfləri dinlədikdən sonra qətnamə elan etmək və müşavirəyə getmək üçün məhkəmə iclası zalının qapısını açaraq, çölə çıxmışdır və 5 saniyə sonra zala qayıdaraq qətnaməni elan etmişdir. Bəli cəmi 5 saniyə ərzində hakimdə iddia tələbinin əsassız olmasına tam əminlik yaranmışdır. Buradan aydın olur ki, Fərid Əliyev əvvəlcədən sədrin yəni Qafil Baxşıyevin tapşırığı əsasında elan edəcəyi qətnamənin nəticəsini bilirmişdir. Hörmətli hakimlər, Qafil Baxşıyevin icraatında olan iş baxılmamış saxlanıldıqdan sonra o yuxarıda qeyd etdiyi məzmunda aidiyyəti orqanlara şikayət ünvanlamışdır. Əsaslı iddiası təmin olunduğu halda Qafil Baxşıyevin etdiyi qanunsuzluq sübut olunacaqdı. Bunun qarşısını almaq üçün məhz Qafil Baxşıyevin tapşırığı ilə iddiası rədd edilmışdir. X15 öz qanunsuz qətnaməsini əsaslandırmaq üçün əlindən gələni etsə də, qətnaməni oxuyan zaman həmin qətnamənin qanunsuz olacağına tam əmin olacaqsınız.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (atası) X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, oğlu ikinci dəfə evlənmiş və həmin nikahdan iki uşağı vardır. Oğlu 1500 manat əmək haqqı alır. Əmək haqqının 1/4 hissədi hazırki iş üzrə Cavabdeh ilə birgə nikahdan doğulmuş Rəsul adlı uşağa, 1/3 hissəsi isə X7 ilə birgə nikahdan doğulmuş iki uşağa görə tutulur. Hər üş uşağa görə hər ay cavabdehin əmək haqqından ½ hissəsinin tutulmasını xahiş etmişdir.
13. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
14. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdehı nümayəndəsi izaaht verib bildirmişdir ki, tərəflər 5 ildir ki, ayrılmışlar. Birgə nikahlarından doğulmuş uşaq onkoloji xəstədir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
15. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. 76.1.3-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay üç və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.
19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
20. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
21. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
22. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
30. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1069/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
35. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki ailə qurmuşlar. Onların nikahından 28 sentyabr 2020-ci ildə Aytən adlı uşaqları doğulmuşdur. Tərəflər ayrılmış və Tovuz Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 manat məbləğində aliment alınması qət edilmişdir. Bundan sonra iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(062)-1294/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Tovuz Rayon Məhkməsinin 05 fevral 2021-ci il tarixli 2(062)- 277/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının dəyişdirilərək, tərəflərin birgə yaşayışlarından 28 sentyabr 2020-ci ildə anandan olmuş Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlnaması üçün cavabdeh İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınaraq idddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh İddiaçı 12 iyul 2021-ci ildə yenidən nikaha daxil olmuş və həmin nikahında 12 may 2022-ci ildə Rəsul və 17 may 2023-cü ildə Fəxri adlı uşaqları doğulmuşdur. Daha sonra X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə birgə nikahlarından doğulmuş 12 may 2022-ci il təvəllüdlü Rəsul və 17 may 2023-cü il təvəllüdlü Fəxri adlı uşaqlarının saxlanması üçün İddiaçı tutulan alimentin əmək haqqının 1/3 hissədə tutulmasını xahiş etmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-2037/2023 qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunmuş dörddə bir hissədə tutulan alimentin azaldılması və aliment məbləğinin hər üç uşaq arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin hər ikisinin uşaqlarını saxlamağa borclu olmalarını nəzərə alaraq hesab edir ki, 28 sentyabr 2020-ci ildə anadan olmuş Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməlidir.
37. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən üç uşağa görə qazancın və ya başqa gəlirlərin yarısı miqdarında aliment tutulmalıdır. Belə olan halda bir uşağa görə iddiaçının qazancının və ya başqa gəlirlərinin 1/6 hissəsi məbləğində aliment tutulmalıdır.
38. Hazırki iş üzrə iddiaçının uşaqlarının təminatı üçün qazancın və ya başqa gəlirlərin yarısı miqdarında aliment tutulmalı, bir uşağa münasibətdə tutulan alimantin miqdarı qazancın və ya başqa gəlirlərin 1/6 miqdarında müəyən edilməlidir.
39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1069/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, İddiaçı Tovuz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(062)- 1294/2022 saylı qətnaməsi ilə 28 sentyabr 2020-ci ildə anandan olmuş Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlnaması üçün cavabdeh İddiaçı tutulan alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə yaşayışından xx.xx.2020-ci il tarixdə anadan olmuş Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1069/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1069/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Tovuz Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(062)-1294/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə yaşayışından xx.xx.2020-ci il tarixdə anadan olmuş Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.