Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1715/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-812/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 ilə 15 iyun 2023-cü ilədək birgə yaşadığından və onlara valideynlik borcunu layiqincə yerinə yetirdiyindən Cavabdeh ödənilməli olan aliment borcundan azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(021)-3272/2019 saylı qətnaməsi onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixli, 125 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulması müraciət edildiyi vaxtdan, yəni xx.xx.2019-cu ildən müəyyən edilməsi qət edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qətnamə üzrə iyun 2023-cü ilədək yaranmış borcları ödəməkdən azad edilməlidir. Belə ki, Cavabdeh ilə rəsmi boşansalar da, bu formal xarakter daşımış və 2023-cü ilin iyun ayının 15-dək Rusiya Federasiyasının Tümen şəhərinin, Belyayev küçəsi ev 29-da bir yerdə yaşamışlar. Təqdim etdiyi könüllü tibbi sığorta, tibbi arayış, inzibati cərimələr, RF-da müvəqqəti məskunlaşma arayışları, həmçinin borclunun RF hüdudlarından kənara çıxarılması haqqında qərarın surətindən görünür ki, o, 2019-2023-cü illərdə Rusiyada, Tümen şəhərinin, Belyayev küçəsi ev 29-da yaşamışdır. Həmin ünvan hazırki iş üzrə Cavabdeh da, müvəqqəti qeydə alındığı ünvandır. Bir yerdə yaşamaqlarına başqa bir sübut kimi, təqdim etdiyi fotoşəkillərə diqǝt yetirilsə aydın görünür ki, o, öz ailəsi və uşaqları ilə birlikdə müxtəlif yerlərdə şəkillər çəkdirmişdir. Tümen Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona 5 il müddətinə Rusiyananın sərhədlərindən girişinə qadağa qoyulmuşdur. Bundan sonra, Rusiyadan Azərbaycana deportasiya olunarkən sərhədi keçdikdən sonra ona məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə onun xeyli miqdarda aliment borcu yığılmışdır. Hansı ki, yuxarıda qeyd etdiyi kimi onların aralarında olan nikah rəsmi olaraq pozulsa da, 2023-cü ilin iyun ayının 15-dək, yəni Rusiyadan deportasiya olunanadək həyat yoldaşı və uşaqları ilə birgə yaşamışlar. Qeyd etməyi zəruri hesab edir ki, maddi imkanı olduqca ağırdır, Bərdə şəhərində Bərdə-İST MMM-də fəhlə işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Buna görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-812/2024 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbinin təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-812/2024 saylı qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhəməsinin 01 may 2024-cü il tarixli, 2(021)-812/2024 saylı qətnaməsinin ləğv edilərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 ilə birgə yaşadığımdan və onlara valideynlik borcunu layiqincə yerinə yetirdiyindən Cavabdeh ödənilməli olan aliment borcumdan 15 iyun 2023-cü ilədək olan dövrdə azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi boşansalar da, bu formal xarakter daşımış və 2023-cü ilin iyun ayının 15-dək Rusiya Federasiyasının Tümen şəhərinin, Belyayev küçəsi ev 29-da bir yerdə yaşamışlar. Təqdim etdiyi könüllü tibbi sığorta, tibbi arayış, inzibati cərimələr, RF-da müvəqqəti məskunlaşma arayışları, həmçinin borclunun RF hüdudlarından kənara çıxarılması haqqında qərarın surətindən görünür ki, o, 2019-2023-cü illərdə Rusiyada, Tümen şəhərinin, Belyayev küçəsi ev 29-da yaşamışdır. Həmin ünvan hazırki iş üzrə Cavabdeh da müvəqqəti qeydə alındığı ünvandır. Bir yerdə yaşamaqlarına başqa bir sübut kimi, təqdim etdiyi fotoşəkillərə diqqǝt yetirilsə aydın görünür ki, o, öz ailəsi və uşaqları ilə birlikdə müxtəlif yerlərdə şəkillər çəkdirmişdir. Tümen şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona 5 il müddətinə Rusiyanın sərhədlərindən girişinə qadağa qoyulmuşdur. Bundan sonra, Rusiyadan Azərbaycana deportasiya olunarkən sərhədi keçdikdən sonra ona məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə onun xeyli miqdarda aliment borcu yığılmışdır. Hansı ki, yuxarıda qeyd etdiyi kimi onların aralarında olan nikah rəsmi olaraq pozulsa da, 2023-cü ilin iyun ayının 15-dək, yəni Rusiyadan deportasiya olunanadək həyat yoldaşı və uşaqları ilə birgə yaşamışlar. Qeyd etməyi zəruri hesab edir ki, maddi imkanı olduqca ağırdır, Bərdə şəhərində Bərdə-İST MMM-də fəhlə işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Buna görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Təqdim etdiyi könüllü tibbi sığorta, tibbi arayış, inzibati cərimələr, RF-da müvəqqəti məskunlaşma arayışları, həmçinin borclunun RF hüdudlarından kənara çıxarılması haqqında qərarın surətindən görünür ki, o, 2019-2023-cü illərdə Rusiyada, Tümen şəhərinin, Belyayev küçəsi ev 29-da yaşamışdır. Həmin ünvan hazıri iş üzrə Cavabdeh da müvəqqəti qeydə alındığı ünvandır. Maddi imkanı olduqca ağırdır, Bərdə şəhərində Bərdə-İST MMM-də fəhlə işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Əgər 2019-cu ildə həqiqətən ayrılmışlarsa, onda 5 il ərzində niyə alimenti tələb etmirdi. Rusiyadan deportasiya olunanadək bir yerdə yaşamış və ailəni də o, dolandırmışdır. Hələ də, cavabdehin əşyaları onların evindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-812/2024 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqına” Azərbaycan Respublikası qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Həmin Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı vahid hüquqi mövqeyə görə, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanarsa bu zaman aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılmalı, əks təqdirdə mübahisə icra qaydasında öz həllini tapmalıdır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar hesablanan məbləğin silinməli olması ilə əsaslandırılırsa, bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Hazırki tələbin mahiyyətindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 ilə 15 iyun 2023-cü ilədək birgə yaşadığından və onlara valideynlik borcunu yerinə yetirdiyindən Cavabdeh ödənilməli olan aliment borcundan azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 15 iyun 2023-cü ilədək Ayxan və Ataxan adlı uşaqları ilə birlikdə yaşadığını bildirərək həmin dövrədək yaranmış borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də, aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Beləliklə, məhkəmə kolelegiyası qeyd edir ki, “İcra haqqına” Azərbaycan Respublikası qanunun tələblərindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2023-cü ilin 15 iyun tarixinədək birlikdə yaşadıqlarından hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Ona görə də, kollegiya hesab edir ki, hazırkı işə iddia icraatı, yəni mülki məhkəmə icraatı qaydasında baxılma bilməzdi. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin tələbini pozaraq iddia ərizəsini icraata qəbul edərək, iddiaya mahiyyəti üzrə baxmış və qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəm kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-812/2024 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-812/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-812/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1715/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1715/2024
08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver