Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1720/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-504/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir.
2. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 23 avqust 2022-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir.
3. Tibbi sənədlərdən görünür ki, Cavabdeh “F07.o üzvi mənşəli şəxsiyyət pozuntusu, ağıl zəifliyi ilə. MMSE29 Yanaşı xəstəliklər G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez bsş verən qıcolma tutmaları (ayda 4-6 dəfə)” diaqnozu qoyulmuşdur. Cavabdeh orqanizm funksiyalarının 55 faizi pozulmuşdur və 3-cü dərəcəli əlilliyi var.
4. X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini tək ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəmədə iddia qaldıraraq, xx.xx.2022-ci il doğum tarixli X2 yetkinlik yaşna çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 manat olmaqla aliment və azyaşlı uşağin 3 yaşına çatana kimi hər ay 100 manat olmaqla sabit pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh 2021-ci ilin əvvələrində qeyri-rəsmi olaraq ailə quraraq evlənmişlər. Onların birgə yaşayışlarından xx.xx.2022-ci il doğum tarixli X3 adlı bir övladları olmuşdur. Azyaşlı oğlu Uğurun atalıq faktı qeydiyyat orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə müəyyən edilmişdir. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan aralarında teztez mübahisələr baş vermiş və bu səbəbdən cavabdeh onu hamilə vəziyyətdə çıxarıb ata evinə qovmuşdur. Hal-hazırda o azyaşlı oğlu Uğur ilə birlikdə valideynlərinin evində yaşayır. Maddi imkanları aşağıdır. O, uşağını təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdeh isə nə onunla, nə də oğlu ilə maraqlanmır və onlara heç bir maddi yardım göstərmir. Ona görə də, uşağının yetkinlik yaşına çatanadək Cavabdeh onun xeyrinə azyaşlı oğlu Uğurun saxlanılıb tərbiyyə edilməsi üçün sabit pul məbləğinə 235 manat olmaqla aliment və azyaşlı oğlu Uğurun 3 yaşna çatana kimi hər ay sabit pul məbləğində 100 manat tutulmasını istəyir. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə X5 tərəfindən Cavabdeh ilə birlikdə ilkin mediasiya sessiyasında ştirak etmişilər və cavabdehlə könüllü olaraq barşıq sazişi bağlamamışlar. Odur ki, cavabdeh könüllü olaraq aliment öhdəliyindən imtina etmişdir.
7. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-504/2024 saylı qətnaməsi ilə (hakim Marif Kazımov) iddia qismən təmin edilərək, Cavabdeh 15 mart 2024-cü tarixdən başlayaraq, 23 avqust 2022-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin tutulub İddiaçı verilməsi, 15 mart 2024-ci il tarixdən başlayaraq 23 avqust 2022-ci tarixdə doğulmuş X2 üç yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 70 (yetmiş) manat alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 52.4 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, bir uşaq üçün 200 manat məbləğində aliment təyin edilməsini qanuni və əsaslı, həm də uşağın mənafeyinə uyğun hesab edir. Məhkəmə iddiaçının iddia tələbinin “uşaq 3 yaşına çatanadək arvadın saxlanılması üçün aliment” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84cü maddəsi təşkil edir. Göründüyü kimi, uşaq 3 yaşına çatanadək arvad o halda ərindən məhkəmə qaydasında aliment ödəməsini tələb edə bilər ki, ər arvada maddi cəhətdən kömək göstərilməsindən imtina etsin və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmasın, eləcə də alimenti ödəməli olan tərəf zəruri vəsaitə malik olsun. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya maddi köməklik etmir. Həmçinin, müəyyən edildi ki, onların üç yaşına çatmamış uşaqları vardır. Odur ki, məhkəmə iddiaçının cavabdehdən ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment tələb etməsini haqlı hesab edir. Eyni zamanda məhkəmə bu hissədə tutulmalı olan alimentin miqdarını müəyyənləşdirərkən hesab edir ki, arvadın saxlanılması üçün onun tələb etdiyi alimentin miqdarı 100 manat məbləğində ədalətli və məqsədəuyğun hesab edilə bilməz. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq iddia tələbini bu hissədə qismən əsaslı sayır və cavabdehdən iddiaçının xeyrinə ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 70 manat aliment tutulmasını ədalətli və qanunauyğun hesab edir.
9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34 maddəsinin 4-cü bəndinə, Ailə Məcəlləsinin 75, 781, 78.2, 84.1, 84.2, 84.2.2, 100.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-504/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli 2(042)-504/2024 saylı qətnaməsinin alimentlə bağlı hissədə dəyişdirilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 2021-ci ilin əvvəlində faktiki ailə qurmuş, birgə faktiki nikahdan xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı bir uşaqları doğulmuşdur. Uşaq hazırda iddiaçının himayəsində yaşayır. İddiaçı ilə ilk vaxtlar normal yaşasa da, sonradan aralarında olan mübahisələr səbəbindən, iddiaçı hamilə vəziyyətində evdən getmişdir. Uşaqları doğulandan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, ondan həm azyaşlı uşağın saxlanması, həm də uşaq 3 yaşına çatana kimi özünün ehtiyaclarının ödənilməsi üçün, aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan qərarı qəbul etmişdir. Hesab edir ki, Gədəbəy rayon Məhkəməsi iddia tələbini həm uşağa münasibətdə, həm də iddiaçıya münasibətdə təmin edərkən ciddi qanun pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə qətnaməsindən də aydın olduğu kimi, iddiaçı ilə aralarında rəsmi nikah qeydi olmadığından, biz ər-arvad sayılmırlar. Gədəbəy rayon Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə istinadı maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmənin azyaşlı uşağa münasibətdə sabit pul formasında aliment müəyyən etməsi də maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, o, İİ qrup əlildir və epilepsiya xəstəsidir. Eyni zamanda ağıl zəifliyi var. Bu səbəblərdən hərbi xidmət keçməmişdir. Hazırda dispanser qeydiyyatındadır və mütəmadi olaraq müalicə alır. Orqanizmin funksiyası 55% pozulub. Əliliyi ilə bağlı olaraq ayda 150 manat pensiya alır. Başqa yerdən hər hansı bir qazancı yoxdur. Belə olan halda hər ay 200 manat uşaq üçün və 70 manat ana üçün ödənişi o hardan əldə etməlidir? Eyni zamanda öz dolanışıq xərclərini necə qarşılamalıdır? İş materiallarından da göründüyü kimi onun maddi vəziyyətində heç bir yaxşılaşma yoxdur. Uşağın saxlanmasında təkcə o, deyil, iddiaçı da eyni dərəcədə hüquqludur. Lakin o, bir valideyn olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Sağlam olmasına baxmayaraq heç bir yerdə işləmir. Məhkəmə isə bunlara göz yumur və işin faktiki hallarını nəzərə almadan qərar qəbul edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil izahat verib bildirdi ki, cavabdeh 2-ci qrup əlil olmaqla heç bir yerdə işləmir. Əlilliyə görə isə hər ay 150 manat pensiya alır. Tərəflərin rəsmi nikahı olmamışdır. Lakin, birinci instansiya məhkəməsi göstərilən halı nəzərə almayaraq tərəflərin faktiki nikahından doğulmuş X2 üç yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 70 manat alimentin tutularaq İddiaçı verilməsini qət etmişdir. Uşağa görə də, təyin edilmiş alimentin məbləği yüksəkdir. Ona görə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdehlə 2021-ci ildə faktiki ailə qurmuşlar. Cavabdeh 2-ci qrup əlil olsa da əlilliyə görə hər ay 150 manat pensiya alır. Bundan başqa çobanlıqlıq edir, əlavə qazancı olur. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
15. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
21. 84.2 və 84.2.2-ci maddələrinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
22. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
23. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
24. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
32. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apelyasya şikayətində qətnamə cavabdeh tərəfindən yalnız aliment məbləğinin təmin edilməsi hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-504/2024 saylı qətnaməsi “15 mart 2024-ci il tarixdən başlayaraq 23 avqust 2022-ci tarixdə doğulmuş X2 üç yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 70 (yetmiş) manat aliment tutularaq İddiaçı verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Ailə qanunvericiliyinin tələbinə görə ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır. Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. İşin hallarından görünür ki, tərəflər 2021-ci il tarixdə fakitiki olaraq ailə qurmuşlar. Tərəflər rəsmi nikaha daxil olmamışlar. Buna görə də, birinci instansiya məhkəməsi 15 mart 2024-ci il tarixdən başlayaraq 23 avqust 2022-ci tarixdə doğulmuş X2 üç yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 70 (yetmiş) manat aliment tutularaq İddiaçı verilməsi” hissəsində iddianı təmin edərkən düzgün olmayan nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh 15 mart 2024cü tarixdən başlayaraq, 23 avqust 2022-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulub İddiaçı verilməsi” hissəsinə münaibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir.
39. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.
40. 35. Göründüyü kimi, Uğur adlı uşaq onların ayrıldıqları vaxtdan İddiaçı himayəsində qaldığı üçün onların sağlamlıq, təhsil, yemək və digər məişət qayğılarının çəkilməsi yükü iddiaçının üzərinə düşdüyündən, bu hal qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
41. Məhkəmə kollegiyası uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minumumu məbləğini, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini, valideynlərin hər ikisinin uşaqlarını saxlamaq vəzifəsini nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin müəyyən edilməsi hissəsində təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 15 mart 2024-cü tarixdən başlayaraq, 23 avqust 2022-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulub İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən saxlanmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-504/2024 saylı qətnaməsi “15 mart 2024-ci il tarixdən başlayaraq 23 avqust 2022-ci tarixdə doğulmuş X2 üç yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 70 (yetmiş) manat aliment tutularaq İddiaçı verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.