Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1760/2025 05.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X3 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bir-birilərinə qarşı aliment tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(045)-845/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İ seriyalı, 649664 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 24 yanvar 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.
2. AZ-İİ seriyalı 634626 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 06 mart 2011-ci ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
3. AZ-İİ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 sentyabr 2012-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
4. Gəncə Asan Xidmət X7 tərəfindən verilmiş AZ-İV seriyalı 310518 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 15 iyul 2019-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
5. Goranboy Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(045)-296/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Goranboy rayonu Dəliməmmədli şəhər icra nümayəndəliyində 24 yanvar 2011-ci il tarixdə bağlanmış və 04 nömrə ilə akt qeydi aparılmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 06 mart 2011-ci il təvəllüdlü X8 və 15 iyul 2019-cu il təvəllüdlü X9 İddiaçı himayəsində və 03 sentyabr 2012-ci il təvəlüldlü X10 isə Cavabdeh himayəsində saxlanılması qət edilmişdir
6. Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 499024 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Goranboy Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və nikaha 05 avqust 2024-cü il tarixdə xitam verilmişir. Nikah pozulduqdan sonra sonuncuya “Abbasova” soyadı verilmişdir;
7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11 mart 2025-ci il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından anadan olmuş 06 mart 2011-ci il təvəllüdlü Zeynəb, 15 iyul 2019-cu il təvəllüdlü Gülçin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər bir uşağa görə hər ay 246 manat sabit pul məbləğində alimentin və ilkin Mediasiya sessiyasına görə ödədiyi 50 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 06 mart 2011-ci il təvəllüdlü Zeynəb və 15 iyul 2019-cu il təvəllüdlü Gülçin adlı uşaqlar hazırda onun himayəsindədir. Cavabdehin maddi imkanı olsada lakin azyaşlı uşaqların saxlanması üçün maddi yardım göstərmir, özü isə uşaqlara görə işləmir. Valdeyinlərinin köməyi ilə uşaqları saxlayır.
10. Cavabdeh qarşılıqlı iddia verərək İddiaçı 03 sentyabr 2012-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 246 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə birgə nikahlarından 06 mart 2011-ci il tarixdə X8, 03 sentyabr 2012-ci il tarixdə X10 və 15 iyul 2019-cu il tarixdə X9 adlı uşaqları olmuşdur. Goranboy Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(045)-296/2024 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, razılaşmaya görə uşaqlarından İlkin onun, Zeynəb və Gülçin isə anasının himayəsinə verilmişdir. Hər ikisində uşaq qalmasına baxmayaraq İddiaçı ona qarşı aliment tələbinə dair iddia qaldırmışdır. Onda Kəmalədə onun yanında qalan uşaq üçün hər ay sabit pul məbləğində 246 manat miqdarında aliment ödəməlidir.
12. Goranboy Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(045)-845/2025 nömrəli (hakim T.Mustafayev) qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi; İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, 06 mart 2011-ci il təvəllüdlü X8 və 15 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində alimentin tutulması; Ödənilmiş 25 (iyirmi beş) manat məbləğində mediasiya xərcinin əvəzi ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulması; Cavabdeh dövlət büdcəsinin xeyrinə 48,8 manat məbləğində dövlət rüsumunun tutulması; Qarşılıqlı iddianın təmin edilməməsi və qətnamə aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75, 78, 100.2, 110.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.4, 234.2.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iki uşağa görə ondan aliment tutulması müəyyən edilsə də, onun himayəsində saxlanılan uşaq üçün İddiaçı aliment tutulması müəyyən edilməmişdir.
16. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya icraatı zamanı ərizə verərək bildirmişdir ki, apellyasiya şikayətində Goranboy Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(045)-845/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etməkdə məqsədi əslində ondan ibarət olmuşdur ki, qətnamə ilkin iddianın təmin edilməsi hissədə ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar, Goranboy Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(045)-296/2024 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, İlkin adlı uşaqları onun, Zeynəb və Gülçün isə ananın yanında saxlanılmışdır. 200 manat əmək haqqı alır və himayəsində saxlanılan İlkin adlı uşağa tək baxır. İddiaçıda işləyir.
19. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, boşanmadan sonra tərəflərin hər ikisində uşaq qalıb. Belə olan təqdirdə nümayəndəsi olduğu şəxsdən aliment tutula bilməzdi. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddianın təmin edilməsi hissədə ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş Zeynəb və Gülçün adlı uşaqlar məhkəmə qətnaməsinə əsasən onun, İlkin adlı uşaq isa atasının yanında saxlanılmışdır. Aylıq əmək haqqı 612 manat olsada, lakin kartına 550 manat köçürülür və həmin məbləğlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə işləməsinə və kifayət qədər qazancının olmasına baxmayaraq uşaqları saxlamaqda ona maddi köməklik göstərmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci inbstansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıəlmasını xahiş etmişdi.
21. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
24. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
25. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
26. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
27. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
28. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
29. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu
30. Maddə 1.0.5. Aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
32. Maddə 17 Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
33. Maddə 18 Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar: 385.1.1. Maddı hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
Apellyasiya baxışının hədləri
39. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
40. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Birinci instansiya məhkəməsinin qətnamnəsi alimentin tutulması hissədə mübahisələndirilmişdir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
43. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh ilə İddiaçı 24 yanvar 2011-ci il tarixdə nikahlarını qeydə aldıraraq ailə qurmuşlar.və sonuncuların birgə nikahlarından 06 mart 2011-ci il tarixdə Zeynəb, 03 sentyabr 2012-ci il tarixdə İlkin, 15 iyul 2019-cu il tarixdə isə Gülçin adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmış və Goranboy Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(045)-296/2024 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Goranboy rayonu Dəliməmmədli şəhər icra nümayəndəliyində 24 yanvar 2011-ci il tarixdə bağlanmış və 04 nömrə ilə akt qeydi aparılmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 06 mart 2011-ci il təvəllüdlü X8 və 15 iyul 2019-cu il təvəllüdlü X9 İddiaçı himayəsində, 03 sentyabr 2012-ci il təvəlüldlü X10 isə Cavabdeh himayəsində saxlanılmışdır. İddiaçı himayəsində olan Zeynəb və Gülçün adlı uşaqların yetkinlik yaşlarına şatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə 246 manat alimentin tutulmasına dair iddia qaldırmış, Cavabdeh da öz növbəsində qarşılıqlı iddia verərək İddiaçı himayəsində saxlanılan İlkin adlı uşaq üçün aliment tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi ilkin iddianın təmin olunması hissədə qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, mübahisənin həllinə tətbiq edilməli olan hüquq nörmalarına istinadən hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir.
45. Kollegiya ilkin olaraq qeyd edir ki, valideynlər öz uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malikdirlər. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
46. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.https://e-qanun.az/framework/46946
47. “Elektron məhkəmə” informasiya sistemindən tərəflərin gəlir məlumatlarına dair əldə olunmuş çıxarışlardan müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC-də fəhlə işləyir, aylıq əmək haqqı 200 manat, İddiaçı isə "xxxx"MMC-də xadiməçi işləyir, aylıq əmək haqqı 612 manat təşkil edir.
48. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanun 1.0.5ci maddəsində az təminatlı ailə anlayışına verilən tərifə görə, aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür.
49. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur.
50. Cavabdeh aylıq əmək haqqı 200 manatdır. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan bu halı üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış və 06 mart 2011-ci il təvəllüdlü Zeynəb, 15 iyul 2019-cu il təvəllüdlü Gülçin adlı uşaqların saxlanması üçün himayəsində bir uşaq saxlanılan valideyindən digər valideyinin xeyrinə aliment tutmaqda səhv nəticəyə gəlmişdir. Çünki bundan əvvəldə qeyd olunduğu kimi Cavabdeh az təminatlı ailə hesab olunur.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Goranboy Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(045)-845/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, 06 mart 2011-ci il təvəllüdlü X8 və 15 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutulması və qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, eləcədə ödənilmiş 25 manat mediasiya xərcinin əvəzi ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulması” hissələrdə ləğv edilməlidir.
52. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment hər uşaq üçün 120 manat olmuşdur. (400x0,3=120)
53. Qətnamə mübahisələndirilən hissədə iki uşağa görə alimentin bir illik məcmusu 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 382, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(045)-845/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, 06 mart 2011-ci il təvəllüdlü X8 və 15 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutulması və qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, eləcədə ödənilmiş 25 (iyirmi beş) manat məbləğində mediasiya xərcinin əvəzi ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulması” və “Cavabdeh dövlət büdcəsinin xeyrinə 48,8 manat məbləğində dövlət rüsumunun tutulması” hissələrdə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.