Məhkəmə qərarları › İş №2(104)-1786/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1786/2025

19.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1786/2025 19.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2146/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsi xx.xx.2025-cu il tarixli 2(076)-61/2025 saylı qərardaddı ilə cavabdehlə birgə ailə həyatından olub onun himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşağın saxlanması üçün ayda 2025-ci il ücün minimum əmək haqqının 0,95 misli məbləğində alimentin azaldılaraq ayda 2025-ci il üçün minimum əmək haqqının 0,40 misli məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh qarşı qaldırmış olduğu, alimentin azaldılması tələbinə dair iddia ərizəsində texniki səhv olaraq iddiaçının soyadı şəxsiyyət vəsiqəsində qeyd olunan «Kazımov» əvəzinə «Kərimov» kimi qeyd edilmişdir. Həmin iddia ərizəsindəki soyadının «Kazımov» kimi nəzərə alınmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2146/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddia qismən təmin edilərək, Şəmkir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-61/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılması, xx.xx.2011-ci il təvəllüdlü Sayora adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin tutulması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2146/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2146/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və alimentin məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti şikayət qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2146/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İformasiya Sisteminə yerləşdirilmiş və imzalanmışdır. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunununun 28.2-ci maddəsinə görə tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Həmin maddənin məzmununa görə elektron sənədin informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı hesab edilir. Həmin qanunun 27.1-ci maddəsinə görə şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Belə olan halda Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2146/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İformasiya Sisteminə yerləşdirilib imzalandıqda iddiaçının nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmiş və həmin tarixdən rəsmi qaydada çatdırılmış hesab olunur. Bununla da, iddiaçı tərəfindən şikayət vermə müddətinin axımı xx.xx.2025-ci il tarixdən başlamış olur. Lakin, iddiaçı tərəfindən həmin qətnamədən şikayət xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir ki, bununla da, mülki porsessual qanunvericilikdə nəzərdə tutulmuş qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan və Mülki Prosessual Məcəlləsinin 360 və 363-cü maddəllərinin tələblərinə uyğun olaraq yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki Prosessual Məcəllənin 227.4-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasınnı Qanununun 27.1-ci maddəsinə görə şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Həmin Qanunun 28.1-ci maddəsinə görə tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Həmin Qanunun 28.2-ci maddəsinə görə tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Mülki Prosessual Məcəllənin 360-ci madəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-2146/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2146/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar