Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1817/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-736/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-736/2024 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddianın qismən təmin edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və dərhal icra edilməsi, Cavabdeh dövlət rüsumu 78,40 manat alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqının Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin hallari: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2016-cı ilin fevral ayında qeyri-rəsmi ailə qurmuşlar. Cavabdehlə müxtəlif səbəblərdən nikahları rəsmi qeyd edilməmişdir. Birgə yaşadıqları dövrdə onların xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Uşaqlara atalıq haqqında şəhadətnamə alınmışdır. Hazırda azyaşlı uşaqları ilə birlikdə Tərtər rayionu, Kəbirli kəndində valideynlərinin yanında yaşayır. O, himayəsində olan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment tələbi ilə bağlı əvvəlcə mediasiya şurasına ərizə ilə müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. O, ilkin mediasiya sessiyasında iştirak etmiş və 55 manat xidmət haqqı ödəmişdir. Bundan sonra məhkəmədə aliment tələbi ilə bağlı iddia qaldırmışdır. Üç uşaq hazırda onun yanında yaşayır. Maddi vəziyyəti ağır olduğundan azyaşlı uşaqları saxlamaq çətinlik törədir. Uşaqların gündəlik tələbatları artır. Belə vəziyyətdə uşaqlarını tək başına saxlaya bilmir. Cavabdehin aylıq qazancı vardır. Özü isə hazırda uşaqlara görə heç bir yerdə işləyə bilmir, maddi vəziyyəti ağırdır. Uşaqlarının saxlanılmasında maddi sıxıntılar çəkir. Hesab edir ki, cavabdeh bir ata kimi övladlarının saxlanması üçün aliment ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. İddia ərizəsində olan imza ilə iddiaçının şəxsiyyətini təsdiq edən vəsiqəsindəki imzalar kəskin fərq edir. Görünən budur ki, iddiaçının iddia ərizəsində İddiaçı adının önündə çəkilmiş imzanın sonluğu bir düz dioqonal xətt ilə gətirilərək üzü sağ istiqamətə üfüqi xətt kimi çəkilməklə sonlanır. Lakin iddiaçının şəxsiyyət vəsiqəsində imzanın sonluğu şaquli xətt olaraq çəkilməklə üzü sol istiqamətə gətirilməklə sonlanır. Bu isə iddia ərizəsinin iddiaçının özü tərəfindən deyil, başqa biri tərəfindən imzalandığını isbat etməkdədir və bu hal iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Bundan başqa Tərtər Rayon Məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsində irəli sürdüyü tələblə, tələbi əsaslandıran maddi sübutlar iddia ərizəsinə əlavə edilmədiyini nəzərə almadan, bununla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsini nəzərə almadan mövcud qanunsuz və prosessual normalara zidd qətnamə qəbul etmişdir. İddia ərizəsinin qoşmasında 4-cü sırada “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surəti” qeyd edilsə də, qoşma olaraq iddia ərizəsinə yalnız X2 atalığı müəyyən edən şəhadətnamə əlavə edilmişdir, lakin digər uşaqların atalığı müəyyən edən şəhadətnamələr əlavə edilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPMin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli 03546 saylı arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, lakin o ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2016-cı ildə qeyrirəsmi ailə qurmuş, cavabdehlə birgə yaşadıqları dövrdə onların xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuş, uşaqlara atalıq müəyyən olunmuşdur. Hazırda tərəflər ayrı-ayrılıqda yaşamaqla azyaşlı uşaqları iddiaçının yanında qalmışdır. Cavabdeh uşaqlarının saxlnması üçün iddiaçıya könüllü olaraq yardım göstərmədiyinə görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə uşaqların mənafeyini nəzərə alaraq yetkinlik yaşına çatmamış xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər uşağa 190 manat miqdarında alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etmişdir. Cavabdeh verdiyi apellyasiya şikayətində alimentin məbləğini yox, iddiaçının iddia ərizəsinin sonluğundakı imzanın onun şəxsiyyət vəsiqəsindəki imzasından fərqli olmasını, beləliklə də həmin iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmadığını, uşaqların hər üçünə münasibətdə atalığn müəyyən edilməsinə dair şəhadətnamənin iddia ərizəsinə əlavə edildiyi göstərilsə də, yalnız birinə münasibətdə atalığın müəyyən edilməsinə dair şəhadətnamənn işdə olması, iki uşağa münasibətdə isə atalığın müəyyən edilməsinə dair şəhadətnamənin işdə olmamasını mübahisələndirmişdir. Cavabdehin şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdəki xx.xx.2024-cü il tarixli etibarnamədən göründüyü kimi iddiaçı məhkəmə iclaslarında təmsil olunması üçün atası X4 etibarnamə vermiş, onun nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş və iddia tələbini müdafiə etmişdir, yəni iddia ərizəsi iddiaçının iradəsinə və azyaşlıların marağına uyğun olaraq verilmişdir. İşdən həm də görünür ki, iş üzrə tərəflərin birgə münasibətlərindən doğulmuş uşaqların hər üçünün doğum haqqında şəhadətnamələrinin surətləri işə əlavə edilmişdir və həmin şəhadətnamələrdə ata qrafalarında Cavabdeh ata kimi, ana qrafalarında isə İddiaçı ana kimi göstərilmişdir. Ona görə də kollegiya hesab edir ki, atalığın müəyyən edilməsinə dair şəhadətnamələrin işə əlavə edilməməsi iddia ərizəsinin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması üçün maneə deyildir. Göründüyü kimi apellyasiya şikayətinin hər iki dəlili əsassızdır və həmin dəlillər məhkəmənin mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi və ya da dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşdən görünür ki, məhkəmə iddia tələbini qismən - hər ay hər uşağa görə 190 manat miqdarında müəyyən edərkən işin bütün hallarını nəzərə almışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, faktlar nöqteyi-nəzərindən mübahisə düzgün həll edilmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-736/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1817/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1817/2024
04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver