Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1818/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq, aliment məbləğinin silinməsi” tələbinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-485/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikahdan doğulmuş 17 iyun 2006-cı il tarixdə andan olmuş X8, 01 yanvar 2009-cu il tarixdə andan olmuş X7 və 24 oktyabr 2018ci il tarixdə andan olmuş X9 adlı uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsi, hazırki vaxta qədər uşaqların onun himayəsində olduqları üçün onların saxlanmaları üçün təyin edilmiş alimentin məbləğinin silinməsi və uşaqların saxlanmaları üçün cavabdehdən hər ay 150 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi (atası) Əsədov Hüseyn Əmirxan oğlu iddia ərizəsinə dəqiqləşdirmə verərək Cavabdeh qarşı cavabdehlə birgə nikahdan doğulmuş 17 iyun 2006-cı il tarixdə andan olmuş X8, 01 yanvar 2009-cu il tarixdə andan olmuş X7 və 24 oktyabr 2018-ci il tarixdə andan olmuş X9 adlı uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsi, hazırki vaxta qədər uşaqların onun himayəsində olduqları üçün onların saxlanmaları üçün təyin edilmiş alimentin məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Tərtər rayon Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh ilə 28 iyul 2006-cı il tarixdə nikahları Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən 233 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan 17 iyun 2006-cı ildə X8, 01 yanvar 2009-cu ildə X7 və 24 oktyabr 2018-ci ildə X9 adlı uşaqları olmuşdur. Aralarında olan mübahisələrə görə nikahları məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxt qəbul edilmiş qətnamə əsasında onunla Cavabdeh arasında 28 iyul 2006-cı il tarixdə Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 233 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan 17 iyun 2006-cı ildə doğulmuş X10, 01 yanvar 2009-cu ildə X7 və 24 oktyabr 2018-ci ildə X9 anaları Cavabdeh yanında saxlanılmaları, 01 yanvar 2009-cu ildə X7 və 24 oktyabr 2018ci ildə X9 adlı uşaqlarının ondan alınıb anaları Cavabdeh verilməsi, 17 iyun 2006-cı ildə doğulmuş X4 münasibətdə 20 aprel 2022-ci il tarixdən hesablanmaqla, 01 yanvar 2009-cu ildə doğulmuş X7 və 24 oktyabr 2018-ci ildə doğulmuş X5 münasibətdə isə onlar ondan alınıb cavabdehə verildiyi vaxtdan hesablanmaqla yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aylıq aliment alınaraq Cavabdeh verilməsi, qətnamənin alimentin tutulması hissəsi 17 iyun 2006-cı ildə doğulmuş X4 münasibətdə dərhal, 01 yanvar 2009-cu ildə doğulmuş X7 və 24 oktyabr 2018-ci ildə doğulmuş X5 münasibətdə isə onlar ondan alınıb cavabdehə verildiyi vaxtdan icra edilməsi, Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixdə baxılmış və 2(104)-2147/2022 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə verdiyi apellyasiya şikayəti qismən təmin edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(040)-414/2022 nömrəli qətnaməsi 17 iyun 2006-cı il tarixdə andan olmuş X8 adlı uşağa münasibətdə müəyyən olunmuş alimentin dərhal icra edilməsi hissəsində ləğv edilmiş, qətnamə 17 iyun 2006-cı il tarixdə andan olmuş X4 münasibətdə alimentin tutulmasının 20 aprel 2022-ci il tarixdən hesablanması hissəsində dəyişdirilmişdir. Alimentin tutulmasının başlanğıcının 17 iyun 2006-cı il tarixdə andan olmuş X2 anasının himayəsinə verildiyi vaxtdan hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alıb icraya yönəldilərkən cavabdehlə birgə nikahdan olmuş 01 yanvar 2009-cu ildə doğulmuş X7 və 24 oktyabr 2018-ci ildə doğulmuş X9 adlı uşaqlar onun himayəsində olmuşdur. Lakin buna baxmayaraq ondan həmin uşaqların saxlanmaları üçün əsassız olaraq aliment tutulmuşdur. Savadsız olduğu üçün buna qarşı hansı qanuni hərəkətlər etməyi bilməmişdir. Həmin vaxtdan uşaqlar onun yanında olmalarına baxmayaraq onların saxlanmaları üçün aliment tutulmuşdur. Belə olan vəziyyətdə uşaqların onun yanında qalmaları məsələsinin yenidən məhkəmə qətnaməsi ilə müəyyənləşdirilməsi məsələsi meydana çıxmışdır. Uşaqlar onun yanında qalmaqla məktəbdə təhsil alırlar. Təsildən qalmamışlar. Onun bir tələbi də yığılmış aliment borcunun silinməsidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi uşaqlar boşanandan onun yanında qalmışlar. Onlara aliment təyin edilsə də savadsız olduğu üçün alimentin dayandırılması ilə bağlı icra şöbəsinə müraciət etməmişdir. Ona görə də, müvafiq iddia ilə məhkəməyə müraciət etməli olmuş və ümid etmişdir ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi rəhbər tutaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə uşaqların onun yanında saxlanılması barədə qətnamə çıxararkən onun cabadehlə boşanan vaxtdan yanında olmalarını, onun uşaqlara xidmət etməsini və uşaqların analarının yanına getmək istəməmələrini habelə uşaqların onun yanında saxlanılmaları məsələsini həll edərkən onların fikrini nəzərə alaraq iddiamın təmin edilməsi barədə qətnamə qəbul edəcəkdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-485/2024 saylı qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilərək, İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş 17 iyun 2006-cı il tarixdə andan olmuş X8, 01 yanvar 2009-cu il tarixdə andan olmuş X7 və 24 oktyabr 2018-ci il tarixdə andan olmuş X9 adlı uşaqların Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, hazırki vaxta qədər uşaqların İddiaçı himayəsində olduqlarından (Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(040)-414/2022 saylı qətnaməsi ilə) onların saxlanmaları üçün təyin edilmiş alimentin məbləği silinməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-485/2024 saylı qətnaməsindən Cavabdeh və onun nümayəndəsi X6 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-485/2024 saylı qətnaməsi maddi və prossesual prossesual hüququ normalarının pozulması ilə qəbul edildiyindən qətnamənin qismən ləğv edilməsini, iddianın 17 iyun 2006-cı il tarixdə andan olmuş X2 atasının himayəsinə verilməsi hissəsində iddianın rədd edilməsini, həmin uşağın anasının himayəsinə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin obyektiv hallarını, ən əsası isə uşağın sağlamlıq durumunu nəzərə almamışdı. Həmin uşaq işə əlavə olunan sənədlərdən də göründüyü kimi əqli pozuntusu olan uşaqdı və ona baxmaq ona qulluq etmək çox çətin bir məsələdir. Anasıda məhz həmin uşağın onun himayəsinə verilməsini ona görə istəyir ki, həmin uşaqa qulluq edilməsi bütün vaxtını alır və belə olan halda o birisi uşaqlara baxmaq çətin olur. Bu baxımdanda o birisi uşaqların atasının yanında qalmasına ana etiraz etməmişdi. Həmin uşağın bu vəziyyətə düşməsi elə atasının günahıdır. O həmişə uşağı döymüşdür, onunla çox qəddar davranmışdır. İddiaçının özüdə psixi pozuntudan əziyyət çəkir. İddianın mübahisələndirilən hissədə təmin edən məhkəmə bu istiqamətdə hec bir araşdırma aparmamışdı. Halbuki, ölkədə bu sahə ilə məşğul olan psixoloqlar var. Həmçinin uşağın özünün həkimləri var. Ən azından məhkəmə onlara müraciət edib, uşağın mənafeyini araşdırmalı idi. Bundan başqa İddiaçı əvvələrdə məhkəməyə Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, aralarında bağlanmış nikahın ləğv edilməsi və uşaqların onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(040)-414/2022 nömrəli (hakim H.Qəniyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 28 iyul 2006-cı il tarixdə Tərtər Rayon VVADQ Şöbəsi tərəfindən 233 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 17 iyun 2006-cı ildə doğulmuş X8, 01 yanvar2009-cu ildə doğulmuş X7 və 24 oktyabr 2018-ci ildə doğulmuş X9 anaları - Cavabdeh yanında saxlanılmaları; 01 yanvar 2009-cu ildə doğulmuş X7 və 24 oktyabr 2018-ci ildə doğulmuş X11 İddiaçı alınıb anaları - Cavabdeh verilməsi;. 17 iyun 2006-cıildə doğulmuş ƏsədovBəhruz Feyruz oğluna münasibətdə 20 aprel 2022-ci il tarixdən hesablanmaqla, 01 yanvar 2009- cu ildə doğulmuş X7 və 24 oktyabr 2018-ci ildə doğulmuş X5 münasibətdə isə onlar iddiaçıdan alınıb cavabdehə verildiy vaxtdan hesablanmaqla yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aylıq aliment tutularaq Cavabdeh verilməsi; Qətnamənin alimentin tutulması hissəsi 17 iyun 2006-cı ildə doğulmuş X4 münasibətdə dərhal, 01 yanvar 2009- cu ildə doğulmuş X7 və 24oktyabr 2018-ci ildə doğulmuş X5 münasibətdə isə onların iddiaçıdan alınıb cavabdehə verildiyi vaxtdan icra edilməsi; Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilmsəi qət edilmişdir. İddiaçıHüseyn oğlu apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(040)-414/2022 nömrəli qətnaməsinin uşaqların ananın yanında saxlanılması hissəsində ləğv edilməsi və azyaşlı uşaqların onun himayəsinə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2022-ci iltarixli, 2(104)-2147/2022 nömrəli qətnaməsi ilə (hakim R.Muradovun sədrliyivə məruzəsi ilə, F.Mehtiyevdən və Ə.Məmmədovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli,2(040)- 414/2022 nömrəli qətnaməsi 17 iyun 2006- cı il tarixdə andan olmuş X8 adlı uşağa münasibətdə müəyyən olunmuş alimentin dərhal icra edilməsi hissədə ləğv edilməsi, 17 iyun 2006-cı il tarixdə andan olmuş ƏsədovBəhruz Feyruz oğluna münasibətdə alimentin tutulmasının 20 aprel 2022-ci iltarixdən hesablanması hissədə dəyişdirilməsi, alimentin tutulmasının başlanğıcının 17 iyun 2006-cı il tarixdə andan olmuş X2 ananın himayəsinə verildiyi vaxtdan hesablanmasını qət etmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2022-ci il tarixli, 2(104)-2147/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-6242/2022saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdi. Göründüyü kimi məhkəmələr artıq bu məsələlərə baxmış və mövqeyini bildirmişlər. Lakin birinci instansiya məhkəməsi işin bu halınada düzgün qiymət verməmişdi Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (atası) X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gələməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-485/2024 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “uşaq, aliment məbləğinin silinməsi” tələbinə dair mülki iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflər Kəlbəcər rayonu, Susuzluq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə baxılarkən ərazi aidiyyəti qaydaları pozulmuş və Tərtər Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq mülki işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-485/2024 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-485/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-485/2024 saylı qətnamsəsi ləğv edilsin və iş baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərisin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1818/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1818/2024
08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver