Məhkəmə qərarları › İş №2(104)-1824/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1824/2024

04.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1824/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Birinci iş üzrə iddiaçı-ikinci iş üzrə cavabdeh İddiaçı2, ikinci iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X3, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərləri cavabdehlər İddiaçı3, Cavabdeh2, üçüncü şəxslər X6 Xidmət Mərkəzi Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsindən ikinci iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və digərləri cavabdehlər İddiaçı3, Cavabdeh2, üçüncü şəxslər X6 Xidmət Mərkəzi Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********13-10301 olan ünvan 1 ünvanında dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bundan sonra, İddiaçı3 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlərin ona və xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evinə olan qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1558/2023 nömrəli qərardadı ilə, İddiaçı3 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma tələbinə dair 2(062)-1558/2023 nömrəlimülki iş məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və digərləri cavabdehlər İddiaçı3, Cavabdeh2, üçüncü şəxslər X6 Xidmət Mərkəzi Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair 2(062)-1198/2023 nömrəli mülk işə birləşdirilməsi, mülki iş 2(062)-1198/2023 nömrə ilə qeydə alınması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qərardadı ilə, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər İddiaçı3, Cavabdeh2, üçüncü şəxslər X6 Xidmət Mərkəzi Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, ödənilmiş dövlət rüsumunun iddiaçılara geri qaytarılması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsi (hakim Fərid Əliyev) ilə, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 məxsus ünvan 4 ünvanındakı 0,0979 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 287 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 məxsus ünvan 4 ünvanındakı 0,0979 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 287 kv.m. olan fərdi yaşayış evinə qanunsuz müdaxiləsinə son qoyulması, ödənilmiş dövlət rüsumunun İddiaçı3 aid edilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan ikinci iş üzrə Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, qətnamədən narazı qalan cavabdeh ikinci iş üzrə Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ikinci iş üzrə Cavabdeh4, eyni zamanda birinci iş üzrə İddiaçı1 nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ikinci iş üzrə Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə iddiaçı-ikinci iş üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs lpo "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə birinci iş üzrə cavabdeh-ikinci iş üzrə İddiaçı3, birinci iş üzrə iddiaçı-ikinci iş üzrə cavabdeh İddiaçı1, üçüncü şəxs X6 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunmalı və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 29/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətlərində barəsində şikayət verilən məhkəmə aktının qəbul edilmə tarixi göstərilməmişdir. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-nin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi şikayətin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Bundan əlavə, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər salınan zaman müəyyən edilir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayətdə apellyasiya şikayəti verən şəxslər hissəsində - Cavabdeh4, Cavabdeh3 və İddiaçı2 qeyd edilmiş, lakin şikayət yalnız Cavabdeh3 tərəfindən imzalanmış və digər şəxslər tərəfindən imzalanmamışdır. Eyni zamanda, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər salınan zaman müəyyən edilir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayətdə apellyasiya şikayəti verən şəxslər hissəsində - Cavabdeh4, Cavabdeh3 və İddiaçı2 qeyd edilmiş, lakin şikayət yalnız Cavabdeh4 tərəfindən imzalanmış və digər şəxslər tərəfindən imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikasının MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 363-cü maddəsinin tələblərini, yəni apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını nəzərə alaraq hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri geri qaytarılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1824/2024 nömrəli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunsun. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri Azərbaycan Respublikasının MPM-in 364-cü maddəsinin tələblərinin yoxlanılması üçün Tovuz Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar