Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1829/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment məbləğinin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(076)-1100/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 04 fevral 2012-ci il tarixdə Ceyhun adlı uşaqları doğulmuşdur.
2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1375/2020 saylı qətnaməsinin surətindən görünür ki, 04 fevral 2012-ci il tarixdə doğulmuş Ceyhun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. 21.02.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir.
4. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından 24 oktyabr 2016-cı il tarixdə Ömər və 20 iyun 2018-ci il tarixdə Röyal adlı uşaqları doğulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 04 fevral 2012-ci il tarixdə doğulmuş Ceyhun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləği həddində müəyyən edilməsi, habelə ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 04 fevral 2012-ci il tarixdə Ceyhun adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaqlar onun yanında qalmışdır. Hazırda da uşaqlar onun yanında yaşayır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ azyaşlı uşağı saxlamaq üçün yetərli deyildir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşağın qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşağını tək başına saxlaya bilmir.
7. Cavabdeh iddia tələbinə dair briinci instansiya məhkəməsinə etiraz təqdim edərək, İddiaçı ona qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırmışdır ki, həmin iddia tələbinin heç bir hüququ əsası yoxdur. O iddiaçının iddiasını qəbul etmir. Belə ki, İddiaçı ilə birgə nikah dövründə 04 fevral 2012-ci il təvəllüdlü X5 adlı 1 (bir) övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə onlar xeyli vaxtır ki ayrı yaşayırlar və rəsmi olaraq ayrılmışlar. Ayrıldıqları müddətdən çox sonra Şəmkir Rayon Məhkəməsinin 2020-ci il tarixli, 2(076)-1375/2020 saylı qətnaməsi ilə övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İndi isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaxşı qazanc əldə etdiyi üçün ona qarşı yenidən alimentin artırılması tələbinə azyaşlı övladının saxlanılması üçün hər ay bir uşaq üçün 220 manat məbləğində aliment verə biləcəyini qeyd edir. Lakin, iddiaçının iddia etdiyi məbləği o hər ay ödəyə bilməyəcək. Çünki, aylıq gəliri sadəcə cəmi 170 manat alimenti ödəməyə kifayət edir. O hal-hazırda yenidən ailə qurmuş və yeni evliyliyindən xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı 2 (iki) övladı var. Övladlarından xx.xx.2018-ci il təvəllüdlü X6 anadan gəlmə xəstədir və onun müalicələri davamlı olunmalıdır. İddiaçı isə onun ailə qurmağından məlumatı var və ona qərəzli olaraq iddia qaldırıb. O rəsmi olaraq heç bir yerdə işləmir. Adına heç bir daşınar və ya daşınmaz əmlak yoxdur.
9. Şəmkir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(076)-1100/2023 nömrəli qətnaməsi (hakim Taleh Musayev) ilə iddianın qismən təmin edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 04 fevral 2012-ci il tarixdə doğulmuş Ceyhun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1375/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh X3 alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan təmin edilməsi, Cavabdeh 41,6 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına, 50 (əlli) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə iddianı qismən təmin edərkən onunla əsaslandırmışdır ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı 04 fevral 2012-ci il tarixdə doğulmuş Ceyhun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə evlənmiş və ikinci evliliyindən iki nəfər uşaqları doğulmuşdur. Belə olan halda alimentin miqdarının 220 manat məbləğində müəyyən edilməsi digər uşaqların da mənafeyinə ziddir və cavabdehin vəziyyətini daha da ağırlaşdırır.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə istinad etmiş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu bəndlərinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 216-220, 235 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 04 may 2023cü il tarixli, 2(076)-1100/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini və aliment məbləğinin artırılaraq 220 manat sabit pul məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, azyaşlı uşağın maddi ehtiyaclarını qarşılaya bilmir. Həmçinin, 2023-cü ildə yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edildiyi halda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 180 manat aliment azyaşlı uşağın saxlanması üçün kifayət edə bilər. Məhkəmə qətnaməsi ilə uşağın minimum dolanacaq xərclərindən az olan məbləğdə aliment müəyyən edilmiş, hazırda isə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yetkinlik yaşına çatmamış uşağının getdikcə artan tələbatlarını ödəməkdə çox çətinlik çəkir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, oğlu Ceyhunun 11 yaşı vardır. Uşaq böyüdükcə xərcləri də artır, uşağın saxlanması ilə bağlı gündəlik qayğılar onun üzərinə düşür. O, ağır maddi ehtiyac içində yaşayır, çox çətinlik çəkir. Cavabdeh isə geniş imkana malik olmaqla uşağı ilə heç maraqlanmır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, aliment məbləğinin hər ay 220 manat sabit pul məbləğində təyin edilməsini xahiş etmişdir.
16. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, Məhkəmə Kollegiyasına teleqramma vuraraq apellyasiya şikayətinin təmin edilməməsini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir . Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
18. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
22. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
24. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
25. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır
26. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
27. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
30. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız təyin edilmiş alimentin miqdarını mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(076)- 1100/2023 nömrəli qətnaməsi - 04 fevral 2012-ci il tarixdə doğulmuş Ceyhun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1375/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilməsi - hissəsində dəyişdirilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1375/2020 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 04 fevral 2012-ci il təvəllüdlü X1 üçün hər ay tutulan alimentin miqdarının dəyişdirilərək 200 manat məbləğdə müəyyən edilməsi qət edilməlidir.
41. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 04 fevral 2012-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Daha sonra ailədaxili narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2732/2019 saylı qətnaməsi ilə, 04 fevral 2012-ci il tarixdə doğulmuş Ceyhun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 145 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Lakin, daha sonra təyin edilmiş aliment məbləği azyaşlı uşağın saxlanması üçün kifayət etmədiyi üçün iddia məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2732/2019 saylı qətnaməsi ilə, 04 fevral 2012-ci il tarixdə doğulmuş Ceyhun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda həmin məbləğdə aliment uşağın saxlanması üçün yetərli deyildir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmir.
42. Yuxarıda sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda Ceyhun adlı uşaq üçün ödənilən 170 manat aliment, müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Ceyhun adlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır.
43. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğininin artırılmasının mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarını düzgün müəyyən etməmişdir.
45. Məhkəmə kollegiyası, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 200 manat sabit pul məbləğində aliment müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.
46. Uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi).
47. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.
48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 360 manat təşkil edir.
49. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(076)-1100/2023 nömrəli qətnaməsi - 04 fevral 2012-ci il tarixdə doğulmuş Ceyhun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1375/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilməsi - hissəsində dəyişdirilsin və bir uşağa görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.