Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1901/2024 05.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Bərdə rayonu Əliyanlı kənd sakinləri Cavabdeh2 938 manat ona ödənməli olan borc pulun və Cavabdeh1 65 manat ona ödənməli olan borc pulun, həmçinin məhkəmə üçün ödənilən 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadı ilə (hakim Z.Abdullayev) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun iddia tələbi irəli sürdüyü şəxslər qardaşdırlar və eyni ünvanda qeydiyyatdadırlar. O, hər iki qardaşa eyni mal satışından irəli gələn pul tələbi irəli sürmüşdür. O, Zabilə görə digər qardaşı Teymura nisyə mal vermişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadı tam, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadı qismən, yəni İddiaçı Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-cü maddəsinin tələblərinə riayət olunmaması əsası ilə geri qaytararaq, öz qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlərə qarşı yönəlmiş tələblər bir-biri ilə əlaqəli deyildir və İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Lakin məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı, ondan alınan pulların qaytarılmaması barədə yaranmış olan borc pul tələbi ilə bağlı iddia qaldırmışdır. Bundan da əlavə, cavabdehlərin daimi qeydiyyat ünvanları Bərdə rayonu Əliyanlı kəndidir. Birinci instansiya məhkəməsi isə ərazi aidiyyəti qaydalarına uyğun olaraq verilmiş iddia ərizəsini geri qaytarmış və bununla da, prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə uyğun olaraq, hər bir cavabdehə qarşı yönələn tələbi dəqiq ifadə etmiş, cavabdehılər qardaşdırlar və eyni ünvanda yaşayırlar ki, bu baxımdan birinci instansiya məhkəməsi iddianı yuxarıda qeyd edilən əsaslarla geri qartarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadı tam, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadı qismən, yəni İddiaçı Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadı tam, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2754/2024 saylı qərardadı qismən, yəni İddiaçı Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 2754/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1901/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1901/2024
05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver