Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1909/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlundan və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X1 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-611/2023 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Hümbət qızına qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cehiz əşyalarının özlərinin və ya dəyərlərinin, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-611/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Musayev) iddiası qismən təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-611/2023 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yalnız cavabdehin qəbul etdiyi hissəsində təmin etməklə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə tərəfindən onun əşyalarının cavabdehə məxsus olan evdə qalması və cavabdehin həmin əşyalara qanunsuz sahiblik etməsi müəyyən edilmişdir. Lakin buna baxmayaraq məhkəmə ondan heç bir sübutu qəbul etməmiş və şahidlərin dindirilməsini təmin etməmişdir.Cehiz əşyalarını özündə əks etdirək CD disk və şəkillərdən aydın görünür ki, onun iddia ərizəsində göstərdiyi cehiz əşyaları həqiqətən də cavabdehin evindədir. İş üzrə Cavabdeh Hümbət qızına işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında yazılı ərizə təqdim edərək, özünə məxsus olan cehiz əşyalarını götürdüyünü, ona görə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-611/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini göstərməklə, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili X2 məhkəmə kollegiyasının iclasında yazılı ərizədə göstərilənlərə uyğun izahat verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 611/2023 saylı qətnaməsindən verilən apellyasiya şikayətindən imtina etdiklərini, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(076)-611/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsindən görünür ki, o, özünə məxsus olan cehiz əşyalarını götürdüyünü, ona görə də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(076)-611/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(076)-611/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-611/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1909/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1909/2023
05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver