Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1929/2025 24.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Rübabə Nuru qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Rübabə Nuru qızına qarşı aliment tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(040)-973/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2014-cü il tarixli, AZ- İİİ № 254019 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01 avqust 2010-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, X1r.
2. Rusiya Federasiyası Novqorod vilayəti Boroviçi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 sentyabr 2012-ci il tarixli, İ-ДЛ № 628265 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 avqust 2012-ci il tarixdə anadan olmuşdur. X1r.
3. Rusiya Federasiyası Novqorod vilayəti Boroviçi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 sentyabr 2016-cı il tarixli, İ-ДЛ № 679699 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 avqust 2016-cı il tarixdə anadan olmuşdur. X1r.
4. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-819/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsini surətindən görünür, iddia təmin edilərək, cavabdeh X3 24 avqust 2012-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş X5 və 26 avqust 2016-cı il tarixdə Rusiya Federasiyasında doğulmuş X4 atasının iddiaçı-07 yanva 1985-ci ildə Azərbaycan Respublikasının İlyaslar kəndində doğulmuş İddiaçı olması müəyyən edilməsi qət edilmişdir.
5. Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli, AZ-İ № 422108 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 arasında olan nikaha 31 yanvar 2023-cü il tarixdə xaitam verilmişdir.
6. Goranboy 1 saylı mediasiya təşklatı tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırki mübahisə ilə bağlı mediasiya prosessi baş tutmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Rübabə Nuru qızına qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Rübabə Nuru qızından 01 avqust 2010-cu ildə doğulmuş Heydar, 24 avqust 2012-ci ildə doğulmuş Nuray və 26 avqust 2016-cı ildə doğulmuş Elvira adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından 01 avqust 2010-cu ildə X10, 24 avqust 2012-ci ildə X9 və 26 avqust 2016-cı ildə X7 adlı üç övladları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah pozulmuş və artıq uzun illərdir ki, ayrı yaşayırlar. Kəlbəcər Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(040)-819/2022 saylı qətnaməsi ilə o, 24 avqust 2012-ci ildə doğulmuş X9 və 26 avqust 2016-cı ildə doğulmuş X7 adlı uşaqların atası hesab edilmiş və uşaqların hər üçünün onun himayəsində saxlanması qət edilmişdir. Həmin vaxtdan indiyədək uşaqlara özü baxır. Cavabdeh isə uşaqları ilə maraqlanmır, eləcədə onların saxlanılması üçün maddi köməklik göstərmir. Uşaqlarına hərtərəfli qayğı göstərməyə çalışsada, lakin uşaqların gündəlik artan tələbatları və hazırki dövr üçün qiymət artımı müəyyən çətinlik yaradır. Halbu ki, cavabdeh də bir valideyn kimi uşaqlarına baxmağa borcludur,
9. Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(040)-973/2025 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddianın rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 217.4 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdehin aliment ödəməyə maddi imkanının olmamasına dair sübutlar olmadığı halda məhkəmə iddianı rədd etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 200 manat əmək haqqı alır. 5 ildir ki, 3 uşağa tək baxıram. Maddi vəziyyəti aşağıdır. Cavabdeh isə uşaqların saxlanılmasında ona köməklik göstərmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Rübabə Nuru qızı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
19. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
23. Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
24. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
Apellyasiya baxışının hədləri
30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə cavabdeh Rübabə Nuru qızının faktiki nikahlarından 01 avqust 2010-cu ildə Heydar, 24 avqust 2012-ci ildə Nuray və 26 avqust 2016-cı ildə Elvira adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmış, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 819/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 24 avqust 2012-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş X5 və 26 avqust 2016-cı il tarixdə Rusiya Federasiyasında doğulmuş X4 atasının İddiaçı olması müəyyən edilmişdir. İddiaçı uşaqlar baxmaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir. Yuxarıdada qeyd olunduğu kimi qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsasslıdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsasdır və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
37. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Yuxarıdada qeyd olunduğu kimi İddiaçı 01 avqust 2010-cu il təvəllüdlü Heydar, 24 avqust 2012-ci il təvəllüdlü Nuray və 26 avqust 2016-cı il təvəllüdlü Elvira adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Rübabə Nuru qızından aliment tələb edir. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi Ailə Məcəlləsinin 12 və 13-cü fəsllərində öz əksini tapan müddəalar nəzərdən keçirilə bilər və həmin normalar bu qətnamənin 18-21-ci bəndlərində öz əksini tapmışdır.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ var. Valideyinlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyır.
40. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmlak vəziyyəti, həmçinin cavabdehdən alimentin tutulması üçün əsas ola biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə belə bir nəticəyə gəlsədə, lakin heç bir araşdırma aparmamışdır. Halbu ki, bu məlumatları birinci instansiya məhkəməsi “Elektron məhkəmə” informasiya sistemindən əldə edə bilərdi.
41. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları, mübahisənin həllinə tətbiq edilməli olan qanunvericilik normaları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
42. Belə ki, apellyasiya icraatı zamanı “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, cavabdeh Rübabə Nuru qızı əmək müqaviləsi üzrə "xxxx" MMC-də satıcı-nəzarətçi, kassir vəzifəsində işləyir və əmək haqqı 407 manatdır. İddiaçı isə "xxxx" MMC-də işləyir və əmək haqqısı 200 manatdır.
43. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 24 noyabr 2024-cü il tarixli Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur.
44. 2025-ci il üzrə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği isə 400 manat müəyyən olunmuşdur.
45. İddiaçı X11 cavabdehdən hər uşaq üçün 100 manat aliment tələb etsədə kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi cavabdehin aylıq əmək haqqı 407 manatdır. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu isə 2025-ci il üzrə 305 manat müəyyən edilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli miqdarında cavabdehdən aliment tutulub iddiaçıya verilməlidir.
46. Sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(040)- 973/2025 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Rübabə Nuru qızına qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, 01 avqust 2010-cu il təvəllüdlü X10, 24 avqust 2012-ci il təvəllüdlü X9 və 26 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə 25 iyun 2025-ci il tarixdən başlayaraq hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində aliment cavabdeh Rübabə Nuru qızından tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
48. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 373, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(040)-973/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Rübabə Nuru qızına qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. 01 avqust 2010-cu il təvəllüdlü X10, 24 avqust 2012-ci il təvəllüdlü X9 və 26 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə 25 iyun 2025-ci il tarixdən başlayaraq hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,10 misli həddində aliment cavabdeh Rübabə Nuru qızından tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.