Məhkəmə qərarları › İş №2(104)-2012/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2012/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2012/2024 05.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: cehiz əşyalarının qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(013)-1332/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 05 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2487/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə qeydə alınmış nikahın pozulması, xx.xx.2017-ci il tarixdə anadan olmuş Elmir adlı uşağın İddiaçı, xx.xx.2009-cu il tarixdə anadan olmuş Tuqay adlı uşağın atası Cavabdeh himayəsində saxlanılması qət edilmişdir;

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 155 adda cehiz əşyasının və ödənilmiş dövlət rüsumunun əvəzi 100 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 169 adda cehiz əşyasının, aşkar edilməyən 82 adda əşyanın dəyəri 12642 manat vəsaitin və ödənilmiş 130 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Bundan sonra cavabdehə məxsus Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki ünvana gəlin köçmüşdür. Daha sonra 2018-ci ilin mart ayında cavabdehə məxsus Bakı şəhəri X1 Əhmədov küçəsində yerləşən 22A saylı binanın 69 nömrəli mənzilinə cehiz və şəxsi əşyaları ilə köçmüşdür. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmış və məhkəmə qətnaməsinə əsasən onlar arasındakı nikah pozulmuşdur. Gəlin köçərkən özünə məxsus cehiz əşyalarını cavabdehin evinə yerləşdirmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(013)-31/2023 saylı müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad əsasında cavabdehin yaşadığı mənzildəki ona məxsus əşyalar siyahıya alınmış və həmin əşyaların özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Qərardadın icrası zamanı ona məxsus cehiz əşyaları icra məmuru tərəfindən siyahıya alınmış və həmin zaman mənzildə ərizədə qeyd olunan əşyalardan başqa əşyalar olması aşkar edilmişdir. Həmin əşyalar da icra məmuru tərəfindən siyahıya alınmışdır. Buna baxmayaraq, cavabdeh həmin cehiz əşyalarını ona qaytarmaqdan imtina etmişdir. Cehiz əşyaları aşağıdakılardır: bir ədəd yataq dəsti, bir ədəd «Samsung» markalı soyuducu, bir ədəd TV altlığı, yataq otağı üçün bir ədəd çilçıraq, bir ədəd uzun xalça, iki ədəd yumru xalça, dörd ədəd xrustal bakal, on iki ədəd bənövşəyi bakal dəsti, bir ədəd qırmızı farfor servis, luminarq boşqab su bakalı dəsti tam, bir ədəd xrustal güldan, bir ədəd ayaqlı vaza lepkalı, bir dəst qırmızı kasa, bir ədəd üçmərtəbəli qab, bir ədəd güldan, bir ədəd qara qısa kurtka, bir ədəd çəhrayı bəzəkli (milla) ayaqqabı, bir ədəd solo pasanoşka, bir ədəd canro pasanoşka, topshop pasanoşka, iki ədəd VİP ART pasanoşka, bir ədəd açıq yaşıl ayaq idman geyimi, bir ədəd bənövşəyi pasanoşka, bir ədəd göy güllü baletka, bir ədəd ağ vetnamka, bir ədəd pernica sabo ayaqqabı, bir ədəd qara tozsoran, bir ədəd qızılı tiqrovu ayaq idman geyimi, bir ədəd zaker boletka, bir ədəd göy ayaqqabı, bir ədəd asos ayaqqabı, bir ədəd cellat spring kablok, bir ədəd uşaq çarpayısı, bir ədəd qara ağ ayaq idman geyimi, iki ədəd qara çətir, bir ədəd güllü çətir, bir ədəd ağ güllü çətir, yeddi ədəd ayaqqabı, bir ədəd bordo tüklü jilet, bir ədəd true üst geyimi, bir ədəd yaşıl mexli gödəkçə, bir ədəd cibləri güllü pencək (bir ədəd qızılı plaş), bir ədəd ağ həkim xalatı, bir ədəd tiqrovu ayaq idman geyimi, bir ədəd ağ qara ayaq idman geyimi, bir ədəd qara qırmızı çanta, bir ədəd bordo laklı çanta, bir ədəd açıq yaşıl çanta, bir ədəd ağ şanel çanta, bir ədəd pudra rəng çanta, bir ədəd qara plaş materiallı çanta, bir ədəd qara laklı çanta, bir ədəd narıncı çanta, bir ədəd sarı-qara laklı çanta, bir ədəd qara uzun əlcək, bir ədəd qızılı çanta, iki ədəd sarı çanta, bir ədəd qara yol əl çantası, bir ədəd polo ayaq idman geyimi, bir ədəd ağ təzə tərlik (bir ədəd ağ ayaq idman geyimi), bir ədəd qara sapaşki, iki ədəd ağ baletka ayaqqabı, bir ədəd bordo nabuk sapaşki, üç ədəd ağ setkalı ayaq idman geyimi, bir ədəd ağ təzə ayaq idman geyimi, bir ədəd göy rəngli ayaq idman geyimi, bir ədəd göy tüklü çanta, bir ədəd boz laklı çəkmə, bir ədəd buxar ayaqqabı masaj, bir ədəd dəst gilənarı rəngdə divan üstü, altmış ədəd şərf, on bir ədəd əlcək, iki ədəd nazik papaq, bir ədəd qara Polşa istehsalı köynək, bir ədəd qırmızı şortik, bir ədəd qara «desnli» qısaqol kofta, bir ədəd boğazlı qısaqol tiqrovu kofta, bir ədəd qırmızı bəzəkli yubka, bir ədəd qara yaşıl köynək, bir ədəd ağ şalvar, bir ədəd göy yubka, bir ədəd gümüşü yubka, bir ədəd narıncı şalvar, bir ədəd göy kombinzon, bir ədəd bənövşəyi yubka, bir ədəd qara yubka, bir ədəd qara don (Donna urbana), bir ədəd tiqrovu yubka, bir ədəd boz kapri ev üçün, bir ədəd göy yubka, bir ədəd qara krem don, iki ədəd ağ-qara mayka, bir ədəd qırmızı şalvar, bir ədəd narıncı yubka, bir ədəd puma gödəkçə, bir ədəd mavi damalı kofta, bir ədəd ağ qara don, bir ədəd manqo şortik, yeddi ədəd kofta, iki ədəd şortik, on bir ədəd sarafan, iki ədəd şalvar kofta dəsti, bir ədəd uşaq odeyalı, bir ədəd yaşıl pokrıval, bir ədəd mavi odeyal, üç ədəd divan üstü, üç ədəd təzə postel dəsti, bir ədəd setkalı odeyal, bir ədəd asos pasanoşka, bir ədəd polo eynək, bir ədəd qara boletka, bir ədəd qara üst jileti, otuz bir ədəd geyim dəsti, bir ədəd əlcək, iki ədəd yelpik, bir ədəd «kristian dior» eynək, beş ədəd eynək, altı ədəd kəmər, on səkkiz ədəd süfrə, dörd ədəd əl-üz dəsmalı, doqquz ədəd qol saatı, on bir ədəd bijuteriya, bir ədəd pudra rəngli gödəkçə, bir ədəd ağ jiletka, bir ədəd boz gödəkçə, bir ədəd göy plaş, bir ədəd qızılı uzun gödəkçə, bir ədəd divar saatı, üç ədəd lampa, bir ədəd stolüstü saat, bir ədəd pasanoşka, bir ədəd bağlı xalça, bir ədəd kuxnada yaşıl vaza, bir ədəd kofe dəsti ayaqlı, bir ədəd kofe dəsti albalı rəngdə, on iki ədəd xrustal su bakalları, iki ədəd qoz fındıq qabı, on iki ədəd razetka, bir ədəd rozvu tort qabı, bir ədəd xrustal tort qabı, bir ədəd dəst (sel Home ağ güy çay dəsgahı dəsti), bir ədəd mozaika qab, iki ədəd qırağı zərli boşqab, bir ədəd çaşka dəsti ağ göy (6 nəfərlik), bir ədəd karaoke servis, bir dəst yeni il yastıq üzləri, bir ədəd ütü stolu, bir ədəd nərdivan, bir ədəd kamera, bir ədəd xalça yumru yaşıl, bir ədəd göy rəngdə bagema lepkalı, iki ədəd bagema lepkalı kanfet qabı, bir ədəd böyük kasa qırmızı, bir ədəd qırmızı maskura, iki ədəd çaydan, bir ədəd zolaqlı çətir, bir ədəd bıçaq dəsti, otuz ədəd jaket kofta, on bir ədəd lasin, altı ədəd idman dəsti, bir ədəd göy çanta, iki ədəd qara çanta, beş ədəd suvenir mükafat, üç ədəd jaket, otuz ədəd bijuteriya ödüllər (təltiflər), uşaqlıq şəkilləri albomu, iş avadanlıqları olan üç ədəd bağlama, bir qutu ofis ləvazimatlarının natura şəklində alınaraq verilməsi, aşkar edilməyən 82 adda əşyanın – vaza (konfet və mürəbbə qabı 8 cüt), qaşıq və bıçaq dəsti (ARCHİ brendi), saat qabı 12-li (çemodan mini), Chloe eynək qutuda yeni, sini adidas üçlü sport dəsti, vaza güldan qutuda (Nachtman), ayaqlı kofe dəsti (çaşka-nəlbəki), yaşıl balonka qısa, yaşıl balonka, yaşıl balonka iki ədəd (yeni), qara platye təzə qollar şifon, qara şifon uzun platye, cins platye təzə uzun, platye ipekyol tünd göy təzə, bordo uzun nabuk sapojki, təzə qara saat (yeni), təzə kosmetik vasitələr (mağazadan gələnlər), bənövşəyi şalvar, göy-ağ idman dəsti dörd ədəd, göy köynək iki ədəd (biri təzə), karaca çaydan (şüşə), kişi sviterləri altı ədəd magazadan gələn (hamısı yeni), xrustal stəkan (çay), xrustal stəkan (armudu), zərli nəlbəki böyük, nəlbəki armudu, sabo bej rəng (Bambi), yaşıl noutbook, xrustal stəkan Çexiya istehsalı on iki ədəd, ağ-qara ayaqqabı (yay ayaqqabısı), qızıl suyuna salınmış qaşıqlar və vilkalar: iyirmi dörd ədəd xörək qaşığı, iyirmi dörd çay qaşığı, iyirmi dörd vilka (yeni), tort lapatka iki ədəd (nabordan başqa), şipsi desert üçün dörd ədəd, qara çanta zəncirli (Elle), boğazlı qış dəsti altı ədəd (iki yaşıl, iki mavi, iki koral), yeni il yastıq üzləri dekor altı ədəd, sport dəst boz-siren, qara sumka koton, qara paltar qaşlı (Philph Plain), Mc.Q bəyaz platye, şokolad rəng təzə sapojki, təzə nabor padnos dörd ədəd, təzə çay dəsti qutuda (Arcoroc), bəyaz çay dəsti 6-lı (Arcoroc), meyvə qabı ayaqlı kənarı setka, meyvə qabı böyük çəhrayı, tort qabı ayaqlı böyük şəffaf, tort qabı ayaqlı böyük çəhrayı və süfrə, zərli boşqab on iki ədəd böyük-balaca, qara şalvar iki ədəd (dilvin), yun fiquralar beş ədəd, təzə ev geyimləri otuz bir ədəd dəst, bir çemodan, ütü stolu, ütü, sok maşını, multiverka, ət maşını, çay dəsti iki ədəd bulud, altı ədəd boşqab, altı nəlbəki, altı ədəd nəlbəki (Sel Home), sumka çəhrayı təzə, sumka bej, sumka bej (yeni), ayaqqabı ağ təzə, ayaqqabı tiqrovı, sviter sini-ağ, eynək asos ikili təzə (optik və gün üçün), sviter ağ-bej asos təzə, asos qara klassik şalvar, asos bəyaz şalvar, bantikli bej tufli, bej sumka, bantikli qara tufli, eynək aksesuarı qızılı zəncir təzə, qara pasanojka təzə (asos), qara çanta asos təzə, mavi eynək asos, angel eynək asos, bez balonka palto, ağ balonka jilet, ev nərdivanı, pastel dəsti on iki ədəd təzə, pokrıval altı ədəd (5-i təzə), təzə qab qapaqlı dörd ədəd qutuda - 12642 manat dəyərində.

5. Ağdam Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(013)-1332/2024 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia qismən təmin edilərək, Cavabdeh bir ədəd yataq dəsti, bir ədəd «Samsung» markalı soyuducu, bir ədəd TV altlığı, yataq otağı üçün bir ədəd çilçıraq, bir ədəd uzun xalça, iki ədəd yumru xalça, dörd ədəd xrustal bakal, on iki ədəd bənövşəyi bakal dəsti, bir ədəd qırmızı farfor servis, luminarq boşqab su bakalı dəsti tam, bir ədəd xrustal güldan, bir ədəd ayaqlı vaza lepkalı, bir dəst qırmızı kasa, bir ədəd üçmərtəbəli qab, bir ədəd güldan, bir ədəd qara qısa kurtka, bir ədəd çəhrayı bəzəkli (milla) ayaqqabı, bir ədəd solo pasanoşka, bir ədəd canro pasanoşka, topshop pasanoşka, iki ədəd VİP ART pasanoşka, bir ədəd açıq yaşıl ayaq idman geyimi, bir ədəd bənövşəyi pasanoşka, bir ədəd göy güllü baletka, bir ədəd ağ vetnamka, bir ədəd pernica sabo ayaqqabı, bir ədəd qara tozsoran, bir ədəd qızılı tiqrovu ayaq idman geyimi, bir ədəd zaker boletka, bir ədəd göy ayaqqabı, bir ədəd asos ayaqqabı, bir ədəd cellat spring kablok, bir ədəd uşaq çarpayısı, bir ədəd qara ağ ayaq idman geyimi, iki ədəd qara çətir, bir ədəd güllü çətir, bir ədəd ağ güllü çətir, yeddi ədəd ayaqqabı, bir ədəd bordo tüklü jilet, bir ədəd true üst geyimi, bir ədəd yaşıl mexli gödəkçə, bir ədəd cibləri güllü pencək (bir ədəd qızılı plaş), bir ədəd ağ həkim xalatı, bir ədəd tiqrovu ayaq idman geyimi, bir ədəd ağ qara ayaq idman geyimi, bir ədəd qara qırmızı çanta, bir ədəd bordo laklı çanta, bir ədəd açıq yaşıl çanta, bir ədəd ağ şanel çanta, bir ədəd pudra rəng çanta, bir ədəd qara plaş materiallı çanta, bir ədəd qara laklı çanta, bir ədəd narıncı çanta, bir ədəd sarıqara laklı çanta, bir ədəd qara uzun əlcək, bir ədəd qızılı çanta, iki ədəd sarı çanta, bir ədəd qara yol əl çantası, bir ədəd polo ayaq idman geyimi, bir ədəd ağ təzə tərlik ( bir ədəd ağ ayaq idman geyimi), bir ədəd qara sapaşki, iki ədəd ağ baletka ayaqqabı, bir ədəd bordə nabuk sapaşki, üç ədəd ağ setkalı ayaq idman geyimi, bir ədəd ağ təzə ayaq idman geyimi, bir ədəd göy rəngli ayaq idman geyimi, bir ədəd göy tüklü çanta, bir ədəd boz laklı çəkmə, bir ədəd buxar ayaqqabı masaj, bir ədəd dəst gilənarı rəngdə divan üstü, altmış ədəd şərf, on bir ədəd əlcək, iki ədəd nazik papaq, bir ədəd qara Polşa istehsalı köynək, bir ədəd qırmızı şortik, bir ədəd qara «desnli» qısaqol kofta, bir ədəd boğazlı qısaqol tiqrovu kofta, bir ədəd qırmızı bəzəkli yubka, bir ədəd qara yaşıl köynək, bir ədəd ağ şalvar, bir ədəd göy yubka, bir ədəd gümüşü yubka, bir ədəd narıncı şalvar, bir ədəd göy kombinzon, bir ədəd bənövşəyi yubka, bir ədəd qara yubka, bir ədəd qara don (Donna urbana), bir ədəd tiqrovu yubka, bir ədəd boz kapri ev üçün, bir ədəd göy yubka, bir ədəd qara krem don, iki ədəd ağ qara mayka, bir ədəd qırmızı şalvar, bir ədəd narıncı yubka, bir ədəd puma gödəkçə, bir ədəd mavi damalı kofta, bir ədəd ağ qara don, bir ədəd manqo şortik, yeddi ədəd kofta, iki ədəd şortik, on bir ədəd sarafan, iki ədəd şalvar kofta dəsti, bir ədəd uşaq odeyalı, bir ədəd yaşıl pokrıval, bir ədəd mavi odeyal, üç ədəd divan üstü, üç ədəd təzə postel dəsti, bir ədəd setkalı odeyal, bir ədəd asos pasanoşka, bir ədəd polo eynək, bir ədəd qara boletka, bir ədəd qara üst jileti, otuz bir ədəd geyim dəsti, bir ədəd əlcək, iki ədəd yelpik, bir ədəd «kristian dior» eynək, beş ədəd eynək, altı ədəd kəmər, on səkkiz ədəd süfrə, dörd ədəd əl-üz dəsmalı, doqquz ədəd qol saatı, on bir ədəd bujiteriya, bir ədəd pudra rəngi gödəkçə, bir ədəd ağ jiletka, bir ədəd boz gödəkçə, bir ədəd göy plaş, bir ədəd qızılı uzun gödəkçə, bir ədəd divar saatı, üç ədəd lampa, bir ədəd stolüstü saat, bir ədəd pasanoşka, bir ədəd bağlı xalça, bir ədəd kuxnada yaşıl vaza, bir ədəd kofe dəsti ayaqlı, bir ədəd kofe dəsti albalı rəngdə, on iki ədəd xrustal su bakalları, iki ədəd qoz fındıq qabı, on iki ədəd razetka, bir ədəd rozvu tort qabı, bir ədəd xrustal tort qabı, bir ədəd dəst (sel) Home ağ güy çay dəsgahı dəsti), bir ədəd mozaika qab, iki ədəd qırağı zərli boşqab, bir ədəd çaşka dəsti ağ göy (6 nəfərlik), bir ədəd karaoke servis, bir dəst yeni il yastıq üzləri, bir ədəd ütü stolu, bir ədəd nərdivan, bir ədəd kamera, bir ədəd xalça yumru yaşıl, bir ədəd göy rəngdə bagema lepkalı, iki ədəd bagema lepkalı kanfet qabı, bir ədəd böyük kasa qırmızı, bir ədəd qırmızı maskura, iki ədəd çaydan, bir ədəd zolaqlı çətir, bir ədəd bıçaq dəsti, otuz ədəd jaket kofta, on bir ədəd lasin, altı ədəd idman dəsti, bir ədəd göy çanta, iki ədəd qara çanta, beş ədəd suvenir mükafat, üç ədəd jaket, otuz ədəd bijuteriya ödüllər (təltiflər), uşaqlıq şəkilləri albomu, iş avadanlıqları olan üç ədəd bağlama, bir qutu ofis ləvazimatları natura şəklində və ödənilmiş dövlət rüsumu əvəzində 130 (yüz otuz) manat alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan - 82 adda əşyanın – vaza (konfet və mürəbbə qabı 8 cüt), qaşıq və bıçaq dəsti (ARCHİ brendi), saat qabı 12-li (çemodan mini), Chloe eynək qutuda yeni, sini adidas 3-lü sport dəsti, vaza güldan qutuda (Nachtman), ayaqlı kofe dəsti (çaşka-nəlbəki), yaşıl balonka qısa, yaşıl balonka, yaşıl balonka iki ədəd (yeni), qara platye təzə qollar şifon, qara şifon uzun platye, cins platye təzə uzun, platye ipekyol tünd göy təzə, bordo uzun nabuk sapojki, təzə qara saat (yeni), təzə kosmetik vasitəllər (mağazadan gələnlər), bənövşəyi şalvar, göy-ağ idman dəsti dörd ədəd, göy köynək iki ədəd (biri təzə), karaca çaydan (şüşə), kişi sviterləri altı ədəd magazadan gələn (hamısı yeni), xrustal stəkan (çay), xrustal stəkan (armudu), zərli nəlbəki böyük, nəlbəki armudu, sabo bej rəng (Bambi), yaşıl noutbook, xrustal stəkan Çexiya istehsalı on iki ədəd, ağ-qara ayaqqabı (yay ayaqqabısı), qızıl suyuna salınmış qaşıqlar və vilkalar: iyirmi dörd ədəd xörək qaşığı, iyirmi dörd çay qaşığı, iyirmi dörd vilka (yeni), tort lapatka iki ədəd (nabordan başqa), şipsi desert üçün dörd ədəd, qara çanta zəncirli (Elle), boğazlı qış dəsti altı ədəd (iki yaşıl, iki mavi, iki koral), yeni il yastıq üzləri dekor altı ədəd, sport dəst boz-siren, qara sumka koton, qara paltar qaşlı (Philph Plain), Mc.Q bəyaz platye, şokolad rəng təzə sapojki, təzə nabor padnos dörd ədəd, təzə çay dəsti qutuda (Arcoroc), bəyaz çay dəsti 6-lı (Arcoroc), meyvə qabı ayaqlı kənarı setka, meyvə qabı böyük çəhrayı, tort qabı ayaqlı böyük şəffaf, tort qabı ayaqlı böyük çəhrayı və süfrə, zərli boşqab on iki ədəd böyük-balaca, qara şalvar iki ədəd (dilvin), yun fiquralar beş ədəd, təzə ev geyimləri otuz bir ədəd dəst, bir çemodan, ütü stolu, ütü, sok maşını, multiverka, ət maşını, çay dəsti iki ədəd bulud, altı ədəd boşqab, altı nəlbəki, altı ədəd nəlbəki (Sel Home), sumka çəhrayı təzə, sumka bej, sumka bej (yeni), ayaqqabı ağ təzə, ayaqqabı tiqrovı, sviter sini-ag, eynək asos 2-li təzə (optik və gün üçün), sviter ağ-bej asos təzə, asos qara klassik şalvar, asos bəyaz şalvar, bantikli bej tufli, bej sumka, bantikli qara tufli, eynək aksesuarı qızılı zəncir təzə, qara pasanojka təzə (asos), qara çanta asos təzə, mavi eynək asos, angel eynək asos, bez balonka palto, ağ balonka jilet, ev nərdivanı, pastel dəsti on iki ədəd təzə, pokrıval altı ədəd (5-i təzə), təzə qab qapaqlı dörd ədəd qutuda - 12642 (on iki min altı yüz qırx iki) manat dəyərinin tələbinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 660.1-ci maddələrinə, həmçinin Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbinin təmin edilməmiş hissəsində mübahisə predmeti olan cehiz əşyaları onun mülkiyyətindədir və həmin əşyaların cavabdehin sahiblik və istifadəsində olması onun qanunla qorunan hüquqlarını pozur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, siyahıya alınmış əşyalardan başqa cavabdehin qanunsuz sahibliyində qeyd olunan əşyalar da qalmışdır. Həmin əşyalar siyahıya alınmadan sonra müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz sahibliyindədir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, müvəqqəti təminat tədbiri barədə qərardaddan sonra iddiaçı iddia həcminin artırılması ilə bağlı ərizə verib, çünki, iddiaçının bəzi əşyalarının uşağın otağında olduğu müəyyən edilib. Tərəflərin birgə ailə münasibətlərindən doğulmuş uşaqlardan biri iddiaçının, digəri isə cavabdehin himayəsindədir. Hazırda cavabdeh siyahıya alınmış əşyaların götürülməsi ilə bağlı hər hansı maneə yaratmır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus əşyaların hamısı evdədir və iddiaçı nə vaxt istəsə gəlib əşyaları apara bilər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, İddia tələbində göstərilən 82 adda əşya mövcud olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlaxılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

15. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

25. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər faktiki ailə qurmuşlar, xx.xx.2008-ci il tarixdə də nikahları qeydə alınmışdır. Onların birgə ailə münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü Elmir və xx.xx.2009-cu il təvəllüdlü Tuqay adlı uşaqları doğulmuşdur. Tərəflər ailə quran zaman iddiaçı cehiz əşyaları ilə birlikdə cavabdehə məxsus mənzilə gəlin köçmüşdür. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. İddiaçı ona məxsus cehiz əşyalarının cavabdehin yaşadığı evdə qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

28. Bu qətnamənin 24-cü bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində, yəni 82 adda cehiz əşyasına dair hissədə yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

29. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı tələb etdiyi cehiz əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq Cavabdeh tələb edir. Kollegiya bununla bağlı qanunvericliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

32. Bu baxımdan iddiaçıya məxsus cehiz əşyalarının qaytarılmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. Yoxlanılan hissədə mübahisə predmeti olan cehiz əşyalarının qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq ilk növbədə yoxlanılan hissədə mübahisə predmeti olan 82 adda, yəni vaza (konfet və mürəbbə qabı 8 cüt), qaşıq və bıçaq dəsti (ARCHİ brendi), saat qabı 12-li (çemodan mini), Chloe eynək qutuda yeni, sini adidas üçlü sport dəsti, vaza güldan qutuda (Nachtman), ayaqlı kofe dəsti (çaşka-nəlbəki), yaşıl balonka qısa, yaşıl balonka, yaşıl balonka iki ədəd (yeni), qara platye təzə qollar şifon, qara şifon uzun platye, cins platye təzə uzun, platye ipekyol tünd göy təzə, bordo uzun nabuk sapojki, təzə qara saat (yeni), təzə kosmetik vasitələr (mağazadan gələnlər), bənövşəyi şalvar, göy-ağ idman dəsti dörd ədəd, göy köynək iki ədəd (biri təzə), karaca çaydan (şüşə), kişi sviterləri altı ədəd magazadan gələn (hamısı yeni), xrustal stəkan (çay), xrustal stəkan (armudu), zərli nəlbəki böyük, nəlbəki armudu, sabo bej rəng (Bambi), yaşıl noutbook, xrustal stəkan Çexiya istehsalı on iki ədəd, ağ-qara ayaqqabı (yay ayaqqabısı), qızıl suyuna salınmış qaşıqlar və vilkalar: iyirmi dörd ədəd xörək qaşığı, iyirmi dörd çay qaşığı, iyirmi dörd vilka (yeni), tort lapatka iki ədəd (nabordan başqa), şipsi desert üçün dörd ədəd, qara çanta zəncirli (Elle), boğazlı qış dəsti altı ədəd (iki yaşıl, iki mavi, iki koral), yeni il yastıq üzləri dekor altı ədəd, sport dəst boz-siren, qara sumka koton, qara paltar qaşlı (Philph Plain), Mc.Q bəyaz platye, şokolad rəng təzə sapojki, təzə nabor padnos dörd ədəd, təzə çay dəsti qutuda (Arcoroc), bəyaz çay dəsti 6-lı (Arcoroc), meyvə qabı ayaqlı kənarı setka, meyvə qabı böyük çəhrayı, tort qabı ayaqlı böyük şəffaf, tort qabı ayaqlı böyük çəhrayı və süfrə, zərli boşqab on iki ədəd böyük-balaca, qara şalvar iki ədəd (dilvin), yun fiquralar beş ədəd, təzə ev geyimləri otuz bir ədəd dəst, bir çemodan, ütü stolu, ütü, sok maşını, multiverka, ət maşını, çay dəsti iki ədəd bulud, altı ədəd boşqab, altı nəlbəki, altı ədəd nəlbəki (Sel Home), sumka çəhrayı təzə, sumka bej, sumka bej (yeni), ayaqqabı ağ təzə, ayaqqabı tiqrovı, sviter sini-ag, eynək asos 2-li təzə (optik və gün üçün), sviter ağ-bej asos təzə, asos qara klassik şalvar, asos bəyaz şalvar, bantikli bej tufli, bej sumka, bantikli qara tufli, eynək aksesuarı qızılı zəncir təzə, qara pasanojka təzə (asos), qara çanta asos təzə, mavi eynək asos, angel eynək asos, bez balonka palto, ağ balonka jilet, ev nərdivanı, pastel dəsti on iki ədəd təzə, pokrıval altı ədəd (5-i təzə), təzə qab qapaqlı dörd ədəd qutu adlı cehiz əşyalarının mövcudluğu, habelə iddiaçının mülkiyyətində olub-olmaması barədə araşdırma aparılmalıdır.

34. Yoxlanılan hissə də iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü ilkin iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir.

35. İşin halları bu aspektdə araşdırılarkən müəyyən olunur ki, sadalanan cehiz əşyalarının iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmır. Belə ki, iddiaçı həmin əşyaların ona məxsus olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf də məhkəmə iclasında verdiyi izahatında hazırkı mübahisə predmeti olan 82 adda cehiz əşyasının ümumiyyətcə mövcud olmadığını bildirmişdir.

36. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

38. Xüsusilə nəzərə almaq lazımdır ki, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür.

39. Hazırkı işdə iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və yoxlanılan hissədə iddiasını sübuta yetirə bilməmişdir.

40. Yuxarıda aparılan təhlilin yekun nəticəsi olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yoxlanılan hissədə mübahisə predmeti olan 82 çeşiddə yuxarıda adları qeyd olunan cehiz əşyalarının iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmadığından həmin əşyaların özü və ya dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qanuni əsaslara söykənmir.

41. Apellyasiya şikayətinin dəlilləri isə işin faktiki hallarına əsasən kollegiya tərəfindən əsassız sayılmışdır.

42. Kollegiya yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və prosessual qənaət prinsipini nəzərə almaqla əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(013)-1332/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar