Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2046/2024 26.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “xərclənməmiş 31382 manat pul məbləğinin birdəfəlik uşağın bank hesabına ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(125)-3143/2024 tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızından xx.xx.2014-cü il tarixdə anadan olmuş Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün onun tərəfindən ödənilmiş pulun xərclənməmiş 31382 manat pul məbləğini birdəfəlik xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 mövcud, yaxud yeni açılacaq bank hesabına ödənilməsini və yaxud da, xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək İddiaçı himayəsində olduğu dövrdə hər ay 313,82 manat pul məbləğinin cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızından tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ərizə təqdim edərək Namazova (Bayramova) Nərmin Nərmayıl qızından X1 yetkinlik yaşına çatanadək onun tərəfindən ödənilmiş 40000 manat nəgd pulun xərclənməmiş hissəsi 31382 manat pulun cavabdehdən tutularaq Bağırzadə Elnurun hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(125)-3143/2024 tarixli qətnamə ilə (hakim Cavid Tağıyev) iddia təmin edilərək, Cavabdeh 31382 (otuz bir min üç yüz səksən iki) manat pulun alınaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 bank hesabına ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,5 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(125)-3143/2024 tarixli qətnaməsindən narazı qalan Cavabdeh nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhкəməsinin 09 аvqust 2024-cü il tаriхli, е-2(125)-3143/2024 nömrəli qətnаməsinin ləğv еdilməsini və iddiа tələbinin təmin еdilməməsinə dаir yеni qətnаmə çıхаrılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti Cavabdeh nümayəndəsi Vəkil tərəfindən imzalansa da, apellyasiya şikayətinə vəkilin apellyasiya instansiyasında çıxış etmək üçün orderi əlavə edilməmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə edilən vəkil orderi apellyasiya instansiyası üçün deyil sorğunun tərtib edilməsi və birinci instansiya məhkəməsində cavabdehin təmsil olunması üçün verilməsi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən isə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin 361-ci maddənin tələbinə uyğun verilməsini yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir ki, bununla da işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. Buna görə də, Gəncə Şəhər Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(125)-3143/2024 tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Şəhər Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(125)-3143/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2046/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2046/2024
26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver