Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2058/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-981/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara məxsus çarpayı 1 nəfərlik - 2 ədəd, çarpayı 2 nəfərlik - 1 ədəd, qabaq stolu - 1 ədəd, oturacaq stullar- 6 ədəd, Şkaf - 1 ədəd, duxovka - 1 ədəd, televizor -1 ədəd, antenna krosno - 1 ədəd, paltaryuyan maşın - 1 ədəd, soyuducu - 1 ədəd, motor su üçün - 1 ədəd, motoroller - 1 ədəd, gəvə - 1 ədəd, yorğan və döşək dəstləri, müxtəlif qab-qacaq dəstləri, tozsoran - 1 ədəd, qapı-pəncərə pərdələri, çilçıraq -1 ədəd, elektrik qızdırıcısı - 1 ədəd, çəpər setkası - 40 metr, dolab - 1 ədəd, vintelyator - 1 ədəd, ütü - 1 ədəd, modem - 1 ədəd, kompyuter - 1 ədəd, fərdi geyim əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1i fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Goranboy rayonu Məşədiqaralar kəndində yaşayır və həmin kənddə mülkiyyətində 0.27 ha həyətyanı torpaq sahəsi və onun üzərində 140.60 kv. m fərdi yaşayış evi vardır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qardaşı X15 ailə üzvləridir. Onlar Rusiya Federasiyasında yaşamışlar və hazırda da qardaşı X9 Federasiyasının Primorskiy kray Vladivostok şəhərində yaşayır. X17 zəng vuraraq, ailə üzvlərini göndərmiş və bir müddət sonra həbs edilərək, azadlıqdan məhrum edilmişdir. X19 2020-ci ildə cəzasını çəkib azadlığa çıxmış, lakin gəlib ailə üzvlərini aparmamış, ailə üzvləri də, özləri onun yaşayış yerinə getməmişlər. O, həmin vaxt cavabdehlərə təklif etmişdir ki, qayıdib getsinlər RF-na, lakin bu təklifdən sonra cavabdehlər daim onunla mübahisə edərək, əsassız münaqişələr yaratmağa, onun mülkiyyət hüquqlarına müdaxilə etməyə başladılar. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-981/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Taleh Mustafayev) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-981/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X11 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 ünvan 1i ünvanında miras qalmış fərdi yaşayış evinin hüquq müəyyənedici sənədləri olmamışdır. Onların ölümündən sonra 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinə X10 və X3 irs qalmış mirası vəsiyyətnamə üzrə qəbul etməsi barədə xx.xx.2023-cü il tarixdə **********590 saylı ərizə ilə müraciət etdikdən sonra, vərəsəlik işinin başlanması üçün xx.xx.2023-cü il tarixdə miras qoyan X11 adına qeydiyyat №-si ********** olan ƏMDX DƏDKvəR PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmiş və o, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında tam hissədə irs almışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, onların fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma mövcud deyildir. Cavabdeh3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-981/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı onun qaynıdır. O, 2003-cü il tarixdə X19 ilə ailə həyatı qurub Goranboy rayonu Məşədiqalar kəndində yerləşən hazırkı mübahisəli evə gəlin köçmüş, daha sonra əri ilə bir müddət Rusiya Federasiyasında yaşamış, orada iki övladları dünyaya gəlmişdir. Bundan sonra 2005-ci il tarixdə uşaqları ilə birlikdə sözügedən gəlin köçdüyü qayınatasına məxsus evə qayıdaraq orada yaşamağa başlamışlar. X1 2023-cü il tarixdə öldükdən sonra, mübahisəli ev vərəsəlik əsasında iddiaçının adına keçmişdir. Məhkəmənin qətnaməsini qanuni sayır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-981/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-981/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-981/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1ində istifadədə olan 0,27 ha torpaq sahəsində yerləşən 140,60 kv.m mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Goranboy rayon VVADQŞ tərəfindən verilmiş AZ-İ seriyalı 022239 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 ilə Cavabdeh1 arasında nikah 12 iyun 2003- cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmişdir. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 417885 nömrəli çıxarışdan görünür ki, X16 ilə X7 arasında nikah xx.xx.1965-ci il tarixdə Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “ Qarayeva” soyadı verilmişdir. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 322441 nömrəli arayışdan görünür ki, X16 xx.xx.2023-cü il tarixdə “ürək çatmamazlığı” səbəbindən ölmüşdür. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 854474 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2017-ci il tarixdə “beyinə qansızma” səbəbindən ölmüşdür. Qasım-İsmayılov rayon Qızılhacılı kənd sovetliyi tərəfindən verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.1965-ci ildə Qasım-İsmayılov rayonu, Məşədiqaralar kəndində doğulmuş, atası X16, anası X5r. Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 228 nömrəli, 27 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 2011-ci il tarixdən hazıradək uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Goranboy rayonu Məşədiqalar kəndində qeydiyyatdadır. Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektoru E. Verdiyev adına Məşədiqaralar kənd tam orta məktəbi tərəfindən verilmiş 11 nömrəli, 20 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Nəsibova X2 E.Verdiyev adına tam orta məktəbdə müəllimə işləyir. Məhkəmə kollegiyasının sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikasının İN-yi yanında ƏMDX DƏDK və RPHŞ 7 saylı Əİ-nin arayışı və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1ində istifadədə olan 0,27 ha torpaq sahəsində yerləşən 140,60 kv.m mənzil xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında miras əmlak kimi İddiaçı tam hissədə irs almış və onların əsasında adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, onların fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma mövcud deyildir. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1ində istifadədə olan 0,27 ha torpaq sahəsində yerləşən 140,60 kv.m mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə qeydə alınaraq, ona bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarış verilmişdir. Hazırkı iş üzrə Cavabdeh1 iddiaçının qardaşı X19 ilə xx.xx.2003-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənərək, həmin evə gəlin köçmüşdür. Həmin vaxt ev iddiaçının valideynləri X4 və X12 gözlənilən mülkiyyətində olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra xx.xx.2023-cü il tarixdə ev vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh1 mübahisəli evdə digər cavabdehlər iki yetkinlik yaşına çatmış övladları ilə 2005-ci il tarixdən etibarən halhazıradək fasiləsiz olaraq birlikdə yaşayırlar. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçının valideynlərinin istifadəsində və sahibliyində oduğundan, onların həmin fərdi yaşayış evinə mülkiyyət hüququna qanuni gözləntisi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə Qərarında göstərilmişdir ki, “mülkiyyət anlayışı“ mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qarrax Çexiyaya qarşı», «Miray Fransaya qarşı», «Burdov Rusiya Federasiyasına qarşı» və «Akimova Azərbaycana qarşı» iş üzrə digər qərarlarında da şərh etdiyi hüquqi mövqeyə görə real mövcud olan əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilmişdir. Digər tərəfdən, mübahisəli ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən, İddiaçı adına xx.xx.2023cü il tarixdə dövlət qeydiyyatına alındığından yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı ilə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişildiyindən və evin mülkiyyətçisi ilə cavabdehlər arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, eyni zamanda nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi təsbit edilib göstərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, cavabdehlər mübahisəli evin mülkiyyətçisi İddiaçı qardaşı arvadı və qardaşının uşaqları olmaqla, onun ailə üzvü dairəsinə daxil deyildir. O, öz ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşasa da, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətçi İddiaçı ailə üzvü deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2 maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan Hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malik olmaqla heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulan şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir». Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-981/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392- 393, 402, 403, 404, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-981/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində istifadədə olan 0,27 ha torpaq sahəsində yerləşən 140,60 kv.m fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2058/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2058/2024
28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver