Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2075/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birlikdə evə küçürülmə, maneələrə son qoyulması, fərdi yaşayış evindən, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə olunması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(061)-812/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında 28 iyun 2014-cü il tarixli AZ-İ seriyalı 949179 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Məhərrəmova Nazənin Əşrəf qızı arasında 26 iyun 2017-ci il tarixdə nikah bağlanmışdır.
2. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 birgə nikahdan 01 may 2015-ci il tarixdə Hacızadə Amil Ramil oğlu, 13 iyul 2016-cı il tarixdə Hacızadə Nəzrin Ramil qızı və 14 iyun 2021-ci il tarixdə Hacızadə Yusif Ramil oğlu anadan olmuşdur.
3. Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndəlik tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli 91 nömrəli arayışdan görünür ki, həqiqətən İddiaçı1 ata evi 0,28 ha həyətyanı torpaq sahəsində tikilmiş 3 otaq, 1 zal, 1 mətbəxdən ibarətdir.
4. Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli 90 nömrəli arayışdan görünür ki, İddiaçı1 ailə üzvləri həyat yoldaşı İddiaçı2, oğlu Hacızadə Amil Ramil oğlu, qızı Hacızadə Nəzrin Ramil qızı, Hacızadə Amil Ramil oğlundan ibarət olmaqla, ata evində qeydiyyatda olmasına baxmayaraq hazırda Süleymanov Mehman Böyükkişi oğluna məxsus olan evdə yaşayırlar.
5. Ölüm haqqında arayışdan görünür ki, Şirinova Göyçək Baba qızı 10 yanvar 1981-ci il tarixdə ölmüşdür.
6. Tərtər Rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli 3-48- 43 RA/2-75/2024 nömrəli mədubundan görünür ki, sabiq “Engels” kolxozunun 1975-ci ildə tərtib olunmuş “Qaytanlanmş Torpaq” kitabının Sarov kəndi yazılan hissəsinin 54-cü səhifəsinin 114-cü sırasında mərhumə anası Hacıyeva Göyçək Baba qızının adına 0,18 ha həyətyanı torpaq sahəsi yazılmışdır. “Qaytanlanmş Torpaq” kitabının 54-cü səhifəsinin 114-cü sırasında mərhumənin soyadı Hacıyeva yazılmışdır.
7. Torpağın mülkiyyətinə verilməsinə dair JN-180F KOD61109005 şəhadətnamənin surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli 02 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Hacıyeva Günel Akif qızı və İddiaçı1 Tərtər rayonu Sarov kəndində fərdi yaşayış evinin tikintisi üçün 0,26 ha torpaq sahəsi verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, uşaqları ilə birgə Tərtər rayon Sarov kəndində yerləşən məhrum babasından miras qalmış ümumi sahəsi 110 kv.metr 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, yaşamaq üçün bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onların uşaqları ilə birgə istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istiifadə olunması, ata mülkündən evin və həyətyanı torpaq sahəsinin paylara uyğun bölünməsi, habelə mediasiya xərci üçün ödənilmiş 55 manat və dövlət rüsumu olaraq ödənilmiş 45 manat pul vəsaitinin də cavabdehlərdən alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə İddiaçı2 28 iyun 2014cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 01 may 2015-ci il tarixdə Hacızadə Amil Ramil oğlu, 13 iyul 2016-cı tarixdə Hacızadə Nəzrin Ramil qızı və 14 iyun 2021-ci tarixdə Hacızadə Yusif Ramil oğlu anadan olmuşdur. Cavabdehlərdən Cavabdeh1 Ramilin atası, Cavabdeh2 isə anasıdır. Tərtər rayonu Sarov kəndində yerləşən ailələrinə məxsus ümumi sahəsi 110 kv.m, 3 (üç) otaqdan ibarət fərdi yaşayış evindən cavabdehlər onu və arvadı İddiaçı2 uşaqları ilə birlikdə zorla evdən çıxarmışlar. Həmin evdə qeydiyyatda olsalar da, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yaşamaqdan məhrum olmuşlar və bu səbəbdən qonşuluqda kirayədə yaşamalı olmuşlar.
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həsminin azadılmasına dair ərizə verərək, onların uşaqları ilə birgə Tərtər rayon Sarov kəndində yerləşən məhrum babasından miras qalmış ümumi sahəsi 110 kv.metr, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, yaşamaq üçün bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onların uşaqları ilə birgə istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzilməişət və kommunal xidmətlərindən birgə istiifadə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Tərtər Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(061)-812/2024 nömrəli (hakim K.Rzayev) qətnaməsi ilə iddia təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 onların uşaqları ilə birgə Tərtər rayon Sarov kəndində yerləşən məhrum babasından miras qalmış ümumi sahəsi 110 kv.metr, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, yaşamaq üçün bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydaları ümumi əsaslarla müəyyən edilməsi, yəni evin bir otağı onların uşaqları ilə birgə istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması qət edilmişdir.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 11, 27 maddəsi, Mənzil Məcəlləsinin 53, 54 maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3, 216-220, 227, 233, 357, 360, 362, 364 maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, mübahisəli yaşayış evi mərhum Hacıyeva Göyçək Baba qızından miras qalmışdır. İddiaçılar onun oğlu və gəlinidir. Sonuncular onun digər övladlarının evə gəlmələrinə etiraz edərək narazılıqlar yaratmış və bu səbəbdən övladları ilə aralarındakı münasibətlər pozulmuşdur. İddiaçılarla birlikdə yaşamaq istəmir. Tərtər rayonu Sarov kəndində yerləşən ümumi sahəsi 110 kv.m, 3(üç) otaqdan ibarət fərdi yaşayış evi mərhum anası Hacıyeva Göyçək Baba qızından miras qalmışdır, sağ ola-ola İddiaçı1un birinci növbə vərəsə hesab edilməsi yolverilməzdir..
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d). Məhkəmə icraatı iştirakçılarının izahatları,
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, heç bir əsaslı səbəb olmadan valideyinləri onları evdən çıxartmışdır. Başqa yaşayış yerləri olmadığından hazırda ailəsi ilə birlikdə qonşuluqdakı evdə kirayədə yaşayırlar. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, 2014-cü ildən həmin evə gəlin köçmüş və orada yaşadığı müddətdə üç uşağı anadan olmuşdur. Əri onunla boşansın deyə onları evdən çıxartmışlar. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
24. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
25. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
27. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.
28. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsi:
29. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
30. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
31. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
41. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
46. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı1 ilə İddiaçı2 28 iyun 2014-cü il tarixdə nikahlarını qeydə aldıraraq ailə qurmuşlar və sonuncu İddiaçı1 valideyinlərinin sahibliyində və istifadəsində olan (14 noyabr 2024-cü ildən Cavabdeh1 mülkiyyətindədir) Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahlarından üç uşaqları anadan olmuşdur. İddiaçılarla azyaşlı uşaqları ilə birlikdə cavabdehlər tərəfindən evdən çıxarılmalarını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar mübahisəli evdə qeydiyyatda olmaqla həmin evdə yaşamışlar. Cavabdehlərlə aralarında olan münasibətlər pisləşdiyindən evə gəlmələri mümkün olmamışdır. Eləcədə İddiaçı1 iddiaçıların birinci növbə vərəsəsi olduğundan evdə pay hüququ olmaqla, yaşayış və istifadə hüququ mövcuddur.
47. Kollegiya hesab edir ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
48. İddia tələbinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, evə köçürülmə tələbinə dair işlərə baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır. Birinci şəxs köçmək istədiyi yerdə yaşayıbmı, ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi, üçüncüsü, məhrum edilmə qanunidirmi.
49. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlərə qarşı iddia tələbi İddiaçı1 (cavabdehlərin oğlu) və İddiaçı2 (cavabdehlərin gəlini) tərəfindən qaldırılmışdır. Ona görə də kollegiya hesab edir ki, mübahisənin həlli ilə bağlı iddiaçılara münasibətdə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır.
50. İddiaçı1 münasibətdə kollegiya hesab edir ki, sonuncunun iddiası əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi də bu nəticəyə gəlsədə, lakin iddianın təmin olunmasının əsası kimi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 cavabdehlərin birinci növbə vərəsəsi olduğundan evdə pay hüququ olmaqla yaşayış və istifadə hüququ mövcuddur. Halbu ki, sonuncunun fərdi yaşayış evindən istifadə hüququnun yaranmasının əsası vərəsəlik hüquq münasibətlərindən irəli gəlmir.
51. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı1 doğulduğu vaxtdan, yəni 1988-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamışdır. Belə olan təqdirdə ona münasibətdə iddia tələbinə həmin dövrdə qüvvədə olan 08 iyul 1982ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
52. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.
53. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
54. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.
55. İddiaçı1 mübahisəli yaşayış sahəsindən 1988-ci ildən hazırkı vaxtadək fasiləsiz yaşaması ona dəlalət edir ki, sonuncu fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. Yəni, İddiaçı1 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməmiş, eləcədə həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçməmişdir. Bu da bir daha onu de məyə əsas verir ki, onun iddia tələbi bu hissədə əsaslıdır. Ona görədə kollegiya hesab edir ki, o, Cavabdeh1 mülkiyyətində olan Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir.
56. Yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması ilə bağlı kollegiya qeyd edir ki, fərdi yaşayış evinə köçürülmə özlüyündə tələbin bu hissəsini də özündə etiva edir.
57. Yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onunun istifadəsinə verilməsinə münasibətdə isə kollegiya qeyd edir ki, fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən olunması mülkiyyətçiyə aid hüquqdur. Fərdi yaşayış evinədən istifadə qaydaları ilə bağlı əgər gələcəkdə mübahisə yaranarsa, onda bu halda məhkəməyə müraciət oluna bilər.
58. Azyaşlı uşaqlarla birlikdə fərdi yaşayış evinə köçürülmə hissədə isə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.
59. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
60. İddiaçı2 münasibətdə isə kollegiya qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
61. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı1 ilə İddiaçı2 28 iyun 2014cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və sonuncu İddiaçı1 valideyinlərinin istifadəsində və sahibliyində olan (14 noyabr 2024-cü ildən Cavabdeh1 mülkiyyətindədir) Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür.
62. İddiaçı2 mübahisəli evə gəlin köçdüyü zaman qüvvədə olan mənzil qanunvericiliyin tələbləri baxımından sonuncu yaşayış sahəsindən istifadə hüququ əldə etmiş sayılmır. Çünki İddiaçı2 yaşayış sahəsinin hazırkı mülkiyyətçisinin ailə üzvü hesab edilmir.
63. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
64. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
65. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. İddia qismən təmin edildiyindən kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1. 372.1, 385, 392-393, 402-405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(061)-812/2024 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqlarla birlikdə evə küçürülmə, maneələrə son qoyulması, fərdi yaşayış evindən, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə olunması tələbinə dair iddia qismən təmin edilsin. İddiaçı1 Cavabdeh1 mülkiyyətində olan Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.