Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2099/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kredit borcunun tutulması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı xxxxnın nümayəndəsi Nümayəndə2 Firodvsi oğlunun, Cavabdeh1 nümayəndəsi, vəkil X1 iştirakı ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim K.Hüseynov) 09 sentyabr 2021ci il tarixli, 2(044)-2539/2021 saylı qətnaməsindən iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İş materiallarında olan 19 avqust 2014-cü il tarixli **********55914 saylı kredit müqaviləsinin surətindən görünür ki, ASC “Xalq” Bankı Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən illik 14 faiz ödəmək şərti ilə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(044)- 2655/2017 saylı qətnaməsindən görünür ki, ASC “Xalq” Bankının iddiası qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **********514 saylı kredit müqaviləsi üzrə 13011,82 ABŞ dolları mələğində əsas borc, 3101,15 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində penya, cəmi 16132,97 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi öənilmiş 30 manat alınaraq ASC “Xalq” Bankın xeyrinə ödənilməsinə, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi X4 məxsus olan və 42000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə qəsəbəsində istifadəsində olan 0,063 ha torpaq sahsində yerləşən 54 nömrəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində 55,8 kv.m. yaşayış, 22,5 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 78,3 kv.m təşkil edən 4 otaqlı, 2 nömrəli mənzilə yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra xx.xx.2014-cü il tarixli, **********514 saylı kredit müqaviləsi üzrə 13011,82 ABŞ dolları məbləğində əsas borc, 3101,15 ABŞ dolları faiz borcu, 20 ABŞ dollar məbləğində penya, cəmi 16132,97 ABŞ dolları borc qətnamə icra olunan günə manata məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini9n təmin edilməsi, qalan vəsaitin isə Əliyev Akif Qəmbər oğluna qaytarılması, yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra sözü gedən mənzildə qeydiyyatda olan Əliyev Akif Qəmbər oğlu, Cavabdeh1 və Nümayəndə1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir.
3. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 3 may 2018-ci il tarixli, 2(104)-295/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Əliyev Akif Qəmbər oğlu, Cavabdeh1 və Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsinin faiz borcu ilə bağlı hissədə dəyişdirilməsi, Cavabdeh1 13.011,82 ABŞ dolları məbləğində əsas, 2.956,78 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları məbləğində penya, cəmi 15.988,60 ABŞ dolları pul ödəniş gününə olan manat məzənnəsi nisbəti ilə tutularaq ASC “Xalq” Bankın xeyrinə ödənilməsi qət edilmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli 2(102)-7897/18 saylı qərarının surətindən (sədrlik edən hakim Əli Rüstəmov) görünür ki, cavabdehlər Əliyev Akif Qəmbər oğlu, Cavabdeh1 və Nümayəndə1 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 03 may 2018-ci il tarxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ASC “Xalq Bankı” cavabdehə həmin tarixə 15805,29 manat borcu olduğunu bildirmiş və 3 gün ərzində həmin borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəklərini qeyd etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə **********5914№ li kredit müqaviləsi üzrə iddiaçı qarşısında 1324.13 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 2080.08 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin əvəzi, 6576.87ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğində illik 15% dərəcəsi ilə hesablanmış penya, cəmi 9981.04 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2014-cü il tarixli **********5914 №li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana illik 19 faiz ödəmək şərti ilə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq digər cavabdeh Əliyev Akif Qəmbər oğlu arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Gəncə şəhəri, Nizami rayonu, Yen Gəncə qəsəbəsində istifadədə olan 0.063 ha torpaq sahəsində, 54 nömrəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 55.8 kv.m yaşayış, 22.5 kv.m yardışçı sahədən ibarət olmaqa, ümumi sahəsi 78.3 kv.m təşkil edən 4 otaqlı, 22 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********5914/01/İP № li ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci iltarixli 2(044) 2655/2017 saylı qətnaməsi ilə ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində istifadədə olan 0,063 ha torpaq sahəsində, 54 nömrəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 55,8 kv.m yaşayış, 22.5 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 78,3 kv.m təşkil edən 4 otaqlı, 22 nömrəli mənzilə tutma yönəldilməsi və Cavabdeh1 kredit müqaviləsi üzrə 13011.82 ABŞ dolları əsas borcu, 3101.15 ABŞ dolları kreditdən istifadəyə görə xx.xx.2017-ci il tarixədək hesablanmış adi faiz borcu olmaqla, 20 ABŞ dolları mələğində peniyanın, cəmi 16132.97ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun ipoteka predmetinin dəyərindən ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Həmin işlə bağlı cavabdehlər Cavabdeh1, A.Q.Əliyev və Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)- 295/2018 № li qətnaməsi ilə qismən təmin edilərək ipoteka predmetinin dəyərindən tutulmalı olan Kredit müqaviləsi üzrə adi faiz borcu 2956,76 ABŞ məbləğinə endirilmiş, cəmi borc isə 15988,60 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasını Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7897/2018 № li qərarı ilə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışıdr. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-295/2018 № li qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh1 həmin qətnamə ilə müəyyən edilmiş cəmi 15988.60 ABŞ dolları məbləğində borcu xx.xx.2020-ci il tarixdə banka ödəmiş və bununla əlaqədar olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdehin xx.xx.2017-ci il tarixdən kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə kredit müqaviləsi üzrə iddiaçı qarşısında 1324.13 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdiilmiş məbləğə illik15% dərəcəsi ilə penya da ödənilməlidir ki, xx.xx.2020-ci il tarixədək hesablanmış qeyd edilən məbləğ 6576,87 ABŞ dolları təşkil edir. Qeyd olunana əsasən bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2020-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2017-ci il) xx.xx.2020-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 2080,08 ABŞ dolları təşkil edir.
8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim K.Hüseynov) 09 sentyabr 2021-ci il tarixli, 2(044)-2539/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələbinin əsası olaraq istinad etdiyi xx.xx.2014-cü il tarixli, **********55914 saylı kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam yerinə yetirmişdir. Bu faktı iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün ərizəsində də qeyd etmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün ərizədən görünür ki, ASC Xalq Bankı ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********55914 saylı kredit müqaviləsi üzrə öhdəliklərini Cavabdeh1 tam olaraq yerinə yetirdiyi üçün ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının və həmin əmlak üzərində qeydiyyata alınmış bildirişin ləğvinin həyata keçirilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2014-cü il tarixli, **********55914 saylı kredit müqaviləsi üzrə tələbləri cavabdeh tərəfindən təmin edilmiş və buna görə də cavabdehin tələbinə əsasən iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın ipotekasının dövlət qeydiyyatının və həmin əmlak üzərində qeydiyyata alınmış bildirişin ləğvini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ipoteka ilə təmin edilmiş əsas öhdəlik cavabdeh tərəfindən tam icra olunaraq xitam verilməsə idi, ipotekaya xitam verilməzdi və iddiaçı ipotekanın qeydiyyatını aparan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə bu barədə müraciət etməzdi. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh xx.xx.2014-cü il tarixli, **********55914 saylı kredit müqaviləsi üzrə öhdəliyini tam icra edərək həmin öhdəliyə xitam verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.1 və 443.2-ci maddələrini tətbiq etməli olduğu halda bunu etməmiş və iddianı təmin etməmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,
445. Və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Məhkəmə tərəfindən müəyyən edilmiş, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə dair hal sübut edilməmişdir. Çünki, Bank tərəfindən Qeydiyyat orqanına ünvanlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün ərizə Bankın hazırki tələbi üzrə işə aidiyyəti olmadığı üçün cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edən sübut hesab oluna bilməz. Qeyd olunan ərizə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-295/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi cəmi 15.988,60 ABŞ dolları məbləğində borcun Cavabdeh1 tərəfindən ödənildiyini göstərir və yalnız bu faktı təsdiq edən sübut kimi çıxış edə bilər. Başqa sözlə, müvafiq ərizə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 13.011,11 ABŞ dolları məbləğində əsas borcun və xx.xx.2017-ci il tarixədək hesablanmış 2.956,78 ABŞ dolları məbləğində adi faizlər üzrə borcun ödənildiyini təsdiq edir. Bankın hazırki tələbi isə həmin tarixdən hesablanmış 1.324,13 ABŞ dolları məbləğində adi faizlərin və 2.080,08 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutulması ilə bağlıdır. Ona görə də həmin ərizənin bu işə aidiyyəti yoxdur.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat .
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-565/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi),R.Ş.Muradov və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(044)-2539/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
Kassasiya instansiya məhkəməsində icraat
14. İddiaçı xxxx kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, məhkəmələr bankın tələb etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020- ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 2.080,08 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzini təmin etməməklə hüquqi aktların tələblərini pozmuş, işə aid olmayan sübut, yəni bank tərəfindən qeydiyyat orqanına ünvanlanmış daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi haqqında xx.xx.2020-ci il tarixli ərizə əsasında kredit müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi qənaətinə gəlinmişdir. Halbuki, qeyd olunan ərizə Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(104)-295/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi üzrə cəmi 15.988,60 ABŞ dolları məbləğində borcun Cavabdeh1 tərəfindən ödənildiyini göstərir və yalnız bu faktı təsdiq edən sübut kimi çıxış edə bilər. Başqa sözlə, müvafiq ərizə Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 13.011,11 ABŞ dolları məbləğində əsas borcun və xx.xx.2017-ci il tarixədək hesablanmış 2.956,78 ABŞ dolları məbləğində adi faizlər üzrə borcun ödənildiyini təsdiq edir.
16. Cavadeh Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.1 və 443.2-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarının göstərişlərinin pozulduğu göstərilmişdir. Lakin qeyd olunan maddi hüquq normalarının tələblərinin pozulması iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən hansı faydadan və necə məhrum olduğu bildirilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, Konstitusiya Məhkəməsi xx.xx.2014-cü il tarixli qərarında bu kimi halların birmənalı olaraq sübut olunması öhdəliyini iddiaçının üzərinə qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçı bankın əsassız iddiasını təmin etməməklə qanunvericiliyin müddəalarını düzgün tətbiq etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 14/2023saylı mülki iş üzrə 19 iyun 2023-cü iltarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-565/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi qismən - iddianın “1.324,13 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği 2.080,08 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin əvəzi”nin ödənilməsi hissələrində ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
18. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni baxışa göndərərkən öz qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə əsasən, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi, yaxud məhkəmədə borcun tutulması və (ya) ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırması müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Baxılan işin halların görünür ki, iddiaçının cavabdehə qarşı bu məzmunda olan tələblərinə məhkəmələr tərəfindən baxılmış və qət olunan borc məbləği xx.xx.2020-ci il tarixdə banka ödənmişdir. Hazırkı iddiada bankın kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixədək adi faiz üzrə hesablanmış 1.324,13 ABŞ dolları tələbi ilə bağlı qeyd edilməlidir ki, daha əvvəl cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi və ya qeyd olunan iddianın qaldırılması müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Bununla belə, kreditorun müqavilə ləğv edildikdən sonrakı dövrdə (müqavilə müddətinin bitdiyi vaxtadək, habelə bu tarixdən sonra öhdəlik tam icra edilənədək) pul vəsaitini qanunsuz şəkildə özündə saxlayan borcludan müvafiq vəsaitin azı illik 5 faizini tələb etmək hüququ istisna olunmur. Bu baxımdan iddiaçının həm xx.xx.2017-ci il tarixədək olan 1.324,13 ABŞ dolları, həm də xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan 2.080,08 ABŞ dollarına dair tələblərinin illik 5 faizlə əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Bundan əlavə qeyd edilmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin- gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Baxılan işdə isə iddiaçının faiz tələbləri üzrə qeyd olunan maddi hüquq normaları müzakirə edilməmiş və məsələyə göstərilən konteksdə hüquqi qiymət verilməmişdir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddianın “1.324,13 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği 2.080,08 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin əvəzi”nin ödənilməsi hissələrində ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 390.1. Fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
29. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdiröhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Prosessual hüquq normaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 - məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. Maddə 77.1 - hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. Maddə 217.4 - məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Maddə 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 384.0.2 - apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1.1 - maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
40. Maddə 389 - məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
41. Maddə 390 - məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(044)-2539/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir.
43. Belə ki, hazırki işdən görünür ki, ASC “Xalq” Bankı, Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn və ödənilməmiş, ümumilikdə 9.981,04 ABŞ dolları (xx.xx.2017- ci il tarixinə qədər hesablanmış 1.324,13 ABŞ dolları adi faizlər, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər illik 5% dərəcəsi ilə hesablanmış 2.080,08 ABŞ dollarıxx.xx.2020-ci il tarixədək illik 15% dərəcəsi ilə hesablanmış 6.576,87 ABŞ dolları penya) borcun olduğunu bildirir və həmin məbləğdə pulun cavabdehdən tutulmasını tələb edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank sözügedən kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi haqqında iddia qaldırmış, müəyyən müddət ərzində məhkəmə çəkişmələri davam etmiş, nəhayət Cavabdeh1 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, cəmi 15.988,60 ABŞ dolları məbləğində borcu xx.xx.2020-ci il tarixdə banka ödənmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddianı rədd edərkən mövqelərini belə əsaslandırmışlar ki, iddiaçının tələbinin əsası olaraq istinad etdiyi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam yerinə yetirmişdir. İpoteka ilə təmin edilmiş əsas öhdəlik cavabdeh tərəfindən tam icra olunaraq xitam verilməsə idi, ipotekaya xitam verilməzdi və iddiaçı ipotekanın qeydiyyatını aparan quruma bu barədə müraciət etməzdi. Beləliklə, cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyini tam icra edərək həmin öhdəliyə xitam verildiyi üçün iddia əsassızdır.
44. İddiaçı ASC “Xalq” Bankıməhkəmənin həmin qənaəti ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, öz şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə dair hal sübut edilməmişdir. Çünki, Bank tərəfindən Qeydiyyat orqanına ünvanlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün ərizə Bankın hazırki tələbi üzrə işə aidiyyəti olmadığı üçün cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edən sübut hesab oluna bilməz. Həmin ərizə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 13011.11 ABŞ dolları məbləğində əsas borcun və xx.xx.2017-ci il tarixədək hesablanmış 2956.78 ABŞ dolları məbləğində adi faizlər üzrə borcun ödənildiyini təsdiq edir. Bankın hazırki tələbi isə həmin tarixdən hesablanmış 1324.13 ABŞ dolları məbləğində adi faizlərin və 2080.08 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutulması ilə bağlıdır. Ona görə də həmin ərizənin bu işə aidiyyəti yoxdur.
45. Bundan əlavə kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Mülki Məcəllədə nəzərdə tutulan qanuni əsas(lar)ını ümumiyyətlə göstərməmiş, apellyasiya məhkəməsi isə bu xüsusata münasibət bildirmədən, həmin Məcəllənin borc öhdəliyinin icra edilməməsinə dair müvafiq maddələrini ümumi şəkildə sadalasa da, hər bir tələbin qanuni əsası olan konkret normanın dispozisiya şərtləri ilə iddiaçının bildirdiyi və işin müəyyən edilmiş faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparmamış, rayon məhkəməsinin mövqeyini təkrarlayaraq qətnaməni qüvvəsində saxlamışdır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədilə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə əsasən qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
47. Mövcud mübahisənin düzgün həlli üçün ilk növbədə müqavilənin ləğvi və ondan irəli gələn hüquqi vəziyyət nəzərə alınmalıdır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü iltarixli qərarında qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
49. Qeyd edilir ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir.Lakin nəzərə alınmalıdır ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
50. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.
51. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
52. Hazırki iş üzrə iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(104)-295/2018nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2018-ci il tarixli, 2(102)-7897/18 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, həmin qətnamə 19 yanvar 2019-cu il tarixdə icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Qət olunan borc məbləği xx.xx.2020-ci il tarixdə banka ödənmişdir. Həmin tarixədək cavabdeh tərəfindən qətnamənin icrasına hər hansı şəkildə maneə törədilməmiş, qətnamənin icra olunmaması cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddianın 2.080,08 ABŞ dolları tələbi qismən təmin edilməli, həmin məbləğ xx.xx.2017-ci il tarixdən 19 yanvar 2019-cu il tarixədək, yəni 17 ay üçün hesablanmaqla cəmi 918 ABŞ dolları məbləğində pul Cavabdeh1 alınaraq ASC “Xalq” Bankına ödənilməlidir.
53. Lakin xx.xx.2017-ci il tarixədək olan 1.324,13 ABŞ dolları adi faiz tələbinə münasibətdə kollegiyası qeyd edir ki, həmin hissədə iddianın əsasını kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin (kredit vəsaitindən istifadə haqqının) icrası təşkil edir. İddiaçı həmin dövr üçün zərərin ödənilməsi tələbini irəli sürməmişdir. Halbuki qərarda Mülki Məcəllənin istinad olunan 445.7-ci maddəsi həmin Məcəllənin borclunun icranı gecikdirməsi nəticəsində vurduğu zərərlə bağlı münasibətləri tənzimləyən 445-ci maddəsində yer alır. Beləliklə, sözügedən hissədə iddianın əsasını cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsi deyil, müqavilə şərtlərinin icrası təşkil edir. Nəzərə alınmalıdır ki, iddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsində iş məhkəmə baxışına təyin edilənədək (prosessual qanunvericiliyin əvvəlki redaksiyasına göre qətnamə qəbul edilənədək) yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivli prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönələn tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır.İddiaçının bununla bağlı iradəsi olmadan iddianın əsasının dəyişdirilməsi nəink cavabdehin, həm də iddiaçının özünün istinad etdiyi əsasla bağlı sübutlar təqdim etmal imkanından məhrum edilməsi, məhkəmə arasdırması zamanı müzakirə predmet olmayan hallar əsasında qətnamə qebul olunması və bununla da MPM-in 9.1-9.3, 14 14.2 və 53-cü maddələrinin tələblərinin pozulması ilə nəticələnə bilər. Hətta əgər iddiacı iddianın əsasını dəyişməyibsə, lakin basqa asasla iddianın təmin olunmasına hüquqi asas verən sübutlar təqdim edibsə belə məhkəmə həmin sübutların məzmunundan çixış edərək fərqli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir araya sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Bu mənada baxılan iş üzrə məhkəmənin təsəbbüsü ilə dəymiş zərərin qanunla müəyyən edilmiş minimum məbləğinin tutulması üçün prosessual hüquqi əsas (tələb) yoxdur və bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər. Digər tərəfdən məhkəmənin təşəbbüsü ilə müvafiq dövrə görə Mülki Məcəllənin 445.7-ci maddəsində müəyyən olunmuş illik beş faiz dərəcəsinin tutulması iddiaçını həmin maddəyə istinadla digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etmək imkanından məhrum etmiş olar.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublıkası Konstitusiya məhkəməsinin plenumunun 09 iyul 2009-cu il tarixli qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
55. «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.
56. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddianı “1.324,13 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər hissədə təmin etməməkdə məhkəmə haqlı olmuşdur.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2539/2021 saylı mülki iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən-iddianın təmin edilməmiş, 2080.08 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin əvəzinin ödənilməsi hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli,. 918 ABŞ dolları məbləğində pul Cavabdeh1 alınaraq ASC “Xalq” Bankına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Kollegiya göstərir ki, bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə də qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz. . Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2539/2021 saylı mülki iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş, 2080.08 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbi hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə qismən təmin edilsin. 918 ABŞ dolları məbləğində pul Cavabdeh1 alınaraq ASC “Xalq” Bankına ödənilsin. Qətnamə iddianın təmin edilməmiş qalan hissəsində təmin edilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.