Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-214/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı4və İddiaçı1 nümayəndəsi vəkil Nümayəndə2 və Cavabdeh2 vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X18 arasında 13 sentyabr 2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə onun, mərhum X11nun və qızı Abbasova (Nağıyeva) Gülnarə Vəli qızının ümumi birgə mülkiyyətinə 1.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X11 10 iyun 2012-ci ildə vəfat etmişdir. Onlara məxsus 1.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5904.91 kv.m hissəsini bütün ailə üzvləri ilə birlikdə satmışlar. Mərhum əri Vəli Nağıyev öldükdən sonra onlara 0.30 ha torpaq sahəsinə dair Seriya RX ******* saylı, 0.6220 ha torpaq sahəsinə dair Seriya RX ******* saylı və 0.4347 ha torpaq sahəsinə dair Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh2 tərfindən zəbt edildiyi üçün məhkəmədə "Torpaq sahəsinin zəbtdən azad edilməsi" tələbinə dair iddia qaldırmışlar. Məhkəmə baxışı vaxtı Cavabdeh2 məhkəməyə 13 sentyabr 2005-ci il tarixli, 4Ə-433 reyestr nömrəli alqı-satqı müqaviləsini təqdim edərək, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satılı aldığını bildirmişdir. Ona görə də Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(076)- 29/2018 saylı qətnaməsi ilə onların Cavabdeh2 qarşı "Torpaq sahəsinin zəbtdən azad edilməsi" tələbinə dair iddiaları təmin edilməmişdir. Şəmkir rayon 1 saylı Notariat Kontorunda tərtib edilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında mərhum əri X10 qalmış miras əmlakdan onun və qızı İddiaçı4 payı 1/2 hissədə müəyyən edilmişdir. Onlar hər biri mərhum əri Vəli Nağıyevdən miras qalmış Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 0.6220 ha, 0.4347 ha və 0.30 ha torpaq sahələrinin 1/2 hissəsinə vərəsə tanınmışlar. 06 dekabr 2018-ci il tarixli, 4Ə-2417 reyestr nömrəli daşınmaz əmlakm bağışlama müqaviləsi əsasında 0.622 ha torpaq sahəsinin ona düşən hissəsini, 06 dekabr 2018-ci il tarixli, 4Ə-2416 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında 0.3 ha torpaq sahəsinin ona düşən hissəsini və 07 dekabr 2018-ci il tarixli, 4Ə-2423 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında 0.4347 ha torpaq sahəsinin ona düşən hissəsini qızı İddiaçı4 bağışlamışdır. Qeyd olunan torpaq sahələri qanuni əsaslarla onların mülkiyyətindədir. Həmin torpaq sahəsini heç vaxt Cavabdeh2 satmamışlar. Şəmkir rayon Notariat Kontoru onların iştirakı olmadan 13 sentyabr 2005-ci il tarixli, 4Ə-433 reyestr nömrəli alqı-satqı müqaviləsini tərtib etmiş və təsdiqlətmişdir. Ona görə də həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsi ilə (M.Mustafayev) iddia təmin edilərək, mərhum X18 ilə Cavabdeh2 arasında bağlanmış 13 sentyabr 2005-ci il tarixli, 4Ə-433 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iş üzrə ödənlmiş 10 (on) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İşdə olan sübutlar: JN-278 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə X12, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə 1.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. xx.xx.2003-cü il tarixli, İl-AZ 032803 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 ilə İddiaçı2 01 may 2003-cü ildə nikahlarını rəsmiləşdirmişlər və arvada Abbasova soyadı verilmişdir. 13 sentyabr 2005-ci il tarixli, 4Ə-433 reyestr nömrəli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X7 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə JN-278 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında ona məxsus 1.95 ha torpaq sahəsinin 1.36 ha hissəsini Cavabdeh2 satmışdır. 13 sentyabr 2005-ci il tarixli, 4Ə-433 reyestr nömrəli notariat işinin təsdiq olunmuş kserosurətində olan, X19 tərəfındən verilmiş, xx.xx.2001-ci il tarixdə Şəmkir rayon 2 saylı Notariat Kontorunda təsdiqlənmiş ərizədən görünür ki, Gülnaz İsayeva həyat yoldaşı X13 Sarıtəpə kəndindən verilmiş JN-278 (KOD ********) saylı Dövlət Aktına əsasən onlara düşən payın həyat yoldaşı tərəfindən satılmasına etiraz etməmişdir. 02 iyul 2003-cü ul tarixli, 4Ə-03-331 nömrəli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X18, İddiaçı2 və İddiaçı1 Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə JN-278 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında onlara məxsus 1.95 ha torpaq sahəsinin 5904,91 kv.m hissəsini X4. xx.xx.2012-ci il tarixli, AZ-İ 540293 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 10 iyun 2012-ci ildə ölmüşdür. xx.xx.2018-ci il tarixli, 2V-1668 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2012-ci ildə ölmüş X12 vərəsələri İddiaçı4 və İddiaçı1dır və onlar miras əmlakdan 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak xx.xx.2016-cı il tarixdə X13 verilmiş **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən ümumi sahəsi 0.6220 ha olan torpaq sahəsinin ona düşən hissəsindən, xx.xx.2016-cı il tarixdə X13 verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən ümumi sahəsi 0.4347 ha olan torpaq sahəsinin ona düşən hissəsindən və xx.xx.2016-cı il tarixdə X13 verilmiş **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan torpaq sahəsinin ona düşən hissəsindən ibarətdir. xx.xx.2018-ci il tarixli, 4Ə-2417 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.622 ha torpaq sahəsinin ona düşən hissəsini İddiaçı4 bağışlamışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-2416 reyestr nömrəli daşmmaz əmlakln bağışlanması müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.3 ha torpaq sahəsinin ona düşən hissəsini İddiaçı4 bağışlamışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-2423 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, X16 **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən Çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.4347 ha torpaq sahəsinin ona düşən hissəsini İddiaçı4 bağışlamışdır. Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(076)-29/2018 saylı qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçılar cavabdehə qarşı mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmış, lakin onların iddiaları təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi bu günədək onun istəifdaəsindədir və bu günədək Şəmkir Rayon Məhkəməsinin 2(076)-3664/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ona təqdim edilməyib. Bu günlərdə tərəflərin arasında inzibati xətalara aid bir məsələ olmuş orda ona məlum olmuşdur ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3664/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi mövcuddur. Bundan sonra Şəmkir Rayon Məhkəmsinə müraciət edib qətnamənin sürətini tələb etsə də, ona da həmin qətnamə göndərilməmişdir. Bu səbəbdən o məcbur olub inzibati işin araşdırması zamanı təqdim edilən qətnamənin sürətinə baxıb hazırki şikayəti tərtib edir. İddianı təmin edən birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, əqdin predmeti olan torpaq sahəsi sonradan alqı-satqı müqaviləsi bağlanandan sonra miras predmeti olmuş və həmin torpaq sahəsinə dair çıxarışlar verilmişdir. Mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyətində olmuş və həmin torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq notariusda bağlanan müqavilə əsasında cavabdehə satılmışdı. Həmin müqavilə bağlanarkən qanunvericiliyin bütün tələblərinə əməl edilmiş və belə olan halda həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iştirak edən Cavabdeh2 vəkili X9 apellyasiya şikayətini müdafiə etdiyini, cavabdehin qanuni əsaslarla notriat qaydasında torpaq sahəsini aldığını, müqavilənin etibarsızlığı ilə bağlı hər hansı bir əsasın mövcud olmadığını bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, müəyyən müddət cavabdeh su olmadığına görə torpaqdan istifadə etməmiş, iddiaçılar isə nəzarətsizlikdən istifadə edərək, mümkündür ki, torpaq sahəsindən və ya onun bir hissəsindən müəyyən müddət istifadə etsinlər. Lakin, torpaq sahəsi cavabdehin istifadəsində olmuşdur ki, məhz buna görə də iddiaçılar 2017-ci ildə cavabdehə qarşı torpaqdan çıxarma tələbinə dair iddia qaldırmışlar. Məhkəmə kollegiyasının iştirak edən İddiaçı4 izahat verib bildirmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən o ərdə olmuş və onun razılığı alınmamışdır. Torpağın cavabdehə satılmasından xəbəri olmamışdır. Onlar yaınız torpağı bir hissəsin daha əvvəl satmışlar. Hazırıkı müqavilə isə böyük ehtimalla atasını aldadılması ilə bağlanmışdır. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı4 və İddiaçı1 nümayəndəsi vəkil Nümayəndə2 izahat verib bildirmişdir ki, notariat işində olan İddiaçı1 ərizəsindən görünür ki, həmin ərizədə onun soyadı İsayeva qeyd olunmuşdur. Halbuki, onun soyadı Nağıyeva olmuşdur. Həmçminin, həmin ərizə mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinə görə verilməmişdir. Ola bilsin ki, həmin ərizə digər işdən çıxarılaraq, hazırkı mübahisə predmeti olan alqı-satqı müqaviləsi ilə bağlı notariat işinin içərisinə qoyulmuşdur. İddiaçılar torpaq sahəsinin bir hissəsin daha əvvəl satmışlar. İddiaçılardan İddiaçı4 isə ümumiyyətlə razılığı alınmamışdır. Bundan başqa torpaq sahəsi iddiaçıların istifadəsində olmuşdur. Qətnamənin 2018-ci ildə çıxarılmasına baxmayaraq, cavabdehin 5 il sonra həmin qətnamədən şikayət verməsi də onu təsdiq edir ki, cavabdeh həmin torpaq sahəsini qanunsuz alqı-satqı əsasında əldə etmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN-278 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 1.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olmuş, onlar 02 iyul 2003-cü il tarixli, 4Ə-03-331 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin 1.95 ha torpaq sahəsinin 5904,91 kv.m hissəsini X4. İddiaçılar həmin torpaq sahəsini X2 və bununla bağlı hər hansı bir mübahisə olmadığını iddia etməkdədirlər. Bundan sonra 13 sentyabr 2005-ci il tarixli, 4Ə-433 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıların müvafiq olaraq əri və atası omuş X18 1.95 ha torpaq sahəsinin qalıq 1.36 ha hissəsini də Cavabdeh2 satmışdır. Həmin torpaq sahəsinin alqı-satqısına dair notariat işində iddiaçılardan Abbasova (Nağıyeva) Gülnarə Vəli qızının razılıq ərizəsi mövcud olmamış, İddiaçı1 tərəfındən verilmiş ərizə isə xx.xx.2001-ci il tarixli olmuşdur. İddiaçılar Abbasova (Nağıyeva) Gülnarə Vəli qızının ərizəsinin isə isə həmin torpaq sahəsinin satılmasına aidiyyətinin olmadığını, torpaq sahəsinin bir hissəsinin əvvəlki alqı-satqısına aid olduğunu iddia etmişlər. Hazırkı iş üzrə cavabdeh, o cümlədən torpaq sahəsinin digər hissəsini əldə etmiş X8 aldıqları torpaq sahəsi üzrəində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışlar. İddiaçılar isə sonradan həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışlar. Birinci instansiya məhkəməsi isə alqı-satqı müqaviləsinin yalnız iddiaçıların müvafiq olaraq əri və atası olmuş X18 tərəfindən satılmasını, həmçinin iddiaçıların X12 payını almaqda üstünlük hüquqlarının olmasını əsas gətirərək, iddianı təmin edərək bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayarq qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, mübahisənin həllində maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, ümumi paylı mülkiyyətdən fərqli olaraq, yuxarıda qeyd olunan və mübahisəyə tətbiq olunan Mülki Məcəllənin 222-ci maddəsinin tələbi baxımından ümumi birgə mülkiyyətçilərdən birinin ümumi əşyaya dair sərəncam vermək hüququ qanunla tanınır ki, bu zaman digər mülkiyyətçinin və ya mülkiyyətçilərin yazılı razılığının olması əhəmiyyət kəsb etmir. Həmçinin, Mülki Məcəllənin həmin normasının daşınar və ya daşınmaz əmlaklara aid olması fərqləndirilməməkdədir. Mülki Məcəllənin 222-ci maddəsinin tələbinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 218-ci maddəsindən də göründüyü kimi ümumi mülkiyyətdə olan əmlakın alınmasında üstünlük hüququ ümumi birgə mülkiyyətə deyil, ümumi paylı mülkiyyətə aid olan inistitutdur. Həmçinin, təsadüfi deyildir ki, ümumi birgə mülkiyyət üzərində sərəncam verilməsi ilə bağlı müvafiq qaydaları tənzimləyən Mülki Məcəllənin 222-ci maddəsində fərqli olaraq, yəni əmlaka dair sərəncam verilməsi haqqında əqdin mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq digər mülkiyyətçilərin razılığının ehtimal olunması qaydası ümumi paylı mülkiyyət üzərində sərəncam verilməsi ilə bağlı qaydalara aid deyildir. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirildiyi halda, paylı mülkiyyətçi öz payı üzərində sahiblik, istifadə, o cümlədən sərəncamçılığı Mülki Məcəllənin 215-ci maddəsində nəzərdə tutulmuş qaydalar çərçivəsində yalnız digər mülkiyyətçilərin razılığı, üstünlük hüququ və Mülki Məcəllədə nəzərədə tutulmuş digər qaydalara əməl etməklə həyata keçirmək imkanına malikdir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən birgə mülkiyyətçilərdən birinin və ya bir neçəsinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin və ya mülkiyyətçilərin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan digər mülkiyyətçinin və ya mülkiyyətçilərin tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Hazırkı işin hallarına görə isə iddiaçılar müvafiq olaraq, əri və atasının onların razılığı olmadan alqı-satqı müqaviləsini bağlamasını sübuta yetirə bilməməkdədirlər. Hərçənd ki, işin faktiki hallarına əsasən idiaçıların torpaq sahəsinin cavabdehə satılmasından məlumatlı olmamaları və buna dair razılıqlarının olmaması işdə olan sübutlarla təkzib olunur. Belə ki, əvvəla iddiaçılardan İddiaçı1 notariat işində torpaq sahəsinin satılmasına etirazının olmamasına dair ərizəsi mövcud olmuşdur. Həmin ərizə alqı-satqı müqaviləsinin bağlanmasından bir neçə il əvvələ aid olsa da, ümumilikdə ərizə onun tərəfindən gələcəkdə torpaq sahəsinin satılmasına razılığının olmasını özündə əks etdirməklə, bunun əksi də sübut olunmamaqdadır. İddiaçı tərəf həmin razılığın torpaq sahəsinin daha əvvəl satılmış hissəsinə aid olmasını iddia etsələr də onların bu iddiası öz təsdiqini tapmamaqdadır. Belə ki, torpaq sahəsinin əvvəlki 5904,91 kv.m hissəsi 02 iyul 2003-cü il tarixli, 4Ə-03-331 nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 ki, həmin müqavilə birgə mülkiyyətçilərin hamısı tərəfindən imzalanmışdır. Həmçinin, 02 iyul 2003-cü il tarixli, 4Ə- 03-331 nömrəli alqı-satqı müqaviləsinə dair notariat işində isə həmin ərizə mövcud olmamışdır. Məhkəmə kollegiyası iddiaçılardan Abbasova (Nağıyeva) Gülnarə Vəli qızının torpaq sahəsinin satılmasına razılığının və bundan xəbərinin olmaması, torpaq sahəsinin onların istifadəsində olması ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış və Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin tələbinə görə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(076)-29/2018 saylı qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçılar cavabdehə qarşı mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmış, lakin onların iddiaları təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsinə dair Seriya RX ******* saylı, Seriya RX ******* saylı və Seriya RX ******* saylı Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışları 25 noyabr 2016-cı il tarixdə əldə etmişlər. Bundan əvvəl isə həmin torpaq sahəsini iki hissədən ibarət olmaqla bir hissəsini hazırkı iş üzrə tərəf olmayan başqa şəxsə, qalan hissəsini, yəni hazırki mülki iş üzrə mübahisələdirilən 1.36 ha hissəsini isə Cavabdeh2 23 sentyabr 2005-ci il tarixdə satmışlar. Bu səbəbdən də iddiaçıların həmin Çıxarışlara əsaslanan hüquqları mülkiyyət hüququ kimi qiymətləndirilə bilməz, çünki həmin çıxarışlar qeydə alınmazdan əvvəl iddiaçılar torpaq sahəsini cavabdehə satmışlar, cavabdehin isə qeyd olunan alğı-satqı müqaviləsini dövlət reyestr xidmətində qeydiyyata aldırmaması onun əldə etmiş etmiş olduğu əmlaka sərəncam vermək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə alğı-satqı müqaviləsi üzrə mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması üçün müddət müəyyən edilməmişdir. Cavabdeh mübahisəli torpaq sahəsini əldə etmiş olduğu vaxtdan, yəni 23 sentaybr 2005-ci ildən hazırkı vaxtadək mübahisəli toraq sahəsindən təyinatı üzrə istfadə etməklə, torpaq sahəsi üzrəsində sahiblik və istifadə hüququnu maneəsiz həyata keçirmişdir. Bu müddət ərzində iddiaçıların hər hansı qaydada torpaq sahəsi ilə bağlı mübahisə açmaları iş materialları ilə öz əksini tapmamışdır. Məhkəmə iddiaçıların hazırki davranışını iddiaçıların öz hüquqlarından sui-istifadə etmələri kimi qəbul edir və hesab edir ki, iddiaçıların hazırki davaranışları cavabdehin qanuni qaydada əldə etmiş olduğu torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşdınlmasına yönəlmiş davranışdır. Qeyd olunan qətnamə ilə iddiaçıların 23 sentyabr 2005-ci il tarixdən etibarən torpaq sahəsinin cavabdehin istifadəsində olması faktı müəyyən edildiyindən, Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən hazırkı işdə həmin faktın mübahisələndirilməsi və sübut edilməsi yolverilməz olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıların hazırkı iddialarında səmimi olmamaları işin digər halı ilə də təsdiq olunmuşdur. Belə ki, iddiaçılar hazırkı mübahisə çərçivəsində 02 iyul 2003-cü il tarixli, 4Ə-03-331 nömrəli alqı-satqı müqaviləsinə əsasən 1.95 ha torpaq sahəsinin 5904,91 kv.m hissəsini X1 bildirməklə, bununla bağlı hər hansı bir mübahisə olmadığını qeyd etmişlər ki, işdə olan sübutlarla da torpaq sahəsinin 5904,91 kv.m hissəsinin satılması öz təsdiqini tapmışdır. Lakin, iş materiallarında olan Seriya RX ******* saylı, Seriya RX ******* saylı və Seriya RX ******* saylı Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, iddiaçılar torpaq sahəsinin 5904,91 kv.m hissəsini satsalar da həmin torpaq sahəsi, o cümlədən hazırkı iş üzrə cavabdehə satılmış 1,36 ha torpaq üzərində sonradan, yəni xx.xx.2016-cı il tarixdə ümumilikdə 1,95 ha torpaq sahəsi üzərində özlərinin və mərhum X12 ümumi birdə mülkiyyət hüquqlarını qeydə aldırmış, daha sonra isə X10 miras qalmış hissə üzrə müvafiq vərəsəlik şəhadətnaməsi alınmaqla, bağışlanmışdır. Yəni, iddiaçıların 1.95 ha torpaq sahəsinin 5904,91 kv.m hissəsini X6 02 iyul 2003-cü il tarixli, 4Ə-03-331 nömrəli alqı-satqı müqaviləsinə əsasən satmaları və bunu etiraf etmələri halında, sonradan həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaları anlaşılan olmamaqla, bu fakt məhkəmə kollegiyası tərəfindən torpaq sahəsini almış şəxslərin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamasından sui istifadə etmək halı kimi qiymətləndirilməklə, hazırkı iş üzrə də iddiaçıların mübahisəli torpaq sahəsinin müvafiq olaraq mərhum əri və atası tərəfindən cavabdehə satılmasında xəbərlərinin, o cümlədən razılıqlarının olmasını təsdiq etməkdədir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, mübahisəli torpağın alğısatqısı müqaviləsi üzrə satıcılardan K.Ağahüseynova və P.Ağahüseynov müqaviləni imzalamamışlar. Yəni ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan əmlaka sərəncam verilmişdir. Bu da mübahisəyə Mülki Məcəllənin müqavilənin bağlandığı vaxt qüvvədə olan 335-ci maddəsinin tətbiq olunmasını istisna edir. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. İddiaçıların nümayəndəsinin xx.xx.2001-ci il tarixli ərizədə iddiaçının soyadının İsayeva qeyd olunması ilə bağlı dəlilinə münasibətdə isə qeyd olunur ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görnür ki, onun qızlıq soyadı İsayeva olmuşdur. Digər tərəfdən ərizənin İddiaçı1 tərəfindən verilməsi mübahisələndirilməmişdir. Beləliklə, yuxaırda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, mübahisənin həllində maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.