Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2168/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsindən cavabdeh X2 verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-сü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X1 - hər ay qazancın və (və ya) başqa gəlirlərin 1/4 hissəsi məbləğində aliment və uşaq 3 yaşa çatanadək hər ay 50 /əlli/ manat əlavə xərc kimi pul məbləği 31 iyul 2024-cü il tarixdən hesablanılmaqla tutulub 02 avqust 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi, cavabdeh X1 - 50 /əlli/ manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ tutularaq dövlət büdcəsinə verilməsi və tələbin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh X4 apellyasiya şikayəti ilə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsinin aliment tələbinə dair hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsindən cavabdeh X2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu ödənilməmiş və apellyatorun şikayətdə “aliment alınması barədə iddialar üzrə iddiaçılar” dövlət rüsumu ödəməkdən azaddır qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Həmin qanunun 9.1 və 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin; 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Cavabdeh X2 dövlət rüsumunu ödəməkdən azad olunma əsası müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğunluğunu tam yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsindən cavabdeh X2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarında göstərmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd etdiyi hüquqi mövqeyinə uyğun olaraq, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, hazırkı qərardadın təqdim edildiyi vaxtdan 10 gün müddətində şikayət verən şəxsin yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2238/2024 saylı qətnaməsindən cavabdeh X2 verdiyi şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2168/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2168/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver