Məhkəmə qərarları › İş №2(104)-2257/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2257/2025

16.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2257/2025 16.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (atası) nümayəndə2 İsrəfil oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı faktiki çəkilmiş əlavə xərcin əvəzi qismində pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2010-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 8(125)- ***/**** nömrəli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləği indeksasiya edilmiş, bu qərardadın qüvvəyə mindiyi tarixdən başlamaqla, ##.##.2008-ci ildə anadan olmuş X1 və ##.##.2010-cu il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır.

3. «Gəncə Hospital» tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ******** nömrəli qəbzin surətindən görünür ki, X1 neyrocərrahiyyə əməliyyatına görə 600 manat məbləğində ödəniş edilmişdir.

4. «Respublika Diaqnostika» Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli çek fakturanın surətindən görünür ki, ##.##.2008-ci il təvəllüdlü X1 əczanə xərclərinə 135 manat məbləğində ödəniş edilmişdir.

5. «Appro Laboratories» tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ##.##.2008-ci il təvəllüdlü X1 həkim müayinəsi ilə bağlı 65 manat məbləğində ödəniş edilmişdir.

6. «İstanbul Genetics» Klinikası tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ##.##.2008-ci il təvəllüdlü X1 həkim müayinəsi ilə bağlı 10 manat məbləğində ödəniş edilmişdir.

7. «İstanbul Genetics» Klinikası tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ##.##.2008-ci il təvəllüdlü X1 nevropatoloq müayinəsi ilə bağlı 130 manat məbləğində ödəniş edilmişdir.

8. «İstanbul Genetics» Klinikası tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ##.##.2008-ci il təvəllüdlü X1 elektroensefaloqrafiya müayinəsi ilə bağlı 70 manat məbləğində ödəniş edilmişdir.

9. ##.##.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, X1 tibbi xidmətin göstərilməsi ilə əlaqədar «Respublika Diaqnostika» Mərkəzinə 310 manat və 70 manat məbləğində ödəniş edilmişdir.

10. ##.##.2025-ci il tarixli,##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli,##.##.2025-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, tibbi xidmətin göstərilməsi və əczaçılıq xidmətləri ilə əlaqədar 61 manat 70 qəpik,11 manat 30 qəpik, 37 manat 80 qəpik, 110 manat və 70 manat məbləğində ödəniş edilmişdir.

11. «Mediland Hospital» tərəfindən verilmiş 2024-cü il tarixli qəbzin surətindən görünür ki, ##.##.2010-cu il təvəllüdlü X4 ginekologiya müayinəsi ilə bağlı 50 manat məbləğində ödəniş edilmişdir.

12. «Mediland Hospital» tərəfindən verilmiş 2024-cü il tarixli qəbzin surətindən görünür ki, ##.##.2010-cu il təvəllüdlü X4 USM ginekoloji (abdominal) müayinəsi ilə bağlı 35 manat məbləğində ödəniş edilmişdir.

13. «Mediland Hospital» tərəfindən verilmiş 2024-cü il tarixli qəbzin surətindən görünür ki, ##.##.2010-cu il təvəllüdlü X4 ginekologiya müayinəsi ilə bağlı 90 manat məbləğində depozit ödəniş edilmişdir. 14., «X6 Mərkəzi» MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ##.##.2010-cu il təvəllüdlü X4 tibbi xidmətin göstərilməsi ilə bağlı 221 manat məbləğində ödəniş edilmişdir.

15. Aptek qəbzinin surətindən görünür ki, 28 manat 36 qəpik məbləğində ödəniş edilmişdir.

16. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Daşkəsən regional Təhsil İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *-**- **/*-****/**** nömrəli arayışdan görünür ki, Cavabdeh ##.##.2016-cı il tarixdən Gəncə şəhəri Məhəmməd Hadi adına ** nömrəli tam orta ümum təhsil məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Əmək stajı 8 il 9 aydır. Onun aylıq əməkhaqqı 1.091 manat hesablanmışdır. Ələ alacağı məbləğ 884 manat 43 qəpik təşkil edir.Həmin məbləğdən 464 manat məbləğində aliment tutulduqdan sonra ələ çatan məbləğ 420 manat 43 qəpik təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı birgə nikahdan anadan olmuş uşaqların müayinə və müalicəsi üçün faktiki çəkilmiş əlavə xərcin qismində 1.992 manat məbləğində pul vəsaitinin yarısı olan 1.000 manat, hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində əlavə xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

18. İddiaçının nümayəndəsi nümayəndə2 İsrəfil oğlu məhkəməyə iddianın azaldılmasına dair ərizə təqdim edərək, birgə nikahdan anadan olmuş uşaqların müayinə və müalicəsi üçün faktiki olaraq çəkilmiş əlavə xərcin qismində 1.992 manat məbləğində pul vəsaitinin yarısı olan 996 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 2007- ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından ##.##.2008-ci il tarixdə Mələk və ##.##.2010-cu il tarixdə isə Nəzrin adlı iki uşaqları anadan olmuşdur. İddiaçı ilə Cavabdeh arasında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə ilə pozulmuş, birgə nikahdan ##.##.2008-ci il tarixdə anadan olmuş X1 və ##.##.2010-cu il tarixdə anadan olmuş X4 üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Cavabdeh Gəncə şəhəri ** nömrəli orta məktəbdə təsərüffat işləri üzrə direktor müavinidir və aylıq əmək haqqı yüksəkdir. Buna baxmayaraq Cavabdeh uşaqların saxlanmasında alimentdən başqa İddiaçı heç bir maddi yardım göstərmir. Halbuki, birgə nikahdan anadan olmuş uşaqların səhhətində çətinliklər vardır və onların aradan qaldırılmasına maddi ehtiyac vardır. Həmin uşaqların müalicəsini, dərman xərclərini təyin olunan alimentlə qarşılamaq isə mümkün deyildir. İddiaçı birgə nikahdan doğulmuş M.Cavabdehnın və N.Cavabdehnı dəfələrlə müxtəlif xəstəxanalarda bir çox müayinələrdən keçmiş, həkim qəbulunda olmuşlar. Sonuncu dəfə uşaqların həkim müayinə və müalicəsinə, eləcə də cərrahi əməliyyatlarına ümumilikdə 1.992 manat məbləğində vəsait sərf etmişdir. Cavabdeh isə maddi imkanının olmadığını əsas gətirərək, bu xərclərdə heç cür iştirak etməmişdir. Buna görə də İddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi E.İ.Məmmədov iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

20. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ##.##.2008-ci ildə anadan olmuş X1 və ##.##.2010-cu ildə anadan olmuş X4 faktiki çəkilmiş əlavə xərcin yarısının əvəzi qismində 996 (doqquz yüz doxsan altı) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdeh ilə birgə nikahdan doğulmuş uşaqların müayinə və müalicəsinə, habelə cərrahi əməliyyatına və dərmanların alınmasına 2.074 manat məbləğində vəsait sərf etməsinə dair sübutları məhkəməyə təqdim etmişdir.

22. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81ci, Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

23. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə ədalətsiz baxılmış və qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin iddia etdiyi dəlillərə istinad etmiş, cavabdehin uşaqların qayğısına qalmağı aliment ödəməyi və s. hüquqi qiymət verməmişdir. Hesab etmişdir ki, məhkəmə yalnız iddiaçının deyil onun da maddi vəziyyətini araşdırmalı və nəzərə almalı idi. Məhkəmə araşdırmamışdır ki, çəkilən əlavə xərcin mahiyyəti nədir və nə üçün çəkilmişdir.

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, aliment ödəyir, başqa pul ödəməyə imkanı yoxdur. İddiaçının atası onu təhqir edir. Uşaqlarını görə bilmir. Hazırki məbləği birdəfəyə ödəməyə imkanı olmasa da, hissə-hissə ödəyə bilər.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (atası) nümayəndə2 İsrəfil oğlunun apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Mələk Kazımova epilepsiya xəstəsidir. Buna görə də, müxtəlif klinikalarda olmuş, aparatlardan keçmişdir. Mələk Kazımova büzdüm sümüyündən əməliyyat olmuşdur. Uşaq vaxtı yıxalan zaman xəsarət almış get-gedə ağrıları kəskinləşmişdir və əməliyyat olmuşdur. Məhkəmə qərarından sonra 300 manat xərc çəkilmişdir. Təxmini 3000 manat xərclənmişdir amma 2000 manatı xərc sübutları mövcud olduğundan onun ödənilməsini isdəyirik. Nəzrin Kazımovada da epilepsiya xəstəliyinə oxşar xəstəlik mövcuddur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ümumi əməliyyatlar keçirilməsi və müalicələr olunması üçün pullar xərclənmişdir. Nəzrin Kazımovada da epilepsiya xəstəliyinə oxşar xəstəlik mövcuddur. Nəzrin Kazımova titriyir, əsir və nəfəs ala bilmir. Cavabdeh dava-dərmana, klinikalar ödənilən məbləğdən 1 manat belə ödəməmişdir. Alimentdən başqa heç bir pul verməmişdir.

28. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi olan atası vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

29. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

30. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

31. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

32. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

33. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

34. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı iş üzrə apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası ilk növbədə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşağın ananın himayəsində olmasını, onun qayğısının çəkilməsinin ananın üzərinə düşməsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarına uyğun olan məqsədəmüvafiq nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı 2024-2025-ci il tarixlərdə X1 müayinə və müalicəsinə, habelə cərrahi əməliyyatına və dərmanların alınmasına 1.650 manat, X4 müayinə və müalicəsinə, habelə cərrahi əməliyyatına və dərmanların alınmasına 424 manat, cəmi 2.074 manat məbləğində vəsait sərf etməsi, iş materialları və təqdim olunmuş sənədlər ilə təsdiqini tapmışdır. Lakin cavabdehin çəkilmiş əlavə xərclərdə iştirak etməsi iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

47. Məhkəmə kollegiyası cavabdehin maddi imkanının aşağı olması, hazırda həmin uşaqlara aliment ödəməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

48. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

49. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir.

50. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

51. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Qərarında birbaşa qərara alınmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.

52. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləği birdəfəyə ödəməyə maddi imkanı olmasa da, hissəhissə ödəyə bilər.

53. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti (mübahisələndirilən hissədə) beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar