Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2287/2025 25.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı ”uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “uşaqların alınıb ana himayəsinə qaytarılması”tələbi üzrə qarşılıqlı iddiasına dair iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(066)-802/2025 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(066)-802/2025 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma” tələbinə dair ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqlar İddiaçı alınaraq anaları Cavabdeh verilməsi, İddiaçı məhkəmə xərci olaraq 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Göygöl rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(066)-802/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 onun öhtəsində yaşamaları faktına və xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi Cavabdeh Saməddin qızının xeyrinə aylıq gəlirin 1/3 hissəsi miqdarında ödədiyi aliment öhtəliyindən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2018-ci ilin avqust ayında el adəti ilə toyları olmuş, nikah orqanlarında nikah akt qeydi aparılmadan bir yerdə yaşamaqla bir təsrrüfatı idarə etmişlər. Cavabdehlə nikahları Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2018-i il tarixdə 2536 nömrə ilə qeydə alınmış, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X16 və xx.xx.2020-ci il il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyi üçün bir yerdə yaşamaları baş tutmamış, aralarında olan nikah əlaqələri 2023-cü ildən tam kəsilmiş, həmin vaxtdan bir yerdə yaşamırlar. Cavabdeh atası evində yaşayır. Cavabdeh ilə barışmaq, onların gələcək birgə ailə həyatlarını və ailənin qorunub saxlanması mümkün olmamış, bu səbəbdən cavabdeh Göygöl rayon məhkəməsi qarşısında nikah akt qeydinin pozulması barədə iddia qaldırmış və Göygöl rayon məhkəməsinin 2(066)-58/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 2536 nömrə ilə qeydə alınmış nikah akt qeydiyyatları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 anası Cavabdeh Saməddin qızının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh Saməddin qızının xeyrinə ödənilməsi qət olunmuşdur. O, mövcud qətnamədə nəzərdə tutulan alimenti daima cavabdehin xeyrinə ödəməyə başlamış, cavabdeh 2024-cü ilin yaz aylarında azyaşlılar Ramal Musayevi və Fatimə Musayevanı onun himayəsinə verərək getmiş və bir daha qayıtmamışdır. Bu barədə bir neçə dəfə cavabdehə müraciət edərək uşaqlarla maraqlanmasını bildirmiş, cavabdeh isə uşaqlara özün bax demişdir. Həmin vaxtdan uşaqlar onun yanında yaşayırlar, onların bütün maddi tələbatlarını ödəyir, məktəbə və uşaq baxçasına yerləşdirmişdir. Buna baxmayaraq onun aylıq qazancının və gəlirlərinin 1/3 hissəsi tutularaq cavabdehə verilir. Cavabdeh uşaqlar barədə maraqlanmır, onların maddi durumu onu narahat etmir, ancaq sosial şəbəkələrdə görünür, uşaqlara ödədiyi alimenti özünə xərcləyir. Azyaşlı uşaqların onun yanında yaşamaları və oxumaları barədə dövlər orqanlarından verlmiş arayışları işə əlavə edir. Aliment öhtəliyindən azad oulnması üçün Mediasiya Şurasına müraciət etmiş, cavabdehlə əlaqə yaradılmış, Mediasiya Şurasına dəvət edilmiş, lakin cavabdeh Mediasiya sessiyasına gəlməyəcəyini bildirmişdir. Göstərdiklərinə əsasən azyaşlılar Ramal Musayev və Fatimə Musayeva onun öhtəsində yaşamaları və onların bütün maddi tələbatlarını o ödədiyinə görə aliment öhtəliyindən azad olunmalıdır. Bundan sonra ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 onun yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi Cavabdeh Saməddin qızının xeyrinə aylıq gəlirin 1/3 hissəsi miqdarında ödədiyi aliment öhtəliyindən azad olunması, uşaqlarla Cavabdeh Saməddin qızının ünsiyyətdə olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə təkrar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 onun yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi Cavabdeh Saməddin qızının xeyrinə aylıq gəlirin 1/3 hissəsi miqdarında ödədiyi aliment öhtəliyindən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı qarşı “uşaqların alınıb ana himayəsinə qaytarılması”tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan övladları, xx.xx.2019cu il təvəllüdlü X7, xx.xx.2020-ci təvəllüdlü X5 Göygöl Rayon Məhkəməsinin 2(066)- 58/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun himayəsinə verilməsini və həmin qətnamənin qanuni qüvvədə olması və uşaqların 10 yaşına çatmamış olmasının, ana qayğısına ehtiyaclarının olmasının nəzərə alınmasını və cavabdehdən alınaraq ona verilməsi, geri qaytarılması barədə qətnamə çıxarılmasını və həmçinin ilkin iddianın təmin edilmədən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-802/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma” tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “uşaqların alınıb ana himayəsinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilkin iddianın təmin edilmədən rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, yəni iki azyaşlı övladlarının cavabdehdən (ilkin iddiaçıdan) alınaraq, qaytarılaraq ona verilməsi, yəni xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il il təvəllüdlü X5 alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddialarının tam həcmdə təmin edilməsini və vəkil xidməti üçün ödənilən 300 manat xidmət haqqının və məhkəmə rüsumunun da cavabdehdən tutularaq Cavabdeh ödənilməsinin qət edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli, obyektiv araşdırma aparmadan qərəzli, ədalətsiz qətnamə qəbul etmişdir. Bu səbəbdən bir mənalı ləğv olunmalıdır. Belə ki, o, Azərbaycan Respublikasının MN-nin nəzdində olan hərbi hissədə quluq edir, N günlük ərazilərin erməni işğalçılarından təmizlənməsində iştirak etmiş, Azərbaycan Respublikasının Qarabağın azad edilməsi medaları ilə təltif edilmişdir. İki uşaq atasıdır. xx.xx.2019-cu il təvəlüdlü X7, xx.xx.2020-ci il təvəlüdlü X6 2024-cü ilin mart ayından anaları Cavabdeh polislə uşaqları onun yanına gətirmişdir. Polis demişdir ki, uşaqların yaşamağa yeri yoxdu, bu səbəbdən gətirmiş, yaxın durmasa uşaq evinə verəcəkdir. O, uşaqları qəbul etmiş, Türkanə uşaqlardan imtina etmiş və getmişdir. Bir müddədən sonra kənd əhalisi onları tanıyanlar Türkanənin sosial şəbəkələrdə əxlaqsız danışdığını göstərmişlər. O, isə uşaqlara baxmağa davam etmişdir. Ancaq hər ay onun aylıq qazancından 350 manat pul tutularaq Turkanənin xeyrinə ödənilirdi. Uşaqlar onun himayəsində olmasına baxmayaraq Turkanə aliment pulunu özü üçün kafedə kef məclislərində xərcləyirdi. Bunu nəzərə alaraq Göygöl rayon Məhkəməsinə müraciət edərək, uşaqların onun yanında qalmaları, həmçinin alimentin dayandırılması barədə qətnamə qət olunmasını xahiş etmişdir. Bundan sonra Türkanə uşaqları ondan tələb etdi. O, demişdir ki, alimenti bərpa etdirərək, anası saxlayacaq. Onun anası xəstədir, uşaqların səsini götürə bilmədiyi üçün, polislə uşaqları onun yanında qoyaraq getmişdir. Hal-hazırda uşaqlar üçün ödədiyi 350 manat aliment pulu dayandırıldığı üçün uşaqları tələb edir. 2024-cü ilin mart ayından hal-hazıra kimi uşaqlar onun Samux rayonun Alıuşağı kəndində yaşayırlar. Həmin vaxtdan uşaqlar saxlanması ilə o və nənəsi Maral məşğul olmuşlar. Uşaqlar onlara öyrəşmişlər. Onlar getmək istəmirlər. Onların hər ikisi Samux rayon Alıuşağı kəndində yerləşən tam orta məktəbdə oxuyur, tərbiyə alırlar. Yaşayış yerlərinin dəyişməsi onlara mənfi təsir göstərər. Onlar yaşayış yerlərini dəyişmək istəmirlər. X21 və Fatimə Musayeva 2025-ci ildə məktəbə getməsi ilə əlaqədar Türkanə Müsayevanı dəvət etmişlər. Həmin vaxt uşaqlar Türkanəyə yaxınlaşmadılar, ondan uzaq durdular. Onlar ancaq onunla, nənələri ilə söhbətləşərək nə istədiklərini bildirirdilər. Türkanə daima söz-söhbət göndərərək bildirir ki, polislə gələrək uşaqları aparacaqdır. Bu hal bir neçə dəfə baş verib. Hər qapı döyüləndə, polis Türkanə ilə gəlib onları aparacaqlarını güman edərək daima qorxurlar, nərahat olurlar. Uşaqların onun yanında 2024-cü ilin mart ayından yaşamalarını qonşular, məktəbdə işləyən müəlimlər və uşaq bağçasında işləyənlər təsdiq edirlər. O, bu barədə Samux rayon İHB-n Alışağı kənd İƏDÜə namayəndəsindən, məktəbdən və uşaq bağçasında verilən arayışlarla təsdiq olunmasını göstərmiş və şahid kimi dindirilməsi barədə vəsatətlər vermişdir. Lakin hakim onları məhkəməyə çağıraraq dindirməmişdir. Turkanə Musayeva sosial şəbəkələrdə yüngül həyat tərzi keçirir, bu hallar aydın şəkildə disklərdə müşahidə olunur. Bu disklərdə onun qadına yaraşmayan sözlər işlədir. Hansı ki, bu sözləri yazmaq mümkün deyil onu məhkəmə zalında belə nümayiş etdirilməsi mümkün deyil. Bu subutlar mötəbər, ilkin və həqiqi subutlardı. Məhkəmə qanuna görə bu subutlara əsaslanıb qətnamə qəbul etməli idi. Lakin mövcud iş üçün bu subutlar mötəbər, ilkin və həqiqi olsa da məhkəmə bunlardan istifadə etməyərək qanunsuz məhkəmə aktı qəbul etmişdir. ` Prosessual məsələlər və proses iştirakçısının izahatı: İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, tərəflər məhkəməyə iclasına gəlməmişlər. İlk iddia üzrə İddiaçı məhkəmə kollegiyasına təkrar ərizə göndərərək Qubadlı rayonunda olmasını nəzərə alaraq məhkəmənin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, nikahları pozulanda uşaqlarının ikisi də onun yanında saxlanmışdır. Lakin bir müddət sonra anasının xəstəliyi iləı bağlı qaynanası özü ona müraciət edərək uşaqların birisinin müvəqqəti olaraq onların yanında qalmasını xahiş etmiş, daha sonra isə gəlib ikinci uşağı da aparmışlar. Dəfələrlə tələb etməsinə baxmayaraq ilk iddia üzrə iddiaçı uşaqları ona verməkdən imtina etmiş, hətta uşaqlarının dalınca gedən atasını da döymüşlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(066)-802/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1990-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. İş materiallarına əlavə edilmiş Gəncə Asan Xidmət X15 tərəfindən verilmiş AZ-İV seriyalı, 523819 nömrəli, 16 noyabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2020-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 11-ci ayının 16-cı günündə 4459 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Asan Xidmət X15 tərəfindən verilmiş AZ-İV seriyalı, 293327 nömrəli, 20 iyun 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X16 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2019-cu ilin 06-cı ayının 20-ci günündə 2762 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Samux RİHB Alıuşağı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-cil il tarixli, 52 və 53 saylı arayışlardan görünür ki, xx.xx.2019-ci il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X2 rayonu, Alıuşağı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Samux rayon Alıuşağı kənd M.F.Axundov adına tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2025-cil il tarixli, 85 saylı arayışdan görünür ki, X16 2024-2025-ci tədris ilində Alıuşağı kənd M.F.Axundov adına tam orta məktəbin məktəbəhazırlıq sinifində təhsil alır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/1/2024-00041 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “aliment və uşaq tələbinə dair” mübahisə üzrə xx.xx.2025-ci il tarixində mediator tərəfindən keçirilən “İlkin mediasiya sessiyası” nda Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli, 5-72/2-M-1xx-xx/2025 saylı məktubdan görünür ki, Komissiyanın üzvləri və Alıuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı yaşadığı ünvana baxış keçirilən zaman övldaları xx.xx.2019cu il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 onun evində olduğu məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-58/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 08 noyabr 2018-ci il trixdə Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat Şöbəsində 2536 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X5 anaları Cavabdeh yanında saxlanılmaları, xx.xx.2019cu ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi və alimentin tutulmasının 12 sentyabr 2023-cü il tarixdən başlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AKT-dan görünür ki, Samux rayonunun Alıuşağı kəndində yaşayanlar X17, X3, X9, X10 və X11 aktı tərtib etmişlər ondan ötrü ki, Samux rayonu Alıuşağı kəndində qonşuluqda yaşayan İddiaçı uşaqları xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2020-ci il təvəllüdlü X1 onun ecində Samux rayonu Alıuşağı kəndində yaşayırlar. Uşaqlar əvvəllərdə atası ilə yaşamışlar, daha sonra anaları uşaqları Göygöl rayonuna aparmış, 2024-cü ilin yay ayından uşaqlar Ramal və Fatiməni anaları Cavabdeh Səməd qızı ataları İddiaçı himayəsinə verərək getmişdir. Halhazıra kimi Ramal və Fatimə atalarının himayəsində yaşayırlar. Ramal Samux rayonunun Alıuşağı kəndində məktəbdə oxuyur, Fatimə isə uşaq bağçasına gerdir. Onlar qonşu kimi uşaqlarla maraqlanmışlar, anaları onların necə yaşamaları barədə maraqlanmasını görməmişlər. İş materiallarına əlavə edilmiş ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD-diskdə olan videogörüntülərdən görünür ki, Cavabdeh “TİKTOK” sosial şəbəkə platformasında müxtəlif vaxtlarda canlı yayımlar açmışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlılar xx.xx.2019-cu il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 azyaşlı olduqlarını və daha çox ana qayğısına ehtiyacları olduğunu nəzərə alaraq, onların manafeyinə uyğun olaraq anaları Cavabdeh Saməddin qızının himayəsində qalmalarını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyə əlavədən görünür ki, komissiyada məhkəmə işi ilə əlaqədar araşdırma aparılmış və azyaşlılar xx.xx.2019-cu il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 mənafeyinə uyğun olaraq, ataları İddiaçı ilə hər həftənin şənbə və bazar günü saat 10:00dan 18:00-dək görüşüb ünisyyətdə olmalarını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə edilmiş Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2019-cu il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 anası Cavabdeh Saməddin qızı ilə yaşamalarını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iş üzrə tərəflər birgə nikahda olmuş və birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqları doğulmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(066)-58/2024 saylı qətnaməsinə əsasən tərəflər arasında 08 noyabr 2018-ci il trixdə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X5 anaları Cavabdeh yanında saxlanılmaları, xx.xx.2019-cu ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi və alimentin tutulmasının 12 sentyabr 2023-cü il tarixdən başlanılması qət edilmişdir. İlk iddia üzrə cavabdehin anasının səhhətində müəyyən problemlər olduğuna və uşaq səs-küyünə qarşı həssas olduğundan ilk iddia üzrə iddiaçının anasının təklifi ilə əvvəlcə uşaqların birisi, sonra digəri müvəqqəti ataları ilə qalması üçün ilk iddia üzrə iddiaçıya verilmiş, sonralar ilk iddia üzrə cavabdeh uşaqlarının özünə qaytarılmasını tələb etmiş olsa da, uşaqları ona verilməmiş və ilk iddia üzrə iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbini rədd, qarşılıqlı iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqların azyaşlı olmasını diqqətdən qaçırmır, ancaq yaranmış vəziyyətdə onların analarından alınaraq atasının himayəsində saxlamağı da məhz uşaqların mənafeyi baxımından yolverilməz hesab edir. Belə ki, məhkəmə iş üzrə Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyində Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlılar xx.xx.2019-cu il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 azyaşlı olduqlarını və daha çox ana qayğısına ehtiyacları olduğunu nəzərə alaraq, onların manafeyinə uyğun olaraq anaları Cavabdeh Saməddin qızının himayəsində qalmalarını məqsədəuyğun hesab etməsini, Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2019-cu il təvəllüdlü X16 və xx.xx.2020-ci il təvəllüdlü X5 anası Cavabdeh Saməddin qızı ilə yaşamalarını məqsədə müvafiq hesab etməsini nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə azyaşlı xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqların atasının yanında saxlanılması uşaqların mənafeləri baxımından yolverilməzdir. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Məhkəmə, uşaqların mənafeyini, iş üzrə verilmiş qəyyumluq və himayəçilik komissiyasının rəyində göstərilənləri, ilk iddiaçı X7 daimi işi Şəmkir rayonunda Müdafiə Nazirliyinin N-saylı hərbi hissəsində olmaqla bir gün növbədə olmaqla işdə, iki gün evdə olmasını və o işdə olduğu zaman xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqlara ata nənəsinin və ilk iddiaçının bacısının baxmasını nəzərə alaraq, uşaqların atalarının himayəsinə verilməsini məqsədə müvafiq hesab etmir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “uşaqların onun öhdəsində olmasının təsdiq olunması və aliment öhtəliyindən azad olunma” tələbinə dair ilk iddiası rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Ramal və xx.xx.2020-ci il il təvəllüdlü Fatimə adlı uşaqlar İddiaçı alınaraq anaları Cavabdeh verilməlidir. Qarşılıqlı iddia tələbinin vəkil xidməti üçün ödənilən 300 manat xidmət haqqının cavabdehdən tutularaq Cavabdeh ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı 300 manat vəkil xidməti haqqı qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübutu təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə görə, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT Baş Assabbleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir-azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Məhkəmə kollegiyası tərəflərin birgə nikahlarından doğulmuş uşağın yaşını, ana qayğısına və nəvazişinə ehtiyacı olmasını, “BMT Baş Assabbleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində göstərilən azyaşlı uşaqların anasından ayrılmasına əsas verən heç bir müstəsna şəraitin mövcud olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq azyaşlı uşaqlarının anasının himayəsinə verilməsi qənaətinə gəlmişdir. Odur ki, birinci instansiya məhkəmə ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməkdə haqlı olmuşdur Məhkəmə kollegiyası apellyasiya şikayətinin uşağın anasının həyat tərzi ilə bağlı sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmənin bunu araşdırmaması dəlilləri ilə razılaşmır. Belə ki, ilk iddia üzrə iddiaçının birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu disk heç də iddiaçının həyat tərzini mənfi xarakterizə edən sübut hesab edilə bilməz. Həmçinin həmin disk ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) öz uşaqlarına analıq qayğısı göstərmədiyini təsdiq edən sübut hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçının şəxsi həyatında uşaqların tərbiyəsi, əxlaqı, mənəviyyatı və yaşam tərzinə mənfi təsir edəcək halların mövcudluğunu təsdiqləyəcək sübutlar təqdim edilməmişdir və həmin halların mövcudluğu təsdiqini tapmır, həmin hallara yalnız cavabdehin izahatına istinad etməklə qiymət verilə bilməz və kollegiya bu baxımdan apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Kollegiya apellyasiya şikayətinin anasının atasının yanında qaldığı müddət ərzində uşaqla maraqlanmadığına dair dəlilini də əsassız sayır. Ona görə ki, qarşılıqlı iddia üzrə iddiaçı uşağının alınıb ona verilməsi, oinunla ünsiyyət qurulması üçün mümkün tədbirləri görmüşdür, yəni öz uşağına münasibətdə etinasız olmamışdır. Azərbaycan Respublikası MPM-in: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(066)-802/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2287/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2287/2025
25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver