Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-229/2023 24.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(066)-752/2022 saylı qətnaməsindən iddiаçı İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiаçı İddiaçı Cavabdeh qаrşı “alimentin artırılması” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, onunla Cavabdeh birgə nikahdan olan övladları 11 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 250 manat məbləğində və 100 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barəsində və alimentin ödənilmə tarixi iddia ərizəsinin məhkəməyə verilən gündən başlayaraq sayılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin predmetini dəyişərək, 11 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay əmək haqqının ¼ (dörddə bir) hissəsi məbləğində və əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi, alimentin ödənilmə tarixinin iddia ərizəsini məhkəməyə verilən gündən başlayaraq sayılması barəsində qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2013-cü il tarixdə birgə nikaha daxil olmuşdur. Birgə nikahlarından bir yetkinlik yaşına çatmayan 11 oktyabr 2014-cü il təvəllüdlü X5 adlı övladları vardır. Ailə münasibətlərində problemlər olduğu üçün iddiaçı tərəfindən nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2017-ci il tarixli, 2(051)-29/2017 nömrəli qətnaməsinə əsasən 02 noyabr 2013-cü il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 243 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. Şəki Apelyasiya Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 136 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hesab edir ki, hal-hazırda həmin pul vəsaiti ilə övlad saxlamaq qeyri-mümkündür. Özünün aylıq əmək haqqısı azdır və övladının saxlanılmasına maddi imkanı çatmır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(066)-752/2022 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddiа qismən təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(107)-1800/2017 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn başlayaraq İddiaçı xeyrinə verilməsi, Cavabdeh 45,50 (qırx beş manat əlli qəpik) mаnаt dövlət rüsumunun аlınаrаq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Mingəçevir şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 iyul 2017-ci il tarixli, Az-İ seriyalı, 272525 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X4 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin iyul ayının 15-ci günündə 157 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Əliyev qadına Qədirova soyadı verilmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 413282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (Atası Cavabdeh, anası İddiaçı) 11 oktyabr 2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2014-cü ilin oktyabr ayının 30-cu günündə 1537 nömrə ilə qeyd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(107)-1800/2017 nömrəli icra vərəqəsinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)-266/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 136 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin AMG/AR/22-008 seriyalı, 22 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də ekskavator operatoru peşəsində işləyir. Ştat cədvəlinə uyğun olaraq aylıq vəzifə maaşı 850,87 manat məbləğ təşkil edir. (ödənilən əmək haqqına vergi və tutulmalar daxildir.) "xxxx" MMC-nin AMG/AR/22-008 seriyalı, 23 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də ekskavator operatoru peşəsində işləyir. Ştat cədvəlinə uyğun olaraq aylıq vəzifə maaşı 686,18 manat məbləğ təşkil edir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Göygöl Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(066)-752/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(066)-752/2022 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə cavbdehdən 136 manat aliment tutulması qət edilmişdir. Həmin aliment məbləği uşağı tələbatının ödənilməsinə kifayət etmir. Uşağın geyimi, yeməyi, müəllimələrə əlavə dərs üçün ödənilən pul hamısı onun üzərindədir. Onun isə aylıq əmək haqqı azdır və övladının saxlanması üçün imkanı çatmır. İddia tələbində o uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 350 manat məbləğində aliment tələb etmişdir. Lakin, məhkəmə Cavabdeh hər ya qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqadarında alimentin tutulmasını qət etmişdir. Cavabdeh ümumiyyətlə uşağı ilə maraqlanmır. Birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmadan iddia tələbini qismən təmin etmişdir. Halbuki, cavabdehin rəsmi iş yerindən başqa biznesi vardır və aylıq qazancı təxminən 1500 manat təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri. Göygöl Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(066)-752/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(066)-752/2022 saylı qətnaməsinin dəyişdirilirərk iddianın qismən təmin edilməsi, yəni cavbdehin qazancının yarısından 3 uşağa nisbətdə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq qətnamə qəbul etmişdi. Cavabdehin verdiyi sübutlara isə qiymət verilməmişdir. Cavabdeh iddiaçıdan ayrıldıqdan sonra yenidən evlənmiş və həmin nikahdan 2017-ci il təvəllüdlü Esma və 2018-ci il təvəllüdül Ümid adlı uşaqları doğulmuşdur. Həmin uşaqlar hazırda onun himayəsindədirlər. Göründüyü kimi cavabdehin himayəsində 3 azyaşlı uşağı vardır. Ona görə də onun qazancı 3 uşağa münasibətdə bölünməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X6 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə əsassız olduğunu, gəlirinin yalnız aldığı əmək haqqından ibarət olduğunu, buna dair də müvafiq arayışı məhkəməyə təqdim etdiklərini, cavabdehin həmçinin ağciyər xəstəsi olmaqla mütəmadi müalicə olunduğunu bildirib, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavadbehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası iddiaçının məhkəmədən 350 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddianın tələbinin predmeti dəyişdirilməsi barədə məhkəməyə ərizə verilərək, 11 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay əmək haqqının ¼ (dörddə bir) hissəsi məbləğində və əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutulması xahiş edilmişdir ki, birinci instansiya məhkəməsi də verilmiş tələb üzrə qətnamə qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin AMG/AR/22-008 seriyalı, 22 iyun 2022-ci il tarixli və 23 sentyabr 2022-ci il tarixli arayışları ilə Cavabdeh vergi və tutulmalar daxil olmaqla aylıq vəzifə maaşının 850,87 manat, vergi və tutulmalaraq çıxıldıqdan sonra isə 686,18 manat təşkil etməsi müəyyən edilməkdədir. İddiaçı cavabdehin başqa biznesi olduğunu, bununla da aylıq gəlirinin 1500 manat olmasını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qanunvericiliyin tələbinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, iddiaçının özünün də etiraf etdiyi kimi o da işləyərək müəyyən məbləğdə gəlirlərə malikdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2023-cü il üçün isə müəyyən edilmilş 220 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. 686,18 manat aylıq gəlirin dörddə bir hissəsi isə təxminən 170 manat təşkil edir. Uşaqları saxlamaq isə valideynlərinin hər ikisinin vəzifəsi hesab olunur ki, belə olduğu təqdirdə cavabdehin hazırkı mübahisə üzrə nikahdan doğulmuş uşağına görə gəlirinin dörddə biri miqdarında alimentin tutulması əsaslı hesab olunur. Beləliklə yuxarıda gösətilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Göygöl Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(066)-752/2022 saylı qətnaməsindən iddiаçı İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(066)-752/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.