Məhkəmə qərarları › İş №2(104)-2301/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2301/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2301/2023 05.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, Cavabdeh3 və onun nümayəndəsi, vəkil X4 iştirakı ilə, İddiaçı cavabdehlər Kəlbəcər Rayon İcra Hakimiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “03 iyul 2020-ci il tarixdə doğulmuş X3nun onun qəyyumluğuna verilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh3 İddiaçı və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına qarşı “03 iyul 2020-ci il tarixdə doğulmuş X3nun onun qəyyumluğuna verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə dair Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(040)-568/2023 saylı qətnaməsindən iddiaçının vəkil və nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmədə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğu cavabdehlər: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi (oğlunun övladı) X10 onun qəyyumluğuna verilməsi və onun həmin uşaq üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, qəyyumluğa götürmək istədiyi X3 03 iyul 2020-ci ildə mərhum oğlu X12 ilə mərhum gəlini X6 birgə nikahlarından doğulmuşdur. X29 10 oktyabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən vəfat etmiş və bundan iki gün sonra- 12 oktyabr 2022-ci il tarixdə Fəxrinin arvadı X13 vəfat etmişdir. Oğlu və gəlini vəfat etdikdən sonra, mərhumların 03 iyul 2020-ci il tarixdə doğulmuş övladları Yusif valideyn himayəsindən məhrum qalmışdır. Ona görə də, o, qərara gəlmişdir ki, valideyn himayəsindən məhrum olan nəvəsini öz qəyyumluğuna götürsün və bununla bağlı Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət etmişdir. Lakin qəyyumluqla bağlı mübahisə olduğundan, cavabdeh orqan tərəfindən nəvəsinin onun qəyyumluğuna verilməsindən imtina olunmuşdur. Cavabdeh orqan ona görə imtina etmişdir ki, digər cavabdehlər Cavabdeh2 (uşağın anasının atası) və Cavabdeh3 (uşağın anasının anası) nəvəsinin onun qəyyumluğuna verilməsinə etiraz edirlər. X25 valideyn himayəsindən məhrum olduğundan, qəyyuma ehtiyacı vardır və ata babası olaraq da, o, nəvəsi Yusifin qəyyumu təyin olunmalıdır. Mərhum X29 və gəlini (oğlunun arvadı) X17 rayonunda qeydiyyatda olmuşlar və uşaq da Kəlbəcər rayonunda qeydiyyatdadır, buna baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 uşağın onun himayəsinə verilməsinə əsassız olaraq etiraz edirlər, etiraz etmələrinə isə heç bir səbəb yoxdur. Adları qeyd olunan cavabdehlərin hər ikisinə himayəçi və ya patron lazımdır, həmin şəxslər fiziki cəhətdən özlərini belə idarə edə bilmirlər. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə hazırlıq icraatı zamanı məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiayasının əsl cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, əsl olmayan cavabdeh- Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasını əsl cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyəti ilə əvəzləmişdir. Cavabdeh3 İddiaçı və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumlar X12 ilə X6 birgə nikahlarından 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş X3nun onun qəyyumluğuna verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X12 ilə onun qızı X7 birgə nikahlarından 03 iyul 2020-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. X12 10 oktyabr 2022-ci ildə yolnəqliyyat hadisəsi zamanı həlak olmuşdur. Fəxrinin vəfatından iki gün sonra-12 oktyabr 2022-ci il tarixdə qızı X14 intihar edərək vəfat etmişdir. 03 iyul 2020-ci ildə doğulmuş nəvəsi Yusif valideynlərinin vəfatından sonra onun yanında və himayəsində qalmışdır. Həmin vaxtdan da Yusifin bütün tələbatlarını o və əri qarşılamaqla qayğısına qalırlar, azyaşlı Yusif hazırda onları öz valideynləri hesab edir. Cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı və Məzahirin arvadı X5 azyaşlı Yusifin sevgisini qazanmaq üçün bir müddət onların yaşadığı evin yaxınlığında kirayə mənzil tutub uşaqla ünsiyyətdə olsalar da, azyaşlı Yusif həmin baba və nənəsini tanımadığından, həmin şəxslərdə qalmamışdır. O, nəvəsi Yusifin onun qəyyumluğuna verilməsi üçün Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət etsə də, digər nənə və babanın razılıqları olmadığından bundan imtina edilərək, məhkəməyə müraciət etmək hüquqları ona izah edilmişdir. Hesab edir ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının imtinası qanunsuz və əsassızdır. Belə ki, hazırki mübahisənin faktiki halları Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən hərtərəfli araşdırılmadan bu cür nəticəyə gəlinməsi qanuna ziddir. Yəni, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası azyaşlı Yusifin mənafeyini və həyat şəraitini müayinə edib araşdırmadan hazırki qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan başqa, məhkəməyə bildirir ki, o özü ikinci dərəcəli əlilliyə görə 404,15 manat (dörd yüz dörd manat 15 qəpik), əri Cavabdeh2 isə 327,21 manat (üç yüz iyirmi yeddi manat 21 qəpik) əmək pensiyası alırlar. Bundan əlavə, əri Sadiq İbrahimov "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməklə aylıq vəzifə maaşı 670 (altı yüz yetmiş) manat təşkil edir. Bundan əlavə, hesab edir ki, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı yaşı artıq yetmişə çatdığından, azyaşlı uşağa qulluq və qayğı göstərmək iqtidarında deyildir. Nəvəsi Yusifin sağlam yaşaması və böyüməsi, normal qidalanması təhsil və tərbiyə alması üçün onların hər cür maddi və həyat şəraiti mövcuddur.Nəvəsi Yusif Bakı şəhərində doğulmaqla həmişə Bakı şəhərində yaşamış və hal-hazırda da ünvan 1 ünvanında onlarla birlikdə yaşamaqla həmin qəsəbədə də uşaq bağçasına gedir, orada özünə çoxlu sayda dostlar tapmaqla şən və firavan həyat sürür, yəni azyaşlı Yusif şəhər mühitində yaşamağa alışmışdır. Cavabdeh isə Daşkəsən rayonunun Quşçu kəndində yaşamaqla, həyat şəraiti Yusifin hal-hazırda yaşadığı həyat şəraitindən qat-qat aşağıdır. Hesab edir ki, qətnamə qəbul edilərkən işin bu halına xüsusi diqqət yetiriləcəkdir. İş üzrə 18 iyul 2023-cü il tarixli məhkəmə iclasında ilkin İddiaçı arvadı (valideynlərini itirmiş Yusif Umudovun nənəsi) X5 məhkəmənin təşəbbüsü ilə “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs” qismində məhkəmə icraatına cəlb edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(040)-568/2023 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) ilkin iddia və qarşılıqlı iddia təmin edilməmişdir. İddiaçının vəkil və nümayəndəsi Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-568/2023 saylı qətnaməsini ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddanı təmin etməyərək qətnamənin əsaslandırıcı hissəsində göstərir ki, həm iddiaçı həm də Cavabdeh3 öz tələblərinin əsaslı olduğunu təsdiq edən yetərli sübutları məhkəməyə təqdim etməmiş, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2020-ci il tarixli 392 nömrəli qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı”nda göstərilmiş xəstəliklər əleyhinə həkim müayinələrinin nəticələri məhkəməyə təqdim edilməmiş, habelə “Siyahı”nın 4-cü bəndində göstərilən “dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları”nın olmamasına dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Həmin sənəddən görünür ki, qəyyum təyin edilməli olan şəxsdə psixi (ruhi) və davranış pozuntularının olmaması barədə rəy verilməzdən əvvəl şəxs dispanser müşahidəsinə alınmalı və dispanser müşahidəsinin nəticəsinə uyğun həkim rəyi verilməlidir. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, hər hansı xəstəliklə bağlı dispanser qeydiyyatında olmama özlüyündə şəxsdə həmin xəstəliyin olmamasına təminat deyildir. Məhkəmə iddianı rədd edərkən əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2020-ci il tarixli 392 nömrəli qərarını götürmüşdür ki, bununla da düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilkin iddiaçının qəyyumluğa götürmək istədiyi uşaq onun oğul nəvəsi olmaqla uşaq Kəlbəcər rayon qeydiyyatındadır. Bundan başqa məhkəmə iclaslarında Cavabdeh2 psixi vəziyyətinin yerində olmadığı, onun çox aqressiv olarq hər kəsə qarşı mənfi hərəkətlər etməsi, məhkəməyə və digər proses iştirakçılarına qarşı xoşagəlməz hərəkətlər etməsi belə bir şəxsin uşaq tərbiyə etməsinin mümkün olmamasının göstəricisi idi. Digər Cavabdeh3 isə gözdən əlil olmaqla özünü fiziki cəhətdən idarə edə bilmir. Həmçinin qeyd etmişdir ki, o, uzun illər pedoqoji fəaliyyətlə məşğul olmaqla orta məktəbdə müəllim işləmiş və həmişə də öz işində yüksək qiymətləndirilmişdir. Demək olar ki, o, ömrünün çox hissəsini uşaqlarla keçirərək onların əhatəsində olmuşdur. Dövlət tərəfindən də 65 yaşı tamam olandan sonra təqaüdə göndərilmişdir. Heç bir vaxtda psixi vəziyyəti ilə bağlı hər hansı problemi olmayıb və bununla bağlı müvafiq arayışı da məhkəməyə təqdim etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və vəkil X11 da qətnamədən apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-568/2023 saylı, 18.07. 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Azərbaycan Respublikası Nazirllər Kabinetinin xx.xx.2020-ci il tarixli,392 nömrəli qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı”nda göstərilmiş xəstəliklər əleyhinə həkim müayinələrinin nəticələrinin, habelə “Siyahı”nın 4-cü bəndində göstərilən“ dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntular”nın olmamasına dair sənədlərin məhkəməyə təqdim edilməməsini əsas gətirərək həm ilkin iddianı, həm də qarşılıqlı iddianı təmin etməmişdir. İşə baxan məhkəmə ilk növbədə hər iki valideynini itirmiş xx.xx.2020-ci il tarixdə doğulmuş X10 mənafeyini, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək etmək hüquqnu nəzərə almadan və onun gələcək həyatına biganə yanaşaraq iş üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə nəticələnən bir qətnamə qəbul etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə doğulmuş UmudovYusif Fəxri oğlu onun mərhum qızı X14 ilə mərhum kürəkəni X8 birgə nikahlarından doğulmuş nəvəsidir. X21 xx.xx.2022-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Sabuncu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı ağır bədən xəsarətlərindən vəfat etmişdir. Bu hadisəyə dözməyən qızı Nahidə Umudova isə hadisədən 2 gün sonra yəni, xx.xx.2022-ci il tarixdə intihar etmişdir. Qeyd etmişdir ki, qızı və kürəkəni 10 ildən artıq bir müddət idi ki, Bakı şəhəri, Sabuncu rayonu, Kürdəxanı qəsəbəsində öz evlərində yaşayırdılar və onların övladları X18 dünyaya gəldikdən sonra həmin evdə valideynləri ilə birgə yaşamışdır. Bildirir ki, o də ailəsilə birlikdə 8 ilə yaxındır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayır və hal-hazırda həmin ərazi üzrə qeydiyyatdadır. X3 valideynlərini itirdikdən sonra onlarla birlikdə yaşayır. Onun təlim-tərbiyəsi, sağlam bir mühitdə böyüməsi, sosial ehtiyaclarının ödənilməsi ilə o məşğul olur. Onların yaşadığı evdə azyaşlı uşağın yaşaması, tərbiyəsi və gələcəkdə təhsil alması üçün zəruri olan bütün şərait mövcuddur. Özü hər ay 404,15 manat məbləğində əmək pensiyası alır. X2 isə xx.xx.2020-ci ildən "xxxx" MMC-də işləyir və aylıq vəzifə maaşı 670 manat təşkil edir. Bundan başqa X9 ikinci dərəcəli əliliyə görə 327,21 manat əmək pensiyası alır. Bu da onu göstərir ki, maddi durumları xx.xx.2020-ci il təvəllüdlü nəvəsi X1, tərbiyəsi, təhsili və onun sosial ehtiyaclarının ödənilməsinə imkan verir. Bundan başqa məhkəmə təqdim etdikləri tibbi arayışlardan da görünür ki, tam sağlamıq və uşağın qəyyumluğa götürülməsi üçün lazım olan bütün dispanserlərdə müayinədən keçmişlər və müvafiq xəstəliklərlə bağlı heç bir patologiya aşkar edilməmişdir. Sabuncu Rayonu İcra Hakimimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib olunmuş aktdan aydın görünür ki, nəvəsi UmudovYusif Fəxri oğlunun onlarla birgə yaşadığı evin ümumi sahəsi 162 kv.m-dir. Ev bir qonaq otağı, üç yataq otağı, mətbəx və hamam-sanitar qovşağından ibarətdir. Evdə istilik “Kombi” istilik sistemi vasitəsilə təmin olunur. Su, qaz, işıq və kanalizasiya sistemləri, yaşayış normalarına cavab verir. Hamam və sanitar qovşağı sanitar-gigiyena tələblərinə uyğundur. Göstərilən evin şəraiti azyaşlının yaşaması və sağlam inkişafı üçün yararlıdır. Hesab edir ki, işə baxan məhkəmə işin tam və obyektiv araşdırılması üçün və xx.xx.2020ci il təvəllüdlü X10 mənafeyini hər iki tərəfin mənafeyindən üstün tutaraq uşağın fatiki yaşadığı ərazi üzrə Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməli olduğu halda, uşağın yaşadığı yerdən uzaq, onun taleyi ilə maraqlanmayan və ümumiyyətlə onun sosial müdafiəsi sahəsində heç bir addım atmayan Kəlbəcər Rayon İcra Hakimimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına rəy verilməsi üçün müraciət etmişdir. Uşağın faktiki yaşadığı Sabuncu Rayonu İcra Hakimimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasından isə sadəcə olaraq bir akt tələb olunmuşdur. Kəlbəcər Rayon İcra Hakimimiyyəti başçısı yanında Qəyyumluqvə Himayəçilik Komissiyasının rəyi ilə Sabunçu Rayonu İcra Hakimimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib olunmuş akt arasında kifayət qədər böyük bir fərq mövcuddur. Diqqət edilsə görünür ki, Kəlbəcər Rayon İcra Hakimimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz rəyində azyaşlının mənafeyindən çox ilkin iddiaçının mənafeyini müdafiə etmişdir. Uşağın faktiki yaşayış yerinə düzgün və obyektiv qiymət verilməmişdir. Məhkəmə isə belə olduğu halda uşağın qeydiyyat yeri üzrə Qəyyumluq və Himayəçilik Komissiyasını onun üzərində qəyyum hesab etmişdir. Lakin, Kəlbəcər Rayon İcra Hakimimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası bu günədək uşağın taleyi ilə, onun sosial problemləri ilə maraqlanmamış, onun psixi, fiziki və mənəvi inkişafına heç bir köməklik göstərməmişdir. Qanunvericiliyin tələblərindən də aydın görünür ki, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı müvafiq icra hakimiyyəti orqanı təxirəsalınmaz və konkret işlər görməlidir. Lakin, Kəlbəcər Rayon İcra Hakimimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəməyə müraciət olunana qədər hər iki valideynini itirmiş xx.xx.2020-ci il təvəllüdlü UmudovYusif Fəxri oğlunun saxlanması, tərbiyəsi və təhsili ilə maraqlanmamış, iş üzrə öz rəyində isə uşağın mənafeyini deyil, ilkin iddiaçının mənafeyini müdafiə edərək öz fəaliyyətlərinin nədən ibarət olduğunu aşkar şəkildə bəyan etmiş olmuşlar. Hesab edir ki, uşağın kimin himayəsinə verilməsi, istərsə də uşaqla bağlı qəbul edilən digər qərarlarda, uşağın üstün maraqlarına formal yanaşılmamalı, qəbul edilən qərarların onların gələcək həyatına, cəmiyyətdə bir fərd kimi formalaşmasına, psixi, fiziki, mənəvi inkişafına hansı formada təsir edəcəyi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalıdır. Unutmaq olmaz ki, yalnış bir qərar uşağın həyatını, onun gələcəyini məhv etməyə səbəb ola bilər və bir uşağın həyatının, onun gələcəyinin məhv olması, eyni zamanda onların gələcəyinin məhv olması deməkdir. Mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğunun nümayəndəsi vəkil Nümayəndə məhkəməyə ərizə verərərk bildirmişdir ki, Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli sərəncamı ilə İddiaçı oğu 03 iyul 2020-ci il tarixdə doğulmuş nəvəsi X15 üzərində qəyyum təyin edilmişdir. Ona görə də ərizənin baxılmamış saxlanmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə bildirdi ki, ilkin iddiadan imtina barədə ərizəni müdafiə edir, ilkin iddiadan imtina barədə ərizənin qəbul edilməsi və ilkin iddia üzrə icraata xitam verilməsi, həmçinin qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, Cavabdeh3 və onun nümayəndəsi, vəkil X11 hər biri ayrıayrılıqda apellyasiya şikayətini müdafiə etdiklərini bildirdilər, vəkil Vaqif Məmmədov əlavə olaraq bildirdi ki, Kəlbəcər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının sərəncamının ləğv edilməsinə dair məhkəməyə müraciət etmişlər. Həmin iş üzrə yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(040)-568/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, həm ilkin, həm də qarşılıqlı iddia ərizələrindən müəyyən edildiyi kimi, ərizələr uşağın qəyyumluğa verilməsi barədədir. Kollegiya göstərir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir; qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir; qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir; qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda göstərilən maddələrin mənasından da göründüyü kimi uşağın valideynləri öldükdə uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Hazırki işdə isə həm ilkin, həm də qarşılıqlı iddia üzrə iddiaçılar nəvələri üzərində qəyyum təyin olunmaqları barədə ərizəni müvafiq icra hakimiyyəti orqanına verməli olduqları halda, həmin tələblə məhkəməyə müraciət etmişlər, məhkəmə isə düzgün olmayaraq həmin ərizələri icraata qəbul edərək mahiyyəti üzrə qətnamə qəbul etmişdir. Tərəflər məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq həmin qətnamədən apellyasiya şikayəti vermiş, iş apellyasiya məhkəməsinin icraatında olduğu vaxt ilkin iddia üzrə iddiaçının vəkili Nümayəndə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək ilkin iddiadan imtina etdiklərini bildirmiş və qətnanmənin ləğv edilərək iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il taruxli 83 nömrəli Sərəncamına əsasən İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X3nun üzərində qəyyum təyin edilmiş və həmin sərəncam hazırda qüvvədədir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiaçının nümayəndəsinin iddiadan imtina etməsi hazırki işin baxılmamış saxlanılması üçün əsas deyil. Belə ki, yuxarıda da qeyd edildiyi kimi valideynləri ölmüş uşaqların üzərində qəyyum təyin edilməsi ilə bağlı tələb məhkəmədə baxılmalı olmadığından həmin ərizələr üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia ərizəsinin icraata götürüb mahiyyəti üzrə baxmaqda səhvə yol vermiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin: 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, hər iki apellyasiya şikayətləri qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(040)-568/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 217.2, 372, 384.0.5, 385.1.1, 387.1, 391, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkili Nümayəndə və ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-568/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qərardad, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə ondan şikayət verilməzsə qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar