Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2317/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2 ( o, həm də, digər cavabdeh olan anası X3 nümayəndəsidir) iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-226/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X4, Cavabdeh2, üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, X13 və X8 qarşı xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsinin ləğv edilməsi və yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-226/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Kamil Rzayev) iddia təmin edilmiş, X2, Cavabdeh2 və X7 iştirakları ilə Tərtər rayon Notariat Ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsinin ləğv edilməsi, onun yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-226/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istifadəsində olan 0.28 ha torpagın 0.13 ha zəbtdədir, 0.15 ha isə qanuni əsaslarla onun adına sənədləşmişdir. Qardaşı Osman uzun müddət Rusiyada yaşamış və 2005-ci ildə onu Rusiyadan gətirərərk, ona toy edib evləndirmişdir. Toydan 3 (üç) ay sonra Osman və arvadı Ramilə Bakı şəhərinə köçüb getmiş və oradan da Rusiyaya getmişlər. Osman Bakıda yaşayarkən, ona Bakı şəhərində 0.02 ha torpaq sahəsi alıb vermişdir. Məhz ona görə və anasının 30 ildir ki, xəstə olduğuna görə (onun gözləri görmür) Osman kənddəki torpağı ona bagışlamışdır. Həmin bağışlanmanı isə notariusda qanuni şəkildə imza etməklə müqavilə bağlamışlar. O və uşaqları anasına baxır və qulluq edirlər. Atasından qalma 2 (iki) otaqlı evləri olub. Sonradan evi böyüdərək 3 (üç) otaq və 1 (bir) köməkçi sahəsi, hamam, mətbəx və 40 metr daş hasar çəkdirmişlər. Osman burada yaşamadığına görə, anası da, vərəsəliyini ona verib. Ona görə də, hesab edir ki, hazırki qətnamə ləğv edilməlidir. Üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, X13 və X8 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 həm öz adından, həm də, nümayəndəsi olduğu X3 adından məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı Osman qardaşı, Səltənət isə anasıdır. Anası hazırda sağdır və onunla yaşayır. Miras əmlak atası Rəşiddən qalmışdır. Ataları 1994-cü ildə vəfat etmişdir. Miras əmlakda atasından sonra o, qalmışdır. Osman Rusiyada yaşayıb, qonaq kimi gəlib getmişdir. Digər qardaşları Nazim və Bayramın ayrıca evləri vardır. Osman hazırda Bakıda yaşayır, torpağı vardır. Həmin torpağı isə Osmana o, alıb vermişdir. Osman vərəsəlik payını öz iradəsi ilə ona bağışlamışdır. Belə ki, digər qardaşı Nazimə etibarnamə vermiş və sənədləşmə həmin etiubarnamə əsasında olmuşdur.Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-226/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh1 anası, Cavabdeh2 qardaşıdır. O, bir müddət Rusiya Federasiyasında yaşamış, hazırda ailəsi ilə Bakı şəhərində yaşaylr. Vərəsəliyin qəbul edilməsi və digər səlahiyyətləri qardaşı X9 vermişdir. Nazim Aslanov onu notariat orqanlarında vəkalətli nümayəndə kimi təmsil etmişdir. Nazim Aslanovla onun adından vərəsəliyi qəbul etmiş, lakin sonradan məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə anası Cavabdeh1 və qardaşı Nazim Aslanov notarial qaydada miras payın bağışlanması müqaviləsinə imza edərək, həmin müqaviləyə əsasən onlar Tərtər Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-403, 2V-405 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər biri öz payına düşən və miras paylarını bütövlükdə Cavabdeh2 bağışlamışlar. Bağışlama zamanı Nazimi aldadıblar və onun belə niyyəti olmamışdır. Bakı şəhərində kirayədə yaşadığı və başqa evi olmadığı üçün, hazırkı iddianı qaldırmışdır. Qətnaməni qanuni hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-226/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onların bağışlama müqaviləsindən məlumatı və həyat yoldaşı İddiaçı1 bu barədə razılığı olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-226/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-226/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ 272776 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında nikah ünvan 1 İƏD-i üzrə nümayəndəlikdə xx.xx.2006-cı ildə 21 sayla qeydiyyata alınmışdır. Tərtər rayon Notariat Ofisindən alınmış xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ 277395 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Tərtər rayon Notrait Ofisindən alınmış İİ İE 111909 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1961-ci ildə Tərtər rayon (keçmiş Mirbəşir) Səhləbad kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X10, ana qrafasında Hüseynova (Aslanova) Səltənət Möhsüm qızı qeyd edilmişdir. Tərtər rayon Notariat Ofisindən alınmış AZ 606811 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1964-cü ildə ünvan 1ində anadan olmuş, həmin sənəddə ata qrafasında X10, ana qrafasında Hüseynova (Aslanova) Səltənət Möhsüm qızı qeyd edilmişdir. Tərtər rayon Notariat Ofisindən alınmış “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə X9 etibarnamə vermişdir. Tərtər rayon Notariat Ofisindən alınmış xx.xx.2023-cü il tarixli 2V-403, 2V-404 və 2V-405 reyestrli V-139,qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin təsdiq olunmuş surətləindən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X5 vərəsəsiləri: ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və İddiaçı1 hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********16 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mərhum X6 məxsus olan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsindən ibarətdir. Tərtər rayon Notariat Ofisində təsdiq edilmiş 29 mart 2023-cü il tarixli miras payın bağışlanılması müqaviləsindən görünür ki, Cavabdeh1 və İddiaçı1 bu müqaviləyə əsasən, onlar Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-403 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər biri öz payına düşən 1/3 miras paylarını bütövlükdə Cavabdeh2 bağışlayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 0,15 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına sənədləşdirilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq bağışlama müqaviləsi hədiyyə edən X13 qardaşı İddiaçı1 ona verdiyi etibarnamə əsasında vərəsəliklə bağlı sənədlərə imza etdiyini zənn etmiş, lakin İddiaçı1 tərəfdən müqavilənin bağlanmasında iştirak etmişdir. Məlum olmuşdur ki, İddiaçı1 qardaşı Nazim Aslanova etibarnamə verərək vərəsəliklə bağlı sənədləşməyə imza etməyi həvalə etsə də, Nazim Aslanov atasından miras qalmış payın 29 mart 2023-cü il tarixdə İddiaçı1 adından qardaşı Cavabdeh2 bağışlama müqaviləsi ilə hədiyyə etmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş müddəti ötürmədən bağışlama müqaviləsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 389, 394, 666, 667, 669, 670, 673, 389-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. İş materiallarından görünür ki, İddiaçı1 iddia dəlillərində və apellyasiya icraatı zamanı verdiyi izahatında qardaşı Nazim Aslanovun onun etibarnaməsi əsasında miras paya dair vərəsəlik şəhadətnaməsi alsa da, həmin payın Cavabdeh2 bağışlanarkən, Nazimin aldadılması və onun belə niyyətinin olmamasını göstərmiş və xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsinin ləğv edilməsini, yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə, etibarsızlıq anlayışı əqdin hüquqi nəticə əmələ gətirə bilməməsi halını ifadə edir. Bu halda əqd hüquqa zidd şəkildə bağlandığı üçün, hüquq bu əqdləri tanımır və bu əqdlər hüquq və öhdəliklər əmələ gətirmir. Ləğv edilmə anlayışı isə, etibarlı olan əqdlər üzrə əmələ gələn mövcud və davam edən hüquq münasibətlərinin birtərəfli olaraq aradan qaldırılması hallarını ifadə edir. Beləliklə, etibarsızlıq əqdin bağlanılması halları ilə, yəni başlanğıcda əqdin bağlanılması anında mövcud olan hüquqda ziddiyətlilik səbəbilə əmələ gəlir. Ləğvetmə anlayışı isə, etibarlı əqdlərin əmələ gətirdikləri hüquqi nəticələrin əqdin tərəfləri baxımından birtərəfli olaraq aradan qaldırılması hallarını ifadə edir. Yəni, ləğvetmə anlayışı, etibarsız əqdlərlə deyil, etibarlı əqdlərlə bağlı olan hallara aid anlayışdır. Ləğvetmə, bunun baş verdiyi andan sonrası üçün hüquqi nəticə əmələ gətirir. İddiaçı1 iddia dəlillərində və apellyasiya icraatı zamanı verdiyi izahatında qardaşı Nazim Aslanovun onun etibarnaməsi əsasında miras paya dair vərəsəlik şəhadətnaməsi alsa da, həmin payın Cavabdeh2 bağışlanarkən, Nazimin aldadılması və onun belə niyyətinin olmamasını göstərdiyi üçün, belə olan halda, o, əslində bağlanılan əqdin etibarsızlığı irəli sürə bilərdi və həmin tələbə əqdin etibarsızlığını tənzim edən maddi normalar baxımından hüquqi qiymət verilə bilərdi. Lakin iddiaçı əqdin etibarsızlığını yox, ləğvini irəli sürmüşdür və bu o deməkdir ki, o, əslində əqdin etibarlılığı qəbul edir, lakin etibarlı olan əqdlər üzrə əmələ gələn mövcud və davam edən hüquq münasibətlərinin birtərəfli olaraq aradan qaldırılması hallarını ifadə edir. Belə ki, iddiaçılar bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişlər ki, bu da ona dəlalət edir ki, bu tələbi irəli sürən şəxs müqavilə üzrə qanuni bağlanmasını və onun ləğv edilməsini tələb etdiyi vaxta kimi doğurduğu hüquqi nəticələri tanıyır. Lakin iddia qaldırılan vaxtdan müqavilənin davam etməsini arzulamır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır... MM-in 670.1ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi nəticəsində hədiyyə alan zənginləşmə sayəsində bağışlayana (hədiyyə verənə) heç bir cavab xidməti vermək öhdəliyi daşımır. Tərəflər arasında bağlanmış və 29 mart 2023-cü il tarixli miras payın bağışlanılması müqaviləsindən görünür ki, o, hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, iddiaçının (nümayəndəsi vasitəsilə) mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək özünə məxsus əmlakı cavabdehə bağışlamışdır. Bu isə bağışlama müqaviləsinin iddiaçının razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmasına dəlalət etməklə, müqavilənin bağlanması zamanı hər hansı aldatmanın olmasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bağışlama müqaviləsi bağlanılarkən qanunvericiliyin tələblərinə əməl edilmiş və heç bir pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə bağışlama müqaviləsinin ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. İddiaçılar Cavabdeh2 üçüncü şəxs X11 aldadıb və İddiaçı1verdiyi etibarnamə əsasında onların razılığı olmadan mübahisəli fərdi yaşayış evini öz adına keçirməsini göstərsələr də, həmin hal öz təsdiqini tapmamış, əksinə bağışlama müqaviləsinə dair notariat işinin təsdiq olunmuş surətləri ilə tədiq edilir ki, bağışlama müqaviləsi tərtib olunması üçün bütün lazımi sənədlər notariat kontoruna təqdim edilmiş və onların iradə ifadəsinə uyğun olaraq qeyd edilən müqavilə bağlanılmışdır. Məhkəmə kollegiyası iddianın həmin müqavilələr əsasında tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab olunmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddianın xx.xx.2023-cü il tarixli, 3M-137 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv olunması hissəsinin təmin olunmaması, həmin müqavilə əsasında tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab olunması barədə hissəsinin də əsassızlığını ehtiva edir. Azərbaycan Respublikası MPM-nin: 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsin görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə görə, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-226/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-226/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X4 və Cavabdeh2 qarşı üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, X13 və X14 olmaqla xx.xx.2023-cü il tarixli, 3M-137 saylı miras payın bağışlanma müqaviləsi ləğv edilməsi və yaratdığı bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2317/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2317/2024
05.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver