Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2349/2024 09.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “aliment tələbinə” dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 4248/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları xx.xx.2008-ci il təvəllüdlü X2 atasının cavabdeh olmasına dair Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən “atalığın müəyyən edilməsi haqqında” AZ-İ seriyalı, 246734 nömrəli, xx.xx.2016-cı il tarixli şəhadətnamə verilmişdir. İddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikah Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsində 329 nömrə ilə qeydiyyata alınmış və tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X6 doğulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4253/2017 nömrəli, 12 iyul 2017ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “nikahın ləğvi” tələbinə dair iddiası təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan 09 noyabr 2008-ci il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər birinə sabit pul məbləğilə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat alimentin tutularaq birgə nikahdan doğulmuş X5 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin 8(061)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkar İddiaçı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4253/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra sənədi üzrə icra məmuru Cahangir Alıyev tərəfindən verilmiş təqdimat təmin edilmiş, tələbkar İddiaçı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4253/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra sənədi üzrə tələbdən imtinası qəbul edilmişdir. Tərtər rayon İcra və Probasiya şöbəsinin “icraata xitam verilməsi haqqında” 23 may 2024-cü il tarixli qərarı ilə tələbkar İddiaçı tələbdən imtina etdiyindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4253/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsasladırmışdır ki, cavabdeh ilə olan nikahları Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmin qətnamə əsasında birgə nikahdan olan İbrahim və Yaqut adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat aliment müəyyən edilmişdir. Bundan sonra anası Türkiyədə əməliyyat olunanda cavabdeh uşaqların onunla birlikdə xaricə getməsinə etibarnamə vermək üçün ondan alimentdən imtina barədə ərizə tələb etmişdir. Onun bu barədə verdiyi ərizə əsasında Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixıoi qərardadı ilə aliment tələbindən imtinası qəbul edilmişdir. Qərardad çıxan vaxtdan indiyənədək cavabdeh alimenti ödəməmişdir. Hazırda maddi cəhətdən çətinlik çəkir. Uşaqlar böyüyüb, xərcləri də artmışdır. Cavabdeh hərbiçidir, yüksək əmək haqqı alır, xeyli məbləğdə aliment verməyə imkanı vardır. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(125)-4248/2024 nömrəli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh yetkinlik yaşına çatmamış İbrahim və Yaqut Məmmədovların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, habelə tərəflərin ümumi uşaqlarının saxlanılması üçün aliment tələbi davam edən münasibət olduğundan iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 100.2-ci maddələrinə və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4248/2024 saylı qətnaməsinin X4 alimentin ödənilməsinə dair hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı ilə rəsmi nikah bağladığı zaman onun himayəsində xx.xx.2008-ci il təvəllüdlü Məmmədov İbrahim adlı oğlu olmuşdur. İddiaçı ondan əvvəl Əhmədov Elvin adlı şəxslə faktiki nikahda olmuş və həmin nikahdan xx.xx.2008-ci ildə X1rı doğulmuşdur. 28 yanvar 2009-cu il tarixli 184 nömrəli akt qeydinə əsasən X7 atası olmasına dair atalıq şəhadətnaməsi vermişdir və həmin akt qeydini Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılır. xx.xx.2016-cı il tarixdə atalığın müəyyən edilməsi haqqında AZE-İ seriyalı, 246734 nömrəli şəhadətnamə ilə İbrahimin onun oğlu olmasına dair atalıq vermişdir. Halbuki, İbrahimin atası Elvin Əhmədov olmuş və onun tərəfindən verilən atalığa dair şəhadətnamə bu günə kimi ləğv olunmamış və arxivdə saxlanılır. İddiaçı ilə nikahı pozulduqdan sonra o, ailə həyatı qurmuş və hal-hazırda 2 azyaşlı uşağı vardır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onlar Cavabdeh ilə ailə qurduqları zaman oğlu İbrahimin 4 yaşı olmuşdur. Onlar ailə qurduqdan sonra Cavabdeh bildirdi ki, uşağı öz adına keçirdəcəkdir. O, buna narazılıq etsə də uşağı adına keçirtmiş və atalığı müəyyən olunmuşdur. Onların münasibətləri pozulandan sonra uzun vaxtdır ki, aliment vermişdir. Sonradan onun xarici ölkəyə getmək zərurəti yarandığından uşaqların ölkədən aparılması icazəsini tələb etdikdə ona alimentdən imtina eməyini bildirmişdir. O, Asan Xidmətdə imtinanı vermişdir. Lakin o, hal-hazırda aliment tələbini ilə irəli sürmüş, bundan sonra Cavabdeh bu cür etirazlar edir. Şikayətin təmin olunmamasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni qismən – “xx.xx.2008-ci il təvəllüdlü X4 alimentin tutulması” hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiyanın həddini nəzərə alan məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4248/2024 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan “xx.xx.2008-ci il təvəllüdlü X4 alimentin tutulması” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2008-ci il təvəllüdlü X2 atasının cavabdeh olmasına dair Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən “atalığın müəyyən edilməsi haqqında” AZ-İ seriyalı, 246734 nömrəli, xx.xx.2016-cı il tarixli şəhadətnamə verilmişdir. Tərəflər xx.xx.2008-ci il təvəllüdlü X2 cavabdehin fizioloji atası olmamasını mübahisələndirmir ki, uşağın atası kimi yazılmış şəxsin qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Göründüyü kimi, cavabdehin şikayət dəlillərinin hüquqi əsası yoxdur, o, xx.xx.2008ci il təvəllüdlü X2 atalığının müəyyən edilməsi zamanı sonuncunun həqiqi valideyni olmadığını bilmiş və buna razılaşaraq sonuncunun atalığı müəyyən edilmişdir. Belə olan halda cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 rəsmi dövlət tərəfindən tanınan atasıdır ki, valideyn olan cavabdeh uşaqlarını saxlamağa borcludur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində qətnmənin ləğv edilməsini və müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspertizanın keçirilməsi vəsatət formasında məhkəməyə təqdim olunmadığından ona məhkəmə tərəfindən qiymət verilməmişdir. Bundan başqa hazırki iş üzrə cavabdehin xx.xx.2008-ci il təvəllüdlü X2 həqiqi valideyni olmaması iddiaçı tərəfindən mübahisələndirilmir və işin mübahisəsiz halıdır. Belə olan halda mübahisənin həlli ekspert rəyindən asılı olmayaraq qanununla tənzimləndiyindən ekspertizanın keçirilməsi işin nəticəsinə təsir etməyəcəkdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2(125)-4248/2024 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan “xx.xx.2008-ci il təvəllüdlü X4 alimentin tutulması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2349/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2349/2024
09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver